Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2262/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 QSC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsi; inzibati icraat qaydalarının tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 QSC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinə qarşı (üçüncü şəxslər: X4 və X2) “qərarın ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1902/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" QSC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2023cü il tarixli iclas protokoluna əsasən, Cəmiyyətin 2-ci redaksiyada nizamnaməsi təsdiq edilmiş, X5 Cəmiyyətin qanuni təmsilçisi, direktoru vəzifəsindən azad olunmuş və X3 Cəmiyyətin qanuni təmsilçisi, direktoru vəzifəsinə təyin olunmuşdur. 2. "xxxx" QSC-nin rəhbəri (qanuni təmsilçi) kimi X3 "xxxx" QSC-nin reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair ərizə ilə cavabdehə mürac iət etmişdir.
3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********850600 nömrəli çıxarışa əsasən, xx.xx.2021-ci il tarixdə (VÖEN) ********** qeydiyyat nömrəsi ilə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmış "xxxx" QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44, əvvəlki qanuni təmsilçisi X5, hazırkı qanuni təmsilçisi X3, təsisçiləri və nizamnamə kapitalında mayalarının miqdarı: İddiaçı2 QSC – 1%-i, X2 – 34%, İddiaçı1 – 59% və X4 – 6%.
4. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********911900 nömrəli çıxarışa əsasən, xx.xx.2021-ci il tarixdə (VÖEN) ********** qeydiyyat nömrəsi ilə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmış "xxxx" QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44, qanuni təmsilçisi X5, təsisçiləri və nizamnamə kapitalında mayalarının miqdarı: İddiaçı2 QSC – 1%-i, X2 – 34%, İddiaçı1 – 59% və X4 – 6%.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********177000 nömrəli qərarına əsasən, "xxxx" QSC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair təqdim edilmiş xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq Cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina Cəmiyyətin səhmdarlarının reyestrinin təqdim olunmaması, Cəmiyyətin nizamnaməsinin 4.1.17-ci bəndinin 1-ci hissəsinə əsasən növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan verilməməsi, ümumi yığıncağın keçirilməsi ilə bağlı digər səhmdarlara göndərilmiş b ildirişlərin həmin səhmdarlara çatdırılmasının təmin olunmaması, səhmdarların ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolunun möhürlə təsdiq olunmaması ilə əsaslandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehə (üçüncü şəxs "xxxx" QSC) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi orqanının xx.xx.2023-cü il tarixli, **********177000 nömrəli qərarının ləğv edilməsini xahiş etmişlər. İddiaçılarının əsaslandırması:
7. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, "xxxx" QSC xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Cəmiyyətin təsisçiləri İddiaçı2 QSC-1% (20 adi, adlı, sənədsiz səhm)- 20 səs, X2 - 34% (680 adi, adlı, sənədsiz səhm)- 680 səs, İddiaçı15 9% (1180 adi, adlı, sənədsiz səhm) - 1180 səs, X4 -6% (120 adi, adlı, sənədsiz səhm) - 120 səs. Cəmiyyətin 59% səhmlərinin mülkiyyətçisi olan İddiaçı1 tərəfindən Cəmiyyətin qanuni təmsilçisi funksiyalarını yerinə yetirən direktoruna Mülki Məcəllənin 107-1.6 maddəsinə müvafiq olaraq Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbi göndərilmişdi. Lakin icra orqanı (cəmiyyətin direktoru) tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ümumi yığıncağın çağırılması barədə bildiriş göndərilməmiş, İddiaçı1 tərəfindən digər səhmdarlara ümumi yığıncağın xx.xx.2023-cü il tarixdə çağırılması barədə xx.xx.2023cü il tarixdə bildiriş göndərilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli ümumi yığıncağında cəmiyyətin 60% səhmlərinin mülkiyyətçiləri (İddiaçı1- 59%, İddiaçı2 QSC-1%) işt irak etmiş və gündəliyə daxil edilmiş məsələlər üzrə qərar qəbul edilmişdir. Həmin qərarla Cəmiyyətin 2-ci redaksiyada yeni nizamnaməsi təsdiq edilmiş, X5 "xxxx" QSC-nin qanuni təmsilçisi, direktoru vəzifəsindən azad edilmiş, X3 "xxxx" QSC-nin qanuni təmsilçisi, direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd edilən dəyişikliklər X6 reyestrinə daxil edilməsi üçün cavabdeh vergi orqanına təqdim edilmiş, dəyişikliklər qeydə alınaraq bu barədə MGBİ HŞDQİ tərəfindən 2 noyabr 2023-cü il tarixli çıxarış verilmişdir. Lakin bundan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən tamamilə qanunsuz və əsassız olaraq, “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **** ******177000 saylı qərar qəbul edilmişdir.
8. Cavabdehin qeyd edilən qərarının əsaslandırılması kimi (1) səhmdarların reyestrinin təqdim edilmədiyinə; (2) ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan- verilmədiyinə; (3) ümumi yığıncağın keçirilməsi barədə bildirişlərin bütün səhmdarlara çatdırılması təmin edilmədiyinə və (4) səhmdarların ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolunun möhürlə təsdiq olunmadığına istinad olunmuşdur. Aşağıda qeyd edilənlərlə cavabdehin həmin qərarının qanunsuz olması sübuta yetirilir və bu səbəbdən ləğv edilməlidir. Qərarda istinad edilən “səhmdarların reyestrinin təqdim edilmədiyinə” münasibətdə qeyd olunmalıdır ki, həmin reyestrin təqdim edilməməsi cəmiyyətin əvvəlki direktoru tərəfindən həyata keçirilməli idi və x x.xx.2023-cü il tarixli ümumi yığıncaq protokolunda da bu öz əksini tapmış və X1 direktor vəzifəsindən azad edilməsinin səbəblərindən biri kimi göstərilmişdir. Cavabdehin qərarının Ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan verilmədiyi barədə dəlili də əsassızdır. Belə ki, Mülki Məcəllənin 107- 1.8.1-ci maddəsinin tələblərinə görə qapalı səhmdar cəmiyyətə münasibətdə barədə mediada elan verməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, ümumi yığıncaq çağırılan zaman cəmiyyətin qüvvədə olan Nizamnaməsinin 16.6-cı bəndində nəzərdə tutulmuşdur ki, nizamnamənin hər hansı müddəasının qanunvericiliyin tələblərinə zidd olacağı təqdirdə, qanunvericiliyin müddəası tətbiq edilir.
9. Ümumi yığıncağın keçirilməsi barədə bildirişlərin bütün səhmdarlara çatdırılmasının təmi n edilmədiyi dəlili də qərəzli və əsassız olmuşdur. Belə ki, Mülki Məcəllənin 107-1.8.2-ci maddəsində ümumi yığıncağının çağırılması barədə bildirişlərin səhmdarlara göndərməsi nəzərdə tutulmuşdur. Ərizəçi tərəfindən bu tələb yerinə yetirilmiş və göndərilmə barədə poçt qəbzləri təqdim edilmişdir. Cavabdehin qənaətinə görə, səhmdarın öz ünvanında olmaması və ya bildirişi qəbul etməkdən yayınması və bunun nəticəsində də ümumi yığıncağın dəfələrlə qeyri-müəyyən müddətə təxirə salınması, yığıncağı çağıran və iştirak edən səhmdarın hüququnun pozulması adi hal kimi qəbul edilməlidir. Ümumi yığıncağın protokoluna möhür vurulmasına gəldikdə isə qeyd etmək lazımdır ki, cəmiyyətin direktoru ümumi yığıncağın çağırılmasını təmin etməmiş, icra orqanı kimi öz vəzifələrini yerinə yetirməmişdir və belə olan halda, səhmdarların ümumi yığıncaqda qəbul etdikləri qərarların taleyini icra orqanında saxlanılan möhürdən asılı edilməsi ağlabatan dəlil deyil. Bundan əlavə, qeyd etmək lazımdır ki, ümumi yığıncağın protokolu Cavabdehə notariat qaydada təsdiq olunmuş formada verilmişdir ki, bu da onların iradə ifadələrinin və qəbul etdikləri qərarın şübhə altına alınması üçün əsas ola bilməz.
10. Cavabdeh vergi orqanı tərəfindən X3 olmasını təsdiq edən dövlət reyestrindən 2 noyabr 2023-cü il tarixdə Çıxarış verdikdən sonra, həmin çıxarışın qüvvədə olmasına baxmayaraq, 4 noyabr 2023-cü il tarixdə guya, dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərar qəbul etməsi açıq-aşkar qanun pozuntusu olmuşdur. Cavabdeh dövlət reyestrinə daxil etdiyi məlumatı birtərəfli qaydada, çıx arışın ləğvinə dair məhkəmədə iddia qaldırmaq formasında deyil, guya, dəyişikliyin qeydə alınmasından imtina formasında ləğv etməsi səlahiyyətlərindən kənara çıxmaqla, iddiaçıların hüquqlarının pozulmasına rəvac vermişdir. Bundan əlavə, cavabdeh orqanın rəsmi internet səhifəsində "xxxx" QSC-yə aid reyestr məlumatlarına edilən dəyişikliklərin tarixçəsində 2 noyabr 2023-cü il tarixli dəyişikliyə əsasən qanuni təmsilçinin X3 olduğu barədə qeyd olsa da, 4 noyabr 2123-cü ildə verilmiş çıxarışda onun adı “əvvəlki qanuni təmsilçi” kimi qeyd edilməmişdir ki, bu faktın özü də 4 noyabrda edilmiş dəyişikliyin ciddi qanun pozuntuları ilə həyata keçirildiyini bir daha təsdiq edir. X1 adı qanunsuz olaraq qanuni təmsilçi kimi reyestr məlumatlarına daxil edildiyi andan, o, cəmiyyətin 60% səhmdarları olan ərizəçilərə cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları əldə etmək imkanı tam məhdudlaşdırılıb, yəni - Cəmiyyətin vergi xidmətində şəxsi kabinetinə giriş məhdudlaşdırılıb, “onlayn banking”-ə girişlər ləğv edilib, ASAN imza nömrəsi ləğv edilib, OTP kodlar (birdəfəlik giriş kodları) ləğv edilib. Cəmiyyətin Ümumi Yığıncağında onun 60% səhmlərinin mülkiyyətçisi kimi iddiaçıların qəbul etdiyi qərarla X5 qanuni təmsilçi, direktor vəzifəsindən azad edilmişdir və faktiki olaraq, səhmdarların iradə ifadəsinə zidd olaraq. Cavabdehin qəbul etdiyi qərar, daha doğrusu, yol verdiyi kobud qanun pozuntusu nəticəsində qanunsuz fəaliyyət göstərir. Sadalanan faktlar da X5 tərəfindən cəmiyyətə külli miqdarda zərər vura biləcək hərəkətlərin edilməsi, yəni, Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması, Cəmiyyətin pul vəsaitləri üzərində sərəncam verilməsi, cəmiyyətin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; cəmiyyətə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya Cəmiyyətin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; Cəmiyyətin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, Cəmiyyətə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə Cəmiyyətin əmlakının mənimsənilməsi və ya israf edilməsi kimi real təhlükələr vardır. Cavabdehin etirazları:
11. Cavabdeh iddiaya dair etiraz verərək iddianın rədd edilm əsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “X6 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən, dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Qanunun 11.3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
12. Dəyişikliklə bağlı xx.xx.2023-cü il tarixdə təqdim edilmiş sənədlər qanunvericiliyə uyğun olmadığı üçün **** ******177000 nömrəli xx.xx.2023-cü il tarixli qərarla imtina verilmişdir. 13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 63.3-cü maddəsinə əsasən, inzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. Qanunun 63.4-cü maddəsinə əsasən İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Həmçinin, Qanunun 15.5-ci maddəsinə əsasən, dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət reyestrində müvafiq düzəlişlər aparmalıdır. 14. "xxxx" QSC-nin müraciəti xx.xx.2023-cü il tarixdə X6 qeydiyyatı idarəsinə təqdim edilib, lakin həmin gün sənədlərin dövlət qeydiyyatı idarəsində səhvən reyestrə daxil edildiyi üçün reyestrdə müvafiq düzəlişlər aparılmış və bu barədə hüquqi şəxsə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə göndərilmiş dövlət reyestrindən çıxarış və nizamnamə yanlışlıqla hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir. Son tarixli reyestrdən çıxarış və nizamnamə yenidən xx.xx.2023-cü il tarixdə *** *******178700 nömrəli məktuba əlavə edilərək hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-2.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir. Həmçinin, Məcəllənin 98.1-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır və 103.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəət indən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu investisiya qiymətli kağızı olan səhm təsdiq edir. 16. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması mərkəzi depozitarin vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən qiymətli kağızın mülkiyyətçisi olan fiziki və hüquqi şəxslər barədə məlumatlar qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks olunmalıdır.
17. Məcəllənin 107-2.1-ci maddəsinə əsasən isə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı a ltmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Lakin səhmdarların reyestri təqdim edilməmiş, bununla səhmdar cəmiyyəti ilə bağlı mülki qanunvericiliyin əsas şərtləri pozulmuş, ümumi yığıncağın keçirilməsi üçün səsli səhmlərin mülkiyyətçilərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, 107-1.6-cı maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Məcəllənin 102.2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər.
18. Cəmiyyətin nizamnaməsinin 4.1.17-ci bəndinin 1-ci hissəsinə əsasən, ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan verilməlidir. Lakin təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, yığıncaq icra orqanının rəhbəri tərəfindən çağırılmamış və cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan verilməmişdir.
19. Həmçinin, Məcəllənin 107-1.8.2-ci maddəsinə əsasən beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişlər səhmdarlara göndərilməlidir. Lakin təqdim edilmiş sənədlərə əlavə edilmiş bildirişlərdən göründüyü kimi bildirişlərin bütün səhmdarlara çatdırılması təmin edilməmişdir.
20. Bundan başqa, Məcəllənin 107-6.1-ci və Cəmiyyətin nizamnaməs inin 4.1,19cu maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Lakin səhmdarların ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolu möhürlə təsdiq olunmamışdır.
21. Göründüyü kimi, inzibati orqan tərəfindən qəbul etdiyi inzibati aktda (xx.xx.2023-cü il tarixli X6 reyestrindən çıxarışda) olan yazı səhvinə düzəliş edilməsinə baxmayaraq, həmin səhvin bərpa edilməsi və buna istinad edilməsi yolverilməzdir. 22. xx.xx.2023-cü il tarixli **********177000 nömrəli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” Qərar səhmdar cəmiyyətinin qan unvericiliyin müddəalarına uyğun şəkildə yenidən ümumi yığıncaq çağıraraq hər hansı məsələ barədə qərar qəbul etməsi səlahiyyətini heç cür məhdudlaşdırmır və qanunvericiliyin tələbləri gözlənilməklə tam əsaslı olaraq verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(112)-3590/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177000 saylı qərarı ləğv edilmiş, cavabdehin üzərinə “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177000 saylı qərarının icra olunması nəticəsində 04 noyabr 2023-cü il tarixdə verilmiş **********850600 №-li çıxarışda "xxxx" qapalı səhmdar cəmiyyətinin qanuni təmsilçisi kimi X1 adının bərpa edilməsi nəticəsini ləğv edərək, xx.xx.2023-cü il tarixli **********850600 №-li çıxarışdakı məlumatların bərpa edilməsi öhdəliyi qoyulmuşdur.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarında Cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilərkən 1) Cəmiyyətin səhmdarlarının reyestrinin təqdim olunmamasına; 2) Cəmiyyətin nizamnaməsinin 4.1.17-ci bəndinin 1-ci hissəsinə əsasən növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan verilməməsinə; 3) ümumi yığıncağın keçirilməsi ilə bağlı digər səhmdarlara göndərilmiş bildirişlərin həmin səhmdarlara çatdırılmasının təmin olunmamasına; 4) səhmdarların ümumi yığıncağının xx.xx.2023cü il tarixli protokolunun möhürlə təsdiq olunmadığına istinad olunmuşdur.
25. Cəmiyyətin səhmdarlarının reyestrinin təqdim olunması Cəmiyyətin əvvəlki təmsilçisinin (direktorunun) vəzifəsi olmuşdur, onun tərəfindən bu sənədin təqdim olunmaması iddiaçıların tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməzdi. “Ümumi yığıncağın çağırılması ilə bağlı KİV-də elan verilmə”si tələbi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsində qapalı səhmdar cəmiyyətlərə münasibətdə nəzərdə tutulmamışdır. Qeyd olunan müddəa Cəmiyyətin nizamnaməsində öz əksini tapsa da, nizamnamənin qanunvericiliklə zid diyyət təşkil etdiyi halda qanunvericiliyin müddəasının tətbiq ediləcəyi müddəası da nizamnamədə açıq-aydın göstərilmişdir. Odur ki, hazırkı vəziyyətdə iddiaçıların növbədənkənar ümumi yığıncağın çağırılması ilə bağlı KİV-də elan vermək kimi vəzifələri olmamışdır. Ümumi yığıncağın keçirilməsi ilə bağlı digər səhmdarlara göndərilmiş bildirişlərin həmin səhmdarlara çatdırılması ilə bağlı məhz sübutların təqdim olunması isə qanunvericiliklə müəyyən olunmamışdır. Mülki Məcəllənin 107-1.8.2-ci maddəsində belə bildirişlərin səhmdarlara yalnız göndərilməsi nəzərdə tutulmuşdur ki, bu qaydaya da riayət olunmuşdur.
26. İnzibati orqan tərəfindən iddiaçıların müraciəti təmin olunaraq xx.xx.2023-cü il tarixdə "xxxx" QSC barədə reyestrdən çıxarış verilsə də, sonradan xx.xx.2023-cü il tarixdə yeni çıxa rış verilmiş və eyni zamanda Cəmiyyətin reyestrdə qeydə alınmış faktların sonrakı dəyişiklikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar da qəbul olunmuşdur. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli qərar cavabdehin öz təşəbbüsü ilə inzibati icraat aparılmadan qəbul olunmuşdur.
27. Hazırkı işdə xx.xx.2023-cü il tarixli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıların müraciəti əsasında tələblərinin təmin olunmasına dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli çıxarışın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edild iyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin (maraqlı şəxslərin) məlumatlandırılması, inzibati icraatda maraqlı şəxslərin (iddiaçıların) iştirakının, həmçinin onların dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib- gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
28. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə "BRANDMART” QSC-nin nizamnaməsində və qanuni təmsilçisi ilə bağlı dəyişikliyinin qeydiyyata alınması barədə reyestrdən çıxarış verilsə də, sonradan xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar iddiaçıların xeyrinə olmadığı halda, nəinki iddiaçılar birbaşa maraqlı şəxslər qismində inzibati icraata cəlb ed ilməmiş, onların dinlənilmə hüququ da təmin edilməmişdir. Bu barədə qanunvericiliyin tələblərinə riayət olunduğunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli "Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərar qəbul edilərkən inzibati icraat "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə aparılmamışdır.
29. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1902/2024 nömrəli qə rarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
33. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin qeyd olunur ki, işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticəni əsaslandırmamış, bununla da İPM-in 12-ci və 87.8-ci maddəl ərinin tələbləri təmin olunmamışdır. b) kassasiya şikayətinə etirazın dəlilləri
34. İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmadan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1902/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “İnzibati icraat haqqında” Qanun: Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şə xsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdi rilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozdu ğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsas landırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
42. Qanunvericiliyin yuxarıda istinad oluna n normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 43. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
44. Hazırkı halda, iddiaçıların müraciətləri üzrə xx.xx.2023-cü il tarixli inzibati aktın geri çağırıldığına, ləğv edildiyinə, dəyişdirildiyinə, qüvvədə olma müddətinin qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair işdə heç bir məlumat yoxdur. xx.xx.2023-cü il tarixli qeydin texniki səhv olduğuna dair cavabdehin dəlilləri də vəziyyəti onun xeyrinə dəyişmir.
45. Bilavasitə mübahisələndirilən inzibati akta gəldikdə, həmin akt “İnzibati icraat haqqında” Qanunun 21-ci və 28-ci maddələrinin tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuzdur. Belə ki, həmin normaların müddəalarının tələbinə görə, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli, işdə onun iştirakını təmin etməlidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur (21.1, 21.2-ci maddələr). Hazırkı işdə bu, nəinki baş verməmişdir, cavabdeh mübahisələndirilən inzibati aktın qəbulu üçün “İnzibati icraat haqqında” Qanunun 28.1ci maddəsində nəzə rdə tutulmuş əsaslarla (hazırkı halda, 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;) icraat başlamamışdır. Belə ki, Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır (28.3-cü maddə).
46. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İddia tələbi üzrə müsbət bir qərarın qəbulu (inzibati aktın ləğvi) üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcuddur.
47. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1902/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.