Məhkəmə qərarları › İş №2-1(102)-2266/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2266/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2266/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə əlilinə minik avtomobilinin verilməsi üçün tibbi göstərişin mövcud olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qa rşı «minik avtomobili ilə təmin edilməsi barədə» inzibat iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-62/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışa əsasən, iddiaçının əlillik vəziyyəti 5200003AAASL nömrəli forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə, diaqnoz: “əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1 /3-nin, sol budun aşağı 1/3nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar” olmaqla, müddətsiz, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx. 2021-ci il tarixli, xxxxxxx0002 nömrəli arayışa əsasən “əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3- nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar” diaqnozu, əlilliyin müəyyən olunması meyarı: 2.3 üçüncü dərəcəli əlillik = ˃ 2.5.5. topuq oynağının ankilozu və ya k əskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72-Q72.7) müayinə məlumatlarına əsasən iddiaçıya 413 № qərarına əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir.

3. İddiaçı minik avtomobilinə tibbi göstərişin verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh 14 dekabr 2021-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbdən müddətsiz üçüncü dərəcə əlillik statusuna malikdir. Minik avtomobili hüququnun müəyyənləşdirilməsi məqsədi ilə Agentliyə dəvət olunmuşdur. Ona dair diaqnoz və onun ağırlaşması (Hərbi əməliyyatlar nəticəsind ə digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3- nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma deffektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi) Azərbaycan Respublikası Nazirlər Kabinetini 18 dekabr 2020ci il tarixli 504 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icra at

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək minik avtomobili ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanmışdır. Hərbi əməliyyatlar zamanı partlayış zamanı yaralanmış və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışla partlayış travması, hər iki budun, hər iki pəncənin çoxsaylı qəl pə yaralanması, sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının sağ ayağı barmaqları səviyyəsində geniş yumşaq toxuna deffektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksinal və orta falanqalarının, İV və V daraq sümüklərinin sümük deffektləri ilə sol ayağının İ-V daraq, V barmağının proksinal və orta falanqa sümüklərinin açıq qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin krişner milləri ilə intramedulyar osteosintezi və 5-ci barmağın daraq sümüyünün orta 1/3 dən amputasiyalı güdülü”- diaqnozu qoyulmuşdur. Bundan başqa, ona Azərbaycan Respublikasını Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə üçüncü dərəcəli əlillik verilmiş və əlilliyin müddəti müddətsiz kimi götürülmüş və yüngül işlərdə işləyə bilər kimi əm ək zəmanəti verilmişdir. Barmağı amputasiya olunduğundan hazırda digər barmaqlarının amputasiya olunan barmaq tərəfə əyilmiş bu səbəbdən hazırda yeriməyə çətinlik çəkir. Bu səbəbdən, avtomobillə təmin olunmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət təmin olunmamış, ona 413 №li qərara əsasən imtina verilmişdir. Hesab edir ki, 44 günlük Vətən Müharibəsində mina partlayışına düşərək ayaqlarından aldığı yaralar nəticəsində amputasiya olunaraq yeriməyə əziyyət çəkdiyi halda, avtomobillə təmin olunması labüddür.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıda olan diaqnoz onu minik maşını ilə təmin edilməsi üçün əsas deyildir.

7. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8979/2022 saylı qərarı ilə (hakim X4) iddia tələb i təmin edilmiş, İddiaçı minik avtomobili ilə təmin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya müəyyən olunmuş əlillik meyarı (2.3 üçüncü dərəcəli əlillik = ˃ 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7)) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarının 5.2.3.11-ci bəndində (hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6)) meyarı avtomobilin verilməsi üçün əsasdır) öz əksini tapmış, bundan əlavə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********6 nömrəli, xx.xx.2021ci il tarixli cavab məktubunda və məhkəməyə təqdim edilmiş etirazda istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-nın 3.3-cü bəndində də göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz üçüncü dərəcə əlildir.

9. Göründüyü kimi, iddiaçının mövcud əlillik vəziyyətinə əsasən onun minik avtomobili ilə təmin edilməsi hüququna malik olan şəxs kateqoriyasında olması istər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarında, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-nın müvafiq bəndləri ilə öz t əsdiqini tapır. Belə olan təqdirdə, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

10. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-62/2024 nömrəli qərarı ilə (hakimlər X6 (məruzəçi), X7 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(112)8979/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad edilərək qeyd edilir ki, iddiaçı “topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” diaqnozu qoyulmuşdur ki, bu diaqnoz onu pulsuz minik avtomobili ilə təmin edilməsinə imkan vermir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Ma ddə

30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 de kabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə

2. Əlilliyin müəyyən olunması meyarları 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir:... 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsind ə pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72Q72.7);

5. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər... 5.2. hərəkəti təmin edən vasitələr: 5.2.3. avtomobillər aşağıdakı hallarda verilir:... 5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6);

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haq qında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsası nda X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X1 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin mürac iəti əsasında onlara təhvil verilir.

3. Əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsi 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafi əsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir.

19. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri

57. Minik avtomobili 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; (xx.xx.2024cü ildədək qüvvədə olmuşdur)

6. Digər reabilitasiya vasitələri (xx.xx.2024-cü il tarixdən sonra qüvvədə ola n redaksiya) Aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1) ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, İİ dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti x eyli çətinləşdirən xəstəlikləri, deformasiyaları; 12) onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 13) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 14) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 15) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 16) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda

20. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmal ıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı əlillik vəziyyəti ilə əlaqədar olaraq minik avtomobili ilə təmin edilməsinə yönəlmişdir. Həm birinci, həm apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmiş, bu zaman “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na istinad etmişlər.

24. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeləri ilə razılaşmayaraq hesab edir ki, iddianın təmin edilməsi üçün faktiki və hüquqi əsas mövcud deyildir.

25. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluş unun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar). 26. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin (Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri) 57-ci bəndinə əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oynağının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sü müklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2 -dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.

27. Beləliklə, yuxarıda qeyd edilən normativ sənədlərdən də göründüyü kimi əlilliyi müəyyən edilmiş şəxslərin minik avtomobili ilə təmin edilməsi üçün onlarda həmin xəstəliklər mövcud olmalıdır.

28. Məhkəmə k ollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti 5200003AAASL nömrəli forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona müddətsiz üçüncü dərəcə əlilik təyin edilmişdir. Bu əlilik təyin edilərkən əsas diaqnoz kimi Y36.2 “topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” qeyd edilmişdir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarının 57-ci bəndində tibbi göstəriş verilməsinə əsas verən xəstəliklərin və travmaların siyahısında iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması” diaqnozu olduqda tibbi göstəriş verilməsini nəzərdə tutmuşdur. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçıya “iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması” diaqnozu deyil, “topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” diaqnozu qoyulmuşdur.

30. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya əlilliyin təyini üçün göndərilmiş tibbi müəssisəsinin göndərişində qeyd edilən əsas diaqnoz minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. Başqa sözlə, iddiaçının diaqnozu minik avtomobilinin təyin edilməsi üçün tibbi göstərişlər sırasında nəzərdə tutulmamışdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və mə hkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən kassasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-62/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı minik avtomobili ilə təmin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar