Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2253/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı işi üzrə QƏRARİ (Açar sözlər: ali təhsilə aid kvalifikasiyanın tanınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-719/2023 nömrəli qərarından cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Rusiya Dövlət Sosial Universiteti tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş VSQ ******* nömrəli diploma əsasən, İddiaçı “Maliyyə və kredit” ixtisası üzrə iqtisadçı Peşəixtisas dərəcəsi verilmişdir.
2. Həmin diploma əlavəyə görə, İddiaçı Rusiya Dövlət Sosial Universitetində təhsili aldığı müddət ərzində “Maliyyə menecmenti” ixtisaslaşması üzrə 62 fəndən 4 kafi, 22 yaxşı, 5 əla və 31 məqbul qiymətləri almışdır.
3. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ali təhsil sahəsində həmrəylik haqqında dövlətlərarası sazişə müvafiq olaraq, Moskva Dövlət Sosial Universiteti (bundan sonra - ’’MDSU”) ilə "Texnoloq" Elm-istehsalat firması (bundan sonra "Firma ") arasında xx.xx.1996-cı il tarixli birgə fəaliyyət müqaviləsinə uyğun olaraq, xx.xx.1996-cı il tarixli 298 saylı əmr əsasında Firmanın Azərbaycan Respublikasının Bakı şəhərindəki bazasında MDSU-nun Beynəlxalq Sosial Təhsil Mərkəzi (UKP) açılmışdır.
4. İddiaçı xx.xx.2013-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.2013-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (6 il) ərizəçinin həmin ölkədə cəmi 3 gün olması və Rusiya Fe derasiyasının adıçəkilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən tədris proqramının bu müddət ərzində yerinə yetirilməsinin qeyri-mümkün olması əsası ilə diplomun tanınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş “Maliyyə və kredit” ixtisası üzrə VSQ ******* nömrəli, xx.xx.2011-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edəndən sonra, xx. xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, ərizəçinin eyni məzmunlu müraciətinə baxılmış və müraciətin təmin edilməsindən imtina barədə xx.xx.2013-cü il tarixli cavab onun elektron kabinetinə yerləşdirilmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyi göstərilməklə iddia tələbinin “Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş VSQ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5585/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2005-2011-ci illərdə Rusiya Dövlət Sosial Universitetinin maliyyə və kredit fakültəsində iqtisadçı ixtisası üzrə təhsil almışdır. İddiaçıya xx.xx.2011-ci il tarixli, VSQ ******* nömrəli diplom verilmişdir. İddiaçı xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Lakin Təhsil Nazirliyi tərəfindən diplomun tanınmasından imtina edilmişdir. İmtinaya əsa s kimi Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (6 il) iddiaçının həmin ölkədə cəmi 3 gün olması göstərilir. Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən tədris proqramının bu müddət ərzində yerinə yetirilməsinin qeyri-mümkün olduğu bildirilir. Hesab edir ki, diplomun tanınmasından imtina əsassızdır. Cavabdehin etirazları:
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə qısa müddət ərzində tədris yükünü ye rinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edil mişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (xx.xx.2011-ci ildə 3 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5585/2022 nömrəli qərardadı ilə hazırkı mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş VSQ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edil məsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir.
14. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)5585/2022 saylı qərarının icrası qaydasında müraciətə yenidən baxaraq xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının sözügedən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olması, h abelə iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Beləliklə, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, habelə tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5585/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində (ümumilikdə 03 gün ) bakalavr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. İş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
17. İddiaçı hə min qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-719/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıya onun adına Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş VSQ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - iddiaçının təhsil aldığı təhsil müəssisəsi Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsi ndə olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-1671/2021 saylı xx.xx.2021-ci il tarixli Qərar). Belə ki, həmin işlərdən aydın olduğu kimi iddiaçılar Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil almışlar, baxmayaraq ki, həmin filial ölkə ərazisində akkreditasiyadan keçməmiş və dövlət lisenziyası əldə etməmişdir, lakin yaranmış məhkəmə praktikasına əsasən qeyd edilən hallar təhsil alan tələbələrin təhsil hüquqlarının pozulmasına səbəb ola bilməz. - "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq haqqında xx.x x.2004-cü il tarixli, 595-İİQ saylı Qanunla Azərbaycan Respublikası xx.xx.1961-ci il tarixli həmin Haaqa Konvensiyasına qoşulmuşdur. Rusiya Federasiyası da Haaqa Konvensiyaya qoşulmuşdur və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, həmin diplomun qanuniliyi Rusiya Federasiyası tərəfindən tanınmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən tə qdim olunan diplom əlavəsindən müəyyən edilir ki, İddiaçı qiyabi formada təhsil almışdır və onun tədris aldığı təhsil proqramının ümumi həcmi 8208 (səkkiz min iki yüz səkkiz) akademik saatdan ibarət olmaqla təhsil müddəti 6 (altı) il olaraq müəyyən edilmişdir. İddiaçının təhsil aldığı ölkədə cəmi 2 gün olması müəyyən olunmuşdur.
22. Məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikasında təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı 2004-2010-cu illərdə fəaliyyət göstərmiş Təhsil üzrə Federal Agentlik (Rosobrazovanie) deyil, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyidir.
23. Məhkəmə qərar qəbul edərkən, ümumiyyətlə bəhs olunan Rusiya Dövlət Sosial Universitetinin Bakı filialının hansı ünvanda və statusda fəaliyyət göstərməsini, həmin müəssisənin hansı inzibati binada yerləşməsi, təhsilin tədrisi üçün hər hansı bir standartlara cavab verdiyini, fəaliyyətinə hansı orqan tərəfindən icazə verildiyini araşdırmamış, sadəcə Rusiya Dövlət Sosial Universiteti tərəfindən 2023-cü ildə təqdim olunmuş arayışların məzmununu nəql etməklə kifayətlənmişdir.
24. Məhkəmə qərarının iddia tələbinin təmin olunmasına dair mövqeyini əsaslandırması üçün "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa istinad edir ki, sözügedən Konvensiyada xarici kvalifikasiyaların tanınması deyil, sənədlərdə olan imzaların həqiqiliyinin təsdiqi məsələləri tənzimlənir. Cavabdeh təqdim olunan diplomun həqiqil iyini yox, alınmış kvalifikasiyanın ölkədə təhsil standartlarına qoyulan tələblərə cavab vermədiyindən tanınmasından imtina etmişdir.
25. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialının məzunları barədə verilmiş qərarlara istinad etmişdir. Halbuki sözügedən işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi 2007-ci ildə qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad etmiş, Rusiya Dövlət Sosial Universitetinin Bakı filialının fəaliyyəti barəsində hər hansı bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya başqa bir tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək kassasiya şikayətlərinin təmin edilməməsini v ə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə ) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsində olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-1671/2021 saylı xx.xx.2021-ci il tarixli Qərar). Belə ki, həmin işlərdən aydın olduğu kimi iddiaçılar Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil almışlar, baxmayaraq ki, həmin filial ölkə ərazisində akkreditasiyadan keçməmiş və dövlət lisenziyası əldə etməmişdir, lakin yaranmış məhkəmə praktikasına əsasən qeyd edilən hallar təhsil alan tələbələrin təhsil hüquqlarının po zulmasına səbəb ola bilməz.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
33. Belə ki, hazırkı işin faktiki halları ilə apellyasiya instansiyası məhkəməsinin əsaslandığı qərarın aid olduğu işin faktiki halları fərqli olduğu halda, Ali Məhkəmənin 2-1(102)-1671/2021 saylı işdəki hüquqi mövqeyinin hazırkı işə tətbiqini mümkün və zəruri edən əsaslar apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilməmişdir.
34. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni dövrdə və eyni formada təhsil almış digər şəxslərin diplom üzrə ixtisasının ölkə ərazisində tanınıb-tanınmadığına dair araşdırma aparmamışdır. Belə ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) xx.xx.2011-cı ilədək məzun olmuş şəxslərin aldıqları xarici ali təhsil ixtisasların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın inzibati praktikası da nəzərdən keçirilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi, həmçinin analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-882/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla araşdırma aparmamışdır. Məhkəmə kollegiyası həmin qərarında qeyd etmişdir ki, “...Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanl anmış xx.xx.2021-ci il tarixli 00-05-333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki,...Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.”.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-719/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.