Məhkəmə qərarları › İş №2-1(102)-2256/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2256/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2256/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-154/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2016-cı il tarixdən DSMF-nin Yevlax rayon şöbəsi tərəfindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

2. Sonradan cavabdeh tərəfindən əmək pensiyasının ödənilməsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır.

3. Həmçinin ötən 6 il ərzində ona ödənilən 17.799 manat məbləğində pul vəsaitinin geri qaytarılması tapşırılmışdır.

4. İddiaçı bir neçə dəfə cavabdehə müraciət edərək əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir.

5. Cavabdeh pensiyanın bərpa edilməsindən imtina edərək qeyd etmişd ir ki, iddiaçının xx.xx.1984-xx.xx.1997-ci il tarixləri arasında dövr ərzində "xxxx" QSC-nin Yevlax "xxxx" Aviaşirkətində yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis və aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi yerüstü qurğuların istismarı və tikinti sahəsi yuxarıda qeyd olunan Mülki aviasiya sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az( 10 il 7 ay 25 gün( xx.xx.1997-xx.xx.2007-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, iddiaçıya xx.xx.2016-cı il tarixdən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ü mumilikdə 17.799 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilərək göstərilən vəsaitin büdcəyə bərpa edilməsi cavabdehə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi Yevlax BAD-da yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyi illərin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “xx.xx.1991-ci ildən xx.xx.1 997-ci ilə kimi Yevlax BAD-da yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyi illərin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxil edilməsi, cavabdehin təyin olunmuş pensiyanın dayandırılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və pensiyanın ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona DSMF-in Yevlax rayon şöbəsi tərəfindən ona 2016-cı ildən etibarən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Belə ki, o, 1984-cü ildən 2007-ci ilə kimi Yevlax mülki aviasiya idarəsində işləmişdir. Lakin, 2022-ci ilin sentyabr ayında ona pensiya verilməsi dayandırılmışdır (həmçinin ötən 6 il ərzində ona öd ənilən 17.799 manat məbləğində pul vəsaitinin geri qaytarılması tapşırılmışdır). Cavabdehin etirazları:

9. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2016cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.1984xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yevlax "xxxx" Aviaşirkətində yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis və aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur.

10. Göründüyü kimi, iddiaçının işlədiyi yerüstü qurğuların istismarı və tikinti sahəsi yuxarıda qeyd olunan mülki aviasiya sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay 25 g ün (xx.xx.1997- xx.xx.2007-ci il tarixləri arasındakı dövr)) təşkil edir.

11. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2016-cı il tarixdən Fondun Yevlax rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmiş və qanunvericiliyə uyğun olaraq əmək pensiyasının ödənilməsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-840/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1984-xx. xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yevlax "xxxx" Aviaşirkətində yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir.

14. İş materiallarına əlavə edilmiş "xxxx" Yevlax Aviasiya Şirkətinin xx.xx.2023-cü il tarixli 9/10-173 nömrəli Arayışından görünür ki, iddiaçı 1984-cü il oktyabr ayının 11-dən 1989-cu il mart ayının 13-ü daxil olmaqla - X1 yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis, aparıcı mühəndis, 1991-ci ildən "xxxx" Konserni «AZAL» Yevlax Aeroportu yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis, 1992-ci il - "xxxx" Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir və tikinti sahəsində aparıcı mühəndis, 1993-cü il - "xxxx" Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti cari və əsaslı təmir sahəsində aparıcı mühəndis, 1994-cü il - "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti cari və əsaslı təmir sahəsində aparıcı mühəndis, 1995-ci ildən- "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir sahəsində aparıcı mühəndis, 1996-cı ildən- "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir sahəsində aparıcı mühəndis, 1997-ci ildən- "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti yerüstü qurğuların istismarı və tikinti şöbəsində texnik, 2005-ci yanvar ayının 1-dən 2007-ci il dekabr ayının 30-u daxil olmaqla - aerodrom istismarı xidmətinin aerodrom istismarı üzrə mühəndis, 2007-ci il dekabr ayının 30-dan öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. İş stajının tərkibi: 23 il, 2 ay, 19 gün olmuşdur.

15. Cavabdeh tərəfindən etiraz məktubunda iddiaçının xx.xx.1997-xx.xx.2007-ci il tarixləri arasındakı işlədiyi müddət güzəştli dövr kimi nəzərə alınsa da 1991-1997-ci illəri əhatə edən dövr qəbul edilməmişdir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qəbul edilən və mübahisələndirilən əmək fəaliyyətində və gördüyü işin xüsusiyyətlərində fərq mövcud deyildir. Belə ki, təqdim edilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixindən Aviaşirkətin əsaslı təmir və tikinti sahəsində aparıcı mühəndis,1997-ci ildən Yerüstü qurğuların istismarı və tikintisi şöbəsində texnik, daha sonra mühəndis vəzifəsində işləmişdir.

17. Cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək funksiyasının xüsusiyyətləri ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası nın təyin olunmasına əsas verir. Belə ki, iş materiallarına əlavə olunmuş arayışlarla da təsdiq olunur ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunan 21.3-cü bəndinə - bütün adlarda mühəndislər uyğundur.

18. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsi qoyulmalıdır.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansi yası məhkəməsində icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-154/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-840/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə( pensiya hüququ verən yaş həddinə çatması, ümumi iş stajı və güzəştli iş stajı) cavab verməsi öz təsdiqini tapmışdır.

22. Cavabdeh həmin qərardan kass asiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tə ləblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçi nin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası “iddiaçının işlədiyi yerüstü qurğuların istismarı və tikinti sahəsinin Mülki aviasiya sahəsinə aid olmadığına” dair şikayətin təkrarlanan dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.1997-xx.xx.2007-ci il tarixləri arasında yerüstü qurğuların istismarı və tikinti şöbəsində texnik, aerodrom istismarı üzrə mühəndis vəzifələrində işlədiyi müddəti güzəştli dövr kimi qəbul etdiyi halda, 1991-1997-ci illərdə eyni mülki aviasiya müəssisəsində (müxtəlif vaxtlarda aviasiya müəssisəsi fərqli adlarla fəaliyyət göstərmişdir) yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyi müddəti güzəştli dövr kimi qəbul etməməkdə haqlı olmamışdır. Belə ki, işin materialları, o cümlədən iddiaçının çalışdığı müəssisənin arayışı və əmək kitabçasının məlumatları, həmçinin iddiaçının işlədiyi müəssisənin təyinatı nəzərə alınmaqla, yuxarıda qeyd olunan və iddiaçının həmin müəssisədə 1991-2007-ci illərdə icra etdiyi vəzifələr (texnik, mühəndis, aparıcı mühəndis) mülki aviasiya müəssisəsinin ye rüstü qurğularının istismarı, həmin qurğulara xidmət sahəsinə aid olmuşdur.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-154/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar