Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2252/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-567/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülki və hərbi iş stajı daxil olmaqla təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-1352/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli 2-1(103)-567/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-1352/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək qərardan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təqdim edilmişdir).
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli 2-1(103)-567/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının vəkillə təmin edilməsi Azərbaycan Resp ublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir.
7. İddiaçı 17 yanvar 2023-cü il tarixli qərardan 10 iyul 2023-cü il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
8. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, iş materiallarına görə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “dövlət hesabına vəkillə təmin edilmə” barədə 2023-cü il 14 fevral tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə Vəkillər Kollegiyasına 2023-cü il 23 fevral tarixdə təqdim olunmuş və 2023-cü il 06 mart tarixdə vəkil orderi tərtib edilmişdir. Lakin kassasiya şikayəti 2023-cü il 10 iyul tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim olmuşdur.
9. İddiaçı məhkəmə bildirişində qeyd olunanlara yazılı münasibət bildirərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli 2-1(103)-567/2023 saylı qərarı poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli məktubla yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilməmişdir. İş materiallarında olan ünvan 2 ünvanı deyil və orada yaşamır. xx.xx.2023-cü il tarixdə sifarişli poçt xəbərnaməsində qeyd olunan “Şükürova” soyadlı şəxsi tanımır və həmin şəxs məhkəmə qərarını ona təqdim etməmişdir. 20 iyun 2023-cü il tarixdə vəkili Vəkil etibarnamə vermiş, eyni tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edə rək 17 yanvar 2023-cü il tarixli 2-1(103)-567/2023 saylı qərarın ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Həmin qərarı 04 iyul 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil qəbzə imza etməklə qəbul etmiş və iddiaçıya vermişdir. Kassasiya şikayəti isə 10 iyul 2023-cü il tarixdə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 31.2. Prosessual nümayəndə o nun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassa siyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “dövlət hesabına vəkillə təmin edilmə” barədə 2023-cü il 14 fevral tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə Vəkillər Kollegiyasına 2023-cü il 23 fevral tarixdə təqdim olunmuş və 2023-cü il 06 mart tarixdə vəkil orderi tərtib edilmişdir. Lakin kassasiya şikayəti 2023-cü il 10 iyul tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzi bati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim olmuşdur.
13. İddiaçının məhkəmə bildirişində qeyd olunanlara yazılı münasibətində qeyd olunan dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri müddətin ötürülməməsinin təsdiqi kimi qəbul etmir. Belə ki, işin materiallarına görə, iddiaçının hazırkı nümayəndəsi və vəkili həm inzibati icraatda, həm də məhkəmə icraatında iddiaçını təmsil etmiş, istər məhkəməyədək inzibati icraatda, istərsə də, İPM-in 31.2-ci maddəsinin tələbinə uyğun olaraq, məhkəmə icraatında yazışmalar iddiaçının nümayəndəsi vasitəsi ilə və onun göstərdiyi ünvan üzrə (ünvan 3 tərəfdən, iddiaçının öz adından və öz imzası ilə məhkəməyə təqdim etdiyi “iddiaçıya yardım etmə barədə” xx.xx.2022-c i il tarixli ərizədə və apellyasiya şikayətində də Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, AB y.s, ev 58, mənzil 4 ünvan göstərmişdir (iş v. 101, 147).
15. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının mübahisələndirilən qərarı və dövlət hesabına vəkil ilə təmin olunma barədə 14 fevral 2023-cü il tarixli 2-1(103)-567/2023 saylı qərardadı iddiaçının qeyd etdiyi hər iki ünvana göndərilmişdir.
16. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışla müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi Günel Əliyeva dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş Vəkil ilə telefon əlaqəsi saxlayaraq kassasiya şikayətinin təqdim edilib-edilməyəcəyi ilə maraqlanmış, vəkil T.X1 onun dayısı olduğunu, hazırda dayısının (iddiaçının) müalicə olu nduğunu və bununla bağlı kassasiya şikayətinin mümkün olmadığını bildirmişdir.
17. İddiaçının xəstəliyi və bununla bağlı məhkəmə qərarından kassasiya şikayəti vermək iqtidarında olmadığına dair sübut işdə yoxdur.
18. Beləliklə, prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Müddətin ötürülmədiyini aşkar təsdiq edən sübut işdə yoxdur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli 2-1(103)-567/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.