Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2256/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Haqqı Cəlilovun iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil aldığı ixtisasın tanınması və həmin universitet tərəfindən adına verilmiş 03.03.2015-ci il tarixli Dİ 033778 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-847/2019 saylı iş üzrə 28.03.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1978-ci il tarixdə Masallı rayonda anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil aldığı ixtisasın tanınması və həmin universitet tə rəfindən adına verilmiş 03.03.2015-ci il tarixli Dİ 033778 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən 03.03.2015-ci il tarixdə adına verilmiş Dİ 033778 nömrəli magistr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 12.06.2018-ci il tarixli 1225/ANİ saylı cavab məktubu ilə xahişi təmin edilməmiş, imtinaya səbəb kimi, diplom əlavəsində qeyd olunan tədris yükünü yerinə yetirməyini n qeyri-mümkün olması göstərilmişdir. Birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli iş № 2-1(82)-3175/2018, (sədrlik edən hakim Xaliq İmanov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28.03.2019-cu il tarixli iş № 2-1(103)-847/2019 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Fuad Talışinski) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instans iya məhkəməsinin2-1 (82)3175/2018 saylı 19 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarını əsaslandırmaq üçün bəzi maddi hüquq normalarına, o cümlədən Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5-ci maddəsinə istinad edərək qeyd edir ki, tərəflər yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin qarşılıqlı surətdə tanınması və növbəti pillədə təhsili davam etdirərkən bu sənədlərin ekvivalent sayılması barədə razılığa gəlmişlər. Hamin Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi məhkəmə normativ-hüquqi aktı səhv təfsir edərək nəticədə qanunsuz qərar qəbul edərək iddiaçının konstitusion hüquqlarını pozmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən, təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Belə ki, Saziş də xüsusi tənzimləmə predmetinə malik olan ikitərəfli beynəlxalq müqavilədir. Bundan əlavə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabineti 13 may 2003-cü il tarixdə 64 nömrəli qərar qəbul etmişdir. Qərarın 1.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspe rtiza keçirilmədən verilir. Buradan göründüyü ekspertiza keçirilməsini bu qərar qadağan etdiyi halda, Təhsil Nazirliyi aylarla iddiaçının sənədlərini özündə saxlayaraq hüququnu pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi b aşa düşülür. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lak in Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müdd ətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə müvafiq olaraq bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haql ı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli, 2-1(103)-847/2019 saylı qərarının ləğv edilməsini, İddiaçı Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən 03 mart 2015-ci il tarixdə verilmiş Dİ № 033778 qeydiyyat nömrəli magistr diplomunun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.03.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili H.Cəlilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 28.03.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.03.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Nümayəndə da vəkili H.Cəlilovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.03.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarını n qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsi 28 mart 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-n in 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 28 mart 2019-cu il tarixli, 21(103)-847/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı cava bdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaçının təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.3, 52, 58, 68, 82-ci maddələrinə, “Təhsil haqqında” Qanunun, Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na, eləcə də bir sıra digər maddi hüquq normalarına əsaslanmaqla belə hesab etmişdir ki, məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Təhsil Nazirliyinin apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddia təmin edilməməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının inzibati mübahisələr üzrə qəbul etdiyi bir çox qərarlarında İnzibati Prosessual Məcəllənin “İşin hallarının araşdırılması prinsipi” adlanan 12-ci maddəsinin müddəalarının inzibati mübahisələrinin həlli zamanı xüsusi əhəmiyyət daşıdığını vurğulanmışdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətlərinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məh kəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinin tələblərinə riayət etməmiş, bununla həmin maddələrlə sıx əlaqəsi olan İnzibati Prosessual Məcəllənin 58.7-c maddəsi də pozulmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 28 mart 2019-cu il tarixli qərarına müraciət edilməsi labüddür. Belə ki, apelyasiya instansiyası məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “İddiaçı cavabdeh Azər baycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra Təhsil Nazirliyi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində (bundan sonra M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti) təhsil aldığı ixtisasın tanınması və həmin universitet tərəfindən adına verilmiş 03 mart 2015-ci il tarixli Dİ № 033778 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən 03 mart 2015-ci il tarixdə adına verilmiş Dİ № 033778 nömrəli magistr diplomunun Azərbayca n Respublikası ərazisində tanınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 12 iyun 2018-ci il tarixli, 1225/ANİ saylı cavab məktubu ilə xahişi təmin edilməmiş, imtinaya səbəb kimi, diplom əlavəsində qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olması göstərilmişdir”. Daha sonra apelyasiya instansiyası məhkəməsi öz qərarında yazmışdır ki, “İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, iş üzrə cavabdeh Təhsil Nazirliyinin iş üzrə səlahiyyətli nümayəndəsi iddiaya dair “Etiraz” vermiş və etirazda qeyd edilmişdir ki, iddiaçı 1998-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini fransız dili istiqaməti üzrə bitirərək bakalavr dərəcəsi almış, sentyabr 2013 - mart 2015-ci illərdə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil müəssisələrinin idarə edilməsi ixtisası üzrə qiyabi təhsil formasında ali təhsilin ikinci səviyyəsi - magistr təhsili almışdır. “Filologiya” və “idarəetmə” ixtisasları ayrı-ayrı ixtisas qruplarına aid edildiyindən və normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət olması səbəbindən ona imtina edilmişdir”. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 03 mart 2015-ci ildə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisası üzrə magistr dərəcəsi almışdır. 03 mart 2015-ci il tarixli Dİ № 033778 saylı magistr diplomuna əlavəyə əsasən İddiaçı M.P.Draqomanov adına Milli Pedaqoji U niversitetində təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisası üzrə 2013-2015-ci illərdə təhsil aldığı müddətdə növbəti test və imtahanlardan keçmiş, 26 fənn üzrə məqbul, yaxşı və əla qiymətlər almış, diplom müdafiəsi 60 kafi qiymətlə qiymətləndirilmişdir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı həqiqətən də, M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisasının qiyabi formasına qəbul olunmuş və 20 sentyabr 2013-cü il tarixli qərarı ilə siyahıya daxil edilmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 08 noyabr 2018-ci il tarixli 1225/ANİ nömrəli məktubuna əsasən iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə elektron müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Hesab edilmişdir ki, təhsil alan tələbə üçün dərsə davamiyyətə əməl etməyərək diploma əlavədə göstərilən tədris proqramının yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən İddiaçı adına verilmiş 03 mart 2015-ci il tarixli Dİ № 033778 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytında “Bakalavriat səviyyəsində ixtisasın şifri və adı”, həmçinin “Magistratura səviyyəsində uyğun ixtisasların (ixtisaslaşmaların) şifri və adı” bölmələrində birmənalı şəkildə göstərilmişdir ki, “0102 Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı)” üzrə bakalavriat səviyyəsində ixtisasın davam etdirilməsi “060407 Menecment - Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası” üzrə nəzərdə tutulmuş, lakin apelyasiya instansiyası məhkəməsi həmin məsələni diqqətə almamış və bunun tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını işə üçüncü şəxs qismində cəlb etməli olduğu halda, etməmiş, bunun nəticəsində də sözügedən mühüm məsələ araşdırılmadan qalmışdır. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi iddiaçının M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində 2013-2015-ci illər ərzində təhsil aldığını müəyyən etdiyi halda, dərs aldığı fənlər və cavabdehin qənaətinə görə iddiaçının alması zəruri olan dərs fənləri arasınd a nə kimi fərqlərin olmasını və bunun iddiaçıya tələb etdiyi iddiada nə kimi maneələr yaradılmasını aşkar etməmişdir ki, bütün bunlar nəticəsində apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsi 28 mart 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69 və 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli 21(103)-847/19 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2256/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2256/2019
10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver