Məhkəmə qərarları › İş №2-1(102)-2263/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2263/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2263/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı işi üzrə (Açar sözlər: iddianın mümkünlüyü; mənzilin müəyyən edilərək iddiaçıya təqdim olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı (3-cü şəxs X6) mənzilin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 21(103)-2471/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 67 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 №-li evin 3-cü mənzilini müəyyən edib iddiaçının istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayo nu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 nömrəli evin 3 nömrəli mənzili onun qayınatası Məmmədov Baladadaş (Babulla) Ağdaş oğluna xx.xx.1973-cü il tarixli, 22/3712 nömrəli sərəncamla verilmişdir. Mərhum həyat yoldaşı X3 ilə ailə qurandan sonra, təxminən 1972-ci ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamışdır. 2000-ci ildə həmin mənzilə dair 11 nəfər ailə üzvü üçün şəxsi hesab vərəqəsi də açmışdır və evin kommunal xərclərini də daimi olaraq özü ödəmişdir, bu gün də ödəyir. 18 noyabr 2014-cü ildən cavabdehin köməyi ilə mübahisəli mənzildən başqa şəxslər istifadə edirlər. Bu səbəblə mənzili müəyyən edib onun və ailəsinin istifadəsinə qaytarılması xahişi ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. xx.xx.2018-ci ildə MKSN-dən ziddiyyətli imtina məktubu almışdır. Guya ki, onlar həmin mənzildən köçürülmüşlər. Onların kim tərəfindən və hansı əsaslarla sözügedən mənzildən çıxarılması barədə heç bir məlumat göstərilməmişdir. Bu barədə heç bir məhkəmə qətnaməsi və qərarı yoxdur. Sonradan məlum olmuşdur ki, həmin şəxslər onların mənzilindən 67 nömrəli MKİS köməyi ilə istifadə edirlər. cavabdehin etirazları:

3. İddiaya qarşı etiraz verilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)1912/2018 nömrəli qərardadı ilə 67 saylı Mənzil Kommunal-İstismar Sahəsinin inzibati məhkəmə icraatında cavabdeh qismində iştirakına xitam verilmiş, həmin tarixli digər qərardadla iddia tələbinin “mənzilin iddiaçının istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” hissəsi m ümkün sayılmamışdır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 21(82)1912/2018 nömrəli (hakim E.Mustafayev) qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 nömrəli evin 3 nömrəli mənzilinin hansı mənzil olmasının müəyyən edilməsi vəzifəsi cavabdeh Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi 9 saylı bina Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Lakin cavabdeh iddiaçının müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, t am və obyektiv araşdırmadan hərəkətsizlik göstərmişdir.

7. X6 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və onun üçüncü şəxs qismində cəlb edilərək işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1066/2020 nömrəli 3 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər: H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Məmmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərarından X6 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbulundan imtina edilmiş, X4 üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatəti müvafiq prosessual h ərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. birinci instansiya məhkəməsində ikinci icraat

9. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(82)1912/2018 nömrəli (hakim F.Mədətli) qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi rədd edilmişdir.

10. X6 həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1016/2021 nömrəli 29 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, A.Nuriyeva və V.Məmmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. birinci instansiya məhkəməsində üçüncü icraat

12. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1912/2018 nömrəli (hakim M.Hacıbəyova) qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(082)-1912/2018 saylı iş üzrə qəbul etdiyi 13 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, X6 üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-3096/2022 nömrəli (hakim M.Hacıbəyova) qərardadı ilə iddia mümkün sayılmamışdır.

14. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərdiyi mənzildə qeydiyyatda olsa da həmin qeydiyy at onun mənzildən istifadə hüququnu ehtiva etmədiyindən, habelə iddiaçının mənzildən istifadə hüququnun olmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan iddiaçının qeyd edilən mənzillə bağlı hər hansı bir, o cümlədən iddia ərizəsində göstərilən tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mənzildə qeydiyyatı onun yaşayış yerinin həmin mənzil olmasını təsdiq etmir, belə ki, iddiaçı qeydiyyatda olduğu mənzilin yerinin müəyyən etmə vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirsə, o zaman o, yaşadığı mənzilin yerini bilməli idi və mənzilin olduğu yerin müəyyən edilməsini tələb etməməli idi.

15. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddia tələbi tələbə cavab verməyən orqana qarşı irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, t əmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi də yerli icra hakimiyyəti nəzdində olan qurum olmaqla vəzifəsi rayonun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərmək, məişət tullantılarının yığılmasından və daşınmasından, abadlaşdırmasından, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərinin yerinə yetirilməsindən ibarətdir. Göründüyü hər hansı bir mənzilin yerini müəyyən etmək kimi vəzifə cavabdehə aid deyildir.

16. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2471/2022 nömrəli 26 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseyn və A.Hüseynov) Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı ailəsi ilə bir yerdə Bakı şəhəri, Puşkin küçəsi, ev 9, mənzil 3-də yaşayış yeri üzrə qeydiyyatdadırlar. xx.xx.2014-cü il tarixdə mənzil üçüncü şəxs və onun ailəsi tərəfindən zəbt edilmişdir. Onların həmin mənzilə istifadə hüququ pozulmuşdur. Mənzili zəbt edənlərin həmin mənzilə qeydiyyatı yoxdur, amma onlar həmin evdə hüququ olan şəxs kimi yaşayırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ve rilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmet ini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının tam və hərtərəfli araşdırılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə təmin edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən müəyyən etmişdir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-619/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı “Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən ev 9, mənzil 3-ün X1 faktiki istifadəsində olan evlə eyni ev olmasının müəyyən edilməsi və sözügedən mənzildən istifadə hüququnun bərpa olunması” tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017ci il tarixli, 2(103)-7199/2017 nömrəli qətnaməsinə əsasən həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-534/2018 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdir.

29. Qanuni qüvvəyə minmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-619/2017 nömrəli qətnaməsi ilə iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi mənzildən istifadə hüququnun bərpa edilməsi barədə iddia ərizəsi rədd edilməklə təsdiq edilmişdir ki, iddiaçının (İddiaçı) ünvan 1 ünvanında mərhum X2 adındakı sahəsi 16,0 kv.metr olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikintiyə hüquqları yaranmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-7199/2017 nömrəli qətnaməsi ilə isə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən mənzil özbaşına tikilidir, iş üzrə tərəflər (yəni hazırkı iş üzrə iddiaçı da) həmin yaşayış sahəsinə istifadə və digər mülki hüquqlar əldə etməmişlər.

30. Apellyasiya instansiyası məhkəməsi, həmçinin müəyyən etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-10/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı özünün və 19 nəfər ailə üzvünün pasport qeydiyyatında ol duğu Bakı şəhəri, Nizami rayonu, Puşkin küçəsindəki 9 saylı evdən cavabdeh X1 və ailə üzvlərinin çıxarılması və özünün sözügedən mənzilə köçürülməsi haqqında iddia tələbi üzrə işə baxarkən, ünvan 1 ünvanda bir neçə tikilinin, tikintilərin ayrı-ayrılıqda elektrik, qaz və su xətləri ilə təchiz edildikləri müəyyən edilmişdir, məhkəmə iddiaçının mübahisəli mənzildə X2 adındakı sahəsi 16,0 kv.metr olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikintiyə hüquqları yaranmadığından iddia tələbini əsassız hesab edərək təmin etməmişdir.

31. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi mənzilə hüququ yoxdur, bu səbəbdən də o, həmin mənzilə dair hüququnun pozulduğunu iddia edə bilməz.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəl diyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2471/2022 nömrəli 26 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar