Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2265/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-223/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabde hə müraciət edərək yaşa görə təyin olunmuş əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 7 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının işləmiş olduğu sahələr əsasən tikinti sahələridir. Tikinti sahəsi də, əsasən təsərrüfat hesablı özünümaliyyələşdirən təşkilat olduğundan dövlət qulluğu statusuna malik deyildir. İddiaçı 2018-ci il 2 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2018-ci il 7 iyun tarixli, 16/01-3290 nömrəli məktubunda göstərilənlərin qanuna zidd hesab edilməsini, çalışdığı Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələrinin Bakı Şəhər İcra Hakimiyy əti başçısının Aparatında məsləhətçi vəzifəsinə, X2 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələrinin isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılması, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, mükafatlar, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləğindən ibarət pul ilə ödənilən haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında 2016-cı il 5 may tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi (sonrakı artımlar nəzərə alınma qla) və pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun çalışdığı Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələrinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, X2 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələrinin isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılması, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında 2016-cı il 5 may tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə iddiaçıya əmək pensiyasına əlavələr təyin edilməsi (sonrakı artımlar nəzərə alınmaqla) və pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1975-ci il 1 dekabr tarixdən 1978-ci il 5 may tarixədək olan müddətdə Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Bakıbaştikinti” İdarəsində baş əmtəəşünas, sonuncu tarixdən 1978-ci il 5 may tarixdən 1979-cu il 11 aprel tarixədək X2 müvəqqəti rəisi, 1979-cu il 11 aprel tarixdən 1980-ci il 1 yanvar tarixədək baş əmtəəşünas, 1980-ci il 1 yanvar tarixdən 1981-ci il 19 may tarixədək komplektləşdirmə üzrə mühəndis, 1981-ci il 19 may tarixdən 1982-ci il 16 may tarixədək Tikinti Materialları şöbəsinin rəisi, 1982-ci il 16 may tarixdən 1984-cü il 20 dekabr tarixədək Tikinti Materialları şöbəsinin mühəndisi, 1984-cü il 20 dekabr tarixdən 1985-ci il 1 aprel tarixə kimi baş mühəndis, 1985-ci il 1 aprel tarixdə İdarənin statusunun dəyişib Trestə keçməsi ilə bağlı 1985-ci il 2 aprel tarixdən 1988-ci il 1 fevral tarixə kimi Bakı şəhər X5 İcraiyyə Komitəsinin Bakıbaştikinti Baksantexnoelektrikquraşdırma trestində şöbə rəisi, 1988-ci il 1 fevral tarixdən 1990-cı il 16 aprel tarixə kimi həmin təşkilatda idarə rəisi, 1990cı il 23 avqust tarixdən 1991-c i il 28 mart tarixə kimi həmin Trestin tabeliyindəki Xalis kompleks kooperativində sədr müavini, 1991-ci il 1 aprel tarixdən 1991-ci il 22 aprel tarixə kimi Bakı şəhər X5 İcraiyyə Komitəsinin Təsərrüfatlararası Layihə mənzil tikinti birliyində baş mühəndis, 1991-ci il 22 aprel tarixdən 1992-ci il 24 fevral tarixə kimi həmin təşkilatda müdir işləmişdir. Bu da ümumilikdə 16 il 2 ay 24 gün olmaqla 5 ildən artıq müddətə dövlət qulluğu vəzifəsi mövcud olmadığı dövrə görə dövlət, sovet, partiya orqanlarında çalışmasını göstərir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na görə, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçu sunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Prezidentin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanında nəzərdə tutulmuş, dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının 1.20-ci bəndinə görə Bakı şəhər X3 İcraiyyə Komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Bakı şəhər X3 İcraiyyə Komitəsinin aparatında deyil, onun tabeliyindəki struktur qurumların vəzifələri də aparat vəzifələrinin uyğunlaşdırıldığı vəzifələrə uyğunlaşdırılmalıdır. Çünki “Dövlət qulluğu haqqında” Qanunun 11-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Göstərilən müddəadan aydın olur ki, təkcə dövlət orqanlarının aparatı deyil, onların fəaliyyətini təmin edən qurumlar və bölmələri də dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət dövlət orqanının struktur vahidi hesab edilir. İddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti başçısının təminedici şöbə müdiri vəzifəsi məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Belə ki, 2017-ci il 1 iyul tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə “Dövlət qulluğu haqqın da” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikası vətəndaşlarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.7). Bu Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylı məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.11). Dövlə t qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün əsas ən azı 5 il dövlət qulluğu stajına malik olmaqdır ki, bu da dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmış dövlət, sovet, partiya orqanlarındakı iddiaçının vəzifəsinə uyğun gəlir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli 2-1(82)3264/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının çalışdığı Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələrinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, X 2 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələrinin isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifələrinə uyğunlaşdırılması, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında 2016-cı il 5 may tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə iddiaçıya əmək pensiyasına əlavələrin təyin edilməsi (sonrakı artımlar nəzərə alınmaqla) və pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə ed ilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin aparatında deyil, onun tabeliyindəki struktur qurumların vəzifələri də aparat vəzifələrinin uyğunlaşdırıldığı vəzifələrə uyğunlaşdırılmalıdır. Çünki “Dövlət qulluğu haqqında” Qanunun 11-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Təkcə dövlət orqanlarının aparatı deyil, onların fəaliyyətini təmin edən qurumlar və bölmələri də dövlət orqanının vəzifə, funksiya və səlahiyyə tlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət dövlət orqanının struktur vahidi hesab edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-223/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi “Bakıbaştikinti” İdarəsi, “Bakıbaştikinti” İdarəsinin “Baksantexnoelektrikquraşdırma” tresti Bakı şəhər X3 İcraiyyə Komitəsinin aparatında deyil, tabeliyində olan idarə olaraq fəaliyyət göstərmişdir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 15 ma y tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 21 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, Dövlət hakimiyyət orqanının tabeliyində tikinti fəaliyyəti ilə məşğul olan qurum, habelə mülki hüquq münasibətinin iştirakçısı olan hüquqi şəxs ola bilər. Məhz “xxxx” MMC, “xxxx” ASC, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi, Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi buna misal ola bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentin 2016-cı il 11 aprel tarixli, 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş “xxx x” MMC-nin Nizamnaməsinə əsasən Cəmiyyət Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədi ilə yaradılmış və bütün payları dövlətə məxsusdur. Digər təşkilatlar da oxşar funksiyaları icra etməklə payları dövlətə məxsusdur. Hazırda dövlət büdcəsindən maliyyələşmə dövlət qulluğu hesab edilmənin yeganə və əsas meyarı olduğu halda belə, həmçinin iddiaçının çalışdığı vəzifələr dövlət büdcəsindən əvvəllər maliyyələşmədiyi halda belə, o, həmin vəzifələrdə işlədiyinə görə dövlət qulluqçu hesab edilməklə bu statusa uyğun olaraq pensiyası he sablanıb ödənilməlidir. Belə ki, Siyahıda nəzərdə tutulmuş uyğunlaşdırılmalı olan vəzifələrin yalnız dövlət büdcəsindən maliyyələşdiyi, yəni dövlət büdcə vəsaitindən maaş aldıqları halda dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bildiyinə dair hər hansı bir normativ sənəddə nəzərdə tutulmamışdır. Bu isə siyahıda nəzərdə tutulan dövlət, sovet və partiya vəzifələrinin təkcə dövlət büdcə vəsaiti hesabına maliyyələşdiyi halda deyil, həm də öz hesabına maliyyələşdiyi halda cari dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bildiyini təsdiq edir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mü bahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni t əqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. İddiaçının Bakı şəhər X3 İcraiyyə Komitəsinin “Bakıbaştikinti” İdarəsində mühəndis, baş əmtəəşünas, baş mühəndis, X2 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Bakıbaştikinti” İdarəsinin “Baksantexnoelektrikquraşdırma” trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdi r vəzifələrində çalışdığı işin mübahisəsiz halı kimi qəbul edilsə də, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinə dair gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçının işlədiyi “Bakıbaştikinti” İdarəsi, “Bakıbaştikinti” İdarəsinin “Baksantexnoelektrikquraşdırma” tresti Bakı şəhər X3 İcraiyyə Komitəsinin aparatında deyil, tabeliyində olan idarə olaraq fəaliyyət göstərmışdir və Siyahının 1.20-ci bəndində Bakı şəhər XDS İK-nin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının aparılması əsassız olduğundan iddiaçının yuxarıda göstərilən illərdə və vəzifələrdə işlədiyi müddət dövlət qulluğu stajına daxil edilməsi qanunsuzdur.”. Apellyasiya instansiyası məhkəməsi bu qən aətə işdəki hansı sübutlara əsasən gəldiyini qərarda əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Bakı şəhər İcra Hakimiyyətinə verdiyi sorğuya cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin “Hüquq və kadr məsələləri şöbəsi”nin müdiri - Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Bakıbaştikinti” İdarəsinin uzun illər fəaliyyət göstərdiyinə rəğmən – həmin İdarə barəsində Bakı şəhər İcra Hakimiyyətinin arxivində hər hansı bir məlumatın aşkar edilmədiyini (!) bildirmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd olunan İdarə ilə bağlı məlumatların əldə edilməsi üçün müvafiq sorğularla Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətlər etsə də, həmin müraciətlərə cavab almadan iş üzrə yekun qərar qəbul etmişdir. Belə ol an halda, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən qənaətə gəlməsinin motivlərini qərarında göstərməli idi. İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. İPM-in yuxarıda qeyd edilən maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hiss ədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-223/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2265/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2265/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver