Məhkəmə qərarları › İş №2-1(102)-2252/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2252/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2252/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Səbail Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Səbail Bələdiyyəsinə qarşı ona fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması vəzifəsinin buna məsul olan cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-793/19 saylı iş üzrə 11.04.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş ka sasiya şikayətinə əsasən işə 10 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1nə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Səbail Bələdiyyəsinə və Abşeron rayonu Fatmayı Bələdiyyəsinə qarşı ona fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması vəzifəsinin buna məsul olan cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1994-cü ilin iyul ayından 2012-ci ilin mart ayına qədər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmət keçmiş, lakin həmin müddət ərzində torpaq sah əsi və mənzillə təmin olunmamışdır. O, təqaüdə çıxdıqdan sonra «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan hüququnu reallaşdırmaq üçün bir neçə bələdiyyəyə, o cümlədən, Səbail Bələdiyyəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən bildirilmişdir ki, bələdiyyəyə aid torpaqların hüdudları, növləri, ölçüləri və elektron xəritəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verdikdən sonra ona torpaq sahəsi ayrılması məsələsinə baxıla bilər. İddiaçı hesab edir ki, onun Qanunun qeyd olunan normasına əsasən hərbi qulluqçu kimi 6 ay müddətində torpaq sahəsi almaq hüququna malikdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək yalnız ca vabdeh Səbail bələdiyyəsinə qarşı ona fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması vəzifəsinin buna məsul olan cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 21.12.2018-ci il tarixli iş № 2-1(81)-4633/2018, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 11.04.2019-cu il tarixli iş № 2-1(103)-793/19 (hakimlər Cahan gir Yusifov sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 21.12.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etm iş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Onun da bir Azərbaycan qadin hərbiçisi olaraq 1994-cü ilin iyul ayınd an 2012-ci ilin mart ayına qədər olan müddətdə, yəni, 17 ildən artıq Silahlı Qüvvələrdə xidmət etmişdir və hesab etmişdir ki, müharibə şəraitində Silahlı Qüvvələrdə xidmət etməkdə Qanunvericiliyinə uyğun olaraq gələcəkdə mənzil və ya öz hesabıma fərdi ev tikmək üçün pulsuz torpaq sahəsi almaq hüququ olacaqdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Səbail rayon İdarəsi tərəfindən verilmiş 20 aprel 2016-cı il tarixli, 308 saylı arayış təsdiq edir ki, o, 14 iyul 1994-cü il tarixdən 16 mart 2012-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müddətdən artıq hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 24 may 2016-cı il tarixli, 44/MMK saylı arayış təsdiq edir ki, o, DSX-də xi dmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-1(103)-793/2019 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edərək iddia tələbinin təmin edilməsi barədə ədalətli və obyektiv qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasi ya instansiyası məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 11 aprel 2019-cu il tarixli, 2-1(103)-793/2019 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2-1(81)-4633/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5, 6.9-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 146.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 64.4-cü maddəsinə, İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin özü də iddiaçının kasasiya şikayətində istinad etdiyi maddi hüquq normasına, yəni, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsaslanır və yazır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tu tulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti b aşçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçular mövcud qeydiyyat qaydası nəzərə alınmaqla, yaşayış yerinə gəldikləri gündən 6 ay keçənədək mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmək hüququna malikdirlər. Daha sonra apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı həmin hüququnu həyata keçirmək məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış 08 iyun 2016-cı il tarixli məktubunda bildirmişdir ki, bələdiyyəyə aid torpaqların hüquqları, növləri, ölçüləri və elektron xəritəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verdikdən sonra ona torpaq sahəsi ayrılması məsələsinə baxıla bilər. Həmçinin apelyasiya instansiyası məhkəməsi yazmışdır ki, cavabdeh bələdiyyənin qeyd olunan mövqeyi ilə razılaşır. Bələdiyyənin mülkiyyətində torpaq ayırmanın qanunvericiliklə müəyyən edilən qaydalarına müvafiq qaydada ayrılıb ona təhvil verilən və mülkiyyəti kimi qeydə alınan torpaq sahələri mövcud deyil. Bundan sonra, apelyasiya instansiyası məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5, 6.9-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 146.2-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, lakin cavabdehin qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq qaydada mülkiyyət hüqu qu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olan, başqa sözlə, onun yerləşdiyi inzibati ərazidə mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsi mövcud deyil. Belə olan halda, bələdiyyənin Səbail rayonunun inzibati ərazisindən hər hansı bir torpaq sahəsi üzərində sərəncam vermə səlahiyyəti mövcud ola bilməz. Səlahiyyətsiz şəkildə hər hansı bir torpaq sahəsi üzərində sərəncam vermənin isə “İnzibati icraat haqqında” Qanunun 64.4-cü maddəsinin tələbi baxımından hüquqi qüvvəsi yoxdur. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qənaətinə əsasən cavabdeh dolayısı ilə iddiaçıya torpaq sahəsi verməkdən imtina etməkdə haqlıdır və bu imtina sonuncunun qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllədən fərqli olaraq İnzibati Prosessual Məcəllənin tələblərinə görə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məhkəmənin xidməti vəzifəsinə görə borcudur. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin sözügedən 12.1, 12.2-ci maddələrinə, həmçinin İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə (“Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir” İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsi) tam riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan, tərəflərdən əlavə məlumat və sübutlar tələb etmədən, öz qərarında göstərmişdir ki, “bələdiyyənin mülkiyyətində torpaq ayırmanın qanunvericiliklə müəyyən edilən qaydalarına müvafiq qaydada ayrılıb ona təhvil verilən və mülkiyyəti kimi qeydə alınan torpaq sahəsi mövcud deyil”. Bununla əlaqədar olaraq ilk öncə qeyd edilməlidir ki, apely asiya instansiyası məhkəməsinin həmin qənaəti anlaşılmaz olmaqla ziddiyyətlidir. Yəni, bu bələdiyyənin mülkiyyətində ümumiyyətlə torpağın olmaması və yaxud da hazırda olmaması anlamına gəlib-gəlməməsi aydın deyil. Halbuki inzibati məsələlərə baxılması təcrübəsi göstərir ki, Bakı şəhərinin istənilən bələdiyyəsi, o cümlədən Səbail rayon Bələdiyyəsi tərəfindən son illər ərzində vətəndaşların istifadəsinə və ya icarəsinə çox saydı torpaq sahələri ayrılmış, hətta satılmışdır da. Lakin yuxarıda artıq göstərildiyi kimi apelyasiya instansiyası məhkəməsi sözügedən məsələni araşdırmamış, bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Halbuki, iddiaçının fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin imtiyazlı şəkildə alınması işin təkzibolunmaz faktıdır (“Hərbi qulluqçuların st atusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndi). Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(103)-793/19 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman tərəflərdən əlavə məlumat və sübutlar tələb edilməli, onlara maddi və prosessual hüquq normaları baxımından düzgün hüquqi qiymət verilməli və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası İPM-nin 68, 69 və 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli 2-1(103)793/19 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar