Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2255/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: vergi münasibətləri ilə bağlı mübahisələr; prosessual məsələlər; iddianın geri götürülmüş hesab edilməsi GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1 və Vəkil iştirakları ilə 15.08.2019 İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilmə si haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadından cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Departamentin 06 sentyabr 2018-ci il tarixli, **********716700 No-li “Vergilərin hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 14.02.2019-cu il tarixli qərardadı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-1 210/2019) inzibati mübahisəyə dair iş üzrə iddianın geri götürülmüş sayılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və V.Baxışova; iş № 21(103)-1005/2019) iddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi; inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Departament kassasiya şikayəti verərək, qərardadı ləğv edilməsi və iş üzrə iddianın geri götürülmüş sayılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikay ətinin dəlilləri Cavabdeh Departamentin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş halları düzgün qiymtələndirmədiyindən prosessual hüquq normalarını pozmuş; nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Departamentin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iş üzrə iddianın geri götürülmüş sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdehin nümayəndəsi H.Baloğlanov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçı MMC-nin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, işin birinci instansiya icraatı zamanı 29 oktyabr 2018-ci il tarixli məhkəmə iclasında iddiaçı MMC-nin nümayəndəsi M.Məmmədov iştirak etmiş və hazırlıq icraatı ilə əlaqədar məhkəmə iclası 25 dekabr 2018-ci il tarixə təxirə salınmışdır. İşin materiallarına əlavə edilmiş xəbərdarlıq qəbzindən göründüyü kimi, iddiaçı MMCnin nümayəndəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 25.12.2018-ci il tarixdə saat 11:35-də 2-1(81)-3723/2018 saylı i şə baxılması barədə xəbərdar edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin 25 dekabr 2018-ci il tarixli məhkəmə iclas protokoluna əsasən, iddiaçı MMC-nin və cavabdeh Departamentin nümayəndələri məhkəmə iclasına gəlməmiş və hazırlıq icraatı ilə əlaqədar məhkəmə iclası tərəf gəlmədiyindən 14 fevral 2019-cu il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının 14 fevral 2019-cu il tarixə təxirə salınması barədə iddiaçı MMCnin ünvanına (Bakı şəhəri, Yasamal rayonui, H.Cavid prospekti 46 ünvanına) məhkəmə bildirişi ünvanlansa da, işin materiallarında iddiaçı MMC-nin həmin bildirişi alması ilə bağlı hər hansı bir sənəd-sübut yoxdur. Eyni zamanda, 14.02.2019-cu il tarixinə təxirə salınmış məhkəmənin hazırlıq iclas protokolunda isə iddiaçı MMC-nin nümayəndəsinin məhkəməyə gəlmədiyi qeyd olunsa da, məhkəmə bildirişinin ona çatdırılıb-çatdırılmaması araşdırılmamış, gəlməməsinin səbəbi göstərilməmiş və cavabdeh Departamentin nümayəndəsinin iştirakı ilə keçirilən həmin iclasda iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsinin mahiyyət etibarı ilə işdə olan mövcud sənədlər əsasında yekun nəticə verməsi üçün kifayət qədər materiallar və qanunvericliyin müvafiq tələbləri mövcud olmuş olsa da, həmin hazırlıq icraatı ilə əlaqədar məhkəmə iclasını 14.02.2019-cu il tarixə təxirə salmağı üstün tutmuş, həmin məhkəmə iclasının vaxtı və yeri barədə isə iddiaçı MMC-nin məlumatının olub-olmaması araşdırılmadan, iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilməsi barədə əsassız qərar dad qəbul edilmişdir. Belə olan halda, iş üzrə müəyyən edilir ki, 1-ci instansiya məhkəməsi tərəfindən iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunması üçün əsaslar mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35, 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 11 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2255/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2255/2019
15.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver