Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2256/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xəsarətin səbəbli əlaqəsinin təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə qarşı “xəsarətin səbəbli əlaqəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2 023-cü il tarixli, 2-1(103)494/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalından əldə edilmiş məlumata əsasən İddiaçı Daxili İşlər Nazirliyinin X1 xx.xx.1994xx.xx.1994-cü il tarixlərdə “Bel-oma radikuliti” diaqnozu ilə stasionar müalicədə olmuşdur.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının xx.xx.2021-ci il tarixli, 238-3019-1221 nömrəli məktubu ilə göndərilmiş İddiaçı 1956 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən İddiaçı 08.11-xx.xx.1994-cü il tarixinədək DİN RH-nın nevrologiya şöbəsində “astenik nevroz NSD kardial tip” diaqnozu ilə müalicədə olmuşdur. 3. 3 №-li Şəhər Klinik Xəstəxanasının (hazırkı “X5” X4) təqdim etdiyi arayışa əsasən, İddiaçı xx.xx.1994-xx.xx.1994-cü illərdə “Qapalı kəllə beyin travması baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə müalicədə olmuşdur.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xəsarətin səbəbli əlaqəsinin təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, İddiaçı DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasına müraciət edərkən yaralanmanın döyüş bölgəsində xidməti vəzifəsinin icrası ilə bağlı olmasını təsdiq edən xidməti təhqiqat materiallarını (travma haqqında arayış, xidməti rəy, istintaq materialları və s.) təqdim etməmişdir. Eləcə də, İddiaçı sorğu yolu ilə DİN-in arxivindən əldə edilən xidmətkeçmə siyahısında onun döyüş bölgəsinə ezam olunması barədə heç bir qeyd aşkar edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı Qərarının 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə xidməti vəzifələrinin icrası ilə bağlı olubolmaması göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı xəsarətinin səbəb əlaqəsi barədə qərar çıxarılması imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi düzgün təyin edilmədiyindən, həmin qərarın ləğv edilərək “xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və müstəqilliyinin müdafiəsi zamanı alınmışdır” formasında təyin edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddianın əsaslarına görə, iddiaçı keçmiş SSRİ Ordusunda 1991-1993-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hərbi münaqişə yarandığı vaxt iddiaçı da həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi 03 aprel 1994-cü il tarixində qulluqda olduğundan 28 aprel 1994-cü il tarixdən Füzuli rayonunun işğal edilmiş kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə və hərbi əməliyyatl arda iştirak etmişdir. Zəngilan rayon Polis şöbəsinin 21 may 1994-cü il tarixli arayışından da görünür ki, iddiaçı həmin dövrdə erməni işğalçılarına qarşı döyüşmüş, 30 avqust 1995-ci il tarixinədək polis nəfəri kimi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı iddiaçı aldığı xəsarətlər nəticəsində “Qapalı kələ-beyin travması, baş-beyin silkələnməsi, kontuziya” diaqnozu ilə 3 №-li Şəhər Kliniki Xəstəxanasında xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək müayinə və müalicə olunmuşdur. Həmçinin, polis orqanından işdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X2 “Keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri, baş-beyin silkələnməsi, kontuziya” diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuş dur. İnzibati orqanın, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Tibbi İdarəsinin xx.xx.2019-cu il tarixli aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasından imtina etməsi barədə məktubu qanunsuzdur. Hərbi-Həkim Komissiyasına travma haqqında arayış təqdim edilmədiyindən onun aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün deyil. Bu əsaslandırma isə qanunsuzdur. İddiaçı müddətli həqiqi hərbi xidmətini keçmiş SSRİ-nin Sovet Ordusu sıralarında çəkmişdir. Sonradan isə məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəstəliyə düçar olmuşdur. Onun aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasından imtina edilməsi düzgün deyil. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasına müraciət edərkən yaralanmanın döyüş bölgəsində xidməti vəzifəsinin icrası ilə bağlı olmasını təsdiq edən xidməti təhqiqat materiallarını (travma haqqında arayış, xidməti rəy, istintaq materialları və s.) təqdim etməmişdir. Eləcə də, İddiaçı sorğu yolu ilə DİN-in arxivindən əldə edilən xidmətkeçmə siyahısında onun döyüş bölgəsinə ezam olunması barədə heç bir qeyd aşkar edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı Qərarının 7.3cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olara q çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmaması göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı xəsarətinin səbəb əlaqəsi barədə qərar çıxarılması imkan xaricindədir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1118/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir. Xəsarətin səbəb əlaqəsi ilk növbədə travma haqqında arayış əsasında çıxarıla bilər. Travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Arayışda xəsarətin alınma şəraiti, xidmət vəzifələrinin icrası ilə bağlı olması göstərilir. İddiaçı xx.xx.1994-xx.xx.1995-ci illərdə Zəngilan rayon Polis şöbəsinə polis nəfəri vəzifəsində xidmət etmişdir. İddiaçıya aid şəxsi işində onun döyüş bölgəsində xidməti vəzifələrinin icrası zamanı xəsarət almasını təsdiq edən travma haqqında arayış, xidməti rəy və s. sənədlər aşkar olunmamışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların arxivində İddiaçı Zəngilan rayonunun polis nəfəri kimi hospitala daxil edilərək xəstələrin siyahısına və qazan təminatına daxil olması barədə N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 124 №-li əmri mövcuddur. Lakin məhkəmə sorğusu ilə Azərbaycan Res publikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalından əldə edilmiş məlumata əsasən İddiaçı Daxili İşlər Nazirliyinin X1 xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə “Bel- oma radikuliti” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Başqa sözlə, iddiaçı xidmətinin xx.xx.1994-xx.xx.1994-cü il tarixlərarası dövründə travma alması göstərilməmiş, kəllə-beyin travması üzrə diaqnozla müalicədə olmamışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının xx.xx.2021-ci il tarixli, 238-3019-1221 nömrəli məktubu ilə göndərilmiş İddiaçı 1956 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən İddiaçı 08.11-xx.xx.1994-cü il tarixinədək DİN RH-nın nevrologiya şöbəsində müalicədə olmuş, bu zaman ona qoyulmuş diaqnoz “asten ik nevroz NSD kardial tip” olmuşdur. Qeyd edilən diaqnozun özü, iddiaçının aldığı stasionar müalicə kəllə-beyin travması ilə bağlı olmamışdır; - iddiaçının istinad etdiyi 3 №-li Şəhər Klinik Xəstəxanasının (hazırkı “X5” X4) təqdim etdiyi arayışa əsasən İddiaçı xx.xx.1994-xx.xx.1994-cü illərdə “Qapalı kəllə beyin travması baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə müalicədə olmuşdur. Qeyd edilən arayış 2788 nömrəli tibbi kartadakı məlumatlara istinadən verilmişdir. Məhkəməyə təqdim edilmiş 1 səhifəlik tibbi kartanın üz qabığında İddiaçı diaqnozu “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya”, xx.xx.1994-cü ildə daxil olması, xx.xx.1994-cü ildə çıxması göstərilsə də qeyd edilən bu məlumatlar həkim komissiyasının imzası, möhürü ilə təsdiqlənməyən, kim tərəfindən tərtib edildiyi müəyyən olunmayan sənəd olduğundan həmin məlumatlara istinadən iddiaçının qeyd edilən travma alması nəticəsinə gəlməyə kifayət edən sübut qismində qəbul edilmir. Məhkəmə qeyd edilən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının arayışını iş üzrə əldə edilmiş digər sənədlərlə müqayisəli təhlil etdikdə də həmin sənədin iddia tələbinin təmin edilməsinə əsas verən sübut qismində çıxış edə bilmədiyi nəticəsinə gəlir; - iddiaçı daxili işlər orqanı əməkdaşı olaraq xidmət etdiyi dövrdə 2 dəfə müalicəmüayinədə olmuş və bu zaman hər hansı mülki xəstəxanaya deyil, bilavasitə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalına, A.Heydərov adına Respublika Hospitalına yerləşdirilmişdir. İkincisi, iddiaçının travma alması ilə əlaqədar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilməsi barədə hərb i hissə, tabe olduğu xidmət rəhbərliyinin hər hansı əmri şəxsi işdə mövcud deyildir. İddiaçı xx.xx.1994-xx.xx.1994cü illərdə “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müalicə almışdır, bu halda iddiaçı 1 ay sonra Daxili İşlər Nazirliyinin X1 xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək müalicədə olarkən ona 1 ay əvvəl aldığı travma ilə bağlı hər hansı müalicə təyin edilməmiş və yaxud onun müalicəsi barədə qeydlər edilməmiş, qoyulan diaqnoz isə “Bel-oma radikuliti” diaqnozu olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını və ya yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsi ndə icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-494/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin faktiki hallan ilə də təsdiq olunur ki, 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər aparılan aktiv d öyüş əməliyyatları zamanı, yaralananların sayı çox olduğu üçün və bu sahəni tənzimləyən müvafiq maddi hüquq normaları olmadığından (cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı Qərar yaralanmağında əlaqədar baş verən hadisədən 14 il vaxt keçdikdən sonra qəbul olunmuşdur) hərbi hissə komandiri tərəfindən belə bir Arayışın tərtib olunmaması iddiaçının imkanı xaricindədir. Əldə etməyin imkanı xaricində olan sənədin iddiaçıdan tələb edilməsi olunması yolverilməzdir. Belə olan hallarda cavabdeh tərəfindən verilən imtina məhkəmə tərəfindən qanunsuz hesab edilməli idi. Lakin məhkəmə qanunsuzluğa yol verərək saxta sübutlar əsasında cavabdehin mövqeyini qanuni hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsi də heç bir əsaslandırıcı dəlil gətirmədən qanunsuz qərar qəbul etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsində dəlillərin heç biri iddia tələbinin rədd edilməsi üçün əsas vermir. Əksinə olaraq həmin dəlillərin hər biri iddiaçının Həkim Komissiyasına göndərilməyi üçün əsas vermişdir. Lakin əksinə olaraq məhkəmə qərarında iddianın rədd edilməsi üçün, həmin dəlilləri sadalamışdır. Bu da Apellyasiya Məhkəməsi tərəfindən verilən məhkəmə qərarın ləğv edilməsi üçün əsasdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 1.2. Hərbi-h əkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra - xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3 Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.7 Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarını n) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. 7.1 Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2 Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı a lınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə d övlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcə yə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sə nədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. 7.3 Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və d aha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütöv lükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlilləri ndən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə istinadla qeyd etmişdir ki, xəsarətin səbəb əlaqəsi ilk növbədə travma haqqında arayış əsasında çıxarıla bilər. Travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Arayışda xəsarətin alınma şəraiti, xidmət vəzifələrinin icrası ilə bağl ı olması göstərilir. Xəsarətin alınma şəraiti haqqında arayış olmadıqda xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır.
24. İddiaçıya aid şəxsi işində onun döyüş bölgəsində xidməti vəzifələrinin icrası zamanı xəsarət almasını təsdiq edən travma haqqında arayış, xidməti rəy və s. sənədlər aşkar olunmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əsaslandığı, 3 №-li Şəhər Klinik Xəstəxanası tərəfindən təqdim edilmiş sənədi də digər sübutlarla birgə tədqiq etmişdir. İddiaçının travma alması ilə əlaqədar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilməsi barədə hərbi hissə, tabe olduğu xidmət rəhbərliyinin hər hansı əmri şəxsi işdə mövcud olmamışdır.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, istinad edilən Əsasnamənin 7.4-cü bəndinin tələbinə görə, vətəndaşın y aralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.
27. Beləliklə, iddiaçının hərbi travma alması barədə hər hansı təsdiqedici sənəd olmadığından, onun kontuziya alması faktının təyin edilməsi üçün isə şahid ifadələrinə yol verilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-494/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.