Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2254/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2254/19 Bakı şəhəri 06 noyabr 2019-cu il Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(103)-503/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, XXX bağ massivində 17-ci Cənub küçəsi, sahəsi 1200 kv.m olan 175 saylı bağ sahəsinin mövcud vəziyyətdə dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə i ddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, XXX bağ massivində 17-ci Cənub küçəsində yerləşən, 1200 kv.m ibarət 175 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 26 oktyabr 2000-ci il tarixli, 34 saylı protokola əsasən, XXX bağçılıq tərəfindən ona XXX massivində 17-ci Cənub küçəsi, sahəsi 1200 kv.m olan 175 saylı bağ sahəsi verilmişdir. Bağ sahəsi iddiaçı tərəfindən təmizlənmiş və mişar daşları ilə hasarlanmışdır. Tikinti işlərinin ap arılması üçün bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması məqsədilə iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh isə 27 noyabr 2017-ci il tarixli, **********11 saylı məktubla imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2-1(82)899/2018 saylı qərardadı ilə (hakim Zaur Tağıyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən 20 avqust 2018-ci il tarixli, 13787 saylı rəy tərtib olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-1(82)899/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik daşınmaz əmlak üzərində hüquqların dövl ət qeydiyyatına alınmasından imtinanın konkret əsaslarını nəzərdə tutmuşdur. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadığından cavabdehin imtinası qeyri-qanuni olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(103)503-2019 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Vüsalə Baıxışova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına bağ sahəsinin ayrılmasına dair protokoldan çıxarış arxiv qovluğunda, iddiaçının özünün adı isə arxi v qovluğunda mövcud olan siyahıda aşkar olunmadığından, habelə torpaq sahəsinin bağçılıq cəmiyyətinə verilmiş torpaq sahəsinə dair ayrıc aktında müəyyən edilmiş hüdudlardan kənarda yerləşdiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddələrinə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, qanunvericilik hüquqlar ın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün konkret əsasları nəzərdə tutmuşdur ki, hazırkı halda həmin əsaslardan heç biri mövcud olmamışdır. Apellyasiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan və maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-15.1.6-cı maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. XXX Bağçılıq-Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 34 №-li, 26 oktyabr 2000-ci il tarixli protokolundan çıxarışa (çıxarş 12 sentyabr 2014-cü il tarixində XXX və XXX tərəfindən imzalanmışdır) əsasən, XXX Bağçılıq Cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 Cənub küçəsi, 175 №-li bağ sahəsi zavodun işçisi İddiaçı daimi istifadədən ötəri verilməsi qeyd edilmişdir. İddiaçıya məxsus 273 №-li Bağçının üzvlük kitabçasına əsasən, o, Bağçılıq Cəmiyyəti üzvlərinin 26 oktyabr 2000-ci il tarixli, 34 №-li protokoluna əsasən Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyətinin bağından sahəsi 1200 kv.metr olan 175 №-li bağ sahəsi 26 oktyabr 2000-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 25 yannvar 2018-ci il tarixli, **********52 saylı məktubuna əsasən, bağçılıq yoldaşlıq üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, onun adına bağ sahəsi ayrılmasına dair protokoldan ç ıxarış arxiv qovluğunda aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 15 mart 2018-ci il tarixli, **********52 saylı məktubuna əlavə olaraq göndərilmiş XXX Bağçılıq Yoldaşlıq Cəmiyyətinə dair sənədlərin surətindən görünür ki, iddiaçının adı bağçılıq yoldaşlıq üzvlərinin siyahısında (185 nəfər) mövcud deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 mart 2018-ci il tarixli, **********46 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Bakı şəhər Ərazi İdarəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən sahə XXX bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinin ayrıc aktında n kənarda yerləşir; “xxxx” MMC-nin mövcud bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 1421 kv.metrdir; “xxxx” MMCnin mövcud bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinə hər hansı bir mülkiyyətçiyə texniki və hüquqi sənədin verilməsi barədə məlumat olmaması səbəbindən zəbt edilib-edilməməsini müəyyən etmək olmamışdır; “xxxx” MMC-nin mövcud bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinə hər hansı bir mülkiyyətçiyə texniki və hüquqi sənədin verilməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli 13787 №-li ekspert rəyinə əsasən, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tə rəfindən tərtib edilmiş 02 mart 2018-ci il tarixli rəyə əsasən, Bakı şəhər, XXX bağ massivində yerləşən, mübahisəli torpaq sahəsinin XXX bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənarda yerləşdiyi müəyyən edilir; xxxx” MMC-nin mövcud bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 1421 kv.metrdir; “xxxx” MMC-nin mövcud bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinə hər hansı bir mülkiyyətçiyə texniki və hüquqi sənədin verilməsi barədə məlumat olmaması səbəbindən zəbt edilib-edilməməsini müəyyən etmək olmamışdır; “xxxx” MMCnin mövcud bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinə hər hansı bir mülkiyyətçiyə texniki və hüquqi sənədin verilməsi barədə məlumat olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 mart 2018-ci il tarixli, **********46 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli 13787 №-li ekspert rəyinə əsasən, sözügedən sahə XXX Bağçılıq-Bostançılıq Yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənarda yerləşir və iddiaçının naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 1421 kv.metrdir. XXX Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 34№-li, 26 oktyabr 2000-ci il tarixli protokolundan çıxarışda “17” Cənub küçəsi 175 saylı bağ sahəsi istifadə üçün bağ sahəsi kimi deyil, məhz məişət avadanlıqlarının saxlanılması üçün nəzərdə tutulmuşdur. Bakı İxtisaslaşdırılmış Avtomobillər Za voduna (hazırda “xxxx” ASC) dair sənədlərin surətinə əsasən, bağçılıq yoldaşlıq üzvlərinin arxiv qovluğunda mövcud olan siyahıdakı üzvlərə verilmiş torpaq sahələri müvafiq olaraq, “14”, “15” və “16” Cənub ünvanları ilə verilmiş, “17” cənub ünvanı ilə heç bir üzvə bağ sahəsi verilməmişdir. İddiaçı həmçinin, Bakı İxtisaslaşdırılmış Avtomobillər Zavodunda (hazırda “xxxx” ASC) yarımştat işlədiyini və bu barədə əmək kitabçasında qeyd olmadığını bildirsə də, məhkəmə kollegiyasına əmək kitabçasını təqdim etməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına bağ sahəsinin ayrılmasına dair protokoldan çıxarış arxiv qovluğunda, iddiaçının özünün adı isə arxiv qovluğunda mövcud olan siyahıda aşkar olunmadığından, habelə torpaq sahəsinin bağçı lıq cəmiyyətinə verilmiş torpaq sahəsinə dair ayrıc aktında müəyyən edilmiş hüdudlardan kənarda yerləşdiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, qanunvericilik hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün konkret əsasları nəzərdə tutmuşdur ki, həmin əsaslardan heç biri mövcud olmamışdır. Apellyasiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan və maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəl məsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin iclasınının protokolundan çıxarışı və bağçılığın üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Belə ki, istinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması ü çün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. İşin h allarından göründüyü kimi, iddiaçının iddialı olduğu torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlərin cavabdehdə olan sənədlərlə üzləşdirilməsinə dair cavabdehin apardığı araşdırma ilə müəyyən edilmiş hallar iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas yaratmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci tarixli sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Beləliklə, istifad əsində olan torpaq sahəsinə dair iddiaçının ilkin sənədlərinin, o cümlədən həmin bağ sahəsinin ona verilməsi zamanı tərtib edilmiş sənədlərin üzləşdirilməsi məqsədilə məhz cavabdeh onda saxlanılan arxiv sənədləri üzrə yoxlama aparmalıdır. İddiaçının iddialı olduğu torpaq sahəsi XXX bağçılıq-bostancılıq yoldaşlıq cəmiyyətinə 1988-ci ildə ayrıldığı nəzərə alınaraq, həmin dövrə münasibətdə qüvvədə olmuş qanunvericiliyin tələbləri aşağıdakıları nəzərdə tutmuşdur. 7 iyul 1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən, torpaq sahələrinin ayrılması və rəsmiləşdirilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: - 13-cü maddədə torpaq sahələrinin ayrılma qaydasında istifadəyə verilməsi, torpaq sahələrinin istifadəyə verilməsinin Azərbaycan SSR Nazirlər Sovetinin sərəncam ı və ya müvafiq xalq deputatları Sovetinin İcrayyə Komitəsinin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur; - 23-cü maddəyə əsasən, torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla özündə cəmləşdirir; - 24-cü maddəsinin mənasına görə, torpaq istifadəçilərin torpaqdan daimi istifadə hüququ torpağa istifadə hüququna dair dövlət aktı ilə, torpağa müddətli istifadə hüququ Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şəhadətnamə forması ilə təsdiq edilirlər; - 97-ci maddəsinin mənasına görə, hər bir üzvünə 600 kv.m qədər ölçüdə olan torpaq sahələri kollektiv bağçılıq üçün idarə, müəssisə və təşkilatlara verilə bilər. Kollektiv bağçılıq üçün torpaqlar Azərbaycan SSR Nazirlər Sove tinin qərarı əsasında dövlət ehtiyatından, kollektiv bostançılıq üçün torpaqlar isə şəhər xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, şəhərlərin yaxın illərdə tikinti işləri üçün və ya başqa ehtiyaclar üçün ayrılmamış boş torpaqlarından və qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan qaydada ayrılmış dövlət ehtiyatı torpaqlarından istifadəyə verilir. Bağçılıq cəmiyyətinin üzvlərinə münasibətdə isə həmin dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in «Fəhlə və qulluqçuların bağçılıq yoldaşlığının vahid Nizamnaməsində dəyişikliklər və əlavələr edilməsi və kollektiv dirrikçiliyin təşkili qaydaları haqqında Əsasnamənin təsdiqi haqqında» 1985-ci il 12 aprel tarixli, 122 nömrəli qərarı qüvvədə o lmuşdur. VahidNizamnaməyə əsasənisə, bağçılıqyoldaşlığının üzvlüyünə qəbulolunma, üzvlükhaqları və üzvlükkitabçalarınverilməsi, bağçılıqyoldaşlığının üzvününhüquqvə vəzifələrivə digərməsələlərtənzimlənmişdir. Eynizamanda, hərbirbağçılıqyoldaşlığı özününfərdiNizamnaməsiniqəbuletməli, təsdiqetməlivə ona əsasənfəaliyyətgöstərməliidi. Maddələrin tələblərinə görə, kollektiv bağçılıq-bostançılıq üçün torpaqlar ayrılarkən torpaq sahəsinin sərhədləri naturada (yerində) müəyyən edilməli, torpağdan istifadə hüququ dövlət aktı forması ilə təsdiq edilməli və yalnız müəyyən edilmiş ölçülərdə və məqsədlə istifadə olunmalıdır. Bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunma və və hər bir üzvünə torpaq sahəsinin ayrılması müvafiq qaydada rəsmiləşdirilməlidir. Məhkəmənin apardığı araşdırma ilə iddiaçıya torp aq sahəsinin ayrılması zamanı bu tələblərə riayət olunmaması müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən onda saxlanılan arxiv sənədləri ilə üzləşmə aparıldıqda, bağçılıq yoldaşlıq üzvlərinin arxiv qovluğunda mövcud olan siyasında iddiaçının adı aşkar olunmamış, onun adına bağ sahəsinin ayrılmasına dair protokoldan çıxarış arxiv qovluğunda mövcud olmamış, məhkəmə ekspertizasının rəyi ilə iddiaçının iddialı olduğu sahənin XXX bağçılıq-bostancılıq yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənarda yerləşdiyi, həmin sahənin bağ sahəsi kimi deyil, məişət avadanlıqlarının saxlanılması üçün nəzərdə tutulduğu müəyyən olunmuşdur. Göstərilən hallar isə istinad edilən Qanununun aşağıdakı maddələrinə əsasən iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün əsas təşkil etmişdir: - 11.1-c i maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; - 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsasdır. Sadalanmış maddələrin tələblərinə görə, hüququn mövcudluğunu təsdiq edən sənədlər qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir, həmin sənədləri vermiş şəxs həmin əmlak üzərində sərəncam vermək hüququna malik olmadıqda isə, sənədlərin qanunauyğun hesab olunmadığı əsası ilə hüquqların dövlət qeydiyyatına alınmasın dan imtina edilməlidir. İddiaçının təqdim etdiyi sənədlər yuxarıda göstərilmiş tələblərə cavab vermədiyindən və aparılmış yoxlama ilə cavabdehdə olan sənədlərə uyğun olmadığından, apellyasiya məhkəsi düzgün olaraq iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(103)-503/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2254/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2254/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver