Məhkəmə qərarları › İş №2-1(102)-2260/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2260/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2260/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; xx.xx.2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 67.16-cı maddəsinin əvvəlki münasibətlərə tətbiq oluna bilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib S ahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-457/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon İcra Hakimiyyəti başçısının 19 oktyabr 2007-ci il tarixli, 810 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə Xırdalan şəhəri, Heydər Əliyev prospektinin cənub tərəfində 0,23 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin tikintisinə icazə verilmişd ir.

2. Abşeron rayon Xırdalan Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən bələdiyyə ərazisində yararlı sahədən ibarət olmaqla, bələdiyyə mülkiyyəti kimi uçota alınmış torpaqdan çoxmənzilli yaşayış binasının tikintisi məqsədilə 2300 m² torpaq sahəsi 99 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” 20 dekabr 2019-cu il tarixli, 0300 nömrəli rəyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 67 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus 2 girişli, zirzəmili, 14 (+ mansarda) mərtəbəli (Blok 2, 3) və 2 girişli, zirzəmili, 16 (+ mansarda) mərtəbəli (Blok 1, 4) yaşayış binalar ının tikintisi 2018-ci il tarixdə başa çatmış və istismara yararlı olduğu təsdiq edilmişdir.

4. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 027 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binası kompleksinin istismarına” icazə sənədinə əsasən xx.xx.2019-cu il tarixdən 14 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156652 nömrəli “Səyya r vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə iddiaçı "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2019cu ilin mart ayından 2022-ci ilin fevral ayına qədər olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. 6. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********157289 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 1955674,41 manat vergi borcunun azaldılması aşkar edilmişdir. 7. 2 saylı Ərazi Vergilər İdarəsinin 23 yanvar 2023-cü il tarixli, **********167600 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2022-ci il üzrə 1955674,41 manat əlavə dəyər vergisi hesablanmış, həmin məbləğin 50 faizi məbləğində və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 manat olmaqla, cəmi 977917,21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167600 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xa hiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qanunsuzdur. Belə ki, səyyar vergi yoxlaması aktından aydın olur ki, vergi orqanı 1955 674,41 manat ƏDV-ni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən hesablamışdır. Vergi orqanının Vergi Məcəlləsinin yuxarıda göstərilən 67.16-cı maddəsini iddiaçıya münasibətdə tətbiq etmək hüququ olmamışdır. İddiaçı Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamına əsasən 4 girişli, 16 mərtəbəli, 2 yaşayış binasının tikinti-quraşdırma işlərinə 2007-ci ildə başlamış və binaların tikintisi 2010-cu ildə yekunlaşmışdır. Səyyar vergi yoxlamasına təqdim edilmiş alqı-satqı müqavilələrindən isə aydın olur ki, binalar üzrə yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2008-ci ildə başl amış və sonuncu sahənin alqı-satqısı 2013-cü ildə baş tutmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən binanın tikintisi və bina üzrə bütün yaşayış və qeyri-yaşayış sahələrinin tam satışı 2020-ci ildən əvvəlki tarixdə (2013-cü ildə) yekunlaşmışdır. Vergi Məcəlləsinin 67.16cı maddəsi tikinti-quraşdırma işlərinə xx.xx.2020-ci il tarixdən sonra başlamış və ya 2020ci il 1 yanvar tarixədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə şamil edildiyi halda, vergi orqanı həmin maddəni tikinti-quraşdırma işlərini, habelə bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını xx.xx.2020-ci ildən əvvəlki tarixdə yekunlaşdırmış iddiaçıya münasibətdə tətbiq edərək kobud səhvə yol vermişdir. Həmçinin, VM- nin 67.16cı maddəsi xx.xx.2019-cu il tarixli AR Qanununa əsasən Vergi Məcəlləsinə əlavə edildiyi və xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyi halda, cavabdeh vergi orqanı həmin normanı qüvvəyə minməmişdən əvvəlki tarixlərdə baş tutmuş əməliyyalatlara münasibətdə tətbiq edərək, iddiaçının vəziyyətini ağırlaşdırmışdır ki, bu da AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələblərinə zidd olmuşdur. Bundan başqa, vergilərin hesablanması ilə bağlı qanunla müəyyən edilmiş 3 illik müddət bitdiyindən, iddiaçıya hətta Vergi Məcəlləsinin 67.15-ci maddəsi ilə hər hansı vergi məbləği hesablana bilməzdi. VMnin 85.4-cü maddəsi ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməs i barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Göründüyü kimi, səyyar vergi yoxlaması mart 2019 hesabat ayından sonrakı dövrü əhatə etdiyi və vergi orqanının əvvəlki tarixlər üzrə hər hansı vergi məbləği hesablamaq hüququ mövcud olmadığı halda, hazırkı səyyar vergi yoxlamasında vergi orqanı 2008-2013-cü illər ərzində baş tutmuş alqı-satqı əməliyyatlarını əsas götürərək cəmiyyətə əlavə vergi məbləği hesablamışdır və bu da VMnin 85.4-cü maddəsinin pozulması ilə nəticələnmişdir.

10. İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospek ti ünvanında tikintisi başa çatmış çoxmənzilli yaşayış binası ilə bağlı VM-nin 220.8-ci maddəsinin (xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyasının) tələblərinə müvafiq olaraq hesablanmış sadələşdirilmiş vergi məbləğinin tam şəkildə dövlət büdcəsinə ödənilməsini həyata keçirmişdir. Lakin cəmiyyət binanın inşası ilə bağlı yaranmış ciddi maliyyə problemləri səbəbindən, vergi öhdəliyinin geri qalan hissəsinin ödənilməsini həyata keçirə bilməmişdir. Belə ki, cəmiyyət binanın sakinlərinin mənzillərə köçürülməsi və binanın kommunal problemlərinin (su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsinin) həlli istiqamətində çoxsaylı maliyyə itkilərinə məruz qalmış və binanın tikintisini ümumilikdə zərərlə başa vurmuşdur. Hətta 4 ədəd liftin quraşdırılması ilə bağlı borc öhdəliyi də cəmi yyət tərəfindən bugünkü tarixədək icra edilməmişdir. İddiaçı MMC yaşayış binasının inşasını maliyyə itkiləri və digər çətinliklər hesabına başa vurduğundan, Vergi Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergi məbləğini tam ödəsə də, binanın tikintisi zərərlə yekunlaşdığından digər vergi öhdəliklərini yerinə yetirməyə qadir olmamışdır.

11. Cavabdeh orqan iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2022-ci il tarixli, **********156708 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (o n beş) iş günü müddətində yoxlamaya təqdim olunması təklif edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilələrə əsasən 24500,46 kv.m (326 mənzil üzrə) sahədən 4 mənzil üzrə 261,61 kv.m sahə İcra Hakimiyyətinin mənzil fonduna ayrılmış, qalan 322 mənzil üzrə 24238,85 kv.m yaşayış sahəsinin satış dəyəri 10963466,22 manat (ƏDV ilə), vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş qarajların satılmasına dair 33 müqavilə üzrə qarajların cəmi satış dəyəri 212300,0 manat (ƏDV ilə) müəyyən edilmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsinin satışına dair 22 müqavilə təqdim edilmişdir ki, müqavilələr üzrə cəmi satış dəyəri 1544766,0 manat (ƏDV ilə) müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən yoxlamaya 500 kv.m-lik zirzəmi sahəsinin satışına dair müqavilə təqdim edilmişdir ki, on un da satış dəyəri 100000,0 manat (ƏDV ilə) müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə, yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş, hər 3 yoxlamada da yaşayış və qeyri-yaşayış sahələrinin satılmadığı müəyyən edilmiş, bu fakt vergi ödəyicisi tərəfindən təsdiqlənmiş, səy yar vergi yoxlaması aktları vergi ödəyicisi tərəfindən imzalanmışdır. Qeyd edilənləri nəzərə alaraq, 12820532,22 manat (ƏDV ilə) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edilmişdir. Nəticədə ƏDV üzrə 1955674,41 manat verginin (12820532,22/1,18 X 18%) azaldıldığı müəyyən edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(118)-2013/2023 nömrəli qərarı ilə (hakim: C.Məmmədov) iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167600 saylı qərar ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə vergitutulan əməliyyatlar xx.xx.2020-ci il tarixədək olan dövrdə baş verdiyindən, cavabdeh vergi orqanı xx.xx.2020-ci tarixdən sonra qüvvəyə minmiş normanı tətbiq etməklə iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, bu da qanunvericiliyin tələblərinin və iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin son 3 (üç) təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanılır. Hazırki işin hallarından görünür ki, iddiaçı barəsində aparılmış sonuncu yoxlama ƏDV üzrə mart 2019 - fevral 2022-ci illəri əhatə etmişdir. Başqa sözlə, cavabdeh yoxlamada qeyd olunan dövrlər üzrə 3 illik zaman kəsiyində aşkara çıxmış pozuntularla bağlı iddi açını məsuliyyətə cəlb etməyə haqlı ola bilər. Lakin cavabdeh, iddiaçını, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı 2008-2013-cü illərdə baş tutmuş satış əməliyyatlarına görə məsuliyyətə cəlb etmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquq pozuntusu kimi aşkara çıxardığını iddia etdiyi hal (2008-2013) yoxlama dövrü (mart 2019 - fevral 2022-ci illər) ilə əhatə olunmur. Hətta qəbul etsək ki, iddiaçı tərəfindən həqiqətən də hüquqpozuntusu törədilmişdir, həmin dövrdən (2008-2013-cü illər) 3 (üç) ildən çox vaxt keçdiyindən, iddiaçı müddətin keçməsi əsası ilə vergi məsuliyyətinə cəlb oluna bilməz.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-457/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Babayeva/sədrlik edən və məruzəçi/ Z.Məmmədov və G.Cabbarov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində təkrar olaraq qeyd etmişdir ki, vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş, hər 3 yoxlamada da ya şayış və qeyri-yaşayış sahələrinin satılmadığı müəyyən edilmiş, bu fakt vergi ödəyicisi tərəfindən təsdiqlənmiş, səyyar vergi yoxlaması aktları vergi ödəyicisi tərəfindən imzalanmışdır. Belə olan halda isə, Vergi Məcəlləsinin 67.16-cı maddəsi əsas götürülərək mart/2019-fevral/2022-ci il dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması ilə iddiaçıya 955674,41 manat ƏDV, 977837,21 manat maliyyə sanksiyası hesablanmışdır.

20. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən aparılmış əməliyyatları təsdiq edən müqavilə və arayışlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılmamış, əməliyyatların rəsmiləşdirildiyi sənədlərin mötəbərliyini əks etdirən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilələr notarial qaydada təsdiq edilməmiş müqavilələrdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

16. Vergi ödəyicisinin vəzifələri... 16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə

56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları... 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşa yış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə.

23. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq y oxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya inst ansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə cavabdeh tərəfindən məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1 67600 nömrəli qərarın ləğv edilməsinə yönəlmişdir.

33. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə müəyyən olunmuşdur ki, iddiaçı 2008-ci ildən başlayaraq bina tikintisi ilə məşğul olmuşdur. Həmin dövrdə qüvvədə olan vergi qanunvericiliyinə görə sadələşdirilmiş vergi və ƏDV tikinti obyektinin hər kvadratmetr sahəsindən hesablanırdı. İddiaçı tərəfindən sadələşdirilmiş vergi ödənilmiş, ƏDV isə satış olmaması səbəbindən əvvəlki illərdə ödənilməmişdir. Hazırki mübahisə zamanı iddiaçı iş materiallarına əlavə olunmuş 20082013-cü illərə aid alqı-satqı müqavilələrini təqdim edərək, əslində həmin vaxt yaşayış və qeyri-yaşayış sahələrini satdığını bildirir. Lakin həmin dövrün yoxlamaları zamanı satışla bağlı məlumatlar iddiaçı tərəfindən təqdim olunmamışdır.

34. Mart/201 9-fevral/2022-ci il dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması ilə iddiaçıya 955674,41 manat ƏDV, 977837,21 manat maliyyə sanksiyası hesablanmışdır. Bu zaman hesablamanın əsası kimi iddiaçının təqdim etdiyi alqı-satqı müqavilələri əsas götürülmüş və xx.xx.2020-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad olunmuşdur.

35. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, iş materiallarında qeyd olunan dövr üzrə iddiaçının yaşayış və qeyri-yaşayış sahəsini təqdim etməsinə dair hər hansı sübut mövcud deyildir. Bu fakt iş materiallarında olan 2008-2013-cü illərə aid alqı-satqı müqavilələrinin mötəbərliyindən asılı olmayaraq, mübahisələndirilən inzibati aktın qanunsuz qəbul olunduğu qənaətinə gəlmək üçün yetərlidir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Eyni zamanda, Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə, bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Göründüyü kimi, cavabdeh vergi hesablamasını ya lnız yoxlamanın əhatə etdiyi dövrdə aparılan əməliyyatlara görə həyata keçirə bilərdi. Bu mənada cavabdeh tərəfindən vergi məsuliyyətinə cəlbetmə müddətinin ötürüldüyü iş üzrə materiallarla təsdiq olunmuşdur.

36. Həmçinin, işə əlavə olunan 2008-2013-cü illərə aid alqı-satqı müqavilələrinin sonradan əvvəlki tarixə bağlanmasını təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Cavabdehin şikayətə əlavə etdiyi “Azərsu”, “Azəriqaz” və “Azərişıq” müəssisələri tərəfindən təqdim olunmuş məktublarda qeyd olunanlar iddiaçının yaşayış və qeyriyaşayış sahələrini 2008-2013-cü illərdə satmasının mümkünlüyünü istisna etmir. Belə olan halda isə, Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixdən qüvvəyə minən 67.16-cı maddəsi əvvəlki münasibətlərə tətbiq oluna bilməz.

37. Bundan başqa, müqavilələrin mötəb ərliyi ilə bağlı cavabdehin yanaşması da ziddiyyətlidir. Belə ki, cavabdeh, bir tərəfdən iddiaçının yoxlamaya təqdim etdiyi alqı-satqı müqavilələrini əsas götürərək həmin satış məbləğlərinə ƏDV hesablayır, digər tərəfdən isə, şikayətin əsaslarından biri kimi həmin müqavilələrin sonradan tərtib edildiyini, notarial qaydada təsdiq edilmədiyini bildirir. Halbuki bu halların heç biri yoxlanılan dövr üzrə hər hansı vergi öhdəliyinin yaranmasını şərtləndirmir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlan ılmalıdır.

39. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ali Məhkəmənin İnzibati Kollegiyasına müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək, mübahisələndirilən qərarın icrası ilə bağlı bütün tədbirlərin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Bununla bağlı nəzərə almaq lazımdır ki, İPM-in 41-ci və 42-ci maddələrinə əsasən, inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır.

41. Mübahisəyə dair iş üzrə materiallardan göründüyü kimi, iddiaçının iddiası aşağı instansiya məhkəmələri tərəfindən təmin olunduğundan, hazırkı məhkəmə icraatında cavabdehin kassasiya şikayəti təmin edilmədiyinidən və apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldığından, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəyə baxılmasına və bu barədə əlavə qərardad çıxarılmasına lüzum qalmır.

42. Belə ki, İPM-in 44.4-cü maddəsinə əsasən, müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələn dirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-457/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar