Məhkəmə qərarları › İş №2-1(102)-2262/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2262/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2262/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə baş gömrük idarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2262/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil1 iştirakı, M.Səfərovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı gömrük rəsmiləşdirməsinin aparılması vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-747/2019 saylı qərarından İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, buraxılış ili 2017-ci il olan Lexus RX**** markalı avtomobilə dair gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli 2-1(81)-177/2019 saylı qərarı il ə iddia tələbi rədd edilmişdir (hakim T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (V.Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər İ.Əhmədov və S.Seyidov) xxxx 2019-cu il tarixli, 21(103)-747/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilib yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərarı maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır və avtomobilin gömrük rəsmiləşdirilməsinin həyata keçrilməsindən cavabdehin imtina üçün istinad etdiyi hallar müvafiq ekspertiza rəyi ilə təkzib olunmuşdur və belə olan halda iddia təmin olunmalı, cavabdehin üzərinə gömrük rəsmiləşdirilməsinin həyata keçrilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı İddiaçı və vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə baş gömrük idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü s əbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə baş gömrük idarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə l azımi qaydada xəbərdar edildiyini nəzərə alaraq, işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fa ktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-2(103)747/2019 saylı qərararı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Gürcüstan Respublikasından buraxılış ili 2017-ci il olan Lexus markalı RX ***** modelli avtonəqliyyat vasitəsini almış və həmin avtomobilin gömrük rəsmiləşdirilməsi üçün AR Dövlət Gömrük Komitəsinə müraciət etmiş, daxil olmuş əməliyyat məlumatları əsasında avtomobilin ban nömr əsinin saxtalaşdırılması faktı üzrə araşdırma başlanmış, araşdırma əvvəlcə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat baş idarəsi tərəfindən aparılmış, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından, araşdırma AR DİN Baş dövlət yol polisi idarəsində davam etdirilmişdir. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini, polis polkovnikleytenantı X3 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşı İddiaçı Gürcüstandan Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş 2017-ci il buraxılışlı «LEXUS *****» markalı avtonəqliyyat vasitəsinin ************* ban nömrəsinin saxtalaşdırılması barədə Avtonəqliyyat Baş Gömrük İdarəsinin GHQM şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında qeyd olunan avtomobil saxlanılmış, elektron müayinə zamanı həmin nəqliyyat vasitəsinin mühərriki üzərində olan və ban nömrəyə məxsus mühərrik nömrələrində uyğunsuzluq aşkar olunmuş, üzərində olan ******* mühərrik nömrəsinə əsasən VİN:********* nömrəli nəqliyyat vasitəsilə uyğun olması müəyyən edilmşdir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, «Lexus Bakı Mərkəzi»nin xxxx 2018-ci il tarixli Ref ***** nömrəli məktubuna əsasən, «Toyota» konserni tərəfindən istehsal olunmuş, ban nömrəsi ********** olan «LEXUS *****» markalı avtonəqliyyat vasitəsinin gövdəsi üzərində, alın şüşəsinin altında və oturacağın alt hissəsində yazılmış ban nömrələrinin sonradan dəyişildiyi aşkar olunmuş, bundan əlavə mühərrikin üzərində və ban nö mrəyə məxsus mühərrik nömrələri (üzərində ******, olmalı *****), avtomobilin eksteryer rəngi ilə ban nömrəyə məxsus eksteryer rəngi (avtomobilin rəngi 1J7, ban nömrəyə məxsus rəng 1H9), avtomobilin komplektasiyasında, avtomobilin imobilayzer (açar) sisteminə xxxx 2018-ci il tarixdə müdaxilə olunması, avtomobilin yürüşü 52946 kmdən müdaxilə olunaraq 9417 km-ə azaldılması müəyyən edilmişdir, material üzrə aparılan araşdırma ilə əlaqədar olaraq Azərbaycan Respublikası *******-un Milli Mərkəzi Bürosuna xxxx 2018-ci il tarixdə ******* nömrəli məktub göndərilmiş, Azərbaycan Respublikası ********un Milli Mərkəzi Bürosundan daxil olmuş xxxx 2018-ci il tarixli ******nömrəli məktubda, *****-un Baş Katibliyindən daxil olmuş məlumata görə ***********, mühərrik nömrəsi *****, qeydiyyat nişanı ******ola n göy rəngli «Lexus» markalı avtomobilin xxxx 2017-ci il tarixdə Rusiya Federasiyasında oğurlandığı və xxxx 2017-ci il tarxdə isə İ*****un Baş Katibliyinin «ASF» avtomatlaşdırılmış axtarış sistemi bazasında qeydə alındığı göstərilmişdir. Həmin material hüquqi qiymət verilməsindən ötrü Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə göndərilmiş, idarənin birinci müavini, gömrük xidməti polkovnikleytenantı X2 tərəfindən araşdırma aparılmış, material öyrənilərkən həmin materialda Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin tərkib əlamətlərinin olmadığı, lakin araşdırılan məsələnin daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğu müəyyən olunduğundan material araşdırmanın davam etdirilməsi üçün Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş, xxxx 201 8-ci il tarixdə araşdırmanın davam etdirilməsi ona həvalə olunduğundan icraatına götürülmüş, həmin məlumat 690 nömrə altında qeydiyyata alınmış və araşdırılması davam etdirilmişdir. Araşdırma zamanı İddiaçı bildirmişdir ki, 2018-ci ilin aprel ayının əvvəlində ozünə maşın almaq məqsədi ilə internet vasitəsi ilə özünə maşın axtararkən Gürcüstan Respublikasında Lexsus ***** markalı avtomobil diqqətini cəlb etmişdir. O, “Skupe” vasitəsilə avtomobil satan Anzor adlı gürcü vətəndaşı ilə danışmış, həmin avtomobili 36.000 ABŞ dolları müqabilndə satın almağa razılaşmışdır. Bundan sonra lazım olan sənədləri tərcümə etdirib Gürcüstan Respublikasına göndərmiş, orada Lexus **** markalı 2017-ci il buraxılışlı boz rəngli avtomobili onun adından avtomobiln sahibi Şvidko Aleksandr arasında xxxx 2018-ci il tarixdə alqı-satqı olunaraq onlayn vasitəsilə sənədləri ona göndərmişlər. Həmin alqı-satqı prosesində iştirak etməmişdir. Bundan sonra 2018-ci ilin may ayının əvvəllərində avtomobil Türkiyə Respublikasının İğdir şəhərinə gətirilmişdir. O, avtomobilin sənədləri ilə birgə həmin şəhərə getmiş və 36.000 dollar ödəyərək maşını Anzor adlı şəxsdən təhvil almışdır. Həmin ödənişin çeki özündədir. X1 avtomobil servislərində yoxladıqda heç bir problem çıxmamış, bundan sonra avtomobili sürərək Naxçıvan, oradan İran, daha sonra Bakı şəhərinə gəlmişdir. Avtomobili gömrük sənədləşməsindən keçirərkən elektron müayinə zamanı avtomobilin mühərriki üzərində olan və ban nömrəsində, mühərrik nömrələrində uyğunsuzluq aşkar edilmişdir. Başqa sözlə avtomobilin üzərində olan mühərrik nömrəsi başqa avtomobilə uyğ un olduğu müəyyən edilmiş, lakin bu barədə məlumatı olmamışdır. Araşdırma zamanı Lexus ***** markalı *****tranzit nömrə nişanlı avtomobil DİN-in Kriminalistik tədqiqatlar idarəsinin ekspertlərinə təqdim edilmiş, ekspertlər tərəfindən tədqiqat aparılaraq xxxx 2018-ci il tarixli ***** a nömrəli arayışı ilə müəyyən edilmişdir ki, Lexus ***** markalı ****** tranzit nömrə nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində və qabaq ön şüşəsinin alt hissəsindəki lövhə üzərində həkk edilmiş **********hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəciyinin üzərində olan ban nömrəsi *******çap üsulu ilə vurulmuşdur. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «****** hərf və rəqəmləri zav od üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Odur ki, həmin avtomobilin oğurlanmış avtomobil kimi Rusiya Federasiyasında axtarışa verilməsi ilə İddiaçı hərəkətləri arasında hər hansı əlaqə yoxdur, yəni İddiaçı vicdanlı alıcı hesab edilməklə onun əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə onun barəsində cinayət işinin başlanması rədd edilməli, avtomobil üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəməyə müraciət etməsinə dair hüquqları ona izah edilməlidir.” Araşdırma zamanı «Lexus Bakı Mərkəzi»nə sorğu ilə müraciət edilmiş və həmin sorğuya xxxx 2018-ci il tarixli Ref xxxx ***** nömrəli cavabda bildirilmişdir ki, «Toyota» konserni tərəfindən istehsal olunmuş, ban nömrəsi **********və oturacağın alt hissəsində yazıl mış olan ban nömrələrin sonradan dəyişildiyi aşkar olunmuşdur. Bundan əlavə, mühərrikin üzərində olan və ban nömrəyə məxsus mühərrik nömrələri uyğunsuzdur: üzərində olan ****** olması gərəkən ****. Avtomobilin eksteryer rəngi ilə ban nömrəyə məxsus olan eksteryer rəngləri uyğunsuzdur. Avtomobilin yürüşü 52.946 km-dən müdaxilə olunaraq 9.417 km-ə azaldılmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehin imtinası inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). İddiaçı tərəfindən Azərbaycan Respublikasına gətirilmiş avtonəqliyyat vasitəsində olan mühərrik Rusiya Federasiyasında oğurlanan başqa avtomobilə məxsus olduğu və həmin oğurluq faktında iddiaçının təqsiri müəyyən edilməsə də, nəqliyyat vasitəsində olan mühərrik oğurluq (özgənin əmlakını gizli olaraq talama) cinayətinin predmetini təşkil etdiyi üçün, iddiaçı əşyanı vicdanlı əldə edən deyil. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 102.1 -ci maddəsinə əsasən, gömrük rəsmiləşdiri lməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 139.2-ci maddəsinə uyğun olaraq daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sən ədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Məcəllənin 204.2-ci maddəsinə əsasən daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən Azərbaycan Respublikasına gətirilmiş avtonəqliyyat vasitəsində olan mühərrikin Rusiya Federasiyasında oğurlanan başqa avtomobilə məxsus olduğu və həmin oğurluq faktında iddiaçının təqsiri müəy yən edilməsə də, nəqliyyat vasitəsində olan mühərrik oğurluq (özgənin əmlakını gizli olaraq talama) cinayətinin predmetini təşkil etdiyi üçün, cavabdeh inzibati orqanın avtomobilin gömrük rəsmiləşdirməsindən imtinasının qanuni olduğunu, bu imtinanın inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasənşikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilm iş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)747/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-747/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar