Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2263/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi, operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-769/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əsas fəaliyyət növü “suxarı və peçenye istehsalı, uzun müddət saxlanıla bilən unlu qənnadı məmulatlarının istehsalı” olmaqla xx.xx.2019-cu il tarixdə vergi uçotuna alınmışdır.
2. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9345 nömrəli qərarına əsasən, vergi orqanının əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən “Sünbül” şirniyyat evində operativ ve rgi nəzarəti tədbiri həyata keçirilmişdir.
3. Operativ vergi nəzarəti tədbiri zamanı sözügedən obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığının aşkar edildiyinə dair xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 011643 nömrəli akt tərtib edilmişdir.
4. Cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1878 nömrəli qərara əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə uyğun olaraq 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
5. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı sözügedən obyektdə 5 nəfər fiziki şə xsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 005952 nömrəli akt tərtib olunmuş, adları aktda qeyd olunmuş şəxslərin və iddiaçının izahatları alınmışdır.
6. Həmin akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1922 nömrəli qərar qəbul edilərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində mali yyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 1000 manat cərimə olunmasına dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1878 nömrəli və 10000 manat cərimə olunmasına dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1922 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Sünbül” un məmulatları sexini 2019-cu ilin may ayından başlayaraq rəsmi surətdə vergi orqanında sadələşdi rilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçirməklə işlətməyə başlamışdır. VÖEN ********** iddiaçının adınadır. Həmin vaxtdan da sexdə nəzarət kassa aparatı quraşdırılmışdır. İddiaçı, özü qadın olduğu üçün, bu işlərdən də anlayışı olmadığından və təhsili buna imkan vermədiyinə görə onun əri X21 işinə köməklik göstərmişdir. İddiaçı ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsində icarə müqaviləsi əsasında fəaliyyət göstərir. 2019-cu ilin mayından 2021-ci ilin dekabr ayının sonuna qədər həmin sexdə vaxtaşırı, satış olduqca NKA-dan istifadə edilərək, müvafiq qəbzlər çap olunmuş və sadələşdirilmiş hesabatlar tərtib olunaraq, Vergi Xidmətinin Suraxanı rayon şöbəsinə təqdim olunmuşdur. İddiaçı, bu günə qədər heç bir verginin ödənilməsindən yayınmamış və vergi hesabatlarını da vaxtında tərtib edərək v ergi orqanına təqdim etmişdir. Həmin sexdə quraşdırılan NKA 2021-ci ilin dekabr ayının sonunda iddiaçının vergi xidməti əməkdaşı kimi tanıdığı, soyadını bilmədiyi Vüsal adlı şəxs tərəfindən yenisi ilə dəyişdirilməsinin vacibliyi dönədönə və israrla bildirilərək, götürülüb servis xidmətinə aparılmış, onun əvəzinə isə 10-15 gün ərzində yeni bir NKA quraşdırılacağı bildirilmişdir. Həmin şəxs həmçinin iddiaçıya NKA olmadan fəaliyyət göstərə biləcəyini, bunun qanunsuz olmadığını və bu haqda Vergi Xidmətinin müvafiq idarəsini və Suraxanı rayon şöbəsini məlumatlandıracağını bildirmişdir. İddiaçı bu şəkildə fəaliyyət göstərsə də, günaşırı Vüsaldan NKA-nı tez gətirməsini xahiş etmişdir. Bu arada, yəni xx.xx.2022-ci il tarixdə saat 12-13 radələrində Vergi Xidmətinin bir neçə əməkdaşı iddiaçının fəal iyyət göstərdiyi həmin sexə gəlmiş və NKA-nın olmadığını görüb onun cərimə olunması barədə akt yazmış və bununla bağlı qərar qəbul ediləcəyini bildirmişlər. Bundan sonra sexdə olan, bir neçə gün əvvəl və ya elə həmin gün sınaq keçməkdə olan işçilərdən 5 nəfərdən izahat alınmış, onların guya əmək müqaviləsi olmadan və müvafiq qeydiyyat aparılmadan əmək fəaliyyətinə cəlb olunmaları barədə akt tərtib edilmişdir. Nəticə etibarı ilə iddiaçıya NKA-nın olmamasına görə 1000 manat, işçilərin əmək müqaviləsinin qeydiyyatdan keçirilməməsinə görə 10000 manat məbləğində cərimə tətbiq edilmişdir. Halbuki, iddiaçı heç bir işçinin əmək müqaviləsini gizlətməmiş, vergidən yayınmamışdır, belə bir niyyəti də olmamışdır. Onların sahəsindəki işin xüsusiyyəti elədir ki, işə qəbul olunmaq istəyən işçinin – şirniy yatçının əvvəlcə işi bacarıbbacarmaması 1-2 gün yoxlanılır, sonra isə, işə qəbul edilərək onunla elə həmin vaxt əmək müqaviləsi bağlanılır. Lakin iddiaçının kompüter bilikləri olmadığına və bacarmadığı üçün bu işləri onun üçün Elnur Əliyev adlı mühasib icra edirdi. Bu müqavilələr mövcud olub, lakin onların elektron informasiya sisteminə işlənməməsi iddiaçının səhvi deyildir. Ona tətbiq olunan vergi cəriməsi əsassız, qanunsuz və ədalətsizdir. Odur ki, iddiaçı həmin cərimələrin ləğvi üçün Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyinin Xüsusi Apellyasiya Şurasına müraciətlər etmiş, lakin müraciətləri təmin edilməmişdir. İddiaçı İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarını 2022-ci ilin sentyabr ayının 29-da poçt vasitəsi ilə almışdır.
9. Cavabdeh iddiaya qarş ı etirazını işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin mübahisələndirilən qərarlarından xx.xx.2022-ci il tarixdə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********797100 nömrəli) inzibati qaydada şikayət vermiş və vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X16 araşdırmaya təqdim etdiyi xx.xx.2022-ci il tarixli izahatında tərtib olunmuş müvafiq aktdan sonra aktda adları qeyd olunmuş şəxslərlə əmək müqaviləsi bağlandığını və onların qeydiyyatdan keçdiyini, bunlardan 3 nəfərinin sonradan işdən çıxdığını, daha sonra yeni işçilərin işə qəbul edildiyini, onların da az müddət işlədikdən sonra işdən çıxdıqlarını, sahibkar işçi problem i yaşadığı üçün öz işini normal apara bilmədiyini, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışlar və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamələr ilə iddiaçının tanış olduğunu, tələbnamə əsasında vergi orqanı əməkdaşlarına sənəd təqdim edilmədiyini, xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən iddiaçının fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçının da iştirak etdiyini, aktların imzalanmasının səbəbini iddiaçının savadsız olması ilə əlaqələndirdiyini, əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədən həmin şəxslərin işə cəlb edilməsi barədə heç nə deyə bilməyəcəyini, NKA-nın vaxtında quraşdırılmamasını STXM-in gecikdirməsi ilə əlaqələndirdiyini, iddiaçı ilə STXM arasında müqavilə bağlandığını, lakin araşdırmaya təqdim edə bilmədiyini bildirmişdir. Beləliklə, iddiaçı tərəfindən 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmış, eləcə də həmin fiziki şəxslər və iddiaçının səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdikləri izahatlarında, həmçinin araşdırma zamanı iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi E.İbrahimovun da təqdim etdiyi izahatında yol verilmiş nöqsanlar etiraf edilmişdir. X1 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 10 gündür ki, iddiaçı tərəfindən şirniyyatçı vəzifəsinə işə götürüldü yünü, aylıq əməkhaqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, izahatının onun sözləri ilə Vəliyevə Sevil tərəfindən yazıldığını, ucadan oxunduğunu və doğruluğunu imzası ilə təsdiq etdiyini bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən iddiaçı tərəfindən satıcı vəzifəsinə işə götürüldüyünü, aylıq əməkhaqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Tamara və Sevili tanıdığını bildirmişdir. X5 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən iddiaçı tərəfindən satıcı vəzifəsinə işə götürüldüyünü, aylıq əməkhaqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə, Rübabə və Sevili tanıdığını bildirmişdir. X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən xadimə vəzifəsinə işə götürüldüyünü, gündəlik əməkhaqqını 15 manat olmaqla nağd formada aldığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə və Sevili tanıdığını bildirmişdir. X6 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 3 gündür ki, iddiaçı tərəfindən şirniyyatçı vəzifəsinə işə götürüldüyünü, gündəlik əməkhaqqını 15 manat olmaqla nağd formada aldığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə, Tamara və Rübabəni tanıdığını bildirmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, əvvəlcədən işə qəbul edəcəyi işçinin işi bacarıb-bacarmamasını 1-2 gün yoxlayır və sonra işə qəbul edərək onunla əmək müqaviləsi bağlayır. Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Yəni işçinin sınaq müddətində olması onunla əmək müqaviləsi bağlamamağa əsas vermir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri bazası”nın məlumatlarına əsasən aktda adı qeyd olunmuş 5 nəfərin (X14, X11, X10, X8 və X15) operativ vergi nəzarəti tədbirindən sonra (xx.xx.2022-ci il tarixdə) iddiaçının işçisi kimi əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirildiyi, sonradan 3 nəfərin (X14 ilə xx.xx.2022-ci il tarixdən, X11 ilə xx.xx.2022-ci il tarixdən və X10 ilə xx.xx.2022-ci il tarixdən) bağlanılmış əmək müqaviləsi bildirişinin ləğv edildiyi müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən yeni nəsil nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı gətirdiyi dəlilin də yol verilmiş qanun pozuntusu baxımından heç bir hüquqi əsası yoxdur.
10. İş üzrə birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X21 qeyd etmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi obyekt Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşir və orada şirniyyat istehsalı ilə məşğul olurlar. Obyektdə 2019-cu ilin may ayından NKA-dan istifadə olunur. NKA qoşulduqdan sonra daimi olaraq vergilər ödənilmişdir. NKA-da texniki nasazlıq olduğu üçün vergi orqanına müraciət etdikdə, Suraxanı rayon Vergi idarəsində işləyən Vüsal adlı əməkda ş yenisi ilə əvəz olunması üçün NKA-nı götürmüş, lakin 3-4 ay keçməsinə baxmayaraq dəfələrlə NKA-nın yenidən qoşulması ilə bağlı müraciət etsələr də yeni NKA qoşulmamışdır. NKA vergidə qeydiyyatdan keçmişdir. Kassa olmadığı müddətdə daimi vergilər ödənilmişdir, mühasib özü ümumi məlumat verirdi, ona əsasən ödənişlər edilirdi.
11. İş üzrə birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X9 qeyd etmişdir ki, 3 ildir ki, iddiaçıya məxsus müəssisədə işləyir. Şirniyyat bişirməklə məşğul olur. Vergi orqanı tərəfindən yoxlama aparılan gün onun istirahət günü olduğu üçün işdə olmamışdır. Obyektə NKA əvvəldən olub, xarab olduğu üçün götürülmüşdür, lakin hansı əsasla xarab olması barədə məlumatı yoxdur. Obyektdə satıcı var, o, sadəcə şirniyyat bişirməklə məşğul olur, NKA olmad ığı dövrlərdə satılan şirniyyat məhsullarının hesabatının necə aparıldığından məlumatsızdır.
12. İş üzrə birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X8 qeyd etmişdir ki, iddiaçıya məxsus obyektdə 6 nəfər şirniyyat bişirməklə məşğuldur. O, 2-3 gün olardı ki, obyektə gedib-gəlirdi. İddiaçı ilə ilk öncə razılaşmışlar ki, sonuncu onun əl işinə (şirniyyat bişirməsinə) baxsın, ondan sonra işə götürülməsi rəsmiləşdiriləcəkdir. İşə qəbul olacağı təqdirdə saat 2-yə kimi işləyəcək və əməkhaqqı 300 manat olacaqdır. Yoxlamaya gələn şəxslər qəfildən içəri (obyektə) daxil oldular. Yoxlamaya gələn əməkdaşlara izahat vermiş və onlar da yazılı qeydlərini aparmışlar, lakin izahatını oxumadan imzalamışdır. Hal-hazırda həmin obyektdə işləmir. Səhhətində yaranan problemlərlə əlaqədar olaraq işdən çıxmışdır.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 12 sentyabr 2023-cü il tarixli, 2-1(112)-3603/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1922 nömrəli qərarı qismən – iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi (X11 və X8) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunmuş, iddia qalan hissədə rədd edilmişdir.
14. Birinci in stansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədləri şahidlərin ifadələri ilə birgə təhlil etdikdə məlum olur ki, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran hallardan biri kimi – NKA-dan istifadə edilməməsi halına yol verilməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Digər hal isə, iddiaçının sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsi işə cəlb etməsi ilə bağlıdır. 3 (üç) nəfər fiziki şəxsin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə “xadimə”, “şirniyyatçı köməkçisi” və “şirniyyatçı” vəzifələrində işləyirlər. Belə olan halda, iddiaçı həmin şəxslə rlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin ictimai-iaşə fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə “xadimə”, “şirniyyatçı köməkçisi” və “şirniyyatçı” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, iddiaçı ilə əmək müqaviləsi bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir.
15. Bununla yanaşı, məhkəmə araşdırması zamanı mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş aktda adı qeyd olunan X11 və X4 münasibətdə iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edilm əsi halı müəyyən olunmamışdır. Belə ki, adı çəkilən şəxslər operativ vergi nəzarəti və məhkəmə araşdırması zamanı verdikləri izahatında iddiaçıdan heç bir məbləğdə əməkhaqqı almadıqlarını, X11 operativ vergi nəzarəti keçirilən gün, yəni xx.xx.2022-ci il tarixindən satıcı vəzifəsinə qəbul olunduğunu, X8 isə, iddiaçı ilə aralarında əldə olunmuş razılaşmaya əsasən sonuncu onun əl işinə (şirniyyat bişirməsinə) baxdıqdan sonra işə götürüləcəyini və buna görə də heç bir əməkhaqqı almadıqlarını bildirmişlər, vergi orqanının əməkdaşları tərəfindən isə, göstərilən hallar aydınlaşdırılmamışdır. Qeyd olunan hallar da iddiaçı ilə onların arasında heç bir əmək münasibətlərinin yaranmadığını sübut edir.
16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın rədd edilən hissəsində ləğv edilmə sini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
17. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Səadət Səlimova) 18 aprel 2024cü il tarixli, 2-1(103)-769/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilən hissəsində birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, iddianın təmin edilən hissəsində isə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan izahatlardan müəyyən edildiyi kimi, izahatları alınmış şəxslər iddiaçıya məxsus obyektdə “xadimə”, “şirniyyatçı köməkçisi” və “şirniyyatçı” vəzifələrində işləyirlər. Belə olan halda, iddiaçı həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin ictimai-iaşə fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə, “xadimə”, “şirniyyatçı köməkçisi” və “şirniyyatçı” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, iddiaçı ilə əmək müqaviləsin in bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə cavabdeh haqlı olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1922 nömrəli qərarı qəbul etmişdir.
20. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlil ləri
21. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifə sidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəq liyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicis inin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələ blərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraci ətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerin ə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4 000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, o na görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edildikdən sonra, iddiaçı tərəfindən həmin şəxslərlə əmək müqaviləsinin bağlanılması və həmin əmək müqavilələrinin müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata alınması, iddiaçının vergi məsuliyyətini postfaktum istisna edən hal kimi qiymətləndir ilə və onun məsuliyyətdən azad olunmasını şərtləndirə bilməz.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-769/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.