Məhkəmə qərarları › İş №2-1(102)-2253/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2253/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2253/2020 22.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünlüyü ilə bağlı məhkəmə araşdırması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə “torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışların verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx. 2020-ci il tarixli, 2-1(105)-358/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayon X1 xx.xx.2003-cü il tarixli 4-ə-473-474 saylı alqı-satqı müqavilələri ilə Quba rayonu İİ Nügədi ərazisində yerləşən cizgidə göstərilən sərhəd daxilində 4,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi iddiaçıya satılmış və həmin toraq sahəsi iddiaçının adına qeydə alınaraq JN-2716 saylı 30320018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir.

2. Həmin dövlət aktına əsasən iddiaçı onun mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv.metrdən, 2716D saylı 7581 kv.metrdən, 2716A saylı 6003,13 kv.metrdən və 2 716 saylı 19600,82 kv.metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məqsədilə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh orqan iddiaçıya xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının adına olan JN-27xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh orqanın onun mülkiyyət hüquqlarını qeydə almaqdan imtina etməsini əsas gətirərək cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək JN-2716 saylı 3032001 8 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv.metrdən, 2716D saylı 7581 kv.metrdən, 2716A saylı 6003,13 kv.metrdən və 2716 saylı 19600,82 kv.metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, 2003-cü ildən başlayaraq Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alqısatqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə həmin torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dövlət aktlarını almışdır. xx.xx.2020 -ci il tarixində yuxarıda qeyd olunan torpaq sahələrinə dair çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə əsassız olaraq bundan imtina etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixli müraciətinin məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlıdır və cavabdehin iddiaçıya cavab məktubu sözügedən torpaq sahələrinin dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyil.

8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-81 2/2020 nömrəli qərarına əsasən (hakim – C.B.Məmmədov) iddianın təmin edilməsi, JN-2716 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv.metrdən, 2716D saylı 7581 kv.metrdən, 2716A saylı 6003,13 kv.metrdən və 2716 saylı 19600,82 kv.metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Quba rayonu İ İ Nügədi kəndi ərazisində yerləşən, JN-2716 saylı 30320018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə cizgidə göstərilən sərhəd daxilində 4,08 ha. torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır ki, həmin Şəhadətnamə adıçəkilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Bundan başqa, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvi olduğundan bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-358/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Z.İ.Məmmədov, hakimlər – H.Ç.Babayeva və T.Q.Məmmədov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)812/2020 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələr üzrə iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunsa da, hazırkı iş üzrə iddiaçının tor paq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddiaçının cavabdehə müraciətinin məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlı olmuş və cavabdeh tərəfindən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunmamışdır.

13. Məhkəmə qərardadı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

14. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-358/2020 nömrəli qərardadının ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının müraciətinin məzmunu daşınmaz əmlakın dövlət qeydiyyatına alınması olmuş, onun təkid etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən həmin müraciət qeydiyyata alınmamışdır. İşə məhkəmədə baxılarkən iddiaçı həmin tələblə yenidən cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2020-ci il tarixli məktubla iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etsə də, apellyasiya şikayəti iddia tələbini əsassız olaraq mümkün saymamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

18. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

19. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati P rosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

22. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

23. Həmin Məcəllənin 33.2-ci maddəsinə g örə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

24. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

27. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçıla rının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

29. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqəti nə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulduğundan kassasiya şikayəti təmin edilməlidir.

33. Belə ki, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 26-29-cu bəndlərində göstərilən hüquqi mövqeyindən də göründüyü kimi məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olub-olmamasını, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

34. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəfindən yoxlanılmalıdır.

35. Bundan başqa, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbindən də görünür ki, iddiaçı, onun arzuladığı inzibati aktın qəbulundan cavabdeh imtina etdiyi hallarda məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət edə bilər.

36. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi müəyyən edilməsi üçün məhkəmə ətraflı araşdırma aparmalıdır

37. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı belə bir ərizə ilə cavabdeh orqana müraciət etdiyini iddia etsə də, cavabdeh bundan imtina edir və bildirir ki, iddiaçının müraciəti daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasında dair ərizə yox, daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınıbalınmaması barədə sorğu olmuş və cavabdeh iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının cavabdeh orqana ünvanladığı sözügedən məktubu tələb etmədən, həmin sənədi araşdırmadan, onun məzmunu ilə tanış olmadan cavabdehin bu mövqeyi ilə razılaşaraq iddia tələbini mümkün saymamışdır.

39. Halbuki, işdən göründüyü kimi, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixində müraciət etmiş, həmin müraciətə cavabdeh orqan xx.xx.2019-cu il tarixində cavab vermişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçını n adıçəkilən ilkin ərizəsini nəzərdən keçirmədən həmin müraciətin hüquqların qeydə alınması barədə ərizə, yoxsa hüquqların qeydiyyatı barədə sorğu olub-olmadığını müəyyən etmək qeyrimümkündür.

40. Hazırkı qərarın 20-21-ci bəndində göstərilən normalardan, eləcə də Ali Məhkəmə Plenumunun hazırkı qərarın 26-27-ci bəndlərində göstərilən hüquqi mövqeyindən görünür ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin vəzifəsidir və belə hallarda proses iştirakçılarının vəsatəti olmasa belə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamağa borcludur.

41. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən göstərilən prosessual normaların tələblərini pozmuş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları ara şdırmamış, zəruri sübutları toplamamışdır.

42. İddiaçının kassasiya şikayətini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

43. İşə təkrar baxan məhkəmə iddiaçının cavabdeh orqana müraciətləri ilə bağlı inzibati işin sənədlərini tələb etməklə işə əlavə etməli, bununla da müraciətinin məzmunun müəyyən etməli, bundan sonra iddianın mümkünlüyü məsələsinə qiymət verməli, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.

44. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-358/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar