Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2259/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)1576/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1974-cü ildə Bakı Aqreqat İstehsalat-Konstruktor Birliyi 19 saylı sexə qəbul olmuş, xx.xx.1982-ci ildə şəxsi istəyi ilə işdən azad olunmuşdur. xx.xx.1982-ci ildə anbar müdiri vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci ildə Qazanxana-qaynaq sahəsinin ustası vəzifəsinə keçirilmişdir, xx.xx.1983-cü ildə işdən azad olun muşdur xx.xx.1983-cü il “Əzizbəyovneft” Neftqazçıxarma idarəsi Neftin kompleks hazırlanması sahəsinə 2-ci dərəcəli əmtəə operatoru qəbul olunmuş, xx.xx.1998-ci il tarixdə nasos qurğuları üzrə maşinist keçirilmişdir, xx.xx.1998-ci ildə nasos qurğuları üzrə maşinist vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli **********081200601B00043 saylı məktubda qeyd olunmuşdur ki, iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Əzizbəyovneft” NQÇİ) Neftin kompleks hazırlanması və vurulması sexində xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, Neftin və suyun kompleks hazırlanması və vurulması sexində x x.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, Qaz kompressor sexində xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, Neftin kompleks hazırlanması və vurulması sexində xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sexində xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Neftin kompleks hazırlanması və nəqli sahəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək texnoloji proseslərin aparılmasında “nasos qurğularının maşinisti” peşəsində işləmişdir. İddiaçı işlədiyi “nasos qurğularının maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri n Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin “a” fəhlələr bəndində nəzərdə tutulan “texnoloji nasosların maşinistləri" peşəsinə uyğundur. İddiaçı zərərli əmək şəraitində “nasos qurğularının maşinisti” peşəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “4” dekabr 2002-ci il tarixli 15-4 №li qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”na əsasən iş yerlərinin attestasiyası zamanı “nasos qurğularının maşinisti” peşəsi üçün hazırlanmış və zərərli iş yeri olduğunu təsdiq edən “iş yerlərinin əmək şəraitinin qiymətləndir ilməsi cədvəli”ndə öz əksini tapmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 12 sentyabr 1974-cü il tarixli əmək kitabçasında xx.xx.1998-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində nasos qurğuların maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan texnoloji nasosların maşinistləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 27 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 7 mart 2015-ci il tarixdə 57 yaşı tamam olduğu yəni hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neftqazçıxarma idarəsində “Neftin kompleks hazırlanması və vurulması sahəsində əmtəə operatoru vəzifəsində 20 sentyabr 1983-cü il tarixdən 27 yanvar 1998-ci il tarixədək yəni 14 il 4 ay 7 gün işlə miş, Neftin kompleks hazırlanması və vurulması sexində nasos qurğularının maşinisti vəzifəsində 27 yanvar 1998-ci ildən 1 mart 2021-ci il tarixədək işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi əmək stajı 25 il və həmin stajın 12 il 6 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. 57 yaşı 7 mart 2015-ci il tarixdə olmuşdur.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 12-ci bölməsi “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şist in emalı” (kod: ********) adlanır. Həmin bölmə “Qazma” (kod: ********), “Neft-qaz və qaz kondensatının hasilatı” (kod: ********) və “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” (kod: ********) adlanan 3 alt-bölmədən ibarətdir. İddiaçı iddia edir ki, onun çalışdığı peşə “213030116085” və “11000000-14259” kodu altında nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, “11000000-14259” kodu altında nəzərdə tutulmuş peşə 2 deyil, 1 saylı Siyahıya aiddir. İddiaçı isə, 52 deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Digər peşə isə, “əmtəə operatorları” adlanır. Lakin yerləşmə yeri qazma və neftin hasilatı deyil, “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” (kod: ********) alt- bölməsidir. İddiaçı isə, neftin emalı deyil, H.Z.Ta ğıyev adına Neft və Qazçıxarma İdarəsində çalışmışdır. Göründüyü kimi, İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 12 il 6 ay güzəştli iş stajına malik olması tələb edilirdi. Lakin iddiaçı bu stajı topladığını isbat edə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-2165/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 7 mart 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlər də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmış, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin a) fəhlələr (əmtəə operatorları və texnoloji nasosların maşinistləri) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)-1576/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı neftin emalı deyil, H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsində işləmişdir. İddiaçının bu stajı toplaması ilə bağlı hər hansı bir mötəbər sübut mövcud deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin v ə göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: Bölmə
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin a) fəhlələr (əmtəə operatorları və texnoloji nasosların maşinistləri)
18. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdir ə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktını n qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qan unvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Belə ki, hazırkı qərarın 16-17-ci bəndlərində göstərilən normalara görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apelly asiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin a) fəhlələr (əmtəə operatorları və texnoloji nasosların maşinistləri) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır.
27. Məhkəmə kollegiyası məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında (2-1(102)-2364/2021; 2-1(102)-2343/2021; 2-1(102)2055/2021) da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifə nin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adını n müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.
28. İddiaçının təqdim etdiyi güzəştli arayışda iddiaçının icra etdiyi işin xarakteri, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi tam və hərtərəfli qeyd edilmişdir.
29. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır.
30. Beləliklə, hazırkı qərarın 18.a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 21(103)-1576/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.