Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-226/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1941-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)-2618/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1941-ci il tarixdə doğulmuş, xx.xx.1958-ci il tarixdən xx.xx.1960-cı il tarixədək Mingəçevir şəhər Məhkəməsində iclas katibi işləmiş, xx.xx.1960-ci il tarixdən xx.xx.1963-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1963-cü il tarixdən xx.xx.1968-ci il tarixədək Azərbaycan Politexnik İnstitutunda əyani təhsil almış, xx.xx.1968-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Kür-Araz Su Tikintisi” Baş İdarəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" ASC-də (keçmiş “Qlavkolxozsovxozstroy”) müxtəlif vəzifələ rdə işləmiş, xx.xx.1998-ci il tarixdən isə Mingəçevir Aqrartikinti filialına rəis təyin edilmişdir.
2. İddiaçı xx.xx.2006-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, ona xx.xx.2006-cı il tarixli, 74 nömrəli qərara əsasən xx.xx.2006-cı il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 39 il 5 ay 2 gün sığorta stajı və orta aylıq əməkhaqqı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı ona təyin edilmiş yaşa görə əmək pensiyasının təqdim edilmiş sənədlər əsasında yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun təqdim etdiyi sənədlərə əsasən pensiya məbləğində artım hesablanmadığı, hazırkı pensiya məbləği ilə fərq yaranmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş 5142,25 manat pensiya fərqinin ödənilməsi və xx.xx.2022-ci il tarixdən pensiya məbləğinin 470,69 manat müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə iclas katibi vəzifəsinə qəbul olunmuş, xx.xx.1960-cı il tarixədək orada işləmiş və oradan ordu sıralarına çağırılmışdır. Ordu sıralarında olarkən Azərbaycan Politexnik İnstitutuna qəbul olmaq üçün ərizə ilə mür aciət etmiş və onu bir neçə ay vaxtından qabaq əsgərlikdən tərxis edib imtahan verməyə göndərmişlər. İmtahanları müvəffəqiyyətlə verib institutun əyani şöbəsində təhsilini davam etdirmişdir. 1968-ci ildə mühəndis peşəsinə yiyələnmiş və təyinatla işləməyə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin xx.xx.2006-cı il tarixli, 74 nömrəli qərarı ilə ona 240,11 manat yaşa görə pensiya təyin olunmuşdur. O vaxtlar pensiya yaşı 60 olsa da, müraciətlərinə baxmayaraq ona pensiya təyini 5 il uzadılmış və izah edilmişdir ki, rəhbərlik etdiyi müəssisənin Dövlət Sosial Müdafiə Fonduna borcu var. İş olmadığı üçün Dövlət Sosial Müdafiə Fonduna pul köçürə bilmirdi. Pensiya təyin olunarkən məhkəmədə işlədiyi dövr, əsgərlikdə olduğu 3 il, institutda olduğu 5 il iş stajına hesab lanmamışdır. Avqust 2017-ci ildə pensiyasının düzgün hesablanmaması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, pensiya hesablanarkən 10 il iş stajı, 5 il pensiya gecikdirilməsi nəzərə alınmamışdır. Pensiya təyin olunarkən aşağıdakı kimi hesablanmalıdır: 5 il pensiyasını gecikdirdikləri üçün 5x1,94=9,7 manat; 10 il iş stajına görə 10x1,94=19,4 manat, cəmi 9,7+19,4=29,1 manat. Pensiya məbləği xx.xx.2017-ci il tarixdən aşağıdakı kimi hesablanmalıdır. 240,11+29,1=269,21 manat. Hal-hazırda alacaq olduğu pensiya 339,77 manatdır. xx.xx.2017-ci ildə pensiya artımının faizi: 240,11:339,77=70,668%. Ona görə pensiya hesablanmalıdır: 269,21x70,668% = 269,21+190,25=459,46 manat. Yanvarfevral 2021-ci ildə az aldığı pensiyanın məbləği: (459,16-339,77)x2=239,38 manat edir. xx.xx.2017-ci il tarixdə n azaldılmış 29,1 manat pensiyanın üstünə 2021-ci ilə kimi artım faizi 70,668 əlavə olunsa, 29,1x70,668%=29,1+20,56=49,66 manat təşkil edər. Hər ay azaldılan pensiya məbləği 49,66 manat təşkil edir. Ümumi xx.xx.2017-ci il tarixinədək pensiya almamışdır. 49,66 manat x 12 ay x 4 il = 2383,68 manat. Cəmi: xx.xx.2017-ci il tarixdən almadığı pensiyanın məbləği 2383,68+239,38=2623,06 manat. Beləliklə, cavabdehdən xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanmasını xahiş etmişdir.
6. Sonradan iddiaçı ona pensiya təyin olunarkən almadığı pensiyanın xx.xx.2017ci il tarixə hansı qaydada hesablanmasına dair bir sıra mülahizələrini məhkəməyə təqdim etmiş, sonuncu xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizəsində ona ödənilə cək pensiya fərqinin 5142,25 manat, xx.xx.2022-ci il tarixdən pensiyasının 470,69 manat olmalı olduğunu göstərmiş, həmin məbləğin ona ödənilməsini xahiş etmişdir.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əməkhaqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçıya xx.xx.2006-cı il tarixdə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 39 il 5 ay 2 gün sığorta stajı və orta aylıq əməkhaqqına əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilərkən Mingəçevir Ş əhər Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 357 nömrəli arayışının surətinə əsasən xx.xx.1958-ci il tarixdən xx.xx.1960-cı il tarixədək əmək fəaliyyəti dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1960-cı il tarixdən xx.xx.1963-cü il tarixədək hərbi xidmət dövrü, diplomun surətinə əsasən xx.xx.1963-cü il tarixdən xx.xx.1968-ci il tarixədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1968-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək 39 il 5 ay 2 gün sığorta stajı nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci və 27.3-cü maddələrinə əsasən, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1- dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixdən yenidən hesablanır. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. İddiaçının 39 il 5 ay 2 gün sığorta stajının hər ili 1,94 manatla hesa blandığı təqdirdə pensiyanın məbləği pensiya təyin edilərkən orta aylıq əmək haqqına əsasən hesablanan pensiyanın məbləğindən aşağı olduğundan, qeyd olunan maddənin tələbinə əsasən daha yüksək məbləğ pensiya təyinatı üçün əsas götürülmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 03 mart 2023-cü il tarixli, 2-1(112)-290/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və ona təqdim edilən əlavələrdən görünür ki, iddiaçı hazırda ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmadığını iddia edir və bu zaman aşağıdakılara istinad edir: 1) ona pensiyanın 5 il gec təyin edilməsinə; 2) ona pensiya təyin edilərkən sığorta stajının düzgün hesablanmamasına. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin arayışının, hərbi biletin, diplomun və əmək kitabçasının surətlərinə əsasən, iddiaçının 62 yaşının tamam olduğu xx.xx.2003-cü il tarixə 44 il 10 ay 14 gün iş stajı olmuş və onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən 62 yaşının tamam olduğu tarixdə pensiya hüququ mövcud olmuşdur. Lakin işdən görünür ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə xx.xx.2006-cı il tarixdə ərizə ilə müraciət etmiş, ona xx.xx.2006-cı il tarixdə 74 nömrəli qərara əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda ilk növbədə onun pensiyasının hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2001-ci ildən təyin edilməsini, daha doğrusu, həmin dövrlər üçün ödənilməyən pulun ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə görə, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, iddiaçının pensiya hüququ 60 deyil, 62 yaşının tamam olduğu xx.xx.2003-cü il tarixdə yaransa da, qanunvericilik yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edil məsini nəzərdə tutduğundan iddiaçının tələbi bu hissədə əsaslı sayıla bilməz.
10. İddiaçının tələbinin iş stajı ilə bağlı hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən onun 39 il 5 ay 2 gün iş stajı nəzərə alınsa da, həmin tarixə onun 47 il 3 ay 5 gün iş stajı olmuşdur. İddiaçı hazırda iş stajının düzgün hesablanmaması nəticəsində ona hesablanmış pensiya məbləğinin az olmasına istinad edərək, həmin məbləğin ona ödənilməsini xahiş edir. İş materialları, o cümlədən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə xx.xx.2006-cı il tarixdə ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən 39 il 25 gün sığorta stajına və 100 manat orta aylıq əməkhaqqına görə işləyən pensiyaçı kimi iddiaçıya aylıq 25 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən, Qanun qüvvəyə mindikdə, yəni xx.xx.2006-cı il tarixdən əmək haqqı məhdudiyyəti (minimum əmək haqqının üç misli: 85000 AZN x 3 = 255000 AZN = 51, AZN) tətbiq edilməklə pensiya təyin edilmiş şəxslərə xx.xx.2007-ci il tarixdən həmin məhdudiyyətin ləğv olunması və işləyən yaşa görə əmək pensiyaçılarının pensiyasının tam məbləğdə ödənilməsi şərtinə əsasən iddiaçının pensiyası xx.xx.2007-ci il tarixdən orta aylıq 100 manat əməkhaqqı ilə yenidən hesablanmışdır. Sözügedən Qanunun 10-cu maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən, yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH - yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Eyni zamanda, Qanunun 27-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiyanın əsas məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-dən artıq ola bilməz. Vətəndaşın orta aylıq əməkhaqqının məbləği isə 100 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesablanan əmək pensiyasının məbləğindən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğin xx.xx.2007-ci i l tarixinə indeksləşdirilməsi aparılır. SH=100x85%=85-25 (BH)=60+8,3%=64,98 manat (Qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanmış əmək pensiyasının sığorta hissəsi). İddiaçının xx.xx.2006-cı il tarixindən hal-hazıradək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmamışdır. Qeyd olunanlara əsasən xx.xx.2007-ci il tarixində pensiyanın ümumi məbləği BH-40+SH-64,98=104,98 manat hesablanmışdır. Sonrakı illərdə iddiaçının pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2011-ci il tarixindən BH-85+SH98,27=183,27 manat olmaqla ödənilmişdir.
11. Qanunun 2011-ci il tar ixdə qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları xx.xx.2006-cı il tarixədək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixdən yenidən hesablanır. Qanunun 27.3-cü maddəsinə əsasən həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. İddiaçının Qanunun 27.2-ci maddəsinə əsasən pensiyası 47 il 3 ay 5 gün iş stajı nəzərə alınmaqla hesablandıqda onun pensiyasının məbləği xx.xx.2011-ci il tarixdən BH-85+SH91,69 (47 il 3 ay 5 gün x 1,94 = 91,69) = 176,69 manat təşkil edir ki, bu da iddiaçının 2011ci il tarixində aldığı 183,27 manat əmək pensiyasından azdır. Belə olan halda, müəyyən olunur ki, iddiaçının 47 il 3 ay 5 gün iş stajı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və bununla ona əlavə pensiya məbləğinin ödənilməsi barədə tələbi də əsaslı olmamışdır.
12. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçıya ödənilən pensiya ödənişlərindən görünür ki, sonrakı illərdə iddiaçının pensiyasının məbləği (183,27 manat) illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2022-ci il tarixindən 351,10 manat olmaqla ödənilmişdir. Beləliklə, işin halları ilə iddia çıya ödənilən pensiya məbləğinin düzgün hesablanması və az ödənilməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 29 avqust 2023-cü il tarixli, 2-1(103)-2618/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayə ti verərək, həmin qərarın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
12. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə
17. Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əməkhaqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə t utulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əməkhaqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əməkhaqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əməkhaqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əməkhaqqının 90 faizindən artıq ola bilməz. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Re spublikasının Qanunu Maddə 27.1 (xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (xx.xx.2007-ci il tarixdən etibarən) və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əməkhaqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Maddə 27.2 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hes ablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Maddə 27.3 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Maddə 32.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİ N HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli ara şdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona təyin edilmiş pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya fərqinin ödənilməsinə və xx.xx.2022-ci il tarixdən pensiya məbləğinin 470,69 manat müəyyən edilməsinə nail olmaqdan ibarətdir.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin edilmiş pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya fərqinin ödənilməsi və xx.xx.2022-ci il tarixdən pensiya məbləğinin 470,69 manat müəyyən edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassa siya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)-2618/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.