Məhkəmə qərarları › İş №2-1(102)-2265/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2265/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2265/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaf iə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-159/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur.

2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş arayışa əsasən iddiaçı 12.5.1979-cu ildən 23.6.1981-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdar əsinin M.Əsədov adına Üzümçülük Sovxozunun 198 №-li, xx.xx.2019-cu il tarixli arayışında göstərilən məlumatlara əsasən, İddiaçı Maqsud oğlu xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixə qədər həmin sovxozda fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1981-ci ildən xx.xx.1993-cü ilə qədər - Ağdam rayonu işğal olunana qədər əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir.

4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Xocalı rayon İcra Hakimiyyəti Xocalı rayon Dövlət Arxivinin 04 №-li, xx.xx.2019-cu il tarixli arayışında göstərilir ki, İddiaçı 1994-cü ilin yanvar ayından 1999-cu ilin aprel ayına qədər Xocalı rayon Tədarük-satış bazasında anbardar işləmişdir.

5. İddiaçı məxsus əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər Ağd am rayon İcra Hakimiyyəti başçısının Güllücə ərazi nümayəndəsi vəzifəsində işləmiş, xx.xx.2011-ci ildən hazırkı vaxta qədər isə Dövlət Qaçqınların və X4 üzrə Komitənin Mənzil İstismar Departamentinin Ağdam rayonu Mənzil Kommunal İstismar sahəsində sahə nəzarətçisi vəzifəsində işləyir.

6. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubu ilə İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı tarixədək xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları əks etdirən hesabdan çıxarış təqdim edilmişdir.

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin M.Əsədov adına Üzümçülük Sovxozu nun direktoru tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı Ağdam rayonu ilə Məhəmməd Əsədov adına sovxozda 1997-1979-cu və 1981-1993cü illərdə “əl ilə qaynaqda elektrik qaynaqçısı” işində (peşəsində) işləmişdir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 10103000-19906 kod nömrəsi ilə qeydə edilmiş “əl ilə qaynaqda elektrik qaynaqçısı” 1 nömrəli siyahı üzrə əmək şəraiti ağır və zərərli işi (peşəni) icra etmişdir.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

9. Cavabdeh 17.1.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ümumi stajı 25 ildən az olmaqla yanaşı, həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Laçın rayonun Qorçu kəndində doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1976-cı ild ə başlamış və hazırda da işləyir. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. O, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər Məhəmməd Əsədov adına sovxozda fəhlə işləmişdir. Həmin sovxozda xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1981-ci ildən xx.xx.1993-cü ildə Ağdam rayonu işğal olunana qədər əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 1994-cü ilin yanvar ayından 1999-cu ilin aprel ayına kimi Xocalı rayon tədarük-satış bazasında anbardar işləmişdir.

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının sənədlərinə baxış keçirilən zaman onun ümumi iş stajının 25 ildən az olması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən güzəştli iş s tajının olması barədə arayış İdarəyə təqdim olunmamışdır. Bu əsasdan ona güzəştli şərtlərlə pensiya təyin olunması mümkün deyildir.

13. Bakı İnzibati Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2-1(112)3325/2020nömrəli qərarı ilə (hakim: Ş.Həsənova) iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1.1.2006-cı il tarixədək hərbi xidmət dövrü də daxil olmaqla 27 il 1 ay 11 gün ümumi və 14 il 0 ay 0 gün güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 avqust 2020-ci il tarixli, 2-1(103)-1345/2020 nömrəli qərarı ilə (hakimlər Ülvi Mayılov (sədrlik edən və məruzəçi), Mirzə Tağızadə və Xəyalə Cəmilova) Bakı İnzibati Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilə qədər zəruri olan ümumi iş stajı 25 ildən az olduğundan onun tələbi əsassızdır və ona görə də iddia tələbi təmin oluna bilməz.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası mə hkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2-1(102)-31/2021 nömrəli qərarı ilə (hakimlər: Kəmaləddin Bədəlov (sədrlik edən və məruzəçi), Nigar Rəsulbəyova və İlqar Hüseynov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 avqust 2020- ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixədək deyil, 57 yaşının tamam olduğu 2.5.2016-cı il tarixdə 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajının mövcud olub-olmamasına qiymət verməlidir. Bununla yanaşı, 1.1.2006-cı il tarixdən sonrakı dövrün sosial sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqlarının ödənilməsi tələb olunduğundan, yalnız məcburi sosial sığorta haqlarının ödənilməsinin müəyyən olunması halında 1.1.2006-cı ildən sonrakı dövr sosial sığorta stajına daxil edilə bilər.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının 57 yaşının tamam olduğu vaxtda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq var idi. Bu baxımdan, hazırkı məzmunda iddianın təmin olunması üçün iddiaçının 57 yaşı tamam olan 2 may 2016-cı il tarixdə 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcud olması tələb olunur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1 yanvar 2006-cı il tarixədək olan ümumi iş stajının 25 ildən az (20 il 3 ay 1 gün) olmasına istinad edərək iddianı rədd etmiş, onun 57 yaşı tamam olan vaxt 25 il ümumi iş stajının olub-olmamasını yoxlamamışdır.

22. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının 1 yanvar 2006-cı il tarixədək deyil, 57 yaşının tamam olduğu 2 may 2016-cı il tarixdə 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcud olub-olmamasına qiymət verməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrün sosial sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilməsi tələb olunduğundan yalnız məcburi sosial sığorta haqqlarının ödənilməsinin müəyyən olunması halında 1 yanvar 2006-cı ildən sonrakı dövr sosial sığorta stajına daxil edilə bilər.

23. İddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2021- ci il tarixli, 2-1(103)-1364/2021 nömrəli qərarı ilə (hakimlər: Həmid Həmidov (sədrlik edən və məruzəçi), Elmira Nağıyeva və Cahangir Yusifov) B akı İnzibati Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında məhkəmə tərəfindən əmək kitabçasının qeydləri üzrə iddiaçının işlədiyi dövrlər ümumi şəkildə sadalansa da, 57 yaşı tamam olduğu tarixə zəruri olan 25 il ümumi, 12 il 06 ay xüsusi iş stajına aydınlıq gətirilməmiş, ümumiyyətlə, xüsusilə əhəmiyyət kəsb edən işin bu halına hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri formal şəkildə sadalanmaqla, əsassız olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə - işin hallarına və maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir.

26. İddiaçı həmin qərardan kassasiya şikayət i verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-705/2022 nömrəli qərarı ilə (hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən, Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən irəli gələn məcburi göstərişləri icra etməmiş, bunun nəticəsində iş üzrə düzgün olmayan məhkəmə qərarı qəbul etmişdir. Ali Məhkəmənin sözügedən qərarında göstərilmişdir ki, “... Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1 yanvar 2006-cı il tarixədək olan ümumi iş stajının 25 ildən az (20 il 3 ay 1 gün) olmasına istinad edərək iddianı rədd etmiş, onun 57 yaşı tamam olan vaxt 25 il ümumi iş stajının olub-olmamasını yoxlamamışdır”. Ali Məhkəmənin qərarında öz əksini tapmış göstərişlərdən biri ondan ibarətdir olmuşdur ki, iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi sözügedən istiqamətdə də müfəssəl araşdırma aparmamış, yalnız Milli Arxiv İdarəsinin Ağdam filialının “Ağdam rayonu M.Əsədov adına sovxozun arxiv sənədləri filiala təhvi l verilmədiyi üçün orada mühafizə olunmur və bu haqda məlumat vermək mümkün deyildir”, cümləsi ilə kifayətlənmiş, həmçinin qeyd etmişdir ki, “məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim olunmuş 21 oktyabr 2021-ci il tarixli, 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozun direktoru tərəfindən imzalanmış arayışı da mötəbər sübut kimi qəbul etmir. Belə ki, artıq mövcud olmayan və ləğv olunmuş müəssisənin (sovxozun) direktoru tərəfindən imzalanmış arayışlar iddiaçının həqiqətən güzəştli şərtlərlə pensiyaya hüquq verən sahədə işləyib-işləməməsini müəyyən etməyə əsas vermir”.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə apellyasiya məhkəməsində təkrar baxılarkən sözügedən sovxozun direktoru dəvət olunmalı, ən azından həmin dövrdə sovxoz direktoru kimi fəaliyyət göstərib-göstərməməsi və sovx ozun möhürünün təhvil verilib-verilməməsi aydınlaşdırılmalı, eyni zamanda iddiaçı ilə birlikdə o zamanlar sovxozda işləmiş adamlar müəyyən edilərək, onların şahid kimi dindirilməsi təmin edilməlidir. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-159/2023 nömrəli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X5) Bakı İnzibati Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin araşdırılmış hallarından göründüyü kimi, sovxozunun direktoru X2 yataq xəstəsi olduğu üçün prosesdə iştirak edə bilməsə də, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmiş, həmçinin, sovxoz direktoru təyin edilməsinə dair əmək kitabçasının notarial təsdiq edilmiş surəti əlavə edilmiş, sovxozun möhürü onda olmuş və həmin möhürlə təsdiq olunmuş güzəştli arayışlar iddiaçının Ağdam rayonu M.Əsədov adına sovxozda 12 il 06 aydan çox əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışdığını sübut edir. İddiaçının işlədiyi “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşələrinə uyğundur. Odur ki, iddiaçının xx.xx.2017-ci ilə qədər 25 ildən çox ümumi və 12 il 06 aydan çox güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapır.

32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. Kassasiya şikayətində işin halları, iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi barədə məktubun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə z ərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə im kan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq isə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və va digər müvafiq araşdırma aparılmalı, iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməl idir. Məhkəmə qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

34. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərd ə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya h üququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı 33-cü bölmə Ümumi peşələr – 23200000—19905 “yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları” 33-cü bölmə Ümumi peşələr – 10103000-19906 “əl ilə qaynaqda elektrik qaynaqçısı”

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ümumi peşələr bölməsi (35) əl ilə qaynaq aparan elektrik qaynaqçısı

38. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı inst ansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək p ensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

45. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-705/2 022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2-1(102)-31/2021 nömrəli qərarı ilə qoyulan göstərişlərin tam icra olunmasını və 21 oktyabr 2021-ci il tarixli, 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozun direktoru tərəfindən imzalanmış arayışının mötəbərliyi barəsində araşdırma aparılması yönündə göstərişlər müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-159/2023 nömrəli qərarının əsaslandırma hissəsindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almış və göstərişlərin i yerinə yetirmişdir. Ali Məhkəmə tərəfindən İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, əsaslandırılmış qərar qəbul edilmişdir.

47. Belə ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozun direktorunun həmin dövrdə sovxoz direktoru kimi fəaliyyət göstəribgöstərməməsi və sovxozun möhürünün təhvil verilib-verilməməsinin aydınlaşdırılması, həmçinin, iddiaçı ilə birlikdə o zamanlar sovxozda işləmiş adamların müəyyən edilərək, onların şahid kimi dindirilməsi istiqamətində araşdırma aparmışdır.

48. M.Əsədov adına Üzümçülük Sovxozunun direktoru X2 və iddiaçı ilə birlikdə həmin dövrdə sovxozda işləmi ş X3 və X6 şahid qismində məhkəmə iclasına dəvət olunmuşdur. İşin araşdırılmış hallarından göründüyü kimi, sovxozun direktoru X2 yataq xəstəsi olduğu üçün prosesdə iştirak edə bilməsə də, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmiş, həmçinin, sovxoz direktoru təyin edilməsinə dair əmək kitabçasının notarial təsdiq edilmiş surəti əlavə edilmiş, sovxozun möhürü onda olmuş və həmin möhürlə təsdiq olunmuş güzəştli arayışlar iddiaçının Ağdam rayonu M.Əsədov adına sovxozda 12 il 06 aydan çox əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışdığını sübut etmişdir.

49. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin sorğularına əsasən təqdim olunmuş DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubu ilə İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı tarixədək xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları əks etdirən hesabdan çıxarış təqdim edilmişdir.

50. Həmçinin apellyasiya instansiyasının iclasında şahid qismində dindirilmiş X6 və X3 da iddiaçının həmin sovxozda əl ilə elektrik qaynaqçısı vəzifəsində işləməsini təsdiq etmişdir.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatla r, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

52. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş ha llarından görünür ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün həm ümumi (25 il), həm də xüsusi (12 il 6 ay) iş stajı mövcuddur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənildiyindən iddianı təmin etməkdə məhkəmə haqlı olmuşdur.

53. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-159/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar