Məhkəmə qərarları › İş №2-1(102)-2255/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2255/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2255/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may N4-cü il tarixli, 2-1(105)-444/N4 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.N2-ci il tarixli məktubla bilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N2-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. O, N nömr əli hərbi hissənin xx.xx.N2-ci il tarixli 2018 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsasız hesab olunması və “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi hərbi səfərbərlik əsasında 29 sentyabr N0-ci il tarixində sil ahlı qüvvələrə çağrılmış, hərbi hissəsi Tərtər rayonu Sarov kəndində yerləşmişdir. N nömrəli hərbi hissədə N günlük hərbi savaşda iştirak etmiş, Minaatan batalyonda olmuş, Talış kəndi, Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmiş, atəşkəs elan olunandan sonra hərbi hissəni Qubadlı istiqamətində olan döyüş bölgəsinə göndərmişlər. Orada Laçın istiqamətində gedən döyüşlərdə, Qubadlı istiqamətində olan döyüşlərdə iştirak etmiş, Laçın rayonunun bir neçə kəndinin işğaldan azad olunmasında onların hərbi hissəsi vəzifəsini layiqincə yerinə yetirdiyinə görə hərbi hissənin bütün heyəti Prezidentin 29 dekabr N0-ci il tarixli 2373 saylı sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müharibə veteranı adı və vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin, Müdafiə Nazirliyi tərəfindən ərizəsinə müsbət cavab verilməmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyul N3-cü il tarixli, 2-1(118)-721/N3 nömrəli qərarı ilə (hakim X5) iddia təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə olan sənədlərdə iddiaçının döyüş bölgəsində olması öz əksini tapsa da, qanunvericiliyin tələbi olaraq İddiaçı müharibə veteranı adı və vəsiqənin verilməsi qanunaziddir. Məhkəməyə təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 2018 nömrəli məktubundan müəyyən olunur ki, bir sıra hərbi qulluçular döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etmişlər və onların sıralarında İddiaçı də adı qeyd olunmuşdur. İddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmasına baxmayaraq, onun müharibə veteranı statusunun alınma sına görə kifayət deyildir. Belə ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapmamışdır. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanuni hesab edilməlidir.

7. İddi açı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may N4-cü il tarixli, 2-1(105)-444/N4 nömrəli qərarı (X3 /məruzəçi/, X4 və X7) ilə apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyul N3-cü il tarixli, 2-1(118)-721/N3 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olu nması uğrunda aparılmış döyüşlərdə iştirak edərək, şəxsi igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr N0-ci il tarixli 2373 saylı Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin, həmin medalın verilməsi barədə vəsatət məhz cavabdeh inzibati orqanın müvafiq hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş, habelə həmin vəsatətin verilməsinə əsas olan hal kimi də məhz Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüşlərdə iştirak edərək, igidlik və şücaət göstərilməsi halına istinad edilmişdir. Göründüyü kimi, iddiaçı məhz müvafiq döyüş əməliyyatlarında iştirak edərək, həmin medal ilə təltif olunmuşdur. Nəticə etibarilə iddiaçının müvafiq döyüş əməliyyatlarında iştirak etməsi halı iş materialları əsas ında öz təsdiqini tapmışdır.

10. Cavabdeh kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edərək iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Şikayətdə qeyd edilir ki, iddiaçı döyüş əməliyyatlarında bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır.

12. Daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsinə dair 30 dekabr N1ci il tarixli 420 nömrəli qərarına əsasən şəxslərə-(hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən nizami hissə üzrə əmrlər və ya a rxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işləri, ezamiyyət vərəqələri, əmrlərdən çıxarış və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Əsasnaməyə əlavə edilmiş 420 nömrəli qərarına əsasən xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə “müharibə veteranı” adının və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən yuxarıda qeyd olunan sənədlər mövcud olsun. Əsasnamədən də göründüyü kimi hərbi qulluqçunun rayonların azad olunmasına görə və sair medallarla təltif olunması ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas sayıla bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir k i, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” N3-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

14. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci ma ddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə z idd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istif adə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

15. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

16. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, kassasiya şikayətində göstərilən bəzi hallar təhrif edilmiş şəkildə təqdim edilmişdir. Belə ki, şikayətdə qeyd edilmişdir ki, iddiaçıya “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında birbaşa iştirak e tdiyinə görə deyil, hərbi hissənin şəxs heyətinin Laçın rayonu ərazisində dislokasiya oldunduqlarına görə verilib.

17. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında xx.xx.N0-ci il tarixli Əsasnaməyə əsasən bu medal Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

18. Eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0-ci il tarixli Sərəncamın görə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişlər. Həmin siyahıda iddiaçının da adı öz əksini tapmışdır.

19. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən Əsasnaməyə və Sərəncama istinad edərək bildirir ki, şəxs o halda “Laçının azad olunmasına görə” medalla təltif edilir ki, o, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik göstərmiş olsun. İddiaçıya münasibətdə bu hal mövcud olmuşdur.

20. Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəmənin qərarlarında da öz əksini tapmışdır (iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.N3-cü i l tarixli, 2-1(102)-2564/N3 saylı; İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.N3-cü il tarixli, 2-1(102)-2896/N3 saylı işlər). Həmin işlər üzrə iddiaçılar “Laçının azad olunmasına görə” medalla təltif edildiyindən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə hərbi döyüşlərdə iştirakı sübut edən sənəd əsasında müharibə veteranı adı və vəsiqəsi tələbinə dair iddiaları təmin edilmişdir.

21. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe iddiaçının iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

22. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, haz ırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may N4-cü il tarixli, 2-1(105)-444/N4 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar