Məhkəmə qərarları › İş №2-1(102)-2263/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2263/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2263/2020 22.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Kamil oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı Kamil oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “444820 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təyinat qrafasında texniki səhv olaraq yazılmış “kənd təsərrüfatı məhsulları istehsalı” sözünün “həyətyanı” sözü ilə dəy işdirilməsi və 0,99 ha. həyətyanı torpaq sahəsinin mərhum atası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)323/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1 Oğuz Rayon AİK-in xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarına əsasən Oğuz rayon Qumlaq kəndində yerləşən 9900 kv.m. kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi X1 mülkiyyətinə verilmiş və onun adına bu barədə A-444820 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.

2. X2 xx.xx.2014-cü ildə vəfat etmişd ir.

3. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək həmin “Torpaq sahəsinin planı və ölçüsü”nün təyinat qrafasında texniki səhv olaraq yazılmış “kənd təsərrüfatı məhsulları istehsalı” sözünün “həyətyanı” sözü ilə dəyişdirilməsi və 0,99 ha. həyətyanı torpaq sahəsinin mərhum atası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2019-cu il tarixli **********03 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsinə uyğun olaraq tələb olunan sənədlərin əsilləri və yaxud surətləri hüquq sahibinin vərəsəsi olmağı barədə məktubun təqdim edildiyi zaman iddiaçıya verilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək A-444820 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında texniki səhv olaraq yazılmış “kənd təsərrüfatı məhsulları istehsalı” sözünün “həyətyanı” sözü ilə dəyişdirilərək 0,99 ha. həyətyanı torpaq sahəsinin mərhum atası X1 mülkiyyət hüququnu qeydə alaraq adına çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddiasının hüquqi əsası kimi “Torpaq islahatı haqqında” Qanunun 9-10-cu maddələrinə istinad etmişdir.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi İdarənin səlahiyyəti daxilində deyil. Bu səlahiyyət qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-56/2020 nömrəli qərarı ilə (hakim – V.K.Qasımov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən aparılan araşdırma və xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi ilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı olması və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunmasında heç bir səhvə yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsusdur. İddiaçının özünün belə bir səlahiyyəti yoxdur.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verər ək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-323/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – R.R.Rəfiyev, hakimlər – V.İ.Məlikov və A.A.Mahmudov) apellyasiya şikayətinin rədd edilməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-56/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim olunmuşdur.

13. Məhkəmə qərarından iddiaçı xx.xx.2020- ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-323/2020 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadığı üçün qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məc əllənin 217.1 və 217.3-cü maddələrinin tələblərini pozmuş, qərarını əsaslandırmamışdır.

16. İddiaçının tələbi “Torpaq sahəsinin plan-ölçü” sənədində yol verilmiş səhvin aradan qaldırılması barədə olsa da, apellyasiya instansiyası məhkəməsi öz qərarında iddiaçının tələbini torpaq sahəsinin təyinatının dəyişdirilməsi kimi qeyd etmiş, bununla da kobud pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

19. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqlar ı barədə tərəflərə bildiriş göndərilmişdir.

20. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 22. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbay can Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 176 nömrəli Fərmanının 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Göründüyü kimi, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsusdur. İddiaçının özünün belə bir səlahiyyəti yoxdur.

23. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddiaçının kassasiya şikayətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini düzgün qiymətləndirməmişdir. Belə ki, onun tələbi müvafiq sənəddə yol verilmiş səhvin düzəldilməsi olsa da, məhkəmə bunu torpaq sahəsinin təyinatının dəyişdirilməsi kimi qiymətləndirmişdir.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı A-444820 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında “kənd təsərrüfatı məhsulları istehsalı” sözünün “həyətyanı” sözü ilə əvəz olunmasını t ələb edir ki, belə əvəzolunma da faktiki olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsinə səbəb olacaq.

30. Hazırkı qərarın 22-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətidir. Odur ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.

31. İddiaçı “kənd təsərrüfatı məhsulları istehsalı” sözünün texniki səhv olaraq yazıldığını, həmin torpaq sahəsinin əslində həyətyanı torpaq sahəsi olduğunu bildirsə də bu dəlilini sübut edə bilməmişdir. Belə ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçının bu dəlili barədə araşdırma aparılmış və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli arayışı və xx.xx.2019-cu il tar ixli mütəxəssis rəyi ilə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunmasında heç bir səhvə yol verilmədiyi, sözügedən torpaq sahəsinin məhz kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olduğu müəyyən edilmişdir.

32. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 23-cü bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə müvafiq çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

33. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-323/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar