Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2260/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xxx ı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı xxx ı və onun nümayəndəsi X1 iştirakı ilə iddiaçı xxx ının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “Azərbaycan Respublikas ı Milli Qəhrəmanı” və “Şəhid ailələri” üçün təyin olunmuş təqaüdlərin, buna hüququ yarandığı vaxtdan, əlilliyinin ilkin təsdiq edildiyi 03.08.2010-cu il tarixdən təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-282/2019 nömrəli, 06 fevral 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Ali Məhkəmənin binasında, 31 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: xxx ı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə ( bundan sonra – cavabde h) qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.01.2007-ci il tarixli, 18 nömrəli qərarının 8-ci bəndinə və 21.09.2015-ci il tarixli 311 nömrəli qərarının 1.4-cu bəndinə əsasən, Azərbaycan Respublikası Prezidenti təqaüdlərinin verilməsində məhdudiyyətlər olmadığından, cavabdeh tərəfindən sözügedən təqaüdlərin əvvəlki illər üçün də ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2-1(82)3799/2018 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-282/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Ərizənin dəlilləri: Ərizədə bildirilir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-282/19 saylı 06 fevral 2019-cu il tarixli qərarı poçt vasitəsilə 07 mart 03.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin inzibati binasına daxil olmuşdur. Qərarın müşayiətedici məktubunun üzərinə vurulmuş daxilolma ştampından görü nür ki, həmin qərar 12 mart 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Lakin müdir tərəfindən icra olunması üçün aidiyyəti şəxsə 29 aprel 2019-cu il tarixdə verilmişdir. Sənədlərin icrası həmin sənədin müvafiq işçiyə verildiyi tarixdən başlayır. Yəni, həmin sənəd işçiyə veriləndən sonra icra oluna bilər. Ona görə də apelyasiya instansiya məhkəməsinin qərarının daxilolma tarixi 29 aprel 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onların izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin vəsatəti əsassız olduğundan təmin edilməməli, onun şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apelyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-282/2019 nömrəli qərarı 20 fevral 2019cu il tarixdə cavabdehə göndərilmiş, cavabdeh 11 mart 2019-cu il tarixdə SS577242038AZ nömrəli qəbzə imza etməklə qərarı qəbul etmişdir. ( iş vər 102) Hazırkı kassasiya şikayəti isə 03 may 2019-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. Cavabdeh özü də kassasiya şikayətinin 03 may 2019-cu il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmasını etiraf edir, şikayətin daha əvvəlki tarixlərdə verilməsini mübahisə etmir. Göründüyü kimi, cavabdeh q ərarın surətini 11 mart 2019-cu il tarixdə almasına baxmayaraq, onun kassasiya şikayəti 03 may 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə də, apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh hesab edir ki, hazırda mübahisələndirilən qərar cavabdehin rəhbərliyi tərəfindən icra olunması üçün aidiyyəti şəxsə 29 aprel 2019-cu il tarixdə verilmişdir. Sənədlərin icrası həmin sənədin müvafiq işçiyə verildiyi tarixdən başlayır. Ona görə də müddətin bərpası barədə ərizə verməklə ötürülmüş müddətin bərpa olunmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsində göstərdiyi, yuxarıda qeyd edilən səbəb müddətin üzrlü səbəblərdən buraxılması qənaətinə gəlmək üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tari xli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq e dilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-282/2019 nömrəli iş üzrə 06 fevral 2019-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2260/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2260/2019
31.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver