Məhkəmə qərarları › İş №2-1(102)-2264/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2264/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2264/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi; əmək pensiyasının bərpa edilməsi; pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu) “pensiyanın bərpa edilməsi və s.” tələbinə dair (birinci iş) və iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair tələbinə dair (ikinci iş) iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(103)-1921/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında ba xaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 1 iyun 2006-cı il tarixdən hesablanmaqla 22 iyun 2007-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı 10 dekabr 2020-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək işdən azad olunması ilə əlaqədar onun pensiyasını yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh 2 aprel 2021-ci il tarixli, **********4 nömrəli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubla iddiaçıya bildirmişdir ki, 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq olunmuş 1 №-li siyahıda göstərilən peşə və vəzifə üzrə stajı cəmi 6 ay 18 gün təşkil etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır. X1 rayon şöbəsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq iddiaçıya 1 yanvar 2006-ci il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Bu səbəbdən də ona xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 141339,69 manat artıq pul vəsaiti ödənilmişdir. 28 sentyabr 2014-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən onun yaşa görə əmək pensiyası hüququ yarandığından iddiaçıya xx.xx.2021-ci il tarixdə 1546,08 manat məbləğində əmək pensiyası təyin edilmiş, həmçinin xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 33261,34 manat pensiya məbləği müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 141339,69 manatdan ona ödənilm əli olan 33261,34 manat pensiya məbləği çıxılmış, qalıq artıq ödənilmiş vəsait 108078,35 manat təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 02 aprel 2021-ci il tarixli **********4 nömrəli məktubu ilə həmin qalıq artıq ödənilmiş 108078,35 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 1-ci iş üzrə:

4. İddiaçı cavabdehə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 20 aprel 2021-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələb inin dəyişdirilməsi barədə ərizələr ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək DSMF-nin Səbail rayon şöbəsi tərəfindən ona xx.xx.2006-cı il tarixindən hesablamaqla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz və əsassız hesab edilməsi; xx.xx.2006-cı ildən xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə ona ödənilmiş 141339,69 manat məbləğində pul vəsaitindən 108078,35 manatını artıq ödənilmiş məbləğ kimi geri qaytarılması (tutulması) hərəkətləri qanunsuz və əsassız hesab edilməsi; işlədiyi dövrdə tutduğu vəzifələrin ona həqiqətən də güzəştli pensiya almaq hüququ verdiyini nəzərə alaraq, 2020-ci ildə işdən azad olunmağı ilə əlaqədar aldığı pensiyanın yenidən hesablayaraq artırılması vəzifəsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə daha əvvəl təqdim etdiyi “iddianın dəyişdirilməsi” barədə ərizədə ikinci tələb olan pul məbləğinin geri qaytarılması barədə hərəkətlərin qanunsuz hesab edilməsi tələbini dəqiqləşdirərək, “DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarın ləğv edilməsi” kimi göstərilməsini və DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı siyahı üzrə müəyyən edilmiş şərtlərlə, yəni güzəştli şərtlərlə xx.xx.2006-cı ildən əmək pensiyası almağa başlamış, xx.xx.2020-ci ildə yaşa görə işdən azad edilmişdir. Bununla əlaqədar olaraq müvafiq sənədləri toplayaraq pensiyanın yenidən hesablanması üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmiş, 3 ay keçəndən sonra həmin idarə onun pensiyasını yenidən hesablayıb artırılması barədə qərar qəbul etmək əvəzinə, aldığı pensiyanın azaldılması haqqında qərar qəbul etmişdir. Səbəb kimi 2006-cı ildə pensiya təyin edilən zaman işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsd iq etdiyi 1 saylı siyahıda əks olunmamasını göstərmişlər. 7. xx.xx.2021-ci ildə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq etdiyi 1 saylı siyahıya uyğun işlədiyi vəzifələri kodlarla onlara göstərmiş və izah etmiş, işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxma hüququnun verdiyini onların nəzərinə çatdırmış, 2006-cı ildə güzəştli şərtlərlə pensiyaya çıxmağının tam qanuni və əsaslı olmasını onlara izah etmişdir. Lakin onlar razılaşmamışlar. 1997-ci ilə kimi güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən iş stajının 19 il 3 ay 28 gün təşkil etdiyini onların nəzərlərinə çatdırsa da, onlar tam qanunsuz və əsassız olaraq dediklərini qəbul etməmişlər. Q eyd olunan məsələnin bir daha dəqiqləşdirilməsi üçün SOCAR-ın “Azneft” İB-nə müraciət etmiş və bu məsələlərin araşdırılmasını xahiş etmişdir. “Azneft İB-də bu məsələlər bir daha yenidən mütəxəssislərin iştirakı ilə araşdırılmış, ona və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi məktubla bildirmişlər ki, 1997-ci ilə kimi onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən iş stajı həqiqətən də 19 il 3 ay 28 gün təşkil edir. Cavabdehin etirazları:

8. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını hazırkı qərarın 3-cü bəndində qeyd olunan 2 aprel 2021-ci il tarixli məktubda göstərilənlər təşkil edir. 2-ci iş üzrə:

9. İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddianın dəlillərinin əsasını hazırkı qərarın 3-cü bəndində qeyd olunan 2 aprel 2021-ci il tarixli məktubda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin (hakim A.Abdullayeva) 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5918/2021 nömrəli və 2-1(112)-6690/2021 nömrəli inzibati işlər 2-1(112)-5918/2021 nömrə altında bir icraatda birləşdirilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 4 fevral 2022-ci il tarixli, 2-1(112)-886/2022 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) İddiaçı iddiası təmin edilmiş, ona təyin edil miş əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər qanunsuz hesab edilməklə, əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərara əsasən xx.xx.2021-ci il tarixdən İddiaçı ödənilən əmək pensiyasından tutulan məbləğin ona geri qaytarılması, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınm aqla onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh tərəfindən dayandırılarkən bu barədə inzibati akt qəbul edilməmişdir. Belə ki, əmək pensiyasının dayandırılması barədə qərar pensiya işində mövcud deyil və sorğuya əsasən məhkəməyə təqdim edilməmiş, nə iddiaçının müraciətinə cavab məktubunda, nə də ki, məhkəməyə təqdim edilmiş etirazda ona istinad olunmamışdır. Ümumiyyətlə, pensiyanın dayandırı lmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yəni, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, sonuncunun məzmununa etima d göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

14. Məhkəmə İddiaçı ikinci tələbi ilə bağlı qeyd etmişdir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur.

15. Məhkəmə İddiaçı üçüncü tələbi ilə bağlı qeyd etmişdir ki, şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra pensiyanın yenidən hesablanmasını pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə b ilər.

16. Məhkəmə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi b arədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla cavabdehin etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır.

17. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

18. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyas iya şikayəti verərək qərarın ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(103)-1921/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 fevral 2022-ci il tarixli, 2-1(112)-886/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 20.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan kassasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

22. Digər cavabdeh - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının “əmək pensiyasının yenidən hesablanmasına dair” Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına daxil olmuş xx.xx.2020-ci il tarixli müraciətinin araşdırılması zamanı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququnun olmadığı aşkar edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hüququnun yarandığı xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Bu səbəbdən, vətəndaşa xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək ödənilmiş 58185.00 manat əmək pensiyası artıq ödənilmiş məbləğ hesab edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək artıq ödənilmiş 58185.00 manat məbləğin tələb olunaraq Fondun hesabına bər pa edilməsi qərara alınmışdır. Bundan sonra həmin qərara uyğun olaraq iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasından hər ay tutulmalar aparılmağa başlanılmışdır.

24. Şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Beləliklə, cavabdeh tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. b. Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(103)-1921/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hal lar yarandıqda.... 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə v ə bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olm a müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbayc an Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qəra rdadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirmədiyindən, bununla da, həmin orqana qarşı iddia tələbi - “DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarın ləğv edilməsi” üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı və bununla bağlı birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindiyindən, həmin tələb üzrə məhkəmə qərarı hazırkı icraatın predmeti deyil. Hazırkı kassasiya icraatının predmetini (1) İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılmasının qanunsuz və əsassız hesab edilməsi, 2020-ci ildə i şdən azad olunmağı ilə əlaqədar aldığı pensiyanın yenidən hesablanması və (2) iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğvini tələb etdiyindən, həmin orqanın cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbləri üzrə məhkəmə qərarının qanuniliyinin yoxlanılması təşkil edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

32. Məhkəmə kollegiyası İddiaçı “əmək pensiyasının dayandırılmasının qanunsuz və əsassız hesab edilməsi” tələbi üzrə qeyd edir ki, inzibati orqan pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normaların ı, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. 33. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında ” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların (maraqlı şəxslərin) dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra pensiya ödənişi faktiki hərəkətlə dayandırıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “ İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

34. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

35. Beləliklə, inzibati orqanın iddiaçı ilə bağlı davranışı, artıq formal-hüquqi baxımdan (inzibati icraat qaydalarının pozulması səbəbi ilə) qanunsuz olmuşdur. Buna görə də, mübahisənin bila vasitə maddi-hüquqi tərəfi ilə bağlı araşdırma aparılmasına lüzum qalmır.

36. Məhkəmə kollegiyası İddiaçı “əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə qeyd edir ki, əmək pensiyasının iddia olunan məzmunda yenidən hesablanmasının aparılmasından cavabdehin imtinası yuxarıda qeyd olunan digər tələblə - iddiaçıya güzəştli şərtlərlə təyin edilən əmək pensiyasının inzibati orqan tərəfindən qanunsuz hesab edilməsi ilə əlaqəli olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin tələbi üzrə işin hallarını zəruri olan həddə araşdırmış, mübahisəli hüquq münasibətinə maddi hüquq normasını düzgün tətbiq etmişdir. Ona görə də, həmin tələb üzrə işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Məhkəmə kollegiyası iddiaçı Dövlət Sosial Müdafi ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbi üzrə qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı s ayılır ((“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Başqa sözlə, geri qaytarılması tələb olunan pensiya məbləğinin ödənişi qanuni qüvvədə olan inzibati akta əsaslandığından, bu ödəniş qanunsuz olmamışdır.

38. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarı məhkəmə aktı ilə ləğv edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirmədiyindən, bununla da, həmin tələb üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı və bununla bağlı birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindiyindən, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı məzmunda tələbinin əsası kimi ləğv edilmiş qərara və bununla bağlı “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin müddəalarına istinad edə bilməz.

39. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(103)-1921/2022 nömrəli qərarı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar