Məhkəmə qərarları › İş №2-1(102)-2258/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2258/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2258/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə F ondunun Sumqayıt şəhər şöbəsinə qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-37/2020 nömrəli iş üzrə il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı 19.02.1956-cı il tarixdə Sabirabad rayonunda anadan olmuşdur.

2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı onun 1970-1980-ci illərdə Sabirabad rayonu Qəzli kəndində (kolxozda) fəhlə işlədiyi 10 illik əmək stajının sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 01.03.2007-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin yaşa görə əmək pensiyası təyin edilərkən onun 1970-1972, 1974, 1977-1978 və 1980-cı illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddət nəzərə alınmamışdır. Həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana mürac iət etsə də həmin dövrlərin əmək kitabçasında qeyd olunmaması səbəbindən cavabdeh ona imtina cavabı vermişdir.

5. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun 1970-1972, 1974, 1977-1978 və 1980-cı illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Birinci instansiya məhkəməsinin il tarixli, 2-1(85)-1264/2018 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığo rta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38ci maddəsinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa 3.1, 21.1, 22.1 və 30.1-ci maddələrinə əsaslanaraq İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sığorta stajına daxil edilmədiyindən imtina edilməklə iddiaçının hüquqlarının pozduğuna dair nəticəyə gəlmişdir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Ap elyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.02.2019-cu il tarixli, 2-1(105)2013/2019 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Zaur Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 07.12.2018-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci və 149-cu maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa 3.1, 4.1, 21.1, 22.1 və 23.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edil miş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1 və 3cü bəndinə, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında’’ Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə və 2 nömrəli əlavəsinə, 06.03.2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 69-cu maddəsinə və Azərbaycan Respublikası «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndinə əsaslanaraq İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlə məsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxivinin 20 noyabr 2018-ci il tarixli, 23 saylı arxiv arayışı ilə təsdiq olunduğundan, qeyd olunan müddətlər iddiaçının ümumi sosial sığorta stajına hesablanmaqla onun pensiyasının artırılmasından imtina etməkdə cavabdehin Sumqayıt şəhər şöbəsi haqlı olmadığına, bununla da iddiaçının pensiya almaq hüquqlarının məhdudlaşdırıldığına dair nəticəyə gəlmişdir. Kasasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

11. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.08.2019-cu il tarixli, 21(102)-1908/19 nömrəli (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda fiə Fondunun Sumqayıt şəhər şöbəsinin kasasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 27.02.2019-cu il tarixli 2-1(103)-213/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

12. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən arxiv arayışına istinad etsə də, lakin həmin arayışda göstərilən dövrlər üzrə qanunvericiliyin əks olunmuş tələbinə əsasən sosial sığorta stajının müddətini müəyyən etmədiyini qeyd edərək, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş təkrar baxılarkən cavabdehin bildirdiyi dəlilin yoxlanılması məqsədilə arxiv arayışının verilməsinə əsas olmuş ilkin sənədlər tələb edilməklə araşdırılmalı və tələbə yuxarıda əks olunmuş hüquqi mövqe nəzə rə alınmaqla qiymət verilməli olduğu ilə bağlı göstəriş vermişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) il tarixli, 2-1(105)-37/2020 nömrəli (hakimlər Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiyası məhkəməsinin il tarixli 2-1(85)-1264/2018 saylı qərarı İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilm əsi hissəsində dəyişdirilməsi, İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda faktiki işlədiyi 2 il 9 ay 18 gün müddət onun sosial sığorta stajına daxil edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci və 149-cu maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa 1.0.2, 21.1, 21.1, 22.1 və 23.2-ci maddələrinə, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında’’ Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə və 2 nömrəli əlavəsinə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixl i 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1 və 3-cü bəndinə, 06.03.2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 67 və 69-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1 və 3-cü bəndlərinə əsaslanaraq iddiaçının Sabirabad rayon Leninqrad kolxozunda olan iş illəri ümumilikdə 2 il 9 ay 18 gün təşkil etdiyi, İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-cı illərdə Sabirabad rayon Leninqrad kolxozunda işləməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sabirabad rayon Döv lət Arxivinin 20 noyabr 2018-ci il tarixli, 23 saylı arxiv arayışı ilə təsdiq olunduğundan, qeyd olunan müddətlərə görə 2 il 9 ay 18 gün iddiaçının ümumi sosial sığorta stajına hesablanmaqla onun pensiyasının artırılmasından imtina etməkdə cavabdehin haqlı olmadığına, bununla da iddiaçının pensiya almaq hüquqlarının məhdudlaşdırıldığına dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:

15. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. “Leninqrad" kolxozunda tələb olunan minimum əmək iştirakı norması 180 gün nəzərdə tutul muşdur. Həmçinin iddiaçının mübahisələndirdiyi illər üzrə tələb olunan minimum əmək iştirakı norması tam olaraq yerinə yetirilməmişdir. Belə ki, həmin dövrlər üçün kolxozçuların əmək stajının kolxozda il ərzində tələb olunan iş günləri və faktiki iş günləri ilə müəyyən olunduğundan iddiaçı əmək fəaliyyəti dövründə illik minimum iş günü normasını həyata keçirmədiyindən həmin illər əmək stajı kimi nəzəri alına bilməz. Buna görə də həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. İddiaçının tələb etdiyi illərin onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən qeyd olunan normaların pozuntusu ilə qəbul edilmiş qərar ləğv edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin il tarixli, 2-1(105)37/2020 nömrəli qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarının ləğv edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

17. İşdə iştir ak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

18. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

21. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtını n hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. “Leninqrad" kolxozunda tələb olunan minimum əmək iştirakı norması 180 gün nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının mübahisələndirdiyi illər üzrə tələb olunan minimum əmək iştirakı norması tam olaraq yerinə yetirilməmişdir. Belə ki, həmin dövrlər üçün kolxozçuların əmək stajının kolxozda il ərzində tələb olunan iş günləri və faktiki iş günləri ilə müəyyən olunduğundan iddiaçı əmək fəaliyyəti dövründə illik minimum iş günü normasını həyata keçirmədiyindən həmin illər əmək stajı kimi nəzəri alına bilməz. Buna görə də həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. İddiaçının tələb etdiyi illərin onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən qeyd olunan normaların pozuntusu ilə qəbul edilmiş qərar ləğv edilməlidir.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

24. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyy əti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

25. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

26. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta staj ının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

27. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə) ümumi qaydada sığorta stajına daxil edilir.

28. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyy ən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

29. Qanunvericilik normasından göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-cı il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. 30. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq for malarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

31. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir.

32. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 1-ci bəndinə əsasən əmək st ajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeni, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

34. Həmin əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstər ilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

35. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

36. Həmin əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bila vasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.

37. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir.

38. Həmin siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur.

39. Ümumi iş stajı 01.01.2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Həmin qanunvericilikdə əmək stajının arayışlar əsasında təsdiq edilməsi göstərilmişdir.

40. İddiaçının iş materialları üzrə iş (sosial sığorta) stajını təsdiq edən sənəd olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinin 20.11.2018-ci il tarixli 23 saylı arxiv arayışı çıxış etmişdir və həmin arayışda iddiaçının 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işləməsi halı öz əksini tapmışdır.

41. Azərbaycan Respublikası «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 67-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən i ş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır.

42. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

43. Kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır.

44. İddiaçının kolxozda işlədiyi illərdə topladığı sığorta stajına münasibətdə isə kollegiya qeyd edir ki, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır.

45. İstinad olunan normalara əsasən kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır.

46. İş materiallarından göründüyü kimi, iddiaçı kolxozda işlədiyi 1970-1972, 1974, 1977-1978, 1980-ci illərdə minimum əmək iştirakı normasını qismə n ödəmişdir ki, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır.

47. İş materiallarında olan 20.11.2018-ci il tarixli 23 saylı arxiv arayışında qeyd etmişdir ki, İddiaçı 1970, 1971, 1972, 1974, 1977, 1978, 1980-ci illər üçün minimum adam günü 180 gün müəyyən edilsə də, 1970-ci il ərzində 89 gün, 1971-ci illər ərzində 96 gün, 1972-ci il ərzində 40 gün, 1974-cü il ərzində 67 gün, 1977-ci ildə 14 gün, 1978-ci ildə 73 gün 1980-ci ildə 125 gün əmək fəaliyyətini yerinə yetirmişdir.

48. Göründüyü ki mi, iddiaçı qeyd edilən illər üzrə 180 gün minimum adam gününü nə tamamlamış, nə də üstələmişdir.

49. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının faktiki işlədiyi günlər üzrə sosial sığorta stajı aşağıdakı kimi hesablanmalıdır. 50. -1970-ci kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 89 gündür.

51. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 5 ay 27 gündür. (89 x 12 = 1.068: 180 = 5,9) 52. -1971-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 96 gündür.

53. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 6 ay 12 gündür. (96 x 12 = 1.152: 180 = 6,4) 54. -1972-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 40 gündür.

55. Belə olduğu halda i ddiaçının həmin ildə işlədiyi faktiki müddət 2 ay 21 gündür. (40 x 12 = 480: 180 = 2,7) 56. -1974-cü il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 67 gündür.

57. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 4 ay 15 gündür. (67 x 12 = 804: 180 = 4,5) 58. -1977-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 14 gündür.

59. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 27 gündür. (14 x 12 = 168: 180 = 0,9) 60. -1978-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 73 gündür.

61. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 4 ay 27 gündür. (73 x 12 = 876: 180 = 4,9) 62. -1980-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 125 gün dür.

63. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 8 ay 9 gündür. (125 x 12 = 1.500: 180 = 8,3)

64. Beləliklə də iddiaçının Sabirabad rayon Leninqrad kolxozunda olan iş illəri ümumilikdə 2 il 9 ay 18 gün təşkil etmişdir.

65. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işləməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxivinin 20.11.2018-ci il tarixli 23 saylı arxiv arayışı ilə təsdiq olunur, qeyd olunan müddətlərə görə 2 il 9 ay 18 gün iddiaçının ümumi sosial sığorta stajına hesablanmaqla onun pensiyasının artırılmasından imtina etməkdə cavabdeh haqlı olmamış, bununla da iddiaçının pensiya almaq hüquqlarını məhdudlaşdır mışdır.

66. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli 2-1(105)-37/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar