Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-226/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərl ə İş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1795/2018 saylı, 27 sentyabr 2018ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İşin faktiki hallarına, habelə iddiaçının məhkəməyə təqdim olunmuş pensiya işindən çıxarışlara (pensiyanın yenidən hesablanmasına dair 09.01.2016-cı il tarixli qərarının və pensiya uçot vərəqəsinin surətlərinə) əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK-in 30.12.2016-cı il tarixli müayinə aktı ilə iddiaçının İİ qrup əlilliyinin səbəbi “hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlaqədar” kimi göstərildikdən sonra əvvəlki pensiyası, təminat xərcliyinin 55 faizindən 80 faizə qədər qaldırılmaqla, 01.02.2016-cı il tarixdən yenidən hesablanaraq ona ödənilməyə başlamışdır. İddiaçı iddia edir ki, onun xəstəliyinin səbəb əlaqəsi, alındığı vaxtdan “hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar” olduğu halda, yalnız 01.02.2016-cı il tarixdən pensiyasında nəzərə alınmışdır. Halbuki yenidən hesablama əlilliyə görə pensiyanın təyin olunduğu 2009-cu ildən etibarən təminat xərcliyinin 80 faizi miqdarında hesablanıb, keçmiş dövr üzrə yaranmış pensiya fərqi hesablanıb ona ödənilməli idi. İddiaçının cavabdehə müvafiq müraciətinə imtina cavabı verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam ına əsasən 01.02.2016-cı il tarixdən onun təminat xərcliyi 988,50 manat təşkil edir. İİ qrup “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” dərəcəsinə görə ona təminat xərcliyinin 80 faizi, yəni 790,80 manat məbləğində pensiya hesablanaraq ödənilir. İddiaçı 16 mart 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 29.02.2009-cu il tarixdən 01.03.2018ci il tarixədək təyin edilmiş (hərbi xidmət vəzifələri ilə əlaqədar) əlilliyə görə pensiyasının 29.02.2009-cu il tarixdən tətbiq edilməklə, yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2151/20 18 saylı iş) 23 aprel 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab edir ki, iddiaçı tələbində haqlıdır. Çünki onun əlilliyi yalnız aldığı bir xəstəliklə əlaqədar olmuş, bu da onun xidməti vəzifələrini yerinə yetirməsi zamanı baş vermişdir. Belə olan halda, ona 2009-ci ildə təyin edilmiş İİ qrup əlilliyin ilkin səbəbinin sonradan 2016-ci ildə “hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” səbəbinə dəyişdirilməsi faktiki olaraq ilkin əlilliyində yol verilən yanlışlığın aradan qaldırılması anlamını verməklə, xəsarətin səbəb əlaqəsinin elə əvvəlcədən hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması ilə əlaqədar olmasını təsdiq edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X7 və X6, 2-1(103)-1795/2018 saylı iş) 27 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 18 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 6 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompen sasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. İddiaçının iddia etdiyi “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” əsasına görə hesablanması cavabdeh tərəfindən həyata keçirilmiş və əmək pensiyası hesablanaraq ödənilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkə mə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı müharibə əlili kimi 1 mart 2018-ci ildən təyin edilmiş pensiyanın ona qədərki dövrünün də ödənilməsini cavabdehdən xahiş etmiş, cavab deh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə müharibə əlili kimi pensiyanın əvvəlki dövrünün hesablanaraq ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlı q imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmə klə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. İddiaçının uçot vərəqindən görünür ki, ilkin təyinat tarixi 24 fevral 2009-cu il olmaqla ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinin 1 iyul 2017-ci ilə qədərki redaksiyasına əsasən, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec ol mayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Cavabdeh tərəfindən 2016-cı ilin dekabr ayında iddiaçıya əlillik onun xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdiyinə görə, yaxud bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdiyinə görə təyin edilməsi işdə olan sənədlərdən aydın deyildir. Əlilliyin ilkin təyinat tarixi barədə işdə yeganə sübut olan ilkin təyinat tarixinin 24 fevral 2009-cu il qeyd edildiyi uçot vərəqində əlilliyin səbəbi konkret olaraq qeyd edilməmiş, bununla bağlı məhkəmə tərəfindən araşdırılma aparılmamışdır. İddiaçı isə iddiasında qeyd etmişdir ki, 24 fevral 2009-cu ildən hərbi xidmət dövrü ilə əlaqədar ona pensiya təyin edilmişdir. Əlilliklə bağlı müayinə aktları tələb edilməli, iddiaçıda müəyyən edilən əlilliyin səbəbinin ümumi xəstəlik olması qeyd edildiyi halda, əlilliyin səbəbinin ümumi xəstəlik olması barədə əvvəllər iddiaçının mübahisə açması, mübahisə açmamışsa, bunun səbəbləri araşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissi yası. Əsasnamənin 5.5-ci bəndinə görə ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qala n vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edilən aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. İlkin əlillik təyin edilən dövrdə, həmçinin əlilliklə bağlı sonrakı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilir, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin həmin aktlarla bağlı mübahisə açması, inzibati qaydada və məhkəməyə şikayət verməsi ilə bağlı araşdırma aparılmamışdır. İddiaçının hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı olması işdə müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə görə əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət nəticəsində üz verərsə, müharibə əlili sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədə n xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar ha disələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26cı bənd). Əlilliyin səbəbini TSEK müəyyən etdiyindən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmamışdır. “Tibbi-sosial ekspert komiss iyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir (4.3-cü bənd). Hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim ed ilir (4.5-ci bənd). Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar (4.7-ci bənd). Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür (4.9-cu bənd). TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.16-cı bənd). Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə eht iyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə) (4.17-ci bənd). Əsasnamənin bəhs edilən tələblərinə riayət edilməsi-iddiaçının hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması barədə mərkəzi hərbi həkim komissiyası tərəfindən qərar qəbul edilməsi, belə qərar olmuşsa, onun nə vaxt TSEK-ə təqdim edilməsi, gec göndərilmişsə, onun səbəbləri, TSEK tərəfindən göndərişə baxılması müddəti, Əsasnamənin müddəalarının pozulması, pozulmanın iddiaçının təqsirindən baş verib-verməməsi araşdırılmalı, bundan sonra əvvəlki dövr üçün pensiya fərqinin iddiaçıya ödənilməsinin mümkünlüyü müzakirə edilməlidir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1795/18 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya baxışına göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-226/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-226/2019
29.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver