Məhkəmə qərarları › İş №2-1(102)-2257/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2257/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2257/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Təhsildə X1rşı “cavabdehin imtinasının qanunsuz sayılması, diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-1716/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən “beynəlxalq münasibətlər” ixtisası üzrə 28 iyul 2020-ci il tarixli magistr diplomu verilmişdir. Diplom İsveçrənin səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək diplom üzrə ixtisasın tanınmasını və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.

3. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin adı İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almamışdır. Bu səbəbdən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 1.3.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli “Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti”nin Beynəlxalq Münasibətlər ixtisası magistr pilləsi diplomunun tanınması və nostrifikasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsas landırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetindən əldə edilmiş magistr diplomunun Azərbaycan Respublikasında tanınması məqsədilə lazımi sənədləri hazırlayaraq 29.1.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh magistr diplomunun tanınmasından 11 fevral 2021-ci il tarixli elektron bildirişlə imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti yarandığı gündən etibarən İsveçrə Konfederasiyasının Cenevrə Kantonu tərəfindən beynəlxalq münasibətlər və diplomatiya sahəsində təhsil verən ali məktəb kimi tanınır. Qeyd olunan bakalavr diplomu Cenevrədə notarial qaydada təsdiq edilmiş və Cenevrə Kantonu səlahiyyətli orqanı tərəfindən apost illə təsdiqlənmişdir. Universitet İsveçrə Konfederasiyasının “EduQua” sertifikatına sahibdir. “EduQua” İsveçrə Hökuməti tərəfindən tanınan və dəstəklənən akkreditasiya orqanıdır və sertifikat İsveçrədəki dövlət və özəl təhsil müəssisələri üçün tələb olunan ən qabaqcıl keyfiyyət təsdiqi sənədi sayılır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin adı İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almadığından, iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı hesab edilir. İddiaçı nın təqdim etdiyi diplom üzrə ixtisasının «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın, habelə Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən sözügedən təhsil müəssisəsinin qanunsuz fəaliyyət göstərməsi (akkreditasiyadan keçməməsi) məlum olmuşdur. Belə ki, İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında sözügedən ali təhsil müəssisəsinin adına rast gəlinməmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə və İPM-in 73.3-cü maddəsinə əsaslanaraq, iddianın təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) xx.xx. 2021-ci il tarixli, 21(112)-4701/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən verilmiş 28.7.2020-ci il tarixli magistr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyinə, bununla da həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş magistr diplomunun mötəbərliyinə şübhə edərsə, o bununla bağlı tədbir görməli və zəruri sübutları toplamalı idi. Cavabdeh ondan asılı olan heç bir hərəkəti yerinə yetirmədən, yalnız “sayt məlumatları” ilə kifayətlənməklə «İnzibati icraat haqqında» AR Qanununun 19.2-ci maddəsində müəyyən edilmiş sübutetmə yükünü daşımaqdan yayınmış və məsələnin əksinin sübuta yetirilməsinin iddiaçının üzərinə qoyulmasına cəhd göstərmişdir. Cavabdehin dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli, 2003-cü il 13 may tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bektaşisədrlik edən və məruzəçi, A.S.Hüseynov və A.Ə.Hüseyn) xx.xx.2022-ci il tarixli, 21(103)-1716/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci i l tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə qarşı verilən etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi arayışda təhsil müəssisəsinin akkreditasiyadan keçməsi barədə deyil, sadəcə qanuni fəaliyyət göstərməsi haqqinda qeyd olunur ki, təhsil sahəsində ali təhsilə aid kvalifikasiyanın yetərli olmasi üçün ali təhsil müəssisəsinin təkcə li senziya almasi deyil, həm da milli akkreditasiya qurumu tərəfindən akkreditasiyadan keçməsi zəruridir.

14. Əlavə olaraq, kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh orqan ali təhsil müəssisəsinin İsveçrə Akkreditasiya və X2 tərəfindən akkreditasiya olunmamasını müəyyən etmişdir ki, bu da iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair qarar qəbul edilməsi üçün əsas olmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1716/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı il ə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğu nluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq s ənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən haki m mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən g öründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların və ya ümumiyyətlə, izahat verməmələrinin üzərindən sükutla keçə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərt kimi yuxarıda qeyd edilən təhsil müəssisənin fəaliyyətinin qanuniliyinə, bununla da, həmin təhsil m üəssisəsi tərəfindən iddiaçıya verilmiş diplomun mötəbərliyinə şübhə edirsə, o, bununla bağlı tədbir görməli və sübutları əldə etməli idi. Lakin cavabdeh ondan asılı olan heç bir hərəkəti yerinə yetirmədən “İnzibati icraat haqqında” Qanunun 19.2-cı maddəsi ilə müəyyən edilmiş ona aid sübutetmə yükünü iddiaçının üzərinə keçirməyə çalışmışdır.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını yuxarıda qeyd olunan prosessual normaların tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə kifayətlənmiş, imtinanın əsaslarına dair cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı tam və hərtərəfli araşdırma aparmamış, onlara münasibət bildirməmişdir.

25. Cav abdeh təkrar olaraq bəyan edir ki, sözügedən təhsil müəssisəsi akkreditasiya olunmamışdır. İsveçrə Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunan universitetlərin siyahisı onun rəsmi internet səhifəsində də yerləsdirilmişdir ki, iddiaçının təhsil aldığı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi sözügedən təhsil müəssisələri arasında yer almamışdır. Başqa sözlə, cavabdeh imtinanın əsası kimi istinad etdiyi halı təsdiq edən sübutetmə vasitəsini bilavasitə göstərmişdir. Lakin həmin sübutetmə vasitəsi məhkəmə araşdırmasının predmeti olmamışdır.

26. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddiaçıya verilmiş diplomun qanuniliyinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə bağlı qeyd edir ki, Agentlik iddiaçının təqdim etdiyi diplomun həqiqiliyini mübahisələndirmir, onun əldə etdiyi kvalifikasiyanın akademik və peşə tanınmasına dair hədlərini müəyyən edir. Cavabdeh orqan ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiya olunmadığını müəyyən etmişdir ki, bu da iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmamasına dair qərar qəbul edilməsi üçün əsas olmuşdur (iş v.82, 83).

27. Cavabdehin apellyasiya şikayətində ifadə etdiyi həmin mövqenin və bunun mübahisənin düzgün həllinə təsir imkanlarının məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1, 68.2-ci maddələri). Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmişdir.

28. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərin in (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinə qarşı iddiaçının etirazının əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının “X3 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “təhsil haqqında sənədin (diplomun) tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə” 29.9.2016-cı il tarixli, 2-1(102)-846/16 №-li qərarına istinadı ilə bağlı aşağıdakıları qeyd edir.

30. İstinad edilən Qərarın məzmunundan göründüyü kimi, X3 cavabdeh Azər baycan Respublikasının Təhsil Nazirliyinə qarşı “təhsil haqqında sənədin (diplomun) tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 27 fevral tarixli 2-1(82)-226/2015 saylı qərarı ilə təmin edilmiş, cavabdehin üzərinə Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi tərəfindən iddiaçıya verilmiş 2012-ci il 07 iyul tarixli diplom tanınaraq, müvafiq qaydada şəhadətnamənin verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.6.2015-ci il tarixli, 2-1(103)-939/2015 saylı qərarı), apellyasiya instansiyası məhkəməsinin qərarı isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlan ılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29.9.2016-cı il tarixli, 2-1(102)-846/16 №-li qərarı).

31. Həmin işdə iddianın təmin olunmasının səbəbi kimi, məhz cavabdeh tərəfindən imtinanın əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi çıxış etmişdir Cavabdeh, həmçinin imtinanın əsası kimi Qaydaların 3.7-ci bəndində təsbit olunmuş üç haldan birincisinə, yəni “Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda” şərtinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi isə işin materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçının İsveçrədə magistratura təhsili tələb olunan minimum müddətdən az olmamışdır.

32. H azırkı işdə cavabdeh imtinanın əsası kimi istinad etdiyi hala dair sübutu (sübutun mənbəyini) bilavasitə göstərsə də, o, məhkəmə araşdırmasının predmeti olmamış, cavabdehin şikayətinin yuxarıda qeyd olunan dəlillərinə münasibət bildirilməmişdir.

33. Beləliklə, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.9.2016-cı il tarixli, 2-1(102)-846/16 №-li qərarında ifadə edilmiş hüquqi mövqe hazırkı işdə qeyd-şərtsiz, işin həqiqi halları nəzərə alınmadan (tədqiq olunmadan) tətbiq oluna bilməz.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilm əsi tələbinə dair hissədə təmin oluna bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-1716/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar