Məhkəmə qərarları › İş №2-1(102)-2255/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2255/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2255/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakimə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1953; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-797/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2008-ci il tarixindən 3-cü qrup əliliyə görə hakim olaraq əmək pensiyası, xx.xx.2015-ci ildən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış, aylıq pensiya məbləği 2723,14 manat müəyyən edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********2 nömrəli imtina məktubu ilə bildirmişdir ki, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli 190-İİQD nömrəli Qanunu ilə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə isə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda müraciəti əsasında pensiya işinə aid sənədlərin araşdırılması zamanı ərizədə qeyd etdiyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci abzasında göstərilən bir aylıq vəzifə maaşı həcmində vəzif ə maaşına əlavənin 1 sentyabr 2019-cu il tarixindən hakimlərə ödənilməsi həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxili olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin ed ildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən ərizədə göstərdiyi əlavənin ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilmişdir ki, 1 may 2018-ci il tarixindən hakim kimi işlədiyi vəzifə üzrə vəzifə maaşı 1436,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 430,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 215,40 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 215,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq ə mək haqqı məbləğindən hesablanan 347,03 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 347,03 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 2991,66 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 13 il 2 ay 10 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2991,66 manat) 80 faizi-2393,33 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018 - xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 2296,88 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 1543,20 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən hakim kimi işlədiyi vəzifə üzrə vəzifə maaşı 1559,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 467,78 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 389,75 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 233,85 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,77 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,77 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı məbləği 3403,92 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə o lan redaksiyasına əsasən 13 il 2 ay 10 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3403,92 manat) 80 faizi - 2723,14 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay 2474,96 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3722,70 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5265,90 manat pensiya məbləği 2020-ci ilin dekabr ayından etibar ən hissə-hissə (169,86 manat) əmək pensiyası (2723,14 manat) üzərinə əlavə olunmaqla (169,86+2723,14=2893,00 manat) müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2008-ci il tarixdən təyin olunmuş pensiyanın dəyişdirilərək pensiya məbləğinə üçüncü ixtisas dərəcəli hakim pensiyaçı olduğundan Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının dörd misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanıb, 2008-ci il tarixdən hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin 1 sentyabr 2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilməsini və bir aylıq məzuniyyət haqqını t əkrar hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci ildən Bakı şəhəri, Səbail rayon xalq məhkəməsinin hakimi, xx.xx.1990-cı ildən Bakı şəhəri, Səbail rayon xalq məhkəməsinin hakimi və sədrinin müavini vəzifəsində işləmişdir xx.xx.2000-ci ildə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. Sabiq hakim kimi əlliliyə görə 2008-ci il tarixdən son vaxtlara qədər 2470 manat pensiya alırdı. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəf pensiyanı düzgün hesablamadığını etiraf etmiş və səhvini düzəldərək hal-hazırda 2723 manat pensiya hesablamışdır. Lakin cavabdeh təşkilat aşağıda qeyd olunan qanunvericiliyin normalarına yenə də riayət etməmişdir. Azərbaycan Respublikasının Prezidentinin 12 iyul 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkəmə və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əlavələr edilmişdir. Həmin Qanunun 106-cı maddəsində göstərilir ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; Digər məhkəmələrin sədrinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində. Həmin Qanunun 107-ci maddəsində göstərilir ki, “hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət ve rilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir”. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcə li hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. İşlədiyi dövrdə ona Azərbaycan Respublikasının Milli Məclisin 21 may 1996-cı il tarixli qərarı ilə üçüncü dərəcəli ixtisas dərəcəsi verilmişdir. Lakin hazır ki vaxta qədər ixtisas dərəcəsinə görə ona pensiya hesablanmamışdır.

5. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun etiraz təqdim etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4473/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbay can Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə görə iddiaçı pensiya təyin edilərkən, təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi dövrdə (2 sentyabr 2000-ci ilədək) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz.

8. Məhkəmə iddia tələbinin iddiaçının “pensiya məbləğinə üçüncü ixtisas dərəcəli hakim pensiyaçı olduğundan Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının dörd misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanıb, 2008-ci il tarixdən hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi” tələbi ilə bağlı hissəsində isə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ixtisas dərəcəsi nəzərə alınmaqla pensiya məbləği yenidən hesablandığından və fərq məbləği «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənildiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-797/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifəsində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyası haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirilməli, 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

14. Konstitusiya Məhkəməsi 18 iyul 2008-ci il tarixli Qərarını onunla əsaslandırır ki, 01 yanvar 2006-cı il tarixdə qanuni qüvvəyə minmiş «Əmək pensiyası haqqında» Qanundan fərqli olaraq, 30 dekabr 2005-ci il tarixədək qüvvədə olm uş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsində təsbit edilmiş müddəalar heç bir qeyd, şərt, tələb qoyulmadan əmək haqqının sonrakı artımındakı dəyişiklərin 30 dekabr 2005-ci il tarixədək təyin edilmiş pensiyaçı sabiq hakimlərin pensiya məbləğinə əlavə edilməsini birmənalı olaraq mütləqləşdirir. Həmin müddəadan məlum olur ki, «Pensiya yaşı çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir». Qeyd edilən müddəanın məzmunundan aydın olur ki, qanunverici əmək haqqının sonrakı artımındakı dəyişikliklərin sabiq hakimlər tərəfindən hakim vəzifəsində işlədikləri dövrdə vəzifə maaşı, ona əlavələr, digər ödə nclər və təminatlar qismində alıb-almamasının, habelə onlar üçün sığorta haqqı ödəyibödəməməsinin fərqinə varmır, bu asılılığı pensiya təminatında mütləq şərt olaraq nəzərə almır.

15. Qanunvericinin analoji iradə tərzi bu gün qüvvədə olan «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 71-ci maddəsində, «Deputat statusu haqqında» Qanunun 21-ci maddəsində, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində təsbit edilmiş nəinki sosial sığorta haqqından, ümumiyyətlə bütün vergilərdən azad edilən təminatların Əmək haqqına daxil olmasını təsdiq edən faktlarda təzahür edir. Qeyd edim ki, vəzifə maaşı hər dəfə qanunverici tərəfindən artırıldıqda pensiya məbləğinin müvafiq surətdə artırılması qanuna uyğunluğunun mövcudluğu Əmək Məcəlləsinin bu tələbinin mütləqliyinin sübutudur. «Əmək pensiyası haqqında» Qanunun 20-ci maddəsinə, habelə qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinə verilmiş «KM xəbərdarlıq» qeydində mütləq şəkildə göstərilir ki, 30 dekabr 2005-ci il tarixədək təyin edilmiş hakimlərin sosial müdafiəsi təminatı ilə əlaqədar həmin maddənin (109-cu maddə) müddəaları tətbiq edilməlidir.

16. Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsinin göstərişinə əsasən tarif (vəzifə) maaşının hər hansı formada artması, yəni faiz və ya əmsal nisbətində onun öz məbləğinin artırılması, yaxud əlavə ödənc edilməklə artırılması bütün hallarda əmək haqqının artmasıdır. Bu nöqteyi-nəzərdən müvafiq maddənin tələbinə görə hazırda qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq hakimin vəzifə maaşına bi r aylıq vəzifə maaşı həcmində əlavə ödənc hesablanaraq müəyyən edilmiş əmək haqqı vahid meyar kimi əsas götürülərək Qanunun 107-ci maddəsində nəzərdə tutulmuş məzuniyyət üçün 2 aylıq əmək haqqı miqdarında müavinət və yeni əlavə edilmiş 40 təqvim günü üçün nəzərdə tutulmuş məzuniyyət haqqı, həmçinin 109-cu maddədə göstərilən 2 aylıq Əmək haqqı miqdarında təminat hesablanmaqla Əmək haqqının ümumi məbləğinə daxil edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)797/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Madd ə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.... 1.0.5. təminat xərcliyi (pul təmin atı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadə k 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli s ayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 1 5 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər 19. “Məhkəmələr və hakimlər haqqında” Qanun: Maddə

106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:... Maddə

107. Hakimlərin məzuniyyət müddəti və haqqı Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir....

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil ol muş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetər li hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1987-ci ildən Bakı şəhər Səbail rayon xalq məhkəməsinin hakimi, xx.xx.1990-cı ildən Bakı şəhəri Səbail rayon xalq məhkəməsinin hakimi və sədrinin müavini vəzifəsində işləmişdir. xx.xx.2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmiş, cavabdeh inzibati orqanın qərarına əsasən iddiaçının 13 il 2 aylıq hakimlik stajı nəzərə alınmaqla ona xx.xx.2008-ci ildən 3-cü qrup əliliyə görə hakim olaraq əmək pensiya təyin edilmiş, xx.xx.2015-ci ildən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış, aylıq pensiya məbləği 2723,14 manat təşkil etmişdir.

28. Hazırkı mübahisə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması, 2008-ci il tarixdən təyin olunmuş pensiyanın dəyişdirilərək pensiya məbləğinə üçüncü ixtisas dərəcəli hakim pensiyaçı olduğundan Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının dörd misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanıb 2008-ci il tarixdən hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin 1 sentyabr 2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin və bir aylıq məzuniyyət haqqının hesablanıb ödənilməsi ilə bağlıdır.

29. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı hakim işlədiyi dövrdə ona 3-cü ixtisa s dərəcəsi verilmiş, üçüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1-dən minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci tarixədək iddiaçıya əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq ödənilmişdir. Bunları nəzərə alan cavabdeh inzibati orqan tərəfindən iddiaçının ixtisas dərəcəsinə görə aldığı haqq nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanmış, fərq məbləği «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməyə başlamışdır. İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması halını müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin qüvvəyə mindiyi 1 yanvar 2019-cu il tarixə qədər bu nunla bağlı inzibati orqana müraciət etmədiyindən, müraciətdən əvvəlki 3 il dövrü istisna olmaqla ondan qabaqkı dövr üzrə ixtisas dərəcəsinə görə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində iddianı rədd etməklə məhkəmə haqlı olmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında” Qanunun digər müddəaları ilə yanaşı 20-ci maddəsində nəzərdə tutulan “sonrakı artımlar” müddəasına, habelə 1.0.2-ci maddəsinə şərh verilmişdir. 31. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində sosial sığorta stajından, 20-ci maddəsində eyni zama nda “sonrakı artımlar”dan bəhs olunur.

32. İddia tələbində hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək pensiyanın hesablanması tələbi və hakim məzuniyyətə çıxarkən verilən məzuniyyət haqqının pensiya təyini zamanı nəzərə alınması tələbi olduğundan, Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının müddəaları da həmin tələblərlə bağlı mübahisəyə tətbiq edilməlidir. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki son rakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 35. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1 sentyabr 2019-cu il tarixdən qüvvəyə minmiş 106-cı maddəsinin yeni redaksiyasına əsasən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Həmçinin həmin Qanunun 1 sentyabr 2019-cu ildən qüvvəyə minmiş 107-ci maddəsinə görə hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

36. İddia tələbində qeyd edilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə və hakim məzuniyyətə çıxarkən ona ödənilən məzuniyyət haqqı yalnız o vaxt əmək pensiyasına əlavə ödəniş kimi hesablana bilər ki, iddiaçı hakim kimi işlədiyi 2 sentyabr 2000-ci il tarixədək bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni və məzuniyyət haqqını almış olsun.

37. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı əlavələr pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir. Bu hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının bir sıra qərarlarında da öz əksini tapmışdır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1312/2021 nömrəli, xx.xx.2021-ci il tarixli 21(102)-1157/2021 nömrəli, xx.xx.2021-ci il tarixli 2- 1(102)-827/2021 nömrəli, xx.xx.2021-ci il tarixli 2-1(102)-1017/2021 nömrəli qərarları).

38. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilmədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

39. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-797/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar