Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2266/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X4 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı X4 və onun vəkili Vəkil iştiraklarıı, İ.Muradovun katibliyi ilə, İddiaçı X6 cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-1061/2019 saylı qərardadından iddiaçı X6 və onun vəkili Vəkil tərəfindən ve rilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X6 cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, ona vəzifəli şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş mənəvi və fiziki ziyana görə kompensasiyanın təzminatın ödənilməsini və cavabdehə onun işləməyə mənəvi və fiziki hüququnun olması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)1371/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim M.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1061/19 saylı xxxx 2019-cu il tarixli qərardadı ilə (V.Məmmədov sədrlik edən-məruzəçi, hakimlər S.Seyidova və İ.Əhmədov) iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından iddiaçı X6 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Politexnik İnstitutunda “Tikinti və yol maşınları və avadanlığı” ixtisası üzrə ali təhsil almış və ona 14 iyun 1979-cu ildə mühəndis-mexanik ixtisası verilmiş, xxxx 1979-cu il tarixdən xxxx 1997ci il tarixədək yol istismar sahələrində və keçmiş rayon partiya komitələrinin tövsiyələri ilə kolxoz və sovxozlarda ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, xxxx 1997-ci il tarixdə isə “******” birgə təsərrüfatı ləğv olunduğundan tutduğu vəzifədən azad edilmişdir. İddiaçı tutduğu vəzifədən azad olunduqdan sonra, dəfələrlə ixtisası üzrə yeni iş yeri ilə təmin olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət etsə də, onun tələbi təmin olunmamışdır. İddiaçı dəfələrlə “xxxxservis” ASC-yə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktublarla, teleqramlarla və şəxsən müraciət etmiş, dəfələrlə həmin müəssisələrin rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbulunda olmuşdur. Müvafiq müəssisənin rəhbəri İddiaçını şəxsən qəbu l edərkən ona ixtisası üzrə işə düzəltmə ilə bağlı vəd versə də vədinə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən, maddi hüquq normalarının pozuntusuna yol vermiş, nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Tərəflərin izahatları İddiaçı X6 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Avtomobil X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibat i mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası, cavabdeh Azərbaycan Avtomobil X5nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq, işə kassasiya şikayətinin dəlilləri əsasında, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı X6 və onun vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1061/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxxx 1979-cu il tarixdən xxxx 1997-ci il tarixədək yol istismar sahələrində və keçmiş rayon partiya komitələrinin tövsiyələri ilə kolxoz və sovxozlarda ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, xxxx 1997-ci il tarixdə isə “********” birgə təsərrüfatı ləğv olunduğundan tutduğu vəzifədən azad edilmişdir. İddiaçı tutduğu vəzifədən azad olunduqdan sonra, dəfələrlə ixtisası üzrə yeni iş yeri ilə təmin olunması üçün aidiyyatı dövlət orqanlarına müraciət etsə də, onun tələbi təmin olunmadığından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəzifəli şəxsin hərəkət və hərəkətsizliyi nəticəs ində vurulmuş mənəvi və fiziki ziyana görə təzminatın ödənilməsi və onun işləməyə mənəvi və fiziki hüququnun olması öhdəliyinin cavabdehə həvalə edilməsi öhdəliyi ilə müraciət etmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, izibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq, mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır, iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır, belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3.iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4.iddiaçının hüququnun pozulması əsaslandırılmalıdır, bu baxımdan mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Be lə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1 -ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” xxxx 2017-ci il tarixli 1638 nömrəli Fərmanı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Fərmanın 2.1 -ci bəndi ilə müəyyən edilmişdir ki, Agentlik Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil y ollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsini, istismarını, bərpasını, təmirini, yenidən qurulmasını və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, o cümlədən yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən publik hüquqi şəxsdir. “Publik hüquqi şəxslər haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən, publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur (2.1). Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşk ilatdır (2.2). Azərbaycan Respublikası Prezidentinin xxxx 2017-ci il tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları X2”nin 1.4-cü bəndinə görə, Agentlik ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olur. AR Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. İstinad olunan qanunvericilik aktlarını təhlil edərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan deyil, halbuki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəb ul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi yaxud həmin aktların etibarsızlığının tanınması (qanunsuz sayılması) barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır, digər tərəfdən, iddianın “onun işləməyə mənəvi və fiziki hüququnun olması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsi də inzibati iddiaların siyahısı verilən İPM-in 2.2-ci maddəsində təsbit olunan iddia növlərindən heç birinə uyğun deyil, cavabdehin inzibati orqan olması fərz olunsa belə, o halda iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq kompensasiyanın ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiq olunmadığına, həmçinin iddiaçı hazırkı iddia tələbini cavabdehin onu işə qəbul etməməsi ilə əsaslandırdığına görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cav abdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 8.1.3-cü maddəsinə görə, inzibati orqanla haki m, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd olunan normanın tələbinə görə, xidməti hüquq münasibətləri ilə bağlı mübahisələrə inzibati mühakimə icraatı qaydasında baxəla bilməsi üçün: 1) iddiaçı hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu olmalı; 2) cavabdeh inzibati orqan olmalı; 3) mübahisə mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmalıdır ki, bu şərtlərə də iş üzrə riayət olunmur. Belə ki, yuxarıda bildirildiyi kimi, cavabdeh inzibati orqan deyil. İddiaçı da dövlət qulluqçusu deyil, onlar arasında hər hansı xidməti hüquq münasibətləri olmamışdır və yoxdur. İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüqu qu izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlülüyünə dair” xxxx 2015-ci il tarixli 5 nömrəli qərarı ilə məhkəmənin diqqətinə çatdırmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır(1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia ir əli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Məhkəmələr iş materiallarına istinad etməklə, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası inzibati mübahisələrin inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəldiyi halda cavabdehin inzibati orqan olmadığını, iş materialları ilə həmçinin məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq kompensasiyanın ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət etməsinin təsdiq olunmadığını və beləlikllə, hazırkı iddianın mümkünlük tələblərinə cavab vermədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1061/2019 saylı qərardadı dəyişdirilmədən saxlanı lmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1061/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2266/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2266/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver