Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2251/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə X1rşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzi bati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)-1155/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının düzgün hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq birdəfəlik verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-7067/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş et mişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 21(103)-1155/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn – sədrlik edən və məruzəçi, A.Hüseynov və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmişdir.
5. Məhkəmə qərarı iddiaçıya 15 iyul 2022-ci il tarixində təqdim edilmişdir.
6. İddiaçı 14 sentyabr 2022-ci il tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)-1155/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Bununla yanaşı iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, ötürülmüş müddətin üzrlü hesab olunması xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İ nzibati Prosessual Məcəllə Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş h allarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
10. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayət inin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
11. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
12. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Qeyd edilən hallar kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir.
13. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarının araşdırılması zama nı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)1155/2022 nömrəli qərarı iddiaçıya 15 iyul 2022-ci il tarixdə təqdim edildiyi, sonuncu tərəfindən müvafiq məhkəmə qəbzinə imza etməklə apellyasiya instansiyası məhkəməsinin qərarının qəbul edildiyi müəyyən olunmuşdur. İddiaçı həmin qərardan 14 sentyabr 2022-ci il tarixdə şikayət vermişdir. Beləliklə, kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 (bir) aylıq müddətin ötürülməsi işin mübahisəsiz halıdır. İddiaçının özünün ərizəsində də şikayət verilməsi müddətinin ötürülməsi mübahisə edilmir.
14. İddiaçı müddətin bərpası barədə məhkəməyə ərizə təqdim etmişdir. Müddətin bərpası barədə ərizədə iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual m üddətin ötürülməsi səbəbinin səhhətində yaranan problemlə əlaqələndirmiş və müddətin ötürülməsini üzrlü hesab olunması xahiş etmişdir.
15. Məhkəmə kollegiyası iddiaçının dəlilini ötürülmüş müddətin bərpa edilməsi üçün üzrlü və yetərli səbəb hesab etmir. Belə ki, iddiaçı tərəfindən bir aylıq müddət daxilində (prosessual müddət başa çatmamış) başlayan və şikayətin verildiyi günədək davam edən xəstəliyinə (şikayətin verilməsinə iqtidarsız olduğuna) dair hər hansı sübut təqdim olunmamışdır.
16. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası barədə ərizə təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 21(103)-1155/2022 qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kass