Məhkəmə qərarları › İş №2-1(102)-2255/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2255/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2255/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması (bələdiyyə və ya dövlət mülkiyyətində olmasının müəyyənləşdirilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2023-cü il tarixli, 2-1(105)193/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağ ıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli müraciətinə əsasən Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 14 və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində sahibkarlıq məqsədilə Sumqayıt bələdiyyəsinə torpaq sahəsi ayılmasına dair xx.xx.2012-ci il tarixli rəy verilmiş və Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 nömrəli qərarı ilə bələdiyyənin 14 və 29-cu məhəllələr arası ərazidə N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanmışdır. DTXK-nin Sumqayıt şəhər şöbəsi torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməmiş və Sumqayıt bələdiyyəsinin adına sahibkarlıq məqsədilə icarəyə ayrılan 114 kv.m torpaq sahəsi ilə bağlı 426830 nömrəli plan-ölçü sənədi hazırlanaraq X4 kitabında xx.xx.2013-cü ildə 5802 nömrə ilə uçota alınmışdır.

2. İddiaçı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla (bildiriş) müraciətdən imtina edərək bildirmişdir ki, xəritə məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin 92,56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 06 saylı qərarı ilə sənədləşdi rilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X2 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən faktiki istifadəsində olan 114 kv.m torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə b ağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin xx.xx.2012- ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab edilmişdir. Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 69a saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə xx.xx.2012-ci il tarixli, 02/554 saylı rəylər verilərək sözügedən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi ayrılması nəzərdə tu tulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlamış və həmin sənəd xx.xx.2013-cü il tarixdə 5802 nömrə ilə X4 kitabında uçota alınmışdır. Həmin sənədlər də əlavə edilməklə Sumqayıt Bələdiyyəsi tərəfindən rəsmi qaydada cavabdehə müraciət edilərək qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi xahiş edilsə də, cavabdeh bu günədək bələdiyyənin torpaq sahəsi üzərində qeydiyyatını həyata keçirməmişdir. Cavabdeh inzibati orqan nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmiş, nə də torpağın dövlət mülkiyyətində olduğunu təsdiq edən hər hans ı hüquq müəyyənedici sənədlərin surətlərini bələdiyyəyə təqdim etməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə Sumqayıt şəhəri ərazisində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada təhvili işləri həyata keçirilərkən tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X4nda dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülki yyətində olması barədə bildirdikləri tamamilə əsassız və qanunaziddir.

5. Cavabdehin yazılı etirazının dəlilləri iddiaçının tələbindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-724/2021 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti və xx.xx.2022-ci il tarixli 2-1(11xxxx/2022 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

7. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 92,56 kv.m torpaq sahəsi torpaqların elektron kadast bazasında dövlət torpağı kimi qeydə alınmışdır. Həmçinin sözügedən t orpaq sahəsi, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli Fərmanın 3-cü bəndinin və AR ƏMDK- nin yanında DƏDRX-nin xx.xx.2010-cu il tarixli RX23/06/866 nömrəli məktubunun icrası ilə bağlı idarəyə təqdim olunmuş dövlət əmlaklarının siyahısında "Ləman" şirkətinə məxsus obyektin yerləşdiyi torpaq sahəsi (iş kodu 63878, registr nömrəsi ********) kimi göstərilmiş və bunun əsasında daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində dövlət əmlakı kimi təsvir olunması məlum olmuşdur. Sumqayıt bələdiyyəsi qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin xx.xx.2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması məqsədəuyğun hesab edilmişdir. Lakin, bələdiyyənin nümayəndəsi bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq X1 istifadəsindədir.

9. Bundan əlavə Sumqayıt Bələdiyyəsi sadalanan sənədləri 2012-ci ildə əldə etsə də, öz hüquqlarını dövlət qeydiyyatına aldırmamış, ona 2012-ci ildə verilən sənədlərin hazırda səlahiyyətli olan qurumda qeydiyyatının olması müəyyən edilmir. Hazırda səlahiyyətli olan qurumum baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 92,56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyat a alınmışdır. Məhkəmə hesab etmişdir ki, qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Torpaq sahəsinin bələdiyyə və ya dövlətə aid olmasının müəyyən edilməsi mahiyyəti etibarı ilə dövlət qurumları arasında olan icraat nəticəsində müəyyən olunan məsələdir və dövlət qurumları arasında olan mübahisələr inzibati məhkəmə icraatının araşdırması ola bilməz və bununla bağlı problemlər yuxarı inzibati orqan tərəfindən həll edilməlidir. Lakin hazırkı iddia mövcud hüququn qeydə alınması ilə bağlı olduğu üçün məhkəmə iddianı mümkün hesab etmiş, hazırkı iddianı iki inzibati orqan arasında olan mübahisə kimi qiymətləndirməmişdir.

10. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, xəritə baza məlumatlarında aparılmış qeydiyyatlardan narazıdırsa, qanunvericiliyə uyğun olaraq səlahiyyətli yuxarı inzibati orqana müraciət etməsi istisna edilmir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 26 may 2023-cü il tarixli, 2-1(105)-193/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti ve rərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, o nlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;... Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə

5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idar ə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər ə şya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdiril məsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inziba ti mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qərari dəyişdirmədən saxlayarkən və birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşarkən maddi və prosessual hüquq normalarının tələ blərinə əməl etmədiyindən qəbul etdiyi qərar ləğv edilməlidir.

24. İşin hallarından görünür ki, mübahisə predmeti olan 114 kv.m torpaq sahəsi üzərində iddiaçı bələdiyyənin adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq DTXK-nin Sumqayıt rayon şöbəsi tərəfindən X4 kitabında qeydiyyata alınmış və həmin idarə ləğv edildikdən sonra onun arxivi və məlumatları hazırki iş üzrə cavabdehə təhvil verilmişdir. Cavabdeh inzibati orqan isə bələdiyyənin həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından imtina edərkən yalnız elektron xəritə məlumatlarına istinad edərək 114 kv.m torpaq sahəsinin 92,56 kv.m hissəsinin dövlət mülkiyyətində olduğunu bildirmişdir. İşə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri isə cavabdehin inzibati orqanın imtinasını əsaslı hesab edərə k iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etmişlər.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaya mahiyyəti üzrə baxarkən müvafiq araşdırma aparmadan yanlış qərar qəbul etmişdir.

26. Belə ki, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə və bu Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli Fərmanına əsasən öz səlahiyyətləri hüdudlarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyəti orqanları lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyənin ərazi və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verirlər.

27. Göründüyü kimi, torpaq sahələri bələdiyyənin mülkiyyətinə təhvil verildikdə onların müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu sənədləri tərtib edilməli, onların əsasında bələdiyyənin xəritəsi dövlət kadastrını aparan DTXK tərəfindən hazırlanmalı və bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi üçün təqdim olunmalıdır. Başqa sözlə bələdiyyənin torpaqlarının sərhədlərinin və ölçülərinin müəyyən edilməsi üçün həmin bələdiyyəyə aid yerquruluşu sənədləri və ya xəritələr DTXK-də mövcud olmalıdır.

28. İş materiallarının 13-16-cı səhifələrində olan bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol, xx.xx.2001-ci il tarixli akt və Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyası sənədlərinə məhkəmələr tərəfin dən diqqət yetirilməyərək hazırki mübahisə predmeti olan torpaq sahəsinin həmin sənədlərdə qeyd olunan torpaq sahələrinin tərkibində olub-olmaması araşdırılmamışdır

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə predmeti olan 114 kv.m torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə təhvil verilən torpaq sahəsi olub-olmaması, habelə bələdiyyəyə təhvil verilən torpaq sahələrin xəritə sxemində həmin torpaq sahəsinin göstərilib-göstərilməməsi barədə heç bir araşdırma aparmamışdır. Yəni həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması yoxlanılmamışdır.

30. Bundan başqa, iddiaçının istinad etdiyi torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilən qərarda bələdiyyənin torpaq sahəsini özünün icarəsinə verildiyi göstərilmişdir. Bu anlaşılmazlığı məhkəmə aradan qaldırmamışdır.

31. Həmçinin iddiaçının adına 114 kv.m torpaq sahəsinə dair verilmiş plan-ölçü sənədi X4 kitabında xx.xx.2013-cü il tarixdə uçota alınmışdır. Apellyasiya məhkəməsi torpaq sahəsinin həqiqətən də DT və XK tərəfindən X4 kitabında uçota alınıbalınmamasını yoxlamamış, alınmışdırsa uçota alınmanın hansı ilkin sənədlər əsasında aparılmasını aydınlaşdırmamışdır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın təmin edil məsi hissəsində şikayət təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2023-cü il tarixli, 2-1(105)-193/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar apellyasiya baxışına göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar