Məhkəmə qərarları › İş №2-1(102)-2260/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2260/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2260/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özəlləşdirilmiş dövlət obyektinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xxxxnə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayı t Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2-1(105)-406/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2002-ci il tarixli, 001341 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”yə əsasən, Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X12 iddiaçı və digər şəxslərə satılmışdır.

2. JN 0264 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən, iddiaçıya xx.xx.2002-ci il tarixli, 001341 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında sahibkarlıq fəaliyyəti məqsədilə 2 ha torpaq sahəsi ayrılmışdır.

3. İddiaçı sözügedən 2 he ktar torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş JN-0264 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş və elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır. Bu səbəbdən də, həmin dövlət aktının elektron kadastr (DWG) məlumatlarının, həmçinin aktın verilməsinə əsas ola n ilkin torpaqayırma sənədlərinin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə "xxxx" MMC-ə sorğu göndərilmişdir. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, arxivdə və elektron kadastr bazasında sözügedən JN-0264 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na dair məlumat aşkar edilməmişdir. Bundan əlavə, JN-0264 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 2 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə il ə satın alınmış Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən X10 aid 2 hektar torpaq sahəsinin onun adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Samur qəsəbəsi ərazisində mövcud X12 və həmin məntəqənin yerləşdiyi 2 hektar torpaq sahəsi Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 001341 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”yə əsasən X8 əmək kollektivi tərəfindən satın alınmışdır. İddiaçının X10 aid 2 hektar torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən xx.xx.2003-cü il tarixli, JN 0264 (kod: 3********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dö vlət aktı” tərtib edilərək, dövlət aktarının qeydiyyat kitabında 264 nömrə ilə qeydiyyata alınmaqla həmin aktın bir nüsxəsi Qusar rayon torpaq şöbəsi tərəfindən ona təhvil verilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir.

7. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtina məktubundakı dəlillərə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-3154/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan torpaq sahəsinin ona xx.xx.2002-ci il tari xdə qeydiyyata alınmış 001341 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında satıldığını əsas göstərsə də, məhkəmə tədqiqatı zamanı aydın olmuşdur ki, həmin şəhadətnamə əsasında iddiaçıya və digər şəxslərə (İddiaçı, X2, X3, X1 və X6) yalnız Qusar rayonunun Samur qəsəbəsində yerləşən “Samur” X12 satılmışdır. Həmin şəhadətnamə ilə iddiaçıya torpaq sahəsinin satılması nəzərdə tutulmamışdır və Qusar rayonunun Samur qəsəbəsində yerləşən “Samur” X8 yerləşdiyi torpaq sahəsi iddiaçıya satılmamışdır. JN 0264 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda xx.xx.2002-ci il tarixli, 001341 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında sahibkarlıq fəaliyyəti məqsədilə 2 ha torpaq sahəs inin iddiaçıya ayrıldığı qeyd edilsə də, həmin şəhadətnamə əsasında iddiaçıya və digər şəxslərə (İddiaçı, X2, X3, X1 və X6) yalnız Qusar rayonunun Samur qəsəbəsində yerləşən “Samur” X12 satılmışdır. Qusar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” vətəndaşlara verilmiş şəhadətnamələr, dövlət aktları rayon arxivinə təhvil verilməmişdir. Cavabdehin xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-ci il tarixli, 001341 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” və JN 0264 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron bazada və Mərkəzin arxivində aşkar edilməmişdir. Belə olan halda cavabdeh orqan iddiaçının tələbinin təmin edilməsindən haqlı olaraq imtina etmişdir. Mübahisəli torpaq sahəsinin üzərində yerləşən obyekt, yəni “Samur” X12 iddiaçıya məxsus olduğundan, iddiaçının həmin torpaq sahəsini almaqda üstünlük hüququ vardır.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zaur Məmmədov) 15 aprel 2024-cü il tarixli, 2-1(105)-406/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı məhz JN-0264 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na, şəhadətnamə əsasında ona satılmış sözügedən torpaq sahəsi üzrə mülkiyyət hüququnun yarandığına istinad edərək, həmin hüququn dövlət qeydiyyatına alınmasını xahiş edir. Cavabdeh inzibati orqan isə qeyd edilən dövlət aktının elektron kadastr məlumatında, arxiv baza məlumatlarında aşkar edilməməsi, qeydiyyat kitabında qeydiyyatdan keçməməsi, habelə həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, özəlləşdirilməməsi halına istinad edərək etiraz etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (satılması) halı müəyyən edilməmiş dir. İddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı iş materialları və işin müəyyən edilmiş halları əsasında təkzib olunmuşdur. Belə ki, iddiaçının adına həmin torpaq sahəsinə dair dövlət aktının tərtib edilməsi, qeydiyyatdan keçməsi və ona dair hər hansı arxiv sənədləri aşkar edilməmişdir. Müvafiq şəhadətnamə isə həmin torpaq sahəsinin satılması ilə bağlı deyil, məhz “Samur” X8 satılması ilə bağlı olmuşdur.

13. Nəticə etibarilə məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi və ya satılması halı müəyyən edilməmişdir. Qanunvericilikdə əmlaka mülkiyyət hüququnun yaranması əsasları və bu hüququn dövlət qeydiyyatına alınması şərtləri öz əksini tapmışdır. İndiki halda iddiaçının iddia tələbi həmin normanın dispozitiv şərtləri ilə uzlaşmamaqd adır. Başqa sözlə desək, məhkəmə araşdırması zamanı həmin əmlaka dair mülkiyyət hüququnun yaranması halı müəyyən edilmədiyindən, həmin əmlak hazırda dövlət mülkiyyəti olduğundan, habelə iddiaçının adına həmin əmlakın özəlləşdirilməsi halı müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi və şikayətinin dəlilləri əsassız olmuşdur.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təq dim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdı r. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadı qda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı 1. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” təsdiq edilsin.

3. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyəti ndə olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.

20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”

1. Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktl ara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

6. Özəlləşdi rilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

12. Torpaq sahəsini almaq məqsədilə onu n üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; Özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti o rqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. 12-1. Torpaq sahəsini almaq üçün tələb olunan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin mülkiyyətçi tərəfindən təmin edilir.

13. Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə tor paq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Eyni zamanda Dövlət Xidməti imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır.

14. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahələrinin satışından əldə edilən vəsaitlər Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətin in dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” i şi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sözügedən torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasi ya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Hazırkı mübahisəyə dair iş üzrə id diaçının hüquqi marağı və məqsədi özəlləşdirilmiş “Samur” X8 yerləşdiyi 2 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı iddiaçı tələbinin əsası kimi həmin torpaq sahəsinin xx.xx.2002-ci il tarixli, 001341 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında JN 0264 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə sahibkarlıq fəaliyyəti məqsədilə ona ayrıldığına istinad edir.

31. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsinin iddiaçının adına özəlləşdirildiyi (satıldığı) m üəyyən edilməmişdir. Əksinə, iddiaçının istinad etdiyi hallar iş üzrə materiallarla və işin müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Belə ki, iddiaçının adına olan dövlət aktında istinad edilən xx.xx.2002-ci il tarixli, 001341 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” iddia edilən torpaq sahəsinin deyil, “Samur” X8 satılması ilə bağlı olmuşdur.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, bu qərarın 20-ci bəndində istinad edilən normalara əsasən, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri, Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla, satınalma obyektləri sayılır və həmin torpaq sahələrinin satılması qaydası Azərbaycan Respublikası Prezidentinin 1 9 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” ilə müəyyən edilir. İddiaçı, özəlləşdirilmiş “Samur” X8 yerləşdiyi torpaq sahəsini istinad olunan Əsasnamədə müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət Xidmətindən alqı-satqı qaydasında əldə etmədən, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı sayıla bilməz.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şika yəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2-1(105)-406/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar