Məhkəmə qərarları › İş №2-1(102)-2263/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2263/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2263/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Bəşirov Emil Loğman oğlunun, Üçüncü şəxsin nümayəndəsi x3, Üçüncü şəxsin nümayəndəsi x4, Üçüncü şəxsin vəkili (nümayəndəsi) Baloğlanov Teymur Ağalar oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs: x2) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 aprel tar ixli 2-1(103)-656/2019 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasına ərizə ilə müraciət edərək “Super Konfirella” adlı əmtəə nişanının (2017 002 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 2018-ci il 13 aprel tarixli, E-1519 nömrəli qərarı ilə ərizə əsassız hesab edilərək rədd olunmuşdur. İddiaçı 2018-ci il 9 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət e dərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 2018-ci il 13 aprel tarixli, E-159 saylı qərarının tamamilə ləğv edilməsi və “Super-konfirella peçenye s orexom” əmtəə nişanının qeydiyyata alınmasına dair 2017-ci il 10 yanvar tarixli, № 2017 0026 nömrəli şəhadətnamənin etibarsız hesab olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 sentyabr tarixli 2-1(81)3409/2018 nömrəli qərardadı ilə cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi əsl cavabdeh Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli 2-1(81)3409/2018 nömrəli qərardadı ilə x2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus x5 adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında qeydiyyata alınmış, o cümlədən “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid sazişi əsasında qeydiyyatdan keçmişdir. Qeyd edilən x5 nişanının 30-cu sinfin əmtəələri üzrə əmtəə nişanı kimi qeydiyyata alınması üçün 2016-cı il 16 avqust tarixində 2016 33119 nömrəli iddia ərizəsi verilmiş və həmin nişan 2017-ci il 25 sentyabr tarixində 2017 0875 nömrəsi ilə qeydiyyata alınmışdır. Ağ-qara tərtibatda qeydiyyata alınmış nişanla yanaşı, göy, qırmızı, ağ və digər rənglərin uzlaşmasından ibarət x5 əmtəə nişanına ilkinliyi 2017-ci il 7 iyun tarixindən olmaqla, 2017 0835 nömrəli şəhadətnamə verilmişdir. Bundan əlavə, “Super-Kontik” adlı sözlərdən ibarət əmtəə nişanı Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən İR 943984 qeydiyyat nömrəsi altında beynəlxalq qeydiyyata alınmış və təyinat ölkələrinin siyahısında Azərbaycan Respublikası da göstərilmişdir. Həmin beynəlxalq qeydiyyata əsasən, göstərilən əmtəə nişanın Azərbaycan Respublikasında mühafizəsi 2007-ci il 13 dekabr tarixindən etibarən başlamışdır və 2017ci ilin sentyabr ayında bu nişanın qorunma müddəti növbəti 10 il üçün uzadılmışdır. Eyni zamanda, x2 tərəfindən “Super Konfirella” nişanının 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə əmtəə nişanı kimi qeydiyyata alınması üçün 2016-cı il 19 avqust tarixində 2016 00613 nömrəli iddia ərizəsi verilmiş və 2017-ci il 1 0 yanvar tarixində həmin nişan 2017 0026 nömrəsi ilə qeydiyyata alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Bu səbəbdən də əmtəə nişanlarının ekspertizası zamanı daha öncə eyni və ya oxşar əmtəə nişanının iddia olunub-olunmaması, qeydiyyata-alınıb alınmaması nəzərə alınmalı və bu hallar olduğu təqdirdə, sonradan iddia olunmuş eyni və ya oxşar əmtəə nişanı qeydiyyata alınmamalıdır. x5 (ilkinlik - 2016-cı il 16 avqust) əmtəə nişanının qeydiyyata alınması haqqında iddia ərizəsi daha əvvəl verilmiş və bu baxımdan x5 adlı kombinasiya edilmiş əmtəə nişanının ilkinliy i üstündür. Lakin ekspertiza tərəfindən göstərilənlər nəzərə alınmamış və daha sonradan iddia olunmuş “Super Konfirella” (ilkinlik - 2016-cı il 19 avqust) adlı kombinasiya edilmiş əmtəə nişanı səhvən qeydiyyata alınmışdır. Əmtəə nişanlarının təsviri hissələrindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) o lması tətbiq olunur. Əmtəə nişanların oxşarlığı “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.1–29.6.5–ci maddələrinə əsasən, sözlərdən ibarət nişanların oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlıqlarla müəyyən edilir. Müqayisə edilən x5 və “Super Konfirella” əmtəə nişanlarında hər üç oxşarlığa rast gəlmək olar. Belə ki, hər iki əmtəə nişanın “Super” ilk sözü və ikinci sözün ilk hecası həm fonetik, həm də qrafik cəhətdən tam eynidir. “Konfirella” sözü “Kontik” sözünün deformasiyası nəticəsində ortaya çıxmışdır və nəticədə hər iki əmtəə nişanlarındakı sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışı (hər ikisində əllə yazılmış hərf lər), hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst–üstə düşür, sözlərin kənarları hərflərin formasına uyğun ağ rəngli çərçivəyə alınmışdır. Bundan əlavə əmtəə nişanlarında ideya uyğunluğu, onların forması, simmetriyanın mövcud olması və xüsusiyyətləri (naturallığı) oxşarlıq yaradır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan əmtəə nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, əmtəələrin qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. x1 və x2 arasında 2010-cu il 30 dekabr tarixində imzalanmış 893 nömrəli və 2012-ci il 31 dekabr tarixinədək qüvvədə olan və 2016-cı il 10 mart tarixində imzalanmış 0184/8/16 nömrəli və 2016-cı il 31 dekabr tarixinədək qüvvədə olan qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, x2 x1 şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. 893 nömrəli müqaviləyə 2011-ci il 7 sentyabr tarixində imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və 2013-cü il 9 sentyabr tarixində imzalanmış və 2013-cü il 31 dekabr tarixinədək qüvvədə olan 893 nömrəli müqavilənin müddəti uzadılması barədə əlavə razılaşmalar x2 və x1 arasında bağlanmışdır. Göründüyü kimi, x1 və x2 arasınd a olan axırıncı müqavilənin müddəti 2016-cı il 31 dekabr tarixində bitmişdir. x1 şirkəti və x2 arasındakı münasibətlərdən irəli gələn sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar) görünür ki, x1 şirkəti x2-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin x5 adlı məmulat mövcud idi. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən əmtəə nişanının qeydiyyatı aşağıdakı halda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndəni n, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. x1 və x2 arasında olan axırıncı müqavilənin qüvvədə olduğu müddət ərzində, daha dəqiq 2016-cı il 19 avqust tarixində x2 “Super Konfirella” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini vermişdir. Başqa cür deyilərsə x2 x1 distribütoru olduğu zaman x1nə məxsus olan nişanı qeydiyyata alınmasına dair iddia ərizəsi vermişdir və bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsini və Paris Konvensiyasının 6 septies maddəsinin müddəalarını kobud şəkildə pozmuşdur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğra fi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. “Super Konfirella” əmtəə nişanı altında Azərbaycan Respublikasında istehsal olunan əmtəələr bazara buraxılsa belə, əmtəə nişanın adının kiril qrafikalı əlifbada, rus dilində verilməsi istehlakçıda qeyd olunan əmtəələrin Rusiya Federasiyasında istehsal olunduğu təsəvvürü yaradır. Azərbaycan Respublikasında bazar araşdırması sahəsində fəaliyyət göstərən x6 tərəfindən 540 Azərbaycan istehlakçısı (respondent) arasında rəy sorğusu keçirilmiş və respondentlərin 81%-i Konti brendi altında istehsal olunan x5 adlı əmtəə nişanını tanıdıqlarını bildirmişlər.Xüsusilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası həm yazılı, həm də şifahi olaraq iddiaçıya respo ndentlər arasında rəy sorğusu keçirilməsini tövsiyə etsə də, həmin rəy sorğularının nəticələrini gözləmədən tez-tələsik qərar vermişdir. Halbuki, Apellyasiya Şurası əlavə vaxt verilməsi barədə iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatəti təmin etməli və rəy sorğularının nəticələrini araşdırmalı idi. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Super Konfirella” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinfin “konfetlər” əmtəələri üzrə və 35-ci sinfin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə 2017 il 10 yanvar tarixində üçüncü şəxsin adına Azərbaycan Respublikasında 2017 0026 nömrəli qeydiyyata alınmışdır. Əmtəə nişanının qeydiyyatında qeyd edilmişdir kı, “əmtəə nişanında “Konfi rella” söz işarəsindən və təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildirlər”; 2017-ci il 24 noyabr tarixdə iddiaçılar istehsalat Birliyi x1 Xüsusi Səhmdar Cəmiyyəti və x1 nümayəndəsi tərəfindən x2-yə məxsus “Super Konfirella” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. Apellyasiya şurası “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 3-cü, 29.6.1-ci, 29.6.2-ci, 29.6.3-cü, 29.6.4-cü, 29.9.1-ci və 29 9.2-ci bəndləri, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərini nəzərə alaraq etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Apellyasiya şurası öz qərarında “Super Konfirella” və x5 əmtəə nişanlarında oxşarlıq yaradan element “Super” sözünün müstəqil hüquqi mühafizə obyekti olmadığını, əmtəə nişanlarının fərqləndirici hissəsinin “Konfirella” və “Kontik” sözləri və təsviri hissədən ibarət olduğunu qeyd etmişdir. “Konfirella” sözünün 10 hərfdən və 4 hecadan, “Kontik” sözünün isə 6 hərfdən və 2 hecadan ibarət olduğunu, “Super Konfirella” əmtəə nişanının göy, yaşıl, qəhvəyi, sarı, ağ rənglərin uzlaşmasından ibarət kombinasiya edilmiş əmtəə nişanı kimi qeydiyyata alındığını, x5 əmtəə nişanının təsvir hissəsinin rəngsiz (ağ qara) təsvir kimi qeydiyyata alındığını müəyyənləşdirərək, müqayisə edilən əmtəə nişanlarının “Qaydalar”ın 29.6-cı, 29.6 3-cü və 29.6.4-cü bəndində göstərilən əlamətlərə əsasən fərqləndiyini qeyd etmişdir. Bir inci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-cı il 23 noyabr tarixli 2-1(81)3409/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 2018-ci il 13 aprel tarixli, E-1519 saylı qərarının ləğv edilməsi və “Super Konfirella” əmtəə nişanının qeydiyyata alınmasına dair 2017-ci il 10 yanvar tarixli, № 2017 0026 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, x5 adlı kombinasiya edilmiş əmtəə nişanı olaraq iddiaçının adına Azərbaycan Respublikasına qeydiyyata alınmış əmtəə nişanının x2 tərəfindən adı qismən dəyişdirilməklə qeydə alınması ilə iddiaçının hüquqları pozulmuşdur. Üçün cü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 aprel tarixli 2-1(103)-656/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 2018-ci il 13 aprel tarixli, E-1519 saylı qərarı ləğv edilmiş və “Super Konfirella” əmtəə nişanının qeydiyyata alınmasına dair 2017-ci il 10 yanvar tarixli, № 2017 0026 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, x5 adlı kombinasiya edilmiş ə mtəə nişanı altında iddiaçının istehsal etdiyi məhsullar Azərbaycan Respublikasına x2nın adına həmin əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə oxşar olan “Super Konfirella” adlı əmtəə nişanı qeydə alınanadək idxal olunaraq satıldığından həm daxili qanunvericilik, həm də beynəlxalq müqavilələrin tələblərinə əsasən nişanın qeydiyyatı etibarsız hesab edilməli idi. Məhkəmənin qərarı üçüncü şəxsə 2019-cu il 29 aprel tarixdə təqdim edilmişdir. Üçüncü şəxs həmin qərardan 2019-cu il 27 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarında işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verilməmiş, işə birtərəfli qaydada yanaşmış, maddi hüquq no rmalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, üçüncü şəxsə məxsus “Super Konfirella” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinifin “konfetlər” əmtəələri üzrə və 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə 2017-ci il 10 yanvar tarixində x2-nin adına Azərbaycan Respublikasında 2017 0026 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - 2016-cı il 19 avqust). Əmtəə nişanında “Konfirella” söz işarəsindən və təsviri hissəsindən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildilər”. Qeyd olunan əmtəə nişanı qeydiyyata alınan zaman və sonradan da iddiaçı tərəfindən verilən etiraza baxılan zaman ekspertizası aparılmış və Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent Üzrə Döv lət Komitəsinin Apellyasiya Şurasının 2018-ci il 13 aprel tarixli, E-1519 saylı qərarı ilə etiraz əsassız olduğu üçün təmin edilməmişdir. Belə olan halda, məhkəmə müvafiq məhkəmə ekspertizası təyin etmədən özü ekspert qismində çıxış edərək işə birtərəfli qaydada yanaşmış və nəticədə yanlış qərar qəbul etmişdir. Məhkəmə mübahisə edilən əmtəə nişanının rəngli təsvirinin ilkin olaraq Azərbaycan Respublikasında x2-nin adına qeydiyyatdan keçdiyi müəyyən olunduğu halda qərarında bu məsələyə qiymət verməmişdir. Məhkəmə qərarında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həm iddiaçının həm də üçüncü şəxs tərəfindən istehsal edilən x5 və “Super Konfirella” peçenye-sendviçin qablaşdırılma nümunələrinə baxış keçirərkən onların oxşar olduğu..., və hətta “Super Konfirella” əmtəə nişanın yaradılmasınd a məqsədin istehlakçılarda məqsədli şəkildə çaşqınlıq yaratmaq olduğu müəyyən etdiyi qeyd olunur. Bu barədə üçüncü şəxs qeyd edir ki, işə baxan məhkəmə artıq baxıcılıq və görücülük funksiyalarının da yerinə yetirmək iqtidarına da malik olduğunu bir daha təsdiq edir. Eyni zamanda təqdim olunmuş nümunələrə düzgün baxış keçirsəydi həmin məhsulların istehsalçıları barədə məlumatlara da fikir verərdi. Məhkəmə qərarında “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfa t subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Bu barədə üçüncü şəxs bildirir ki, x2 qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada birinci olaraq qeydiyyatdan keçirmişdir. Belə olan halda, məhkəmənin bu maddəyə istinadı əsaslı hesab edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi qərarında “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies və 6 quınques maddələrinə əsassız istinad etmişdir. Lakin istinad edilməli ol an 6-cı maddənin 3-cü bəndinə istinad etməmişdir. Həmin maddədə qeyd olunur ki, “İttifaqın hər hansı ölkəsində lazımı şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır”. Məhkəmə hazırkı iş üzrə qərarında bu maddənin tələblərini kobud surətdə pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Üçüncü şəxsin nümayəndələri və vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyas ı məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstər ilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azər baycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Normaların məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəri ciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Şikayətin dəlillərindən biri ondan ibarətdir ki, üçüncü şəxsə məxsus “Super Konfirella” adlı kombinasiya edilmiş əmtəə nişanı 2017-ci il 10 yanvar tarixində x2-nin adına Azərbaycan Respublikasında 2017 0026 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - 2016-cı il 19 avqust). Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlili iddianın əsaslılığını özüözlüyündə aradan qaldırmır. Belə ki, iddiaçıya məxsus x5 adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında qeydiyyata alınmış, o cümlədən “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid sazişi əsasında qeydiyyatdan keçmişdir. Qeyd edilən x5 nişanının 30-cu sinfin əmtəələri üzrə əmtəə nişanı kimi qeydiyyata alınması üçün 2016-cı il 16 avqust tarixində - yəni üçüncü şəxsdən əvvəl - 2016 33119 nömrəli iddia ərizəsi verilmiş və həmin nişan 2017-ci il 25 sentyabr tarixində 2017 0875 nömrəsi ilə qeydiyyata alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Həmin nişanın ağ-qara təsvirli olması da vəziyyəti üçüncü şəxsin xeyrinə dəyişmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999- cu il 15 oktyabr tarixli, 166 №li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 2-ci bəndinə əsasən, əmtəə nişanı istənilən rəngdə və ya rənglərin uzlaşmasında, ağ-qara tərtibat da daxil olmaqla qeydə alına bilər. Həmin Qaydaların 29.3-cü bəndinin ikinci abzasına əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Qaydaların 29.6-cı bəndinin müddəalarına əsasən, sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombi nasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər (29.6.1.). 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Q rafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini t apan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d ) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlav ə edilmiş sübutlar və işə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi tərəfindən maddi sübut olaraq təqdim edilmiş iddiaçı və üçüncü şəxs tərəfindən istehsal edilən x5 və “Super Konfirella” adlı peçenye-sendviçin qablaşdırılma nümunələrinə baxış keçirərək müəyyən etmişdir ki, iddiaçının adına qeydə alınmış x5 adlı kombinasiya edilmiş əmtəə nişanı ilə üçüncü şəxsin adına qeydə alınmış “Super Konfirella” adlı kombinasiya edilmiş əmtəə nişanlarının təsviri qarışdırılacaq dərəcədə oxşardır.x5 əmtəə nişanında “Super” söz işarəsi ayrılıqda mühafizə obyekti olmasa da, “Super Konfirella” əmtəə nişanında həmin sözdən istifadə edilməsi və hər iki nişandakı ikinci sözün ilk hecasının tam eyni olması, sözlərin ümumi görünüşü, eyni şriftdən istifadə edilməsi, qrafiki dizaynı, üzəri şokolad la örtülü peçenye şəkli belə qənaətə gəlməyə əsas verir ki, “Super Konfirella” əmtəə nişanının yaradılmasında məqsəd istehlakçılarda məqsədli şəkildə çaşqınlıq yaratmaq olmuşdur. Üçüncü şəxs şikayətində qeyd edir ki, məhkəmə müvafiq məhkəmə ekspertizası təyin etmədən özü ekspert qismində çıxış edərək işə birtərəfli qaydada yanaşmış və nəticədə yanlış qərar qəbul etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələbinə görə, ekspertiza o halda təyin edilir ki, işə baxılarkən hər hansı sualı izah etmək üçün xüsusi bilik tələb edilsin. Hazırkı halda, iddia olunan nişanların qarışdırılacaq dərəcədə uyğunluğu (oxşarlığ ı) fakta dair məsələdir və ümumi qaydaya görə, məhkəmə tərəfindən ekspertiza keçirilmədən, sıravi (adi) istehlakçı mövqeyinə uyğun olaraq həll edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 aprel tarixli 2-1(103)-656/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar