Məhkəmə qərarları › İş №2-1(102)-226/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-226/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-226/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun dövlət nümunəli hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun dövlət nümunəli hesab olunması və sertifikatlaşdırmada iştirakının təmin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1590/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən verilmiş 005056 saylı, 08 iyul 1996-ci tarixli diploma əsasən iddiaçı 1994-cü ildə Gəncə şəhəri X1 Xidməti Kollecinə daxil olmuş və həmin kollecin ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu 1996-cı ildə bitirmişdir.

2. Cavabdeh 26 dekabr 2019-cu il tarixli məktubunda iddiaçının vəkilinə bildirmişdir ki, Salyan rayonu Kolanı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakına şərait yaradılması barədə məktubuna cavab ol araq bildirilir ki, mövcud qaydalara əsasən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən iddiaçının adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd dövlət nümunəli olmadığına görə onun diaqnostik qiymətləndirilmədə iştirakı mövcud qaydalara ziddir.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Salyan rayon Təhsil şöbəsi Kolanı kənd ümumi orta məktəbi tərəfindən verilmiş 17 fevral 2020-ci il tarixli arayışa əsasən iddiaçı 15 sentyabr 2008-ci il tarixdən hal-hazıra kimi Kolanı kənd ümumi orta məktəbində müəllimə işləyir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılması, diplomun dövlət nümunəli hesab olunaraq təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada onun iştirakını təmin etmək barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1994-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X1 Xidməti Kollecinə qəbul olunmuş, 1996cı ildə Kollecin ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu bitirmiş və ona AZ seriyalı 005056 nömrəli Diplom verilmişdir. 2008-ci ildən o, Salyan rayonu Kolanı kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamış və hazırda da həmin məktəbdə işləyir. Lakin 2019-cu ildə Salyan rayon Təhsil şöbəsi üzrə keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirakına buraxılmamışdır. Bununla əlaqədar Salyan rayon Təhsil şöbəsinə müraciət etdikdə ona səbəb kimi 1996-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən verilmiş AZ seriyalı 005056 nömrəli diplom un blankının nümunəli təhsil sənədi olmadığı göstərilmişdir.

6. Bu məsələ ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etdikdə isə xx.xx.2019-cu il tarixli xx-xx-157710 saylı məktubunda bildirilmişdir ki, mövcud qaydalara əsasən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd-Diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığına görə onun diaqnostik qiymətləndirilməsində iştirakı mövcud qaydalara ziddir. Halbuki o, diplomu 2008-ci ildə işə qəbul olunanda təqdim etmiş və Salyan rayonu kənd tam orta məktəbində işlədiyi müddət ərzində həmin diplom un qanuniliyi heç bir orqan, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mübahisələndirilməmişdir.

7. Gəncə şəhəri X1 Xidməti Kolleci AR Nazirlər Kabinetinin 09 sentyabr 1993-cü il tarixli 487 saylı qərarı ilə orta ixtisas təhsil müəssisəsi statusu ilə qeydiyyata alınmış və onun fəaliyyəti qanuni olmuşdur. O, diplom aldıqdan 4 il sonra Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 saylı Fərmanının 10-cu hissəsinə əsasən X2 Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri X1 Xidməti Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı açılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1208/2021 nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddia tələbi təmin edilmiş, Gə ncə şəhəri X1 Xidməti Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada iddiaçının iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının 2008-ci ildən işlədiyi Kolanı kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi də Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”nın 3-cü bəndində diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərin kateqoriyasına aid olmasına baxmayaraq, cavabdeh inzibati orqanın Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən yazılmış 005056 saylı diplom blankının dövlət nümunəli təhsil sənədi olmaması səbəbi ilə iddiaçının 2019cu ildə keçirilən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində buraxılmaması bununla bağlı qəbul edilmiş bütün normativ hüquq aktlarının yuxarıda geniş şərh edilən müddəalarına zidd hesab edildiyinə görə əsassız və qanunsuz olmuşdur. Bununla yanaşı, həm əvvəlki, həm də hazırda qüvvədə olan təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılm asını tənzimləyən normativ hüquqi aktlar əsasında, İddiaçı sertifikatlaşdırmaya buraxılan müəllimlərin kateqoriyasına aid olduğundan, onun Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmasına buraxılmaması üçün hər hansı bir əsas yoxdur.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli,21(103)-1969/2021 nömrəli qərardadı ilə (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Səadət Bəktaşi ) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

12. Apelyasiya instansiyası məhkəməs i hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının sertifikatlaşdırmada iştirakının təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsa da, Nazirlik tərəfindən yuxarıda sözügedən sertifikatlaşdırmanın nə vaxt və necə keçirilməsi barədə hər hansı qərar qəbul olunmamışdır. Eyni zamanda, cavabdehin də həmin iddiaçının sertifikatlaşdırmada iştirakının təmin edilməsi tələblə bağlı imtinası olmamışdır. İddiaçının tələbi İPM-də nəzərdə tutulmuş mümkünlük şərtlərinə (iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, cavabdehin imtinasının olmaması) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-268/2022 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə sədrlik edən və məruzəçi, Z.Quliyev və S.Kərimov) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)1969/2021 nömrəli 20 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, işdə olan 22 noyabr 2019-cu il tarixli ərizədə iddiaçının diplomunun dövlət nümunəli hesab olunması və diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi cavabdehdən xahiş edilmişdir. Göründüyü kimi iddia ərizəsində göstərilən hər iki tələblə bağlı iddiaçı məhkəməyə qədər cavabdehə müraciət edib imtina cavabı almasına b axmayaraq, apelyasiya instansiyası məhkəməsi bu hissədə iddianı mümkün saymamaqla haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1590/2022 nömrəli qərardadı ilə (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və İlham Kərimli) iddia “sertifikatlaşdırmada iştirakının təmin olunması” hissəsində mümkün sayılmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1590/2022 nömrəli qərarı ilə (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və İlham Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1208/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı diplomun dövlət nümunəli hesab olunması ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, İddiaçı Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən «ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi» ixtisası üzrə verilmiş - AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

18. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının təhsil aldığı 1994-1996-cı illərdə Kollec aktiv fəaliyyət göstərmiş, məzunlarına diplomlar vermiş və bütün bunlar cavabdeh Təhsil Nazirliyi və digər dövlət orqanları tərəfindən etirazla qarşılanmamışdır. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixli xx-xx-1577/10 nömrəl i məktubla iddiaçıya Kollec tərəfindən verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığını iddiaçıya bildirsə də, faktiki olaraq inzibati icraat qaydalarına uyğun formada qəbul edilmiş, diplomun etibarsız hesab olunması və ya onun qüvvədən düşmüş hesab olunması barədə rəsmi sənəd mövcud deyildir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən verilmiş AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının diplomunun dövlət nümunəli hesab olunmaması ilə bağlı cavabdehin hərəkətləri əvvəlki praktikasına zidd olmuş, bu hərəkətləri ilə iddiaçının təhsil hüququna və diplom üzrə aldı ğı ixtisası üzrə əmək hüququna müdaxiləsi, inzibati orqan olaraq güddüyü qanuni məqsədə mütənasib olmamışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinə görə, işə baxan məhkəmə iddia tələbi ilə bağlı iddiaçının inzibati orqana müraciətinin olub-olmamasını araşdırmamış (iddiaçıya məxsus diplomun dövlət nümunəli təhsil sənədinin hesab edilməməsi barədə qərarının mövcud olmasını, habelə iddiaçının sertifikatlaşdırılmaya buraxılması barədə inzibati orqana müraciəti və bununla bağlı inzibati orqan tərəfindən imtinanın mövcud olmasını) və bu tələblə bağlı iddianı təmin etmişdir.

21. Məhkəm ə öz qərarında qeyd edir ki, orta ixtisas təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda iddiaçı diplom alandan 13 il sonra qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunun tələbini nəzərə almamış və nəticədə yanlış qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, həmin dövrdə fəaliyyət göstərən istənilən təhsil müəssisəsi məzunlara dövlət nümunəli olmayan diplom blankları vermək səlahiyyətinə malik olmuşlar. Lakin qanunvericiliyin tələbinə görə, bu səlahiyyət yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur.

