Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2261/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Lalə Mənsuravanın, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinə qarşı hesablanmış məbləğin silinməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtis adi kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2-1(103)-657/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinə qarşı 12074,75 manat məbləğində cərimənin silinməsi və qanunsuz silinmiş 5032,09 manat məbləğin qaytarılması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti 27.10.2004-cü il tarixdə dekorativ və tikinti daşlarının hasilatı fəaliyyəti ilə vergi orqanında qeydiyyat a alınmış və daim şəffaf qaydada fəaliyyətini həyata keçirmişdir. Öz fəaliyyətində daima qanuna əməl etmiş, vergilərdən yayınmamışdır. Bu müddət ərzində müəssisədə bir neçə dəfə səyyar vergi yoxlaması keçirilmişdir. Bakı Vergilər Departamenti tərəfindən keçirilmiş sonuncu səyyar vergi yoxlaması zamanı **********994428 nömrəli vergi məsuliyyətinə cəlb etmə qərarı çıxarılaraq həm əsas vergi məbləği, həm də maliyyə sanksiyası hesablanmışdır. Səyyar Vergi yoxlamasında hesablanmış məbləğlərin əsassız olması ilə bağlı tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmənin bütün instansiyaları tərəfindən müəssisənin lehinə qərar çıxarıldıqdan sonra 01.06.2017-ci il tarixdə səyyar vergi yoxlaması nəticəsində hesablanmış məbləğlər şəxsi hesab vərəqindən silinmişdir. Artıq hesablanmış vergi məbləğlə rininin silinməsindən və büdcəyə heç bir borcunun olmamasından sonra 25.07.2017-ci il tarixdə vergi orqanı tərəfindən müəssisəyə Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474 VQ nömrəli Qanununa əsasən dürüstləşmə adı altında 12074,75 manat əlavə vergi məbləği hesablanmışdır. 20.06.2017-ci il tarixdə İddiaçı MMC-nin hesabında olan 10785,59 AZN məbləğində artıq ödəmədən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 06.03.2017-cı il tarixli icra vərəqəsi əsasında İddiaçı MMC-nin 17.08.2016-cı il tarixdə olan 5000 AZN məbləğində vergi borcu silinmişdir. Beləliklə bu tarixdən sonra onların hesabında 5785,59 AZN məbləğində artıq vergi ödənişi qalmışdır. Onların xəbərləri olmadan heç bir bildiriş göndərilmədən 25.07.2017-ci il tarixdə 5032,09 AZN məbləğ dürüstləşmə adı altında 12074,75 manat əlavə vergi məbləğinə aid edilərək silinmişdir. Beləliklə, bu günə onların guya 7042,66 AZN borcu qalmışdır. Hal-hazırda qeyd edilən məbləğ və üzərinə qanunsuz olaraq hesablanmış cərimələrin İddiaçı MMC tərəfindən ödənilməsi tələb olunur və əks halda MMC-nin bağlanacağı bildirilir. Tərəflərindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə qanunsuz tətbiq edilmiş verginin silinməsi ilə bağlı müraciət edilsədə, onlara imtina verilmişdir. Göstərilən səbəblərdən vergi orqanı tərəfindən aparılmış əlavə hesablama əsassız hesab edilməlidir: - Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474 VQ nömrəli Qanununa əsasən ölkədə fəaliyyət göstərmiş sahibkarlara kömək və fəaliyyətlərində müsbət istiqamətdə dönüş yaradılması üçün 01.01.2017-ci ilə faiz borcu olan ödəyicil ərdən faiz borcları silinmişdir. Lakin Vergilər Nazirliyi 14.01.2017-ci il tarixdə onların şəxsi hesab vərəqindən sildiyi 12074,75 manat faiz məbləğini 25.07.2017-ci il tarixdə əsas məbləğdə borc olaraq eynisi ilə hesablamışdır. Vergi orqanı tərəfindən 12.12.2016-cı il tarixdə 5000 manat məbləğində vergi borcu ilə bağlı məhkəmə tərəfindən çıxarılmış qətnamə müəssisənin şəxsi hesab vərəqəsinə 06.03.2017-ci il tarixdə işlənilmişdir. Daha sonra səyyar vergi yoxlaması qərarı ləğv olunarkən şəxsi hesab vərəqində yaranmış artıq ödəməni onlara heç bir məlumat vermədən qətnamə borcu ilə əvəzləşdirmişdir. Qətnamə borcu faktiki olaraq müəssisənin cari fəaliyyətinə təsir etmədiyi halda vergilər üzrə vərəqədə olan borc təsir etməkdədir. Çünki qətnamə borcuna görə bank hesablarına sərəncamın göndərilmə si nəzərdə tutulmadığı üçün göndərilmir. Lakin vergi orqanının əsassız borcuna görə hal-hazırda bank hesablarında sərəncam mövcuddur. Silinmiş faiz şəxsi hesab vərəqinə əsas vergi borcu kimi qoyulmuşdur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən əsas vergi borcunun yaranmasında 5 il müddət ötmüşdürsə həmin borca görə vergi öhdəliyi bitməkdədir. Faiz məbləğinin bərpa edilməsi barədə müəssisəyə heç bir xəbərdarlıq və ya məlumat xarakterli məktub göndərilməmişdir. Son olaraq Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğu və 30.12.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununun müddəaları sahibkarlığa kömək məqsədi daşıdığı halda Vergi orqanının əsassız hesablamaları müəssisənin bütün fəaliyyətini iflic vəziyyətə salmış və onları iflas həddinə çatdırmışdır. Birinci instansiya məhkəməsinin 05.12.2018-ci il tarixli iş № 2-1(81)-4311/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.12.2018-ci il tarixli ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.04.2019-cu il tarixli iş № 2-1(103)-657/2019 (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin05.12.2018-ci il tarixli qərarının dəyişdirilmə dən saxlanılması, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi orqanının 04 may 2015-ci il tarixli **********896846 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarına əsasən İddiaçındə səyyar vergi yoxlaması keçirilmiş, nəticələri 18 dekabr 2015-ci il tarixli **********909457 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və 28 yanvar 2016-cı il tarixli **********994428 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Qeyd edilən yoxlama nəticəsində 45030,24 manat məbləğində vergidən yayınma aşkar olunmuş və 23172,94 manat maliyyə sanksiyası tətbiq e dilmişdir.Həmçinin qeyd edilən səyyar vergi yoxlaması ilə aşkar olunmuş vergidən yayındırılmış əsas borc məbləğinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 01 yanvar 2017-ci il tarixə 12074,75 manat məbləğində faizlər hesablanmışdır. Daha sonra 14 yanvar 2017-ci il tarixdə 30 dekabr 2016-cı il tarixli 474-VQ nömrəli “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən 12074,75 manat vergi borcu silinmişdir. Göründüyü kimi, iddia ərizəsində mübahisələndirilən 12074,75 manat məbləğ 28 yanvar 2016-cı il tarixli **********994428 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında yaranmışdır. Bununla belə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 01 iyun 2017-ci il tarixli **********097144 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC barəsində çıxarılmış 28 yanvar 2016-cı il tarixli **********994428 nömrəli qərarla tətbiq olunmuş vergi məbləğləri və maliyyə sanksiyası ləğv edilərək 18829,41 manat (12552,94 manat vergi məbləği və 6276,47 manat maliyyə sanksiyası) vergı yenidən hesablanaraq, müəssisənin şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunmuşdur. Başqa sözlə, 28 yanvar 2016-cı il tarixli məsuliyyət qərarı ilə hesablanmış 68203,18 manat məbləğ 49373,77 ma nat hissədə azaldılmışdır. Yenidən hesablanmış 6276,47 manat maliyyə sanksiyası sistem tərəfindən ödəmə tarixi olaraq 07 fevral 2016-cı il tarixə, yəni əvvəlki qərar üzrə olan 23172,94 manat maliyyə sanksiyası azaldılaraq hesablandığından şəxsi vərəqədə səyyar vergi yoxlamasından sonrakı dövr ərzində müəssisə tərəfindən edilmiş ödənişlərlə bağlanmışdır. Əlavə olaraq, yenidən hesablanmış 12552,94 manat vergi məbləği isə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə tarixi olaraq 01 iyun 2018-ci il tarixə hesablanmış, 25 iyul 2018-ci il tarixdə 5032,09 manat hissəsi artıq ödəmə hesabına əvəzləşdirilmiş, cari tarixə qədər ödənilməmiş borc məbləğinə 2580,81 manat faiz borcu hesablanmışdır. Qeyd edilən düzəlişlərdən sonra 01 iyun 2017-ci il düzəliş tarixinə müəssisənin şəxsi hesab vərəqəsin də süni olaraq 11470,39 manat artıq ödəmə məbləği yaranmışdır. Artıq ödəmənin yaranmasına səbəb eyni - 12074,75 manat faiz məbləğinin iki dəfə, yəni, birinci dəfə 14 yanvar 2017-ci il tarixdə Qanununun icrası məqsədilə 2-ci dəfə isə qərara 1 iyun 2017-ci il tarixdə düzəliş edilərkən proqram təminatı tərəfindən avtomatik olaraq azaldılması olmuşdur. Göründüyü kimi artıq ödəmənin yaranması üçün müəssisə tərəfindən hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən müəssisənin şəxsi hesab vərəqəsində 25 iyul 2017-ci il tarixdə dürüstləşmə aparılaraq 12074,75 manat borc məbləği cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmiş, bununla da yaranmış uyğunsuzluq aradan qaldırılmışdır. Bütün bunlara baxmayaraq məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, iş üzrə faktiki hallar hərtərəfli araşdırmamış və bu hal işin nəticəsinə bilavasitə təsir göstərmişdir. Yuxarıda qeyd olunan əməliyyatlar nəticəsində müəssisəyə hesablanmış, lakin daha sonra silinmiş 12074,75 manat faiz borcunda da azalma baş vermişdir. Faiz borcunda azalma baş verərkən artıq faiz borcu mövcud olmadığı üçün sistem avtomatik olaraq azalmalı olan məbləği əsas vergi borcu və maliyyə sanksiyasının məbləğindən silinmişdir. Belə ki, 25 may 2017-ci il tarixinə müəssisənin şəxsi hesab vərəqəsində 49955,6 manat əsas vergi borcu və maliyyə sanksiyası borcu mövcud olmuş, 01 iyun 2017-ci ildə məsuliyyət qərarına düzəlişlə 49373,77 manat azalma verilmiş və müvafiq olaraq qalıq borc 581,83 manat (49955,6 - 49373,77) qalmalı olsa da, baş vermiş texniki xətaya görə 11470,39 manat artıq ödəməyə çıxmışdır. Başqa sözlə, faiz texniki xətaya görə 12074,75 manat (11470,39 + 581,83) borc heç bir əsas olmadan silinmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2-1(103)-657/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul ed ilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehinnümayəndəsi Nümayəndə2 da, cavabdehin vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03.04.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.04.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınınnümayəndəsi Nümayəndə1 də vəkiliVəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.04.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nüma yəndə və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti iş üzrə geniş həcmdə sübutların araşdırılması zəruri olduğundan qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 03 aprel 2019-cu il tarixli, 2-1(103)-657/19 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinin apelyasiya şikayətin in təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2-1(81)-4311/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə, Vergi Məcəlləsinin 3.8, 16.1, 24.0.1, 53.3, 54.0.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03 aprel 2019-cu il tarixli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti ilə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən inzibati mübahisələrin həll edilməsi zamanı İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit edilmiş “İşin hallarının araşdırılması prinsipinin” müstəsna rolu vardır. Məlum olduğu kimi həmin Məcəllənin 12.1-ci maddəsində deyilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Beləliklə, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları x idməti vəzifəsinə görə araşdırmağa borcludur, eyni zamanda məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Lakin hazırkı mübahisəni həll edən apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinin tələblərinə tam və hərtərəfli riayət etməmiş, bunun nəticəsində də iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir. Belə ki, məlum olduğu kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4311/2018 saylı iş üzrə qəbul etdiyi 05 dekabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı MMC-yə 25 iyul 2017-ci il tarixdə hesablanmış 12074,75 manat məbləğin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departam entinə həvalə edilmişdir. Burada qeyd edilməlidir ki, məhkəmənin 05 dekabr 2018-ci il tarixli qərarı iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən qəbul edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, cavabdeh həm apelyasiya həm də kasasiya şikayətindəki dəlillərinə görə məhkəmədə iddia ərizəsi qaldırılanadək MMC-nin şəxsi hesab vərəqəsində 7978 manat (5392,98 vergi üzrə + 40,0 manat maliyyə sanksiyası üzrə + 2580,81 faiz üzrə) vergi borcu mövcud olmuşdur. Səyyar vergi yoxlaması üzrə qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” qəbul edilənədək, yəni, 28 yanvar 2016-cı il tarixədək MMC-nin şəxsi hesab vərəqəsində 579,46 manat artıq ödəmə məbləği mövcud olmuş, həmin tarixdən (28 yanvar 201 6-cı il tarixdən) iddia ərizəsinin tarixinədək olan dövrdə 94776,65 manat hesablama (o cümlədən 6688,79 manat cari hesablamalar) aparılmış, 19786,42 manat ödəniş olunmuş, 69017,79 manat məbləğində hesablamalar azaldılmışdır (hesablamalar üzrə 94776,65 - 579,46 manat artıq ödəmə - 19786,42 manat ödəniş - 69017,79 manat azaldılmış məbləğ = 5392,98 manat). Başqa sözlə, keçirilmiş səyyar vergi yoxlaması üzrə dəqiqləşdirilmə aparıldıqdan sonra MMC barəsində 18829,4 manat məbləğində (12552,94 vergi məbləği + 6267,47 manat maliyyə sanksiyası) vergi hesablanmışdır. Bu dövr ərzində 6688,79 manat məbləğində cari hesablamalar aparılmış, o cümlədən MMC tərəfindən 19786,42 manat məbləğində ödəniş olunmuşdur. Yəni, aparılmış hesablamalar və edilmiş ödənişlər nəzərə alındıqdan sonra MMC-nin dövlət büdcəs inə vergilər üzrə borcunun qaldığı aydın olur. Həmçinin cavabdehin hüquqi mövqeyinə görə 25 iyul 2017-ci il tarixdə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 01 iyun 2017-ci il tarixli **********097144 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC barəsində çıxarılmış 28 yanvar 2016-cı il tarixli **********994428 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla hesablanmış vergi məbləğləri ləğv edildiyindən həmin məbləğlər üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış və müvafiq qərara əsasən silinmiş 12074,75 manat borc yenidən müəssisənin şə xsi hesab vərəqəsinə silinmə tarixinə bərpa edilmiş, faiz borcun hesablanmasını şərtləndirən hesablamaların ləğv edilməsi səbəbindən məbləğ faiz borcu kimi bərpa edilməmiş, digər borclara aid edilmişdir. Lakin MMC iddia ərizəsində heç bir əsas gətirmədən qanunvericiliyin tələblərinə uyğun şəkildə bərpa edilmiş məbləğin azaldılmasını tələb edir. Belə olan halda, yəni vergi ödəyicisinin iddia tələbi təmin edildiyi təqdirdə vergi üzrə büdcədən qanunsuz olaraq vergi məbləği azaldılacaqdır ki, bu da arzuolunmaz haldır. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldığı təqdirdə, digər sözlə iddia tələbi təmin ediləcəyi təqdirdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranacaqdır. Artıq ödəmənin yaranması vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergilərin hes ablanmalı və ödəməli məbləğindən daha artıq məbləğdə vergilərin ödəməsindən yarandığını və hazırkı vəziyyətdə MMC tərəfindən dövlət büdcəsinə artıq məbləğdə vergilərin ödəmədiyi (28 yanvar 2016-cı il tarixə mövcud olmuş 579,46 manat artıq ödəmə istisna olmaqla) bəlli olmaqdadır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi sözügedən dəlil apelyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, vergilərə hesablanmış faizlərin silinməsi məsələsinə düzgün baxılması üçün 01 yanvar 2017-ci il tarixdən 30 dekabr 2016-cı il tarixli, 474 saylı “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanununa görə “faiz hesablanmasının açıqlanması barədə” şəxsi vərəqə tələb edilərək araşdırılmalı, çünki məhz həmin sənəd həmin qanunun tətbiqi barədə məlumatı əks etdirir ki, iş materiallarında isə “faiz” hesablanmasının açıqlanması barədə” şəxsi vərəqə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız həmin sənəd tələb edilərək araşdırıldıqdan sonra faiz məbləğlərin dürüst və dəqiq hesablanması mümkün olacaq və düzgün nəticə əldə ediləcəkdir. Digər tərəfdən cavabdehin kasasiya şikayətində qeyd etdiyi 49373,77 manat məbləğinin azaldılması verildiyi halda, bu məbləğə aid olan faizin məbləğinin azalması da müəyyənləşdirilməlidir, əks halda 12074,75 manat məbləği bərpa edildikdən sonra iddiaçı məbləğin 2 dəfə silinməsi hüququnu əldə etmiş olur ki, bu da qanuna görə yolverilməzdir. Bununla yanaşı qeyd edilməlidir ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 12 dekab r 2016-cı il tarixli, 2-1(81)-4357/16 saylı qətnamə üzrə 06 mart 2017-ci il tarixdə 5000 manat məbləğinin və həmin məbləğə faizin hesablanması yanlışdır, belə ki, qətnamə ilə tutulan məbləğ yenidən hesablanıb və onun üstünə faiz yenidən hesablana bilməz. Lakin apelyasiya instansiyası məhkəməsi işin həmin halını tam və hərtərəfli araşdırmadan səhv qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti iş üzrə geniş həcmdə sübutların araşdırılması zəruri olduğundan qalan hissədə təmin edilməməlidir. İşə apelyasiya instansiyası məhkəmə sində təkrar baxıldığı zaman qeyd edilmiş hallar tam və hərtərəfli araşdırılmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməli və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69 və 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər X2 Departamentinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 21(103)-657/19 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2261/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2261/2019
10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver