Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2253/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik dərəcəsinin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosi al Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş əlilliyin dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024cü il tarixli, 2-1(105)-157/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı “baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üvzi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış travması (xx.xx.2020), keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu; partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması; alın nahiyyəsindən baş beyin; sağ alın payının ağır dərəcədə əzilməsi; beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression cərrahi əməliyyatdan sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatın nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defek ti” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 6868 saylı, 27 may 2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”si ilə müəyyən edilir ki, İddiaçı “keçirilmiş açıq kəllə-beyin travması, baş-beynin sağ alın payının ağır dərəcədə tənzimlənməsindən sonra tez-tez baş verən epileptik tutmalar və koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə; partlayış (xx.xx.2020)travması açıq-kəllə beyin travması, alın nahiyyəsinin başebyin sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə ( metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatdan sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış allıqreft kranioplastika, cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 kv.sm sümük defekti; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıtlı nitiqinin sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədə eşitməsi ilə” ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozları qoyulmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı, xx.xx.2021-ci il tarixli qərarından İddiaçı şikayət vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2021-ci il tarixli qərarın dəyişdirilməsi və ona birinci qrup əlillik pensiyasının təyin edilməsi öhdəliyinin ca vabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla 2-ci qrup əlildir. 1999-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, ondan sonra 2-ci Qarabağ müharibəsinin başlaması və ağır yaralanana qədər vətənə xidməti davam etmişdir. 21 il ərzində 2004-cü ildə 10 illik medal, 2008-ci ildə 90 illik medal, 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik, 2018-ci ildə 100 ilik, 2009-cu ildə Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal, 2014-cü ildə Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, 2019-cu ildə Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal, Şücaətə görə, Cəsur döyüşçü, Cəbrayılın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə, Vətən uğrunda medallara layiq görülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin XTQD-də xidmət keçmişdir. Müharibə dövründə Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vətən torpaqlarının düşməndən azad olunması uğrunda gedən şiddətli döyüşlər zamanı ağır yaralanmışdır. Başından ağır əməliyyatlar keçirmişdir. Bu günə kimi müalicə qəbul edir. Döyüş zamanı aldığı xəsarətlərə görə ona 2-ci qrup əlillik təyin olunmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci ildən xidmət etdiyi vəzifəsindən tərxis edilmişdir. Aldığı xəsarətlədən dolayı onda yaddaş pozğunluğu yaranmışdır. Belə ki, yanında kimsə olmadan heç bir yerə gedə bilmir. Bütün bu hallara baxmayaraq ona 2-ci qrup əllilik dərəcəsi verilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti Sumqayıt 1 nö mrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinədə olmuş və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunm ası meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, x x.xx.2021-ci il tarixdə ona təyin edilmiş əlilliyin dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(118)-1789/2023 nömrəli qərarı (hakim X3) ilə iddia tələbi təmin edilmiş, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 1964/2023 saylı qərarının ləğv edilməsi, İddiaçı ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, xxxxxxx00002 saylı qərar dəyişdirilərək birinci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə ol araq qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən tərtib olunmuş Forma 88 saylı göndərişdə öz əksini tapmış, iddiaçının əziyyət çəkdiyi, kodu XBT 10-a uyğun olaraq – S06.2 diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8-ci maddəsində birinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya birinci qrup əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(105)-157/2024 nömrəli qərarı (hakimlər X2 (məruzəçi), X4 və X6) ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 21(118)-1789/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassa siya şikayətinin dəlilləri
15. Şikayətdə qeyd edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 2111 nömrəli Tibbi rəyində diaqnoz “Kəllə beyin travması nəticəsində emosional labil və yüngül koqnitiv pozuntular. Eyni zamanda neyrocərrahi və nevroloji (epileptiform tutmalar) simptomlar olduğu üçün ixtisaslaşmış müəssisədə müayinə və müalicə tövsiyə olunur." kimi müəyyənləşdirilmişdir.
16. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, baş gicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, başında olan küydən, sol qulaqda eşitmə zəifliyindən, sol yuxan və aşağı ətrafda zəiflik, keyimədən şikayətlənmişdir. Agentliyin həkim-ekspert oftalmoloqun əyani instrumental müayinəsi zamanı diaqnoz “VİSUS O D=0,08, k/i=0,2. VİSUS OS=0,3, k/i=0,7. OU-sa miopik astiqmatizm." qeyd edilmişdir. Sağtərəfli plastika olunmuş kəllə-sümük defekti, alın, göz yuvası, qaş nahiyyəsində deformasiya izlənilmişdir. Hərəki sferada pozuntular aşkar edilməmiş, təqdim olunan EEQ müayinə dalğalarında spesifik göstəricilər müşahidə olunmamışdır. Əlillik dərəcəsinin gücləndirilməsinə əsas verən ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
17. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş birinci dərəcə əlillik təyin edilməsi üçün əsa s olan xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə gönd ərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəti cəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdud luğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.... 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
21. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsəl ələri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.
9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnə bilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki ) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağl amlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəmə sinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətl əndirilməsi ilə də razılaşır.
31. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə “baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üvzi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış travması (xx.xx.2020), keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcəsə pozulması ilə; mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu; partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması; alın nahiyyəsindən baş beyin; sağ alın payının ağır dərəcədə əzilməsi; beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression cərrahi əməliyyatdan sonrakı (xx.xx.2021) sümük defektinə görə aparılmış alloqreft kranioplastika cərrahi əməliyyatın nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78 sm*2 sümük defekti” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
33. Həmçinin, müvafiq tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilərək, TSEK-ə göndərilmiş tibbi göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz kimi “başın açıq yaralanmasının nəticələri, keçirilmiş ağır kəllə beyin tra vması, baş-beynin ağır dərəcəli əzilməsindən sonrakı vəziyyət, əlavə köməyə ehtiyacı var” XBT kodu T90.1, ağırlaşmaları kimi “Üzvi mənşəli emosional labil (asentik) pozuntu-kəllə beyin travması nəticəsində emosionallabil pozuntu XBT kodu F06.6”, “Epilepsiya Sağ alın-təpə nahiyyəsinin kranioektomiyası, hematomanın çıxarılmasından sonrakı XBT kodu G40”, “Yüngül koqnitiv pozuntu, kəllə-beyin travması nəticəsində yüngül koqnitiv pozuntu XBT kodu F06.7”, “baş beyin diffuz travması, baş beynin diffuz travması XVT kodu S06.2”, “Başın dəqiqləşdirilməmiş travmalarının nəticələri XBT kodu T90.9”, “Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ alın-təpə nahiyəsinin kranioektomiyası, hematomanın çıxarılmasından sonrakı vəziyyət XBT kodu Z98.8” qeyd olunmuşdur.
34. Məhkəmə kolle giyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklər və onun ağırlaşmalarından XBT kodu S06.2 kimi qeyd edilmiş diaqnoz məhz əlilliyin müəyyən edilməsi meyarlarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8-ci bəndinə birinci dərəcə əlilliyin təyin edilməsinə əsas olan hal kimi qeyd edilmişdir (2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, inte nsion titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9).
35. Eyni zamanda cavabdeh kassasiya şikayətində bildirir ki, iddiaçıda olan diaqnoz onun barəsində əlillik dərəcəsinin dəyişdirilməsinə imkan vermir.
36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks edilmiş mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir: “Sualda qoyulmuş (tetraplegiya, tripiegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpan paraparez. ataksiya, intension titrəmə ilə hiperkinetik sindroma) hallara İddiaçı adı na tərtib olunmuş Forma 088 göndərişində qeyd olunan “Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış travması, keçirilmiş açıq kəllə-beyin travması, sağ alın payının əzilməsi, epileptik qıcolmalarla, koqnitiv pozulmalarla nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020) açıq kəllə-beyin travması, alın nahiyyəsindən baş beyin, sağ alın payının ağır dərəcədə əzilməsi, beyindaxili yad cisimlərinə (metal qəlpələr) görə aparılmış alın nahiyyəsinin sağ tərəfli dekompression kraniotomiya cərrahi əməliyyatından sonrakı (xx.xx.2021) sümük defektinə görə apar ılmış alloqreft kranioplastika cərrahi əməliyyatının nəticəsində kəllə tağı sümüklərinin plastik materiallarla əvəz edilmiş 78sm*2 sümük defekti” diaqnozda ümumən rast gəlinir”.
37. Ekspert rəyi ilə əlaqədar müəyyən dəqiqləşdirilmələrin aparılması məqsədi ilə apellyasiya instansiya məhkəməsi tərəfindən ekspert məhkəmə prosesinə dəvət edilmişdir. Ekspert izahatında bildirmişdir ki, iddiaçının obyektiv əyani müayinəsində hemiplegiya, triplegiya və paraplegiya kimi əlamətlərin heç biri qeydə alınmamamış, qiymətləndirmə sonuncu meyarlar əsasında aparılmış, iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 №-li Qərarına əsasən aparılmış, iddiaçı təkrar müayinədə olmuş, əyani müayinədən keçmiş, yeni meyarlar əsasında ikinci dərəcə əlillik müddətsiz olaraq təyin edilmişdir ki, bu orqanizm funksiyalarının 80%-ə qədər pozulmasına uyğun gəlir. Tetraplegiya, triplegiya, hemiplegiya, tetraparez, paraplegiya birinci qrup əlillik təyinatı üçün olan ağırlaşmalar iddiaçıda qeydə alınmamış, iddiaçıda baş beyinin ağır travması olub, ona uyğun dəyərləndirmə aparılmış, birinci dərəcə əlilliyin təyini üçün əsas olan əlamətlər mövcud olmamış, ikinci dərəcə əlillik təyinatı üçün əlamətlər mövcud olmuşdur.
38. Ekspert daha sonra bildirmişdir ki, G40 epilepsiya kodudur, epilepsiyanı təyin etmək üçün xəstənin EEQ müayinələri təqdim edilmişdir. Müayinə sənədlərindən görünür ki, xəstə 2020-ci ildə travma almış, 2021-ci ildə Türkiyə Respublikasında əməliyyat keçirmiş, əməliyyatdan sonra EEQ müayinəsi aparılmış, 2021-ci ilə aid EEQ müayinəsi anormal EEQ olaraq qeyd olunmuşdur. Anormal EEQ-nin açıqlaması budur ki, beyin zədələnmədən sonra patofunksional vəziyyətini, yəni özünü tənzimləyə bilmir. Sonra 2022-ci ildə təqdim olunan yeni EEQ müayinəsi normal EEQ olaraq müəyyən edilmiş, artıq beyin tam olaraq öz funksiyasını bərpa etmiş, iddiaçı ciddi travma aldığı üçün hazırda onda seyrək tutmalar ola bilər. Ekspert qarşısında qoyulan suallarda qeyd olunan diaqnozlara xəstədə rast gəlinir, mövcud vəziyyət əsasında dəyərləndirmə aparılmış və ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, şəhadətnamədə qeyd olunan xəstəliklər iddiaçıda ikinci dərəcə əlillik səviyyəsində müəyyən olunmuşdur. Hemiplegiya xəstədə bir tərəfli, yəni sağ və ya sol tərəfli yuxarı və ya aşağı ətraflardakı hərəkətsizlikdir, G40 XBT koduna uyğu n əlamətlər iddiaçıda aşkar edilməmiş, xəstədə həmin meyarı təyin etmək üçün epileptik statusda olmalıdır və həmin epileptik statusdan çıxmaq üçün xəstə reanimasiyon şəraitdə müalicə almalıdır. Qeyd olunan xəstəliklər iddiaçıda müəyyən olunmamış, iddiaçı müəyyən xəstəxanalarda müalicədə olunarkən ona həmin diaqnozlar qoyulsa da, əyani müayinəsində triplegiya, hemiplegiya kimi xəstəliklər yoxdur. Həmin xəstəliklərə iddiaçının diaqnozunda rast gəlinir, lakin obyektiv müayinəsində birinci dərəcə əlillik təyinatı səviyyəsində rast gəlinmir, iddiaçının şəhadətnaməsində və müalicə aldığı xəstəxanalar tərəfindən həmin diaqnozlar qeyd edilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 №-li Qərarının 2.1.8-ci bəndində birinci dərəcə əlillik təyinatı üçün əsas olan meyarlardan biri kimi ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması qeyd olunmuşdur. İddiaçıda hərəkətlərin koordinasiyasının kəskin təzahürlü pozulması müəyyən olunmur. Müəyyən olunduğu səviyyədə ikinci qrup əlillik təyinatı aparılıb, iddiaçıda ümumən həmin xəstəliklər var, yəni kəllə-beyin travması alıb, yanaşı olaraq psixiatrik durumunda dəyişiklik var, lakin bu birinci dərəcə əlillik təyinatına əsas vermir, aşkar olunmuş xəstəliklər birinci dərəcə əlillik təyinatı üçün əsas vermir. İddiaçıya triplegiya, hemiplegiya, paraplegiya kimi diaqnozlar qoyulub, lakin obyektiv müayinədə həmin diaqnozların qoyulması üçün səbəbl ər yoxdur. Bu səbəbdən ekspert rəyində qeyd olunmuşdur ki, diaqnoza ümumən rast gəlinir, lakin xəstənin obyektiv müayinəsində onlar yoxdur, əzələ gücünün 1 bala qədər azalması halı da mövcud deyil.
39. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş ekspertin apellyasiya instansiya məhkəməsinə verdiyi izahla əlaqədar bildirir ki, həmin izahatdan aydın olur ki, iddiaçıda birinci dərəcə əlilliyin təyin edilməsinə əsas olan həmin xəstəlik əlamətlərinə (müvafiq Qərarın 2.1.8-ci bəndində əks olunmuş XBT kodu S06.2 olan) rast gəlinir.
40. Belə olan halda, iddiaçı barəsində məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 №-li Qərarının 2.1.8-ci bəndində əks olunan xəstəlik diaqnoz əlamətləri ümumi şəkildə aşkar edildiyi halda, tibbi sənədlər əsasında hansı əsaslara görə birinci dərəcə əlillik təyinatı üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 №-li Qərarın 2.1.8-ci bəndində əks olunmuş xəstəliyin (S06.2) əlamətlərinin mövcudluğu müvafiq tibbi göndəriş, əlavə edilən tibbi sənədlər və ekspert rəyi əsasında öz təsdiqini tapdığından cavabdehin kassasiya şikayəti təmin edilə, apellyasiya instansiya məhkəməsinin qərarı ilə ləğv edilə bilməz.
42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstər ilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-157/2024 saylı iş üzrə 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.