Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2264/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisələr; bağ sahəsinə plan-ölçünün və çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: 15.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, İddiaçı və cavabdeh İdarənin vəkili Vəkil oğunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin in yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda 1 saylı Bakı Ərazi İdarəsidir) və 3-cü şəxs “xxxx” MMC-yə qarşı bağ sahəsinin plan-ölçü sənədinin və çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cı il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda 1 saylı Bakı Ərazi İdarəsidir) və 3-cü şəxs “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı ş.,S abunçu rayonu, Ləhiş bağ massivində yerləşən və ümumi sahəsi 0,12 ha olan 6847 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim. Z.Tağıyev; iş No 2-1(82)-64/2019) iddianın təmin edilməsi; Bakı ş.,Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və ümumi sahəsi 0,12 ha olan 6847 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilm əsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cı il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 21(103)-926/2019) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması; cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, mad di və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə 3-cü şəxs MMC-in nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyy ən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan Bakı ş.,İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 6847 nömrəli bağın istifadəyə verilməsi haqqında 22.06.2006-cı il tarixli, 28740 saylı müqavilə ilə Bakı ş.,Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 6847 nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Həmin sənədə istinad edən iddiaçı ona verilmiş bağ sahəsinə aid müvafiq plan və ölçünün tərtib edilməsi və dövlət reystrindən çıxarışın veri lməsi haqqında müvafiq ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 20.12.2017-c il tarixli cavab məktubu ilə sözügedən bağ sahəsinin yerinin təyin edilmədyi, mərzçəkmə və hasarlama işlərinin aparılmadığı və bağın nömrəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi səbəbindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşin materiallarında olan cavabdeh İdarənin 24.05.2018-ci il tarixli, **********39 saylı məktubunda bağ sahəsinə texniki baxış keçirildiyi, bağ sahəsinin digər fiziki şəxs tərəfindən mişar daşı ilə tikilmiş hasa daxilində olduğu, bağ sahəsinin nömrəsində uyğunsuzluq olduğu və vətəndaş tərəfindən 6847 saylı bağ sahəsi əvəzinə digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş 4559 saylı bağ sahəsinin ərazis i göstərildiyi qeyd olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.11.2018-ci il tarixli, **********68 saylı mütəxəssis rəyinə görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 İnkişafı və X3 ərazisindəki 28740 saylı, 22.06.2006-cı il tarixli müqaviləsi ilə İddiaçı ayrılmış torpaq sahəsinin naturada yeri BTİİB-nin sxematik xəritəsi və arxiv materiallarına əsasən, Bakı şəhəri Ərazi İdarəsinin mütəxəssisləri yerində koordinatları müəyyən etməklə göstərildiyi və İddiaçı naturada iddia etdiyi torpaq sahəsi digər şəxslərin adına qeydiyyata alınmadığı qeyd olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası ƏN MEM-in 8.11.2018-ci il tarixli, 21116 saylı ekspert rəyinə əsasən, Ba kı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və X3 ərazisindəki 6847 nömrəi bağın istifadəyə verilməsi haqqında 28740 saylı, 22.06.2006-cı il tarixli müqaviləsi ilə İddiaçı ayrılmış torpaq sahəsinin naturada yeri BTİİB-nin sxematik xəritəsi və arxiv materiallarına əsasən, Bakı şəhəri Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yerində koordinatları müəyyən edilməklə göstərildiyi və mübahisəli torpaq sahəsinin cizgisi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapdığı, həmin sxem ekspert rəyinə əlavə olunduğu, həmçinin İddiaçı naruda iddia etdiyi torpaq sahəsi digər şəxslərin adına qeydiyyata alınmadığı qeyd olunmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etm işdir ki, mübahisəli torpaq sahəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində qeyd edilən sənədlər əsasında iddiaçının qanuni istifadəsindədir və torpaq sahəsi naturada yerləşməsinə görə cavabdeh İdarənin etirazında göstərdiyi kimi, digər hüquqi şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməmiş və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olmuşdur. Enyi zamanda cavabdeh İdarənin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi zamanı gətirdiyi dəlil, yəni mübahisəli torpaq sahəsinin digər şəxslərin adında qeydiyyatda olması halı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza və alınmış mütəxəssis rəyi ilə təsdiq olunmamışdır. Hazırki işdə sübut etmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Yəni, inzibati orqan olan cava bdeh inzibati aktın qəbulu ilə bağlı olmayan və vətəndaşın narazılığını yaradan hərəkətin icraçısı olduğu üçün, öz davranışının qanuna əsaslandığını məhkəməyə, həmçinin iddiaçıya izah etməyə və əsaslandırmağa borcludur. Halbuki, hazırkı iş üzrə cavabdeh sadalan tələbləri yerinə yetirməmiş, imtinasının qanuni əsaslılığını sübuta yetirmədən formal mülahizələrə əsaslanaraq iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Halbuki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə veri lir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli F ərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq vəXəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun ümumi müddəalarında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanununun 8.0.6-cı və 8.0.4-cü maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra h akimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ver ilməsi qərara alınmışdır. Hazırki iddia məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkəsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarı ilə inzibati aktın qəbulindan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyy ətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.11.2018ci il tarixli, **********68 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası ƏN MEM-in 8.11.2018-ci il tarixli, 21116 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yeri BTİİB-nin sxematik xəritəsi və arxiv materiallarına əsasən, cavabdeh İdarənin mütəxəssisləri yerində koordinatları müəyyən etməklə göstərildiyi və iddiaçının naturada iddia etdiyi torpaq sahəsi digər şəxslərin adına qeydiyyata alınmamışdır. Göründüyü kimi, cavabdeh inzibati icraa t zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmayaraq, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Belə olan halda iddiaçının iddia tələb əsaslı və qanuni olduğundan həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış dax ili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiy a Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 aprel 2019-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cı il tarixli dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2264/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2264/2019
15.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver