Məhkəmə qərarları › İş №2-1(102)-226/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-226/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-226/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsini kirayə müqaviləsinin dəyişdirilməsi barədə sərəncam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-1138/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir.

2. Cavabdeh 20.12.2019-cu il tarixli A-319-068 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2 ünvanda yerləşən 15 saylı mənzilin hazırki icarədarının notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi RİH-ə təqdim edildikdən sonra onun müraciətinə yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2 ünvanında yerləşən 15 saylı mənzil 072483 nömrəli orderlə arvadı X1 ayrılmışdır. İddiaçı 28 noyabr 1990-cı il tarixdən X4 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və həmin vaxtdan etibarən həmin mənzildə yaşayır. X4 milliyətcə erməni əsilli olduğu üçün 1991-ci ildən çıxıb getmişdir. Həmin vaxtdan harada olması bar ədə heç bir məlumat yoxdur. İddiaçı həmin mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması üçün bütün hüquqmüəyyənedici sənədləri toplayaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının xahişini təmin etməkdən 20 dekabr 2019-cu il tarixli, A-319-068 saylı məktub ilə imtina etmişdir. Həmin məktubda sözügedən mənzilin hazırki icarədarının notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətə yenidən baxılacağı qeyd olunmuşdur. Cavabdehin bu imtinası qanunsuz və əsassızdır. İddiaçı hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-3226/2021 saylı qərarı ilə (hakim: P.A.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, BülBülə qəsəbəsi, 1-ci Zavod döngəsi, 2 saylı evin 15 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ünvan 3-də 05.02.1991-ci ildən qeydiyyata alınmaqla yaşadığından, eyni zamanda, iddiaçı həmin mənzilin icarədarı X4 ilə 28 noyabr 1990-cı il tarixdən rəsmi nikahda olduğundan, X4 və onun oğlu X5 isə mənzildən çıxmaqla orada yaşamadığından iddiaçının onunla sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsinə dair tələbi əsaslı olmuşdur.

7. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(103)-1138/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-3226/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

9. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin hazırkı icarədarı T.Qaluşkodur, onun başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi barədə məhkəmə qətnaməsi və ya ölümü haqqında akt qeydi, yaxud mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə razılığı təqdim olunmadığından iddia tələbi əsaslı sayıla bilməz.

10. İddiaçı apelyasiya in stansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçı ünvan 3 ünvanında 05.02.1991-ci ildən qeydiyyata alınmaqla orada yaşayır. İddiaçı həmin mənzilin icarədarı X4 ilə 28 noyabr 1990-cı il tarixdən rəsmi nikahdadır. X4 və oğlu X2 isə mənzildən qeydiyyatdan çıxmışlar, həmin ünvanda yaşamırlar. Hazırda həmin mənzildə yalnız İddiaçı 05.02.1991-cı ildən daimi qeydiyyatdadır və həmin mənzildə yaşayır, mənzildə qeydiyyatda başqa şəxslər yoxdur. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Mənzili Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək olan) Maddə

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə

60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.... Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə

61. İcarədar müvəqqəti başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ İcarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. İstifadə hüququ müvəqqəti başqa yerə getmiş vətəndaş üçün saxlanan mənzil sahəsi artıq mənzil sahəsi sayılmır. Maddə

62. Müvəqqəti başqa yerə getmiş icarədarın vəzifələri İcarədarın müvəqqəti başqa yerə getməsi, onu yaşayış sahəsini icarə müqaviləsi üzrə bü tün vəzifələri yerinə yetirməkdən azad etmir. Maddə

68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Maddə

85. Ailənin digər üzvünün icarədar hesab edilməsi nəticəsində yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bi lər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01.10.2009-cu ildən qüvvədə olan). Maddə 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Maddə 62.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. İş materiallarından görünür ki, Bakı şəhər X10 İcraiyyə Komitəsi tərəfindən 04 dekabr 1986-cı ildə verilmiş 07 2483 nömrəli orderə əsasən ünvan 3 X11 yaşamaq üçün verilmişdir, ailə üzvləri – X3 (arvadı), X8 (nənəsi). Daha sonra Suraxanı rayon X6 İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli 13 nömrəli qərarına əsasən həmin mənzilin kirayəçisi 11.01.1990-cı il tarixində Volqoqrad şəhərinə köçmüş X7 keçmiş arvadı X4 mənzilin şəxsi hesabını onun adına keçirməyi xahiş etmiş və həmin yaşayış sahəsinin kirayə müqaviləsi onunla bağlanmışdır.

19. İddiaçı X4 ilə 28 noyabr 1990-cı il tarixdə nikaha daxil olmuşdur. Hazırda qeyd olunan mənzildə 05.02.1991-ci ildən İddiaçı yaşayır, X4 və oğlu X5 mənzildən çıxmışlar, orada yaşamırlar. Həmin mənzildə İddiaçı 05.02.1991-ci ildən daimi qeydiyyatdadır və orada yaşayır, mənzildə başqa şəxslər qeydiyyatda yoxdur.

20. İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edər ək, ünvan 3 ünvanında mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşsa da, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab etməmişdir.

21. İddiaçı hazırda apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın qanuniliyi mübahisələndirir. Məhkəmə tərkibi hesab edir ki, şikayət aşağıdakı səbəblərə əsasən təmin edilə bilməz.

22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Plenumunun Qərarında qeyd edilmişdir ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən alt ı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.

23. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, mübahisəli mənzilin hazırkı icarədarı T.Qaluşkodur, onun başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi barədə məhkəmə qətnaməsi və ya ölümü haqqında akt qey di, yaxud mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə razılığı təqdim olunmamışdır. Qeyd olunmalıdır ki iddiaçının məhkəməyə təqdim etdiyi, mənzilin icarədarı T.Qaluşkonun belə bir razılığı barədə 05.03.1991-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəni isə, notariusun möhürü ilə təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul etməməkdə apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

24. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxsl ər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

25. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərarın ləğv edilməsi və kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)-1138/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar