Məhkəmə qərarları › İş №2-1(102)-2259/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2259/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2259/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil2, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 mart tarixli 2-1(103)-268/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı q ərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı təqvim illəri üzrə 27 il 11 gün, ali təhsil müddəti və güzəştli xidmət illəri nəzərə alınmaqla cəmi 34 il 1 ay 26 gün olmaqla 2017-ci il sentyabrın 21-dək hərbi xidmət keçmişdir. İddiaçıya 2017-ci il 22 sentyabr tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 8 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumat vərəqinə əsasən o, 2017-ci il 21 sentyabr tarixdən ehtiyata buraxıldığından və inzibati orqana pensiya təyin olunması üçün ərizəyə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq ol araq təminat xərcliyiniz nəzərə alınmaqla pensiya hesablanmışdır. Məlumat vərəqəsinə əsasən iddiaçının təminat xərcliyi 1149,00 manat təşkil edir. Ona 34 il, 01 ay, 26 gün xidmət illərinə görə təminat xərcliyinin 83,16 faizi, yəni 955,51 manat məbləğində pensiya qanuna müvafiq olaraq düzgün hesablanmışdır və ödənilir. İddiaçı 2018-ci il 13 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% məbləğinə hər sonrakı il üçün 3% miqdarında əlavə məbləğ hesablanmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müda fiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 20 ildən yuxarı müddətdə xidmət etmişdir. 2017-ci il 16 iyun tarixli şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılması haqqında əmrlə həmin xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən ödəniləcək pensiya məbləği düzgün hesablanmamışdır. Pensiya hesablanarkən 20 təqvim ilindən yuxarı xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında deyil, 2 faiz miqdarında əlavə olunmaqla müəyyən edilmişdir. Əslində isə iddiaçının 20 təqvim ilindən yuxarı xidmətinin hər ili üçün əlavə 3 faiz miqdarında pensiya hesablanması hüququ göstərilən yeni dəyişikliyin qüvvəyə minməsindən əvvəl yaranmış və həmin müddətədək 2017-ci il 1 iyul tarixədək artıq mövcud idi. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təyin edilməsi üçün göndərilmiş “məlumat vərəqi”nə və həmçinin, 2017-ci il 18 oktyabr tarixli iddiaçının ərizəsinə əsasən “məlumat vərəqi”ndə tərxis edildiyi 2017-ci il 21 sentyabr tarixdən müvafiq təminat xərcliyinin 83,16 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavəyə əsasən “3 faiz - 2 faiz”lə əvəz edilmişdir. Qanunda edilmiş dəyişikliklər 2017-ci il 1 iyul tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ, iddiaçının ərizə ilə müraciəti qanunda edilmiş tarixdən sonrakı vaxtları əhatə etdiyindən, iddia tələbi birbaşa qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il tarixli 20 sentyabr tarixli 2-1(81)2052/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% məbləğinə hər sonrakı il üçün 3% miqdarında əlavə məbləğ hesablanmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən ona pensiya təyin edilərkən “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 2017-ci il 1 iyul tarixə qədər qüvvədə olan normaları tətbiq edilməklə müvafiq təminat xərcliyi ilə bağlı əlavə 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3%-i miqdarında hesablanmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 mart tarixli 2-1(103)-268/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 22 aprel tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 13 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 217.1-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 12.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qism ən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada) 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan o lan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (...) 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən y uxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;... Normaların məzmunundan göründüyü kimi, 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular pensiya hüququ əldə edirlər. İddiaçı həmin şərti ödəyərək əmək pensiyası hüququnu, həm də 2017-ci il 1 iyul tarixdən əvvəl - “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər qüvvəyə minənədək qazanmışdır. İddiaçının pensiya hüququnun yaranmasından sonra şərtlərin dəyişdirilməsi və ya qanunda yeni şərtlərin nəzərdə tu tulması onun hüququna təsir etmir. Başqa sözlə, ona bir dəfə məxsus olan tələb hüququ mövcud olaraq qalmaqda davam edir. Cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmunu da azı 20 təqvim ili xidmət etmiş iddiaçının bu hüququnu aradan qaldırmır. Həmin norma yalnız bu hüququn reallaşması imkanını hərbi xidmətdən buraxılma məqamı ilə şərtləndirir. Həm də normanın məzmunundan göründüyü kimi (“...təyin olunur.”), burada, iddiaçının hər hansı öhdəliyindən deyil, səlahiyyətli dövlət orqanının (hazırkı halda, cavabdehin) hərbi xidmətdən buraxılmış şəxsə “pensiya təyin etmək” (iddiaçının qazanılmış hüququnu reallaşdırmaq) öhdəliyindən bəhs olunur. Beləliklə, azı 20 təqvim ili xidmət etmiş iddiaçının pensiya hüququnun 2017-ci il 1 iyul tarixdən əvvəl yarandığın a dair apellyasiya instansiya məhkəməsinin qənaəti əsaslıdır. Həmçinin, iddiaçının 2017-ci il 1 iyul tarixədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanmalı olduğuna dair nəticə də əsaslıdır. Belə ki, iddiaçı 2017-ci il 1 iyul tarixədək 20 ildən artıq hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olmuş redaksiyasında 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərdə tutulm uşdur. 2017-ci il 1 iyul tarixdən sonrakı müddətə gəldikdə, iddiaçı həmin müddət üçün müəyyən edilən əlavəni almaq hüququnu məhz həmin tarixdən sonrakı xidmət müddətinə görə (2017-ci il iyulun 1-dən hərbi xidmətdən ehtiyata buraxıldığı 2017-ci il 21 sentyabr tarixədək) qazandığından, iddiaçının əmək pensiyasına 2017-ci il 1 iyul tarixdən sonrakı müddət üçün əlavəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyasına uyğun (20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında) təyin etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Beləliklə, şikayət qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin 2017-ci il 1 iyul tarixdən sonrakı müddətə aid hissəsinin təmin olunması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 mart tarixli 2-1(103)-268/2019 nömrəli qərarı “iddia tələbinin 2017-ci il 1 iyul tarixdən 2017-ci il 21 sentyabr tarixədək olan müddətə aid hissəsində” ləğv edilir. İddia həmin hissədə rədd edilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar