Məhkəmə qərarları › İş №2-1(102)-2254/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2254/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2254/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (mənzil uçotuna götürülmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, 25.11.2020 Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil uçotuna götürülmə tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxxxx 2020-ci il tarixli 2-1(105)-92/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı 20 il hərbi xidmətdə olmuş X1 ölümündən sonra onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 ilə nikahlarını xx.xx.2001ci ildə rəsmi qaydada qeydiyyatdan keçirməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2002-ci ildə X7, xx.xx.2004- cü ildə X9, xx.xx.2010-cu il tarixdə X8 anadan olmuşlar. X6 Azərbaycanın Milli Ordusunun zabiti olmuş, onunla müxtəlif bölgələrdə qulluq yerində birgə yaşamışlar. On ların icarəsində, istifadəsində, mülkiyyətlərində mənzil, ev olmamışdır. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər İdarəsinin xx.xx.2018-ci il tarixli 176 nömrəli arayışından görünür ki, mərhum əri X6 xx.xx.1996-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2016-cı il tarixli 0687 saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə əsasən xəstəliyə görə istefaya buraxılmışdır. xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyata alınmışdır. Əri xidmətdə ol duğu dövrdə hərbi qarnizonlarda xidməti mənzillə təmin olunmuşlar. 2016-cı ildə əri istefaya çıxdığı vaxt Sumqayıt şəhərinə qayıtmış və yuxarıda göstərdiyi kimi hərbi qulluqçu kimi qeydiyyata alınmışlar. Lakin mənzil növbəsinə dayanmamışlar. Bununla bağlı AR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Şöbəsinin arayışından görünür ki, əri xx.xx.2016-cı il tarixdən hərbi qulluqçu kimi qeydiyyata alınmışdır. AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin arayışından görünür ki, mərhum əri mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Bakı şəhər, Yasamal rayonu İcra Hakimiyyətinin arayışından görünür ki, əri ehtiyyatda olan zabitlərin güzəştli mənzil uçotu növbəsinə götürülməmişdir. Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdirinin imzası ilə təqdim olunmuş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Z.Fərəcova yazılmış ərizədə onun və ailə üzvlərinin mənzil uçotuna alınması xahiş edilsə də, cavab məktubunda tamamilə başqa bir məsələ ilə bağlı, yəni müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələ qeyd edilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin ərizəsinə cavabı qanunsuzdur. İmtinanı qanunsuz və əsassız hesab edir. Bununla bağlı inzibati orqan, yəni Sumqayıt Şəhər İcra Hakimiyyəti inzibati akt qəbul edib onu və ailə üzvlərini mənzil növbəsinə götürməli idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1118/2019 nömrəl i (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12, 21-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının tələbinin təmini üçün hüquqi əsas mövcud deyildir.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-92/2020 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Əsəd Məhəmmədəli) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(085)1118/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətinə gələrkən birinci instansiya məhkəməsinin də əsaslandığı maddi hüquq normaları tətbiq edərək belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın hər hansı qanunsuz hərəkətə yol verdiyi müəyyən olunmur. Kasasiya şikayətinin dəlilləri:

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsində inzibati işi araşdırarkən cavabdeh inzibati orqan göstərdi ki, 3 övladı ilə birlikdə valideynlərinə məxsus olan evdə yaşayır. Lakin əri hərbi akademiyada oxuduğundan ünvan 1 ünvan hərbi akademiyanın yataqxan asının ünvanıdır.

9. X14 Bakı şəhərində qeydiyyatda olduğu üçün mövcud qanunvericiliyə əsasən Sumqayıt şəhərində mənzil uçotuna alınmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər vəfat etdikdə mənzil uçotundan çıxarılırlar. «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə uyğun olaraq «Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanı lır». Göründüyü kimi, müharibə əlili mənzil uçotunda olub vəfat etdiyi halda növbə onun ailə üzvləri üçün saxlanılır. Qeyd edilənlər və iddiaçının ərinin yaşayış yeri üzrə mənzil uçotunun olmaması nəzərə alınaraq iddianın təmin edilməsi etirazla qarşılanır.

10. Göründüyü kimi inzibati orqan yaranmış münasibətləri «Azərbaycan Respublikası Mənzil Məcəlləsi və «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» qanunla tənzimlədiyini göstərmişdir.

11. Halbuki o, 20 ildən artıq qüsursuz xidmət etmiş X4 ölümündən sonra mənzil qeydiyyatına alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Yaranmış münasibətlər «Hərbi qulluqçuların statusu haqqında» qanun ilə tənzim olunur. İnz ibati orqan yaranmış halı düzgün qiymətləndirməmişdir.

12. Məhkəmə kollegiyası apelyasiya kimi rədd edərkən belə nəticəyə gəlmişdir ki, istefaya çıxmış hərbi qulluqçu kimi mənzil növbəsinə durmaq və mənzil almaq hüququ yalnız mərhum əri X3 məxsusdur. Hüquqi sahibi vəfat etdikdən sonra bu hüquqlar onun ailə üzvlərinə şamil edilmir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz.

13. İddia rədd olunarkən məhkəmə Hərbi Qulluqçuların Statusu Haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə istinad etmişdir. Halbuki iddia ərizəsini əsaslandırarkən həmin qanunun göstərilən maddəsinə o, da istinad etmişdir.

14. Məhkəmə qərarında qeyd edilir ki, «Hərbi Qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə hərbi qulluqçu ailələrinin sosial müdafiəsi hüqu qu tənzimlənir. Həmin norma ilə əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün təminatlar müəyyən edilmişdir. Həmin təminatlara da hərbi qulluqçu vəfat etdiyi halda onun ailə üzvlərinin mənzil təminatı öz əksini tapmamışdır».

15. Məhkəmə bu hissədə səhv nəticəyə gəlmişdir. Belə ki, Hərbi Qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndi müəyyən edir ki, Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.

16. Göstərilən maddi hüquq normasının mənasına görə X2 ölümündən sonra bu kateqoriyadan olan vətəndaşlara aid edilmiş bütün güzəştlər ona və ailə üzvlərinə aid edilir. Bir şərtlə ki, qanunda başqa qayda nəzərdə tutulmasın. Qanunda başqa qaydanın olmasına məhkəmə istinad etməmişdir. Məhkəmə, ümumiyyətlə 21-ci maddənin 5-ci bəndinə istinad etməmişdir. Bu baxımdan hesab edir ki, ölmüş, həlak olmuş, vəfat etmiş hərbi qulluqçulara aid olan güzəştlər onların ailə üzvlərinə şamil edilir. Qanunda başqa qayda nəzərdə tutulmamışdır.

17. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(105)92/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

20. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

21. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxx xxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq nor malarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

24. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının inzibati mübahisələrə dair qəbul etdiyi əksər qərarlarında inzibati mübahisələri həll edərkən, aşağı instansiya məhkəmələri tərəfindən inzibati mübahisələr üzrə qanuni və əsaslı qərar çıxarılması üçün İnzibati Prosessual Məcəllənin bir sıra maddələrinin, o cümlədən 12.1, 58.7, 68.2, 82-ci maddələrinin xüsusi əhəmiyyət kəsb etdiklərini və bu maddələrdən irəli gələn tələblərə riayət edilməsi mütləq xarakter daşıdığı vurğulanmışdır.

25. Lakin hazırkı işdə istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya ins tansiyası məhkəməsi inzibati mübahisəni həll edərkən sözügedən maddələrinin müddəalarına riayət etməmişlər.

26. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 20 il hərbi xidmətdə olmuş X1 ölümündən sonra onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsassız saymış və həmin nəticəni onunla əsaslandırmışdır ki, «İş materiallarında olan Yasamal RPİ tərəfindən verilmiş seriya AZEccc saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının əri mərhum X6 Bakı şəhəri, Q.Şərq küçəsi, ev 13-də qeydiyyatda olmuşdur, yəni qanunvericiliklə sonunc unun yaşayış yeri kimi qeyd edilən ünvan tanınmışdır.

28. Beləliklə, məhkəmə araşdırması ilə cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz hərəkətə yol verdiyi müəyyən olunmur».

29. Yeri gəlmişkən, qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının «Əsaslandırma hissəsi» yalnız «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12 və 21-ci maddələrinin bir sıra müddəalarının yazılmış mətnlərindən və yuxarıda göstərilmiş apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən ibarətdir.

30. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətindəki yazdığı «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 21-ci maddəsinin 5-ci bəndinin tələbinə münasibət bildirərkən göstərir ki, «Həmin no rma ilə əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün müəyyən təminatlar öz əksini tapmışdır.

31. Həmin Qanunun 12-ci maddəsinin 10-cu bəndinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər».

32. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün müəyyən təminatların mövcud olmasını özü bildirir, lakin bu təminatların konkret olaraq nədən ibarət olmasını göstərməməklə, onların sözügedən Qanunun 12-ci maddəsinin 10-cu bəndinə əsasən mənzil hüquqları pozulduğu zaman iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etmək hüququnun olmasını bildirir.

33. Belə olan halda, iddiaçının bu cür iddia tələbi irəli sürməsi, yəni, hərbiçi olmuş mərhum ərinin ölümündən sonra onun və ailə üzvlərinin mənzil uçotuna alınmaları hüququnun olub-olmaması və hüququ yoxdursa, bunun hansı qadağanedici hüquq norması ilə tənzimlənməsi konkret şəkildə qeyd edilməmişdir.

34. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərarının «Əsaslandırma hissə»sində, yuxarıda artıq göstərildiyi kimi, iddianın əsassız olmasının səbəbini konkret olaraq qeyd etməsə də, belə anlaşılır ki, bu onunla əlaqədardır ki, iddiaçının mərhum əri Qalib Hümbətov Bakı şəhəri, Q.Şərq küçəsi, ev 13də qeydiyyatda olmuşdur.

35. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının qeydiyyatda olduğu yer üzrə, yəni, Sumqayıt şəhərində onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsinin nədən mümkün olmamasını, yəni, buna dair konkret hər hansı bir qadağanedici maddi hüquq normasının mövcud olduğunu qeyd etməmişdir.

36. Digər tərəfdən və bu xüsusi olaraq vurğulanmalıdır ki, işin 16-cı səhifəsində olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx xxxxxxxx 2018-ci il tarixli, 3828 saylı məktubunda (məlum üçün X5 xx xxxxxx 2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir) deyi lir ki, «o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başladığı tarixdən, yəni, xx xxxx 1996-cı ildən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülmüşdür», həmçinin göstərilir ki, xx yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların komissiyasına təqdim olunacaq siyahısına daxil ediləcəkdir».

37. Qeyd edilməlidir ki, həmin təşkilatın eyni mahiyyətli məktubu işin 17-ci səhifəsində də yer almaqdadır.

38. Lakin, istər birinci instansiya, istərsə də apelyasiya instansiyası məhkəməsi işdə olan sözügedən sübutları ümumiyyətlə nəzərə almamış və nəticə etibarı ilə də araşdırmamışdır.

39. Halbuki Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi işə üçündü şəxs qismində cəlb olunmalı və adıçəkilən məsələlər tam və hərtərəfli araşdırmalıdır.

40. Bununla yanaşı iddiaçı apelyasiya şikayətind ə yazmışdır ki, «X6 hərbi qulluğa Sumqayıt şəhərindən getmiş, uzun müddət Sumqayıt şəhərində qeydiyyatda olmuş», «Bakı şəhərinin Yasamal rayonu ilə onun hərbi akademiyada təhsil aldığı dövr bağlayır».

41. Lakin apelyasiya instansiyası məhkəməsi bu məsələləri də araşdırmamış, onlara hüquqi qiymət verməmişdir.

42. Həmçinin iş materiallarından göründüyü kimi, iddiaçının mərhum əri xəstəliyə görə Silahlı Qüvvələrindən istefaya buraxıldığı zaman, məhz Sumqayıt şəhər idarəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyata alınmışdır.

43. Lakin apelyasiya instansiyası məhkəməsi bunun səbəbini də ümumiyyətlə araşdırmamışdır.

44. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin hazırkı inzibati mübahisəyə baxarkən İnzibati Pros essual Məcəllənin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin tələblərini pozaraq, əhəmiyyətli sayda sübutları araşdırmamış və bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız qərar qəbul etmişdir.

45. Belə olan halda kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə əhəmiyyətli sayda sübutların araşdırılması təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx xxxx 2020-ci il tarixli, 2-1(105)-92/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar