Məhkəmə qərarları › İş №2-1(102)-2257/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2257/2019

10.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2257/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ 10.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Məmmədov Xəqani Səyyad oğlu, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı müavinətin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-792/2019 saylı iş üzrə 28 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 10 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-182/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia tələbi təmin edilərək İddiaçı 01 noyabr 2014-cü ildən 15 sentyabr 2017-ci il tarixinə qədər olan müddət üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-792/2019 saylı, 28 mart 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və F.Ş.Talışinski) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-182/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə cavabdeh kassasiya şikayəti vermişdir. Həmin kassasiya şikayəti formal tələblərə riayət edilmədən verildiyindən müvafiq hüquqi yardım edilməklə iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları İş baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəfləri n iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 407.3-407.4 -cü maddələrinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edil ən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrində isə təsbit edilmişdir ki, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. İş materiall arından görünür ki, iddiaçının verdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bundan başqa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarından verilməli olduğu halda, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, yol verilmiş pozuntular göstərilməklə cavabdehə ünvanlanmış 01 iyul 2019-ci il tarixli, 2-1(102)-2257/2019 saylı bildirişdə təyin edilmiş məhkəmə iclasınadək göstərilən konkret çatışmazlıqların aradan qaldırılması cavabdehə təklif olunmuş, həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr aydın şəkildə izah olunmuşdur. Lakin cavabdeh sərəncamında olan kifayət vaxt ərzində də kassasiya şikayətindəki qüsurların aradan qaldırılmasına yönəlmiş hər hansı hərəkət etməmiş, həmçinin təyin olunmuş məhkəmə iclasında da təmsil olunmamışdır. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən aradan qaldırılmadığından kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: C avabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar