Məhkəmə qərarları › İş №2-1(102)-2258/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2258/2019

31.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2258/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inz ibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-699/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 31 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1962-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur, hazırda Bakı şəhəri xxx qeydiyyatdadır. (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçıya pensiya təyin edilərkən “United aid for Azerbaijan” Xeyriyyə Cəmiyyətinin Azərbaycan filialında işlədiyi dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məbləği nəzərə alınmamışdır. İddiaçı həmin ödənişlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanmas ı barədə 07.05.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, ərizəyə cavab verilmədiyindən 04.07.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2006-2012-ci illərdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə pensiyasının yenidən hesablanması və hesablanmış pensiyanın 05.05.2017-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 05.05.2017-ci il tarixdən əmək pensiyası təyin olunmuşdur. Lakin ona pensiya təyin olunan za man 2006-2012-ci illərdə işlədiyi dövr üzrə sığorta yığımı nəzərə alınmamışdır. Belə ki, o, 2002-2012-ci illərdə Azərbaycan Birgə Yardım (UAFA) Təşkilatında proqramlar üzrə menecer vəzifəsində işləmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, onun müraciətinə cavab verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (81)-3335/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, iddiaçının 2006-2011-ci illərdə hesablanmış və ödənilm iş məcburi dövlət sosial sığorta haqqı üzrə pensiyasının yenidən hesablanması və hesablanmış pensiyanın 05.05.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-699/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (81)-3335/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq onları düzgün tətbiq etməməklə yanaşı, işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçularının, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bundan başqa, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın ödənilməsi üçün mütləq sosial sığorta hadisəsi baş verməlidir. Qanunun 4-cü maddəsinə əsasən, sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sığorta hadisəsi hesab olunur. Qeyd olunanlardan aydın olur ki, sosial sığorta hadisəsi baş verdikdə bütün şəxslər deyil, yalnız sığortaolunan şəxslərin sığorta hadisəsi almaq hüququ yaranır. İddiaçının işlədiyi Azərbaycan Birgə Yardım (UAFA) Təşkilatı 22 faiz məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilmişdir. Sığortaolunan (iddiaçı) isə aldığı əmək haqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Bakı şəhəri X2 İdarəsinin 22 may 2017-ci il tarixli 88/07/21K-4967 nömrəli məktubuna əsasən, iddiaçının 01.01.2007-ci il tarixdən 01.03.2015-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 01.01.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 1435,62 manat pensiya kapitalı olmuşdur. Həmin məbləğ pensiyaçının pensiyada olma müddətinə (12 il) 144 aya bölünmüş və 9,97 manat pensiyasının üzərinə hesabl anmışdır. 01.07.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən, bu Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi pensiyanın sığorta hissəsi kimi hesablanır. İddiaçıya 05.05.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyi üçün 01.07.2007-ci il tarixdən 01.03.2015ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 50 faiz miqdarında nəzərə alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlan dırılmış proses iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini iti rdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil o lmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. DSMF-nun Bakı şəhəri üzrə X2 Departamentinin iddia ərizəsinə əlavə edilmiş 21.05.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Birgə Yardım (UAFA) Təşkilatı tərəfindən iddiaçının adı sığortaolunan kimi qeyd olunan 2006 - 2011-ci illər üzrə «Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat» adlı sənəd DSMF-nin Bakı şəhəri X2 Departamentinə təqdim edilmiş, lakin 2012-ci il üzrə isə təqdim olunan məlumatlarda iddiaçının adı qeyd olunmamışdır. Məktuba əlavə edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında” məlumat adlı sənəddən görünür ki, “United aid for Azerbaijan” Xeyriyyə Cəmiyyətinin Azərbaycan filialı tərəfindən iddiaçıya 2006-cı il üzrə 144,48 manat, 2007-ci il üzrə 189,11 manat, 2008-ci il üzrə 277,40 manat, 2009-cu il üzrə 390, 36 manat, 2010-cu il üzrə 390,30 manat, 2011-ci il üzrə isə 292,77 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyəti dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 25-ci maddəsinə əsasən, sığorta sta jı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Hazırkı halda iddiaçının işlədiyi Böyük Britaniyanın “United aid for Azerbaijan” Xeyriyyə Cəmiyyətinin Azərbaycan filialı tərəfindən 2006-2011-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin həyata keçirildiyi DSMF-nin Bakı şəhəri üzrə X2 Departamenti tərəfindən təsdiq edildiyi halda, cavabdeh tərəfindən həmin sığorta yığımı nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanmasının təmin edilməməsi əsassız olmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli 298 №-li Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılma sı üzrə Dövlət Proqramı»nın 3.1 -ci bəndinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyətinin X1 üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməklə, ölkədə fəaliyyət göstərən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və həyata keçirilən layihələrin səmərəliliyinin artırılması qeyd olunmuşdur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə 21.10.2005-ci ildə edilmiş dəyişikliyə əsasən, fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (işəgötürənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fondu (AR Prezidentinin 01.07.2004-cü il tarixli 298 №-li Sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində) məcburi dövlət sosial sığortasına (22%) cəlb olunmur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 dekabr tarixli 329 №-li Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 15-ci maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbayca n Respublikasının Prezidenti həyata keçirir. “United aid for Azerbaijan” Xeyriyyə Cəmiyyətinin Azərbaycan filialının birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, təşkilatın adı Baş nazirin müavininin 04.03.2014-cü il tarixli məktubuna əsasən X1 üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilmişdir və 2014-cü ildən 22 % məcburi dövlət sosial sığortasına cəlb olunmur. Cavabdeh apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də “United aid for Azerbaijan” Xeyriyyə Cəmiyyətinin Azərbaycan filialının «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən 22 faiz məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad olunduğunu qeyd etməklə kifayətlənmiş, həmin təş kilatın hansı tarixdən bu məbləği ödəməkdən azad olunduğunu göstərməmiş, bu barədə iddiaçının təqdim etdiyi sübutların hansı səbəbdən qəbul edilmədiyini, məhkəmə tərəfindən qərar qəbul edilərkən hansı pozuntuya yol verildiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın təmin edil məsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-699/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar