Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2263/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Müseyib qızının cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Müseyib qızının (xx.xx.1959-cü il təvəllüdlü; FİN: 0xxxxxxx) cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Cabbarova Sevil Əli qızı) “istifadəsində olan mənzilə 3-cü şəxsin qeydiyyatının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)10/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona məxsus yaşayış sahəsindən Cabbarova Sevil Əli qızının qeydiyyatdan çıxarılması xahiş etmişdir.
2. Cavabdeh 065-32330-1219 saylı 25 oktyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək ünvan 6 saylı mənzildə qeydiyyatda olan Cabbarova Sevil Əli qızının göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 6-cı bəndinin tələblərini nəzərə alaraq məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Müseyib qızı cavabdeh Səbail rayon Polis İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cabbarova Sevil Əli qızının ona məxsus ünvan 6 saylı mənzilindən qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 23 dekabr 1992-ci il tarixli 5535 nömrəli sərəncamı ilə o, 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 6 saylı mənzilinə pasport qeydiyyatına alınmışlar. Səbail rayon İcra hakimiyyəti başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə ona 4 nəfər a ilə üzvü ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order yazılmışdır. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi yaşayış evində qəzalı vəziyyət yarandığı üçün Səbail rayon İcra hakimiyyətinin əməkdaşları evə baxış keçirərək, mənzilin boşaldılmalı olduğunu bildirmişlər. Təklif olunmuşdur ki, sakinlər müvəqqəti olaraq kirayədə yaşasınlar, tezliklə təmir-bərpa işləri görüləcəkdir. Bundan sonra o, bir müddət kirayədə yaşamış, oğlunun Yunanıstanda ölməsi ilə bağlı o, Yunanıstana getmişdir. 2019cu ilin yanvar ayında Bakı şəhərinə qayıdarkən ona məlum olmuşdur ki, özünə məxsus Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh Səbail RPİnin X1 12 oktyabr 2 017-ci il tarixli məktubu əsasında qeydiyyatdan çıxarılmış və üçüncü şəxs Cabbarova Sevil Əli qızı isə mənzilə qeydiyyata alınmışdır. Qeyd olunan qanunsuz hərəkətlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətlərinə cavab olaraq, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2019-cu il tarixli, 018-15066-1219 nömrəli məktubda onun qanunsuz olaraq ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını və Sevil Cabbarovanın əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon polis idarəsinin əməkdaşlarının DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edildiyi qeyd olunmuş, ona müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacağı bildirilmiş və Sevil Cabbarovanın həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsi məhkəmə baxış predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Bakı səhəri Səbail RPİ-nin tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli, 065-32330-1219 nömrəli məktubda onun müraciətinə baxıldığı, ünvan 1 ünvanında qeydiyyatda olan Sevil Cabbarovanın göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsinin məqsədə müvafiq olduğu qeyd olunmuşdur. Onun xəbəri olmadan, Səbail RPİnin X1 əməkdaşları tərəfindən üçüncü şəxs Cabbarova Sevil Əli qızının ünvan 6 saylı mənzilinə qeydiyyata alınması qanunsuz olmuşdur.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Üçüncü şəxs tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilmiş və etiraz onunla əs aslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən yarımzirzəmini və onun üstündə yerləşən yararsız halda olan mənzili 2000-ci ilin əvvəlində rus əsilli olan bir şəxsdən etibarnamə əsasında almışdır. Həmin yarımzirzəmidə yaşaya-yaşaya yararsız halda olan və mənzil fondundan çıxarılmış mənzili Səbail rayon İcra Hakimiyyətinin razılığı ilə yararlı vəziyyətə gətirmiş və hal-hazırda həmin mənzildə də yaşayır. İddiaçı Müseyib qızı 1999-cu ildən Yunanıstanda yaşayır. Yunanıstana köçərkən həmin mənzili qeyd etdiyi rus əsilli olan şəxsə etibarnamə əsasında satmışdır. Onun həmin mənzildə 15 ildən çox yaşadığını qonşuları da sübut edə bilər. İddiaçı Müseyib qızı ilk öncə mənzildə qeydiyyatda qalmışdır. Onu qeydiyyatdan çıxarmaq istərkən sonuncu ondan xahiş edərək müvəqqəti olaraq qeydiyyatda saxlamağını və qeydiyyatdan çıxarılacağı təqdirdə ona Yunanıstanda oturum izni almağın çətin olacağını bildirmişdir. Uzun müddət belə qaldıqdan sonra qeydiyyatda qalmağının bəhanə olduğunu bildikdə Səbail rayon Polis İdarəsinə müraciət edərək İddiaçı qeydiyyatdan çıxarılmasını xahiş etmiş və bunun əsasında sonuncu mübahisəli evdən qeydiyyatdan çıxarılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(112)-503/2020 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilmiş, Cabbarova Sevil Əli qızının ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs Cabbarova Sevil Əli qızının İddiaçı Müseyib qızına məxsus ünvan 4 ünvanında qeydiyyatda olması müəyyən olunsa da, S.Cabbarovanın həmin ünvana qanuni əsaslarla (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında) qeydiyyata alınmasına dair nə cavabdeh orqan, nə də ki üçüncü şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim ounmamışdır. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoy ulmalıdır
9. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-10/2023 nömrəli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və A.P.Oruczadə) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə
5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququn u ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
2. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 3.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsas ında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələr ində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur. 21.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikay ətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, on a görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 24.Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edərək bildirir ki, hazırkı iş üzrə apellyasiya baxışı zamanı 2-1(103)-1304/2020 saylı 09 sentyabr 2020-ci il tarixli qərardadla iş üzrə icraat iddiaçı X3 cavabdeh Cabbarova Sevil Əli qızına qarşı “mənzildən çıxarılma və köçürülmə” barədə ilk, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cabbarova Sevil Əli qızının cavabdeh X5 qarşı “yaşayış sahəsinə iştifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.
25. İddiaçı X3 cavabdeh Cabbarova Sevil Əli qızına qarşı “mənzildən çıxarılma və köçürülmə” barədə i lk, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cabbarova Sevil Əli qızının cavabdeh X5 qarşı “yaşayış sahəsinə iştifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8333/2021 saylı 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Səbail rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1978/2022 saylı 11 may 2022-ci il tarixli qərarı ilə qətnamənin ləğv edilməsi qərara alınmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5204/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilərək, Səbail rayon Məhkəməsinin 2(009)-74/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, ilk iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsi, Cabbarova Sevil Əli qızının ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cabbarova Sevil Əli qızının, X7, X8, X4, X2, X6 həmin mənzildən qeydiyyatdan çıxarılmaları, X3 həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı 17 yanvar 2023-cü il tarixii məktubundan görünür ki, sözügedən qətnamə qanuni qüvvəsini aldığından 09 yanvar 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorun artıq sözügedən mənzildən istifadə hüququna malik olmaması mülk i məhkəmə icraatı qaydasında qəbul olunmuş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamədən 3-cü şəxs kassasiya şikayəti vermədiyi üçün qətnaməsi qanuni qüvvəsini almış və bu barədə müvafiq icra vərəqəsi də verilmişdir. Belə olan halda sadalanan hallar 3-cü şəxsin mübahisəli mənzilə qeydiyyatının ləğv edilməsi üçün birbaşa əsas verir.
28. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Cabbarova Sevil Əli qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-10/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.