Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2265/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdeheydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: adın dəyişdirilməsi; yeni doğum haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdeheydiyyat Şöbəsinə qarşı “adın dəyişdirilməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli, 2- 1(103)-2065/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1986-cı il 30 iyun tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Musa qızı əvvəlki adı Sahibə olmuş və “Ayla” adına dəyişdirmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun adının “Ayla”dan “Sahibə”yə dəyişdirilməsini xahiş etmişdir.
3. Cavabdeh 2021-ci il 18 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2021-ci il 5 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək adının dəyişdirilməsi haqqında 2020-ci il 1 dekabr tarixli, 99 saylı akt qeydinin ləğv edilməsi vəzifəsinin icra olunmasını cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək doğum akt qeydiyyat kitabında adının Ayladan Sahibə adına dəyişdirməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə 2021-ci il 9 iyun tarixli məhkəmə iclasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı il 30 iyun tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğularkən valideyni tərəfindən ona nənəsinin adı olan “Sahibə” qoyulmuşdur. Lakin bu ad "köhnəlmiş" hesab olunduğundan, iddiaçı öz adından məmnun olmadığından həmin adı dəyişmək qərarına gəlmiş, ərizəsinə əsasən 2020-ci il 1 dekabr tarixli, 99 saylı akt qeydi ilə "Sahibə" adı “Ayla" adına dəyişdirilmişdir və bu barədə AZ-İ № 029246 saylı, 2020-ci il 1 dekabr tarixli "adın, ata adının və soyadın dəyişdirilməsi haqqında" şəhadətnamə verilmişdir. Lakin bundan sonra iddiaçı müəyyən problemlər yaşamışdır. Belə ki, nənəsinin adından imtina etdiyi üçün valideyni ilə münasibətləri kəskin pisləşmiş, habelə digər sənədlərin də dəyişdirilməsində çətinliklər yaranmışdır. Buna görə də iddiaçı adının dəyişdirilməsi barədə akt qeydinin ləğv edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi 2021-ci il 28 fevral imtina məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı qeyd etmişdir ki, həmin imtina məktubu iddiaçıya 2021-ci il 2 mart tarixdə təqdim edilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarına istinad edərək imtinanı bununla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən adın dəyişdirilməsinə yalnız 1 dəfə yol verilir. Yəni, cavabdehin qənaətinə görə iddiaçı adı “Sahibə”dən “Ayla”ya dəyişdirməklə bu hüququndan istifadə etmiş, adını Ayladan Sahibəyə dəyişmək isə ikinci dəfə sayılmışdır. İddiaçı hesab etmişdir ki, hazırda o qəbul edilmiş aktın ləğvini tələb edir, adın təkrar dəyişdirilməsi üçün müraciət etmir, adının dəyişdirilməsinə səbəb olmuş aktın ləğv edilməsini tələb edir. Bu səbəbdən iddiaçı təkrar iddia qaldıraraq adının “Ayla”dan “Sahibə”yə dəyişdirməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 9 iyun tarixli, 2-1(112)-5463/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir də fə olmaqla adın dəyişdirilməsi hüququ tanınmış, iddiaçı həmin hüququndan bir dəfə istifadə etdiyindən onun yenidən adının dəyişdirilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli, 2-1(103)-2065/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 9 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, qanunvericiliklə adın dəyişdirilməsinin sonradan ləğv edilməsinin qadağan olunması qeyd olunmamışdır. Ad dəyişmə barədə akt qeydi ləğv edildiyi halda, iddiaçı köhnə adına qayıda bilir. Bu barədə qanunvericilikdə hər hansı qeyd-şərt, qadağa yoxdur. Hesab edilməlidir ki, cavabdeh orqan qanununu bu tələbini səhv tövsif etmişdir. Məhkəmə isə öz növbəsində qərar qəbul edərkən, iddia tələbinə bu prizm adan baxmamış, iddia ərizəsində qeyd olunan bu məsələyə (təkrar ad dəyişdirmə deyil, baş vermiş ad dəyişdirmənin ləğv edilməsi məsələsinə) hüquqi qiymət verməmiş, bunu qadağan edən hər hansı normaya istinad etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmış “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”: 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyad ının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. Şikayətin əsassızlığı, ilk növbədə iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddianın əsassız olmasından irəli gəlir. Belə ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (İPM-in 14.3-cü maddəsi).
22. Yuxarıda qeyd edilən “Qaydalar”ın 6.3-cü bəndinin tələbindən göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bənd lərində müəyyən olunmuş hallarda yol verilir.
23. Hazırkı işdə “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallar mövcud deyil. Həmin müddəalar məhkəmələr tərəfindən hazırkı mübahisəyə düzgün tətbiq edilmişdir.
24. Şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmə qərar qəbul edərkən, iddiaçının tələbinə - təkrar ad dəyişdirmə deyil, baş vermiş ad dəyişdirmənin ləğv edilməsi məsələsinə hüquqi qiymət verməmiş, bunu qadağan edən hər hansı normaya istinad etməmişdir.
25. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçı ilkin olaraq adın dəyişdirilməsi barədə akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, birinci instansiya məhkəməsində icraat zamanı ərizə ilə məhkəməyə müraciət edərək doğum akt qeydiyyat kitabın da adının Ayladan Sahibə adına dəyişdirməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, məhkəmə baxışının predmeti də məhz həmin məzmunda tələb olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli, 21(103)-2065/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.