22. Kollec tərəfindən təqdim olunmuş diplomların surətindən görünür ki, müəssisə diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla məzunlara təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Qeyd olunan qanunun bu tələbindən göründüyü kimi, təqdim olunmuş diplomların qanuni və ya qanunsuz (dövlət nümunəli təhsil sənədi) olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Təhsil haqqında ” Qanun: (7 oktyabr 1992-ci il, № 324) Maddə

8. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə

13. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələ rə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. Maddə

18. Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə liseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə tex nikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktikaya yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxıl masının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

30. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçın ın təhsil aldığı Azərbaycan Respublikası "xxxx" Şirkətinin «Gəncə Məişət Xidməti Texnikumunun təsərrüfat hesablı Gəncə Məişət Xidməti Kolleci - orta ixtisas təhsili müəssisəsi statusu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 sentyabr 1993-cü il tarixli 487 nömrəli qərarı ilə qeydə alınmışdır. 32. “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 nömrəli Fərmanının 10-cu hissəsinə əsasən məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin əlavə təhsilini təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında Azərbaycan Müəllimlər İnstitutu yaradılmış, İnstitutun ayrı-ayrı bölgələrdə, o cümlədən X2 Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri X1 Kollecinin bazasında Gəncə filialı açılmışdır.

33. Göründüyü kimi, iddiaçının təhsil aldığı Gəncə şəhəri X1 Xidməti Kolleci orta ixtisas təhsili müəssisəsi kimi, 09 sentyabr 1993-cü il tarixdən 13 iyun 2000-ci il tarixinədək qanuni əsaslarla Gəncə şəhərində fəaliyyət göstərmişdir.

34. İddiaçı 1994-cü ildə həmin Kollecə qəbul olunmuş və 1996-cı ildə həmin kollecin, «ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi» ixtisası üzrə tam kursunu bitirmişdir.

35. Salyan rayon Təhsil Şöbəsinin 21 noyabr 2019-cu il tarixli, 546 saylı məktubu və Salyan rayon Təhsil şöbəsi Kolanı kənd ümumi orta məktəbinin 15 №-li, 17 fevral 2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, İddiaçı 15 se ntyabr 2008-ci il tarixdən hal-hazıra kimi Kolanı kənd ümumi orta məktəbində müəllim işləyir.

36. Bundan başqa, iddiaçının əmək kitabçasına əsasən, o, xx.xx.2007-ci il tarixdə pedaqoji orta təhsilli sinif müəllimi ixtisası üzrə yuxarı Xalac-1 kənd orta məktəbinə müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş və xx.xx.2008-ci il tarixdən hal-hazıra kimi Kolanı kənd ümumi orta məktəbində ixtisası üzrə sinif müəllimi işləyir.

37. Cavabdehin 26 dekabr 2019-cu il tarixli imtina məktubunda sözügedən Kollec tərəfindən ona verilmiş diplomun dövlət nümunəli hesab edilməsindən imtina olunur. Halbuki, həmin diplom üzrə aldığı ixtisasına uyğun olaraq iddiaçı 2008-ci ildən 2019-cu ilə kimi ümumi məktəbdə sinif müəllimi işlədiyini qəbul etmiş, ona həmin işində heç bir əngəl törə tməmiş, başqa sözlə, 2019-cu ildən əvvəlki praktikasına uyğun hərəkət etməmiş, nəticədə iddiaçının qanunla qorunan etimad hüququ pozulmuşdur.

38. Məhkəmə kollegiya qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından hesab edir ki, iddiaçının diplomunun dövlət nümunəli hesab olunmaması ilə bağlı cavabdehin hərəkətləri əvvəlki praktikasına zidd olmuş, bu hərəkətləri ilə iddiaçının təhsil hüququna və diplom üzrə aldığı ixtisası üzrə əmək hüququna müdaxiləsi, inzibati orqan olaraq güddüyü qanuni məqsədə mütənasib olmamışdır.

39. Digər tərəfdən, iddiaçının təhsil aldığı 1994-1996-cı illərdə Kollec aktiv fəaliyyət göstərmiş, məzunlarına diplomlar vermiş və bütün bu qeyd olunanlar cavabdeh Təhsil Nazirliyi və digər dövlət orqanları tərəfindən hər hansı etirazla qarşılanmamışdır.

40. Məhkəm ə kollegiyası, həmçinin nəzərə alır ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixli xx-xx-1577/10 nömrəli məktubla iddiaçıya Kollec tərəfindən verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığını bildirsə də, diplomun etibarsız hesab olunması və ya onun hər hansı səbəbdən qüvvədən düşmüş hesab olunması barədə rəsmi sənəd mövcud deyildir.

41. İddianın mümkünsüzlüyü ilə bağlı şikayətin dəlillərinə gəldikdə, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyü ilə bağlı işin hallarını Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-268/2022 nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq araşdırmış və onlara qiymət vermişdir. Bu səbəbdəndir ki, apellyasiya instansiyası məhkəməsi iddianı “se rtifikatlaşdırmada iştirakın təmin olunması” hissəsində mümkün sayılmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1590/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar