Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2257/2020 09.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Zaur Abbasovun, cavabdehin nümayəndəsi xxx və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiaçının icarəsində olan S xxx yerləşən ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə İddiaçı adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xxx-ci il tarixli, 2-1(105)-05/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq (qərar 09 dekabr 2020-ci il tarixdə elan edilmişdir) aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddiaçının icarəsində olan Sxxx yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayı ş sahəsinin mövcud qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçının icarəsində olan Sxxx yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Sxxx yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsi 1994-cü ildən 1998-ci ilə kimi “Çinar” kiçik müəssisəsinin, 1998-ci ildən etibarən hazırkı vaxta kimi isə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin icarəsindədir. Hər iki hüquqi şəxsin təsisçiləri eyni şəxslərdir. Həmin qeyriyaşayış sahəsi 1998-ci ilə kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmuş və həmin tarixə kimi icarə müqavilələri birliklə bağlanmışdır. 1998-ci ildən etibarən isə icarə müqavilələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmışdır. 1994-cü ildən hazırkı vaxta kimi iddiaçı icarə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri yerinə yetirmiş, icarə haqları hər hansı bir gecikdirməyə yo l verilmədən tam miqdarda ödənilmişdir. Hal-hazırda Cəmiyyətin Əmlak Məsələləri Dövlət Komitəsinə borcu yoxdur. 2009-cu il tarixdən dəfələrlə cavabdehə müraciət edərək əmlakı özəlləşdirmək istədiklərini bildirsələr də, cavabdehin özbaşınalığı, vəzifələrinə səhlənkar yanaşması nəticəsində müraciətləri təmin olunmamışdır. Hazırda isə əmlakın özəlləşdirilməsi üçün bazar qiymətindən qat-qat baha, şişirdilmiş məbləğdə pul tələb edirlər. İddiaçı 23 aprel 2018-ci il tarixli ərizə ilə cavabdehə təkrar müraciət edərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixl i 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsalların 2016-cı il tarixədək olan redaksiyasına uyğun olaraq uzun müddət iddiaçının icarəsində olan Sxxx yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən özəlləşdirilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Birinci instansiya məhkəməsinin xxx-ci il tarixli, 2-1(85)-2181/2018 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın təmin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Sxxx yerləşən ümumi sahəsi 366.5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə İddiaçı adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Həmin nəticəyə gələn birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 11.1, 61.4-cü maddələrinə, «İcarə haqqında» Qanunun 10-cu maddəsinə, İnzibati Prosessual Məcəllənin 4.1, 12.1, 68.1, 68.2, 73.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.
6. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərə k birinci instansiya məhkəməsinin xxx-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx-ci il tarixli, 2-1(105)-05/20 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Məhəmmədəli Rzayev) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xxx-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apelyasiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 149-cu maddələrinə, «İcarə haqqında» Qanunun 10-cu maddə lərinə, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarına yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydası»nın 4.2, 4.2.1, 4.2.2, 7-ci bəndlərinə, İnzibati Prosessual Məcəllənin 1.2, 12.1, 68.2, 78-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin dəlilləri:
9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyriyaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı «xxxx» QSC arasında bağlanılmış 07 yanvar 2008-ci il tarixli, 6834/2545 nömrəli icarə müq aviləsi əsasında iddiaçının icarəsinə verilmişdir.
10. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamı ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, həmin sahəyə dair bağlanılmış 07 yanvar 2008-ci il tarixli, 6834/2545 nömrəli icarə müqaviləsi ləğv edilmişdir.
11. Eyni zamanda, qeyd edilən qeyri-yaşayış sahəsi satın alınmaq üçün Komitənin 13 oktyabr 2017-ci il tarixli, **********29 nömrəli və 18 yanvar 2018-ci il tarixli, **********67 nömrəli məktubları ilə iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı həmin sahəni satın almaq üçün Komitənin müraciətlərinə heç bir münasibət bildirməmişdir.
12. Məhkəmə qərarında iddiaçının mübahisəli qeyri-yaşayış sah əsinin özəlləşdirilməsi üçün 05 oktyabr 2016-cı il tarixinə qədər bir neçə dəfə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etdiyini, lakin Komitənin özəlləşdirməni həyata keçirmədiyini qeyd etmişdir.
13. Bununla bağlı apelyasiya şikayətində məhkəmənin nəzərinə çatdırılmışdır ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən qəbul edilir.
14. Qanunvericiliyin qeyd edilən normasına əsasən dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi yox, hüququdur.
15. Məhkəmə eyni zamanda, qərarında Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəs inin Vİİ hissəsinə istinad edərək, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilmədiyi qeyd etmişdir.
16. Bununla əlaqədar da apelyasiya şikayətində bildirilmişdir ki, normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsini nəzərdə tutur.
17. İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı hüquq münasibətinin yarandığı vaxt 05 oktyabr 2016-cı il tarixdən sonra olmaqla həmin əmlaka dair alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır və həmin hüquq münasibətinə onun yarandığı zaman (05 oktyabr 2016-cı il tarixindən sonra) qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir.
18. İşin hallarından məlumdur ki, qeyri-yaşayış sahəsinin dəyəri ilə bağlı tərəflər arasında mübahisə 2017-ci ildə yaranmışdır və həmin vaxt da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar»a qeyri-yaşayış, sahəsinin bazar qiyməti ilə satılması imkanı nəzərdə tutan yeni 7-ci hissə artıq əlavə edilmişdir (05 oktyabr 2016-cı il tarixində).
19. Beləliklə, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalı olduğunu və mübahisəli hüquq münasibətinin də 05 oktyabr 2016-cı il tarixi ndən sonra yarandığını nəzərə alaraq, məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına (yuxarıda qeyd edilən Əsasnamənin 7-ci hissəsinə) uyğun qərar çıxarmalı idi.
20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xxx-ci il tarixli, 2-1(105)-5/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətin in təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli, 2-1(105)-5/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Salayev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli, 2-1(105)-5/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Z.Abbasov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməs inin xxx-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə:
24. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəm əsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xxx-ci il tarixli, 2-1(105)-5/2020 saylı qərarla və həmin qərardan verdiyi cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 20 fevral 2002-ci il tarixli, 1307 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti Sxxx yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsini istehsal məqsədi ilə «AER» firmasının müddətli istifadəsinə vermiş dir. 28. 20 iyun 2006-cı il tarixli, 2545/1307 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Sxxx yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsini istehsal məqsədi ilə «AER» firmasının müddətli istifadəsinə vermişdir. 29. 08 iyul 2016-cı il tarixli, 112 nömrəli, 10 avqust 2016-cı il tarixli, 140 nömrəli, 23 sentyabr 2016-cı il tarixli, 209633 nömrəli, 13 dekabr 2016-cı il tarixli, 276665 nömrəli, 07 fevral 2017-ci il tarixli, 392054 nömrəli, 15 mart 2017-ci il tarixli, 440612 nömrəli, 16 may 2017-ci il tarixli, 493492 nömrəli, 03 avqust 2017-ci il tarixli, 562954 nömrəli, 10 avqust 2017-ci il tarixli, 573015 nömrəli, 13 sentyabr 2017-ci il tarixli, 610240 nömrəli, 08 noyabr 2017-ci il tarixli, 684713 nömrəli, 06 dekabr 2017-ci il tarixli, 721308 nömrəli və 10 yanvar 2018-ci il tarixli, 772194 nömrəli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən icarə haqları cavabdehin hesabına köçürülmüşdür.
30. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 05 oktyabr 2009-cu il tarixli, 109 nömrəli məktubdan görünür ki, iddiaçı Sxxx yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini cavabdehdən xahiş etmişdir.
31. Zaman Ekspressin 03 fevral 2011-ci il tarixli, 392403 nömrəli, 401682 nömrəli və «Şimşək» kuryer firmasının 293273 nömrəli göndərişindən görünür ki, iddiaçı Sxxx yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin özəlləş dirilməsi barədə cavabdehə müraciət etmişdir.
32. «MBA LTD» məhdud məsuliyyətli cəmiyyətinin Konsaltinq və Qiymətləndirmə şirkətinin 24 avqust 2018-ci il tarixli, MB-11-708 nömrəli məktubundan görünür ki, Sxxx yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 2016-cı il tarixədək olan Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun və normativ sənədlərə əsasən özəlləşdirmədə hesablanmış start qiyməti 15833 manat təşkil edir.
33. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 08 may 2018ci il tarixli **********97 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina olunmuşdur.
34. Yəni, cavabdeh yalnız iddiaçının sonuncu müraciətinə imtina bar ədə 08 may 2018-ci il tarixli, **********97 saylı məktubla cavab verərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə»yə uyğun olaraq satın alınması üçün 100 % dəyəri ilə iddiaçıya təklif olunmuşdur. Lakin mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanması təmin edilməmiş və həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə 23 fevral 2018-ci il tarixində qərar qəbul edilmişdir. Keçirilən hərracda iddiaçı iştirak etmək hüququndan istifadə etməmiş, həmçinin göstərilən obyektin hərracı alıcı olmaması səbə bindən baş tutmamışdır.
35. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin faktiki hallarını tam araşdırmamış və buna görə də onun iş üzrə qəbul etdiyi qərar düzgün olmamışdır.
36. Belə ki, ilk öncə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarından yazılmışdır ki, «Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Sxxx yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur».
37. Burada qeyd edilməlidir ki, «məhkəmə nin hüquqi mövqeyi nəzərə alınmaqla» söz ibarələri qeyri-müəyyən və qeyri-konkret olmaqla yanaşı, ümumiyyətlə açıqlanmamış, yəni, məhkəmənin hüquqi mövqeyinin nədən ibarət olması bəlli deyildir ki, bu da, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələblərinə ziddir.
38. Belə ki, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
39. Digər tərəfdən, iş materiallarında apelyasiya instansiyası məhkəməsinin özünün də qərarında müəyyən etdiyi iddiaçının cavabdehə 05 oktyabr 2009-cu il tarixli, 109 saylı yazılı müraciəti vardır ki, həmin müraciətdə iddiaçı Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 saylı Fərmanı ilə təsdiq edilmiş «İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında» Əsasnaməyə uyğun olaraq iddiaçının istifadə etdiyi Sxxx yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə köməklik göstərilməsini cavabdehdən xahiş edir.
40. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən yazılı müraciətinin nəticəsi ilə (cavab verilib-verilməməsi, verilibsə, nə cavab verilib) ümumiyyətlə maraqlanmamış və heç bir araşdırma aparmamışdır ki, bununla da İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin tələbləri pozulmuşdur.
41. Belə ki, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki h allar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şik ayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx-ci il tarixli, 2-1(105)05/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.