Məhkəmə qərarları › İş №2-1(102)-2252/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2252/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2252/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində göstərilməklə “çıxarış və texniki sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2-1(103)390/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Torpaqların alqı-satqısına dair” xx.xx.2004-cü il tarixli akta əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı, xx.xx.2004-cü ildə M.Ə.Rəsulzadə Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanını n iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,1 ha torpaq sahəsinin satılması barədə 276 nömrəli, xx.xx.2004-cü il tarixli qərar qəbul edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 276 nömrəli, 05 avqust 2004-cü il tarixli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” qərarına əsasən, ünvan 1-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən və faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2004-cü il tarixli ərizəsinə, bələdiyyənin yerlı büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 169 nömrəli, 09 avqust 2006-cı il tarixli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” qərarına əsasən, ünvan 2-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol mass ivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2006-cı il tarixli ərizəsinə, bələdiyyənin yerlı büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2006-cı il tarixli, 05 saylı iclas protokolunun qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqs ədi ilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir.

4. Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akta əsasən, ünvan 2 ünvanında yaşayan İddiaçı, xx.xx.2006-cı ildə M.Ə.Rəsulzadə Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,02 ha torpaq sahəsi satılması barədə 169 nömrəli, xx.xx.2006-cı il tarixli qərar qəbul edilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsini xahiş etmişdir.

6. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********23 saylı imtina məktubunda bildirilmişdir ki, poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən təqdim etdiyi alqı-satqısına dair aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli, 276 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən faktiki istifadəsind ə olan 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə hər kv.m üçün 16.000 manat, ümumi məbləğ 16.000.000 manat ödəmək şərtilə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə hər kv.m üçün 4 manat 16 qəpik ödəmək şərtilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin ərazidə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə üzrə qeyri-yaşayış sahəsi tikilmişdir. İddiaçı ona məx sus olan, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv.m torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqları ilə qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli məktubunda imtinanın əsası kimi qeyd olunmuşdur ki, poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri-yaşayış binası barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-757/2018 saylı qərardadı daxi l olub, lakin onun qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 9.Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilərək bildirmişdir ki, İddiaçı idarəyə ünvanladığı ərizəyə əlavə olunan torpağın alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binası ilə bağlı idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin apa rılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri-yaşayış binası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-757/2018 saylı qərardadı daxil olmuşdur, lakin qərardadın qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********23 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx. xx.2021-ci il tarixli, 2-1(112)-141/2021 saylı qərarı (hakim: M.Hacıbəyova) ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən torpaq sahələrinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən təqdim edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermirlər və bu səbəbdən də torpaq sahələrinin və üzərlərində olan tikililərin mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyd iyyatı üçün əsas deyildirlər.

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 02 sentyabr 2022-ci il tarixli, 21(103)-390/2022 saylı, ( hakimlər S.Bəktaşi - məruzəçi, İ.Kərimli və A.Hüseyn ) qərarla iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-141/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır..

15. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinə əsasən X2 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarlarına və alqı-satqı aktlarına əsasən onun sahiblik, istifadə və mülkiyyətinə (reyestrdə qeydə alınmamış) verilmişdir. Torpaq sahəsinə cavabdehin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmış və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış №**********9, xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, elektron k adastr məlumatına əsasən sözügedən qeyri yaşayış sahəsi yaxınlıqdan keçən Böyükşor gölünün, neft kəməri və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin bildiririk ki, torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid deyil və bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün deyil. Bununla bağlı qeyd edirik ki, “X1” MMC-nin 19 mart 2021-ci il tarixli, 437 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı və 09 avqust 2006-cı il tarixli 169 saylı qərarları ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulz adə qəsəbəsi, Baksol konfiqurasiyası, faktiki ölçüləri müəyyən edilərək, torpaqların sahələrinin (ölçüləri) qeyd olunan qərarlarda göstərilən ölçülərə uyğun olduğu, torpaq sahələrinin “Böyük Şor” gölünün sahilindən xeyli aralıda yerləşməsi və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin 25 metrlik mühafizə zolağına düşmədiyi müəyyən edilir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinn 107,0 kv.metrlik hissəsi və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 200,0 kv.metr torpaq sahəsi ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərinin 50 metrl ik mühafizə zolağından kənarda yerləşir. “Böyük Şor” gölünün xəritəsində gölün mühafizə zolağının konkret olaraq hansı məsafəni təşkil etməsi göstərilməmişdir. Lakin, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı müəyyən edilmişdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahələri ilə “Böyük Şor” gölünün sahilinə ən yaxın məsafə 70 metrdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə, iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin ərazidən keçən 500 mmlik “Şirvan-Böyükşor” neft boru kəmərindən 20 metr aralıda yerləşməsi, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kə mərindən 5-6 metr məsafədə fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin olması, iddiaçının mülkiyyətinə verilmiş 1200,0 kv.metr torpaq sahələri ilə qonşuluqda, o cümlədən ətrafdakı ərazidə yerləşən bəzi qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi və qeyri yaşayış sahəsi dövlət mülkiyyət deyil və “Böyük Şor” gölünün, Böyükşor” neft borunun və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında kənarda yerləşir. Xüsusi ilə qeyd edirik ki, əgər cavabdehin qeyd etdiyi kimi iddiaçıya məxsus torpaq sahəsi bələdiyyə torpaqlarına aid olmayan torpaq sahəsi olsaydı, onda həmin torpaq dövlət mülkiyyəti olmaqla həmin torpaq sahəsinin ayrılması səlahiyyəti Bakı ş əhəri Binəqədi rayon İcra Hakimiyyətinə aid olardı və bu zaman həmin torpaq sahəsində bələdiyyə ilə müqavilə əsasında torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinin tikilməsi ilə əlaqədar razılaşma zamanı bu məsələyə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən münasibət bildirilmiş olardı. Göründüyü kimi bu hal mövcud deyil. Buda ona dəlalət edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə olan halda iddiaçının iddiası əsaslı olmaqla təmin olunmalıdır. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən torpağın iddiaçıya satılması barədə 04 avqust 2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli “Torpağın alqı-satqısına dair aktlar” aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanmamış və qeydiyyata a lınmamışdır. Yəni torpaq sahəsi bələdiyyəyə aid olmasını təsdiq edir. Digər tərəfdən isə torpaq sahəsi ümumiyyətlə bələdiyyəyə aid olmadığını bildirir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-390/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

18. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi v ə xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə

157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəl ləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bə lədiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfində n verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqlar ın əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-plan laşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləy ici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlə t qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətin də müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın dav am etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... 96.11. Mübahis ə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1(103)-390/2022 saylı qərarı ilə İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi barədə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-141/2022 saylı qərarının dəyişdirilmədən saxlanı lması, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsinə dair nəticəyə gələrkən ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.1., 2.2., 8.0., 9.1., 11.1., 15.1-ci maddələrinə, İPM-nin 58.7, 68.2, 87.6, 87.8-ci maddələrinə əsaslanmaqla, apellyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, “iş materiallarında olan cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********23 məktubunda bildirilmişdir ki, poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən təqdim etdiyi alqısatqısına dair aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyə nedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri- yaşayış binası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-757/2018 saylı qərardadı daxil olmuşdur, lakin onun qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır”

24. Həmçinin apellyasiya məhkəməsinin sözügedən qərarında yazılmışdır ki, “iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2019-cu il tarixli **********95 nömrəli məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilm işdir, bələdiyyə qərarı ilə ayrılan torpaq sahələri 1000,0 kv metr və 200,0 kv m olsa da faktiki sahəsi 1235,8 kv metrdir. Torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin yaxınlığından 500 mm-lik neft kəməri və 150 kv-lıq yüksək gərginlik elektrik xətti keçir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 221 nömrəli Qərarı ilə təsdiqlənmiş Böyükşor gölünün mühafizə zonasında yerləşir. Bundan əlavə olaraq yaxınlığından keçən neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasıdır”

25. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya məhkəməsi öz qərarında “X1” MMC-nin 19 mart 2021-ci il tarixli, 437 nömrəli ekspert rə yinə də yer vermişdir, halbuki həmin rəyin nəticələri DƏDRX-nin 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun məzmunu ilə ziddiyyət təşkil edir.

26. Belə ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı və 09 avqust 2006-cı il tarixli 169 saylı qərarları ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol konfiqurasiyası, faktiki ölçüləri müəyyən edilərək, torpaqların sahələrinin (ölçüləri) qeyd olunan qərarlarda göstərilən ölçülərə uyğun olduğu, torpaq sahələrinin “Böyük Şor” gölünün sahilindən xeyli aralıda yerləşməsi və ərazidən keçən 150 kv- luq yüksək gərginlikli elektrik xəttinin 25 metrlik mühafizə zolağına düşmədiyi müəyyən edilir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin 107,0 kv.metrlik hissəsi və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 200,0 kv.metr torpaq sahəsi ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərinin 50 metrlik mühafizə zolağından kənarda yerləşir. “Böyük Şor” gölünün xəritəsində gölün mühafizə zolağının konkret olaraq hansı məsafəni təşkil etməsi göstərilməmişdir. Lakin, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı müəyyən edilmişdir. İddiaçının mülkiyyəti nə verilmiş torpaq sahələri ilə “Böyük Şor” gölünün sahilinə ən yaxın məsafə 70 metrdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə, iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərindən 20 metr aralıda yerləşməsi, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəmərindən 5-6 metr məsafədə fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin olması, iddiaçının mülkiyyətinə verilmiş 1200,0 kv.metr torpaq sahələri ilə qonşuluqda, o cümlədən ətrafdakı ərazidə yerləşən bəzi qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ dövlət re yestrində qeydiyyata alınması müəyyən edilmişdir.”

27. Beləliklə yuxarıda göstərilmiş məktubdan və “X1” MMC-nin rəyindən göründüyü kimi həmin sənədlərdə “Böyük şor” gölü ilə ərazidən keçən 500 mm-lik “ Şirvan-Böyükşor” neft boru kəməri ilə, həmçinin 150 kv-luq yüksək gərginlikli elektrik xətti ilə bağlı mövqelər tamamilə fərqlidir.

28. Lakin apellyasiya məhkəməsi cavabdehin əslində formal xarakter daşıyan imtina məktubunu faktiki olaraq yeganə əsas götürməklə və müfəssəl tam hərtərəfli araşdırma aparmamaqla birinci instansiya məhkəməsinin iddiaçının iddiasının rədd edilməsinə dair qərarını dəyişdirilmədən saxlamışdır.

29. Halbuki yuxarıda artıq göstərilmiş və ziddiyyətli məqamlarla dolu olan iki sənəd (məktub və rəy ) iş üzrə mühüm olan halların, o cümlədən sözügedən torpağın həqiqi sxem i, torpağın hazırda yerləşməsi, adıçəkilən gölə, boru kəmərlərinə, yüksək gərginlikli elektrik xəttlərinə, münasibətdə xüsusilədə iddiaçıya torpaq verildiyi zaman yəni 2004-cü və 2006-cı illərdə hansı məsafədə olması iş üzrə ekspertiza təyin edilməklə doğru-dürüst müəyyən edilməsi mütləqdir.

30. Bununla da apellyasiya məhkəməsi, sözügedən torpaq iddiaçıya verildiyi zaman bu prosedurun qanuna uyğun aparılıb-aparılmamasına düzgün hüquqi qiymət vermiş olacaqdır.

31. Bununla yanaşı həmin torpaq sahəsində mövcud olan tikilinin inşa edilməsinə əsas olmuş sənədlər (qərar, sərəncam, müqavilə və.s ) də apellyasiya məhkəməsində dəqiq araşdırma predmeti olmalı və bunada qanuni və əsaslı hüquqi qiymət verilməlidir.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09 2022-ci il tarixli, 2-1(103)-390/2022 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

33. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.9 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 21(103)-390/2022 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar