Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2267/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: X2) iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının obyektiv araşdırılması prinsipinin pozulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: X2) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1854/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyətinin 20.05.2009-cu il tarixli 184 nömrəli sərəncamı ilə Əzizbəyov rayonu, Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində Əzizbəyov rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün 0.4 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir.
2. Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamı ilə X1 Qala qəsəbəsi, Xəzər rayonu DYP İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir.
3. Bakı şəhəri Xəz ər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamı ilə Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində RPİ-nin DYP şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün ayrılmış 0.4 ha torpaq sahəsindən əlavə cərimə meydançasının genişləndirilməsi məqsədilə hazırda meydançanın istifadəsində olan 0,2 ha torpaq sahəsi İddiaçı icarəyə verilmiş və orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir.
4. Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamı əsasında Xəzər RİH ilə İddiaçı arasında 19.03.2015-ci il tarixli icarə müqaviləsi bağlanmış, icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı təsdiqlənmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, so nradan isə iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.12.2013-cü il tarixli 816 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, Əzizbəyov rayon İcra Hakimiyyətinin 15.12.2008-ci il tarixli 1427 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30.04.2009-cu il tarixli, 22/MQ-287 saylı və Xüsusi Mühaifə Xidmətinin 03.04.2009-cu il tarixli, 43/401 saylı razılıq məktublarını nəzərə alaraq Əzizbəyov rayonu, Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində Əzizbəyov rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün 0.4 ha torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfi ndən 184 nömrəli 20.05.2009-cu il tarixli sərəncam qəbul edilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Daha sonra iddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək qeyd olunan sərəncamla ayrılmış 0.4 ha torpaq sahəsindən əlavə 0.2 ha torpaq sahəsinin cərimə meydançasının genişləndirilməsi məqsədi ilə ona icarəyə verilməsini və orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Xəzər RİHB-nin 175 nömrəli 19.03.2015-ci il tarixli sərəncamı ilə 0.4 ha torpaq sahəsindən əlavə 0.2 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi, həmçinin orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxe mi və xəritədən çıxarışı Xəzər RİH-nin Təsərrüfat şöbəsi və Qala qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Sərəncama uyğun olaraq 19.03.2015-ci il tarixdə iddiaçı ilə Xəzər RİH arasında həmin torpaq sahəsinin 99 illik müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Hazırda həmin ərazi iddiaçı tərəfindən təyinatına uyğun istifadə olunmaqdadır. Sonradan məlum olmuşdur ki, Xəzər RİHB-nın 816 nömrəli 23.12.2013-cü il tarixli sərəncamı ilə X1 (üçüncü şəxs) Qala qəsəbəsi, Xəzər rayon DYP şöbəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir. F.Həsənov cavabdeh Xəzər RİH-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya verilmiş sərəncamı mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı təyin olunmuş ekspertiza ilə qeyd olunan sərəncamlarla verilmiş torpaq sahələrinin qismən üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahisə predmeti olan sərəncamdan görünür ki, F.Həsənova hər hansı torpaq sahəsi ayrılmamış, ona yalnız mövcud tikilinin rekonstruksiyasına icazə verilmişdir. Lakin həmin sərəncamda tikilinin mövcud olması qeyd edilsə də, belə bir tikili ümumiyyətlə mövcud deyildir. Bu əsasdan F.Həsənov tərəfindən sərəncam üzrə hər hansı bir rekonstruksiya işləri aparıla bilməzdi. F.Həsənov yalnız ərazinin elektrik və su təchizatının təminatı üçün "xxxx" ASC və "xxxx" ASC-dən texniki şərt almışdır. Beləliklə, F.Həsənova heç bir torpaq sahəsi və ya tikili ayrılmamışdır. Qeyd olunan sərəncam faktiki hallara əsasən qəbul edilməmişdir v ə bu əsasdan həmin inzibati akt etibarsızdır.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1732/2021 saylı qərarı ilə (hakim: A.F.Hüseynov) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, etibarsızlığı tələb olunan sərəncam iddiaçının maraqlarına toxunsa da, onun etibarsızlığı üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir.
10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avq ust 2021-ci il tarixli, 2-1(103)-1854/2021 nömrəli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: S.İ.Bektaşi və V.M.Məmmədov) Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli, 21(112)-1732/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti isə təmin edilməmişdir.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1854/2021 nömrəli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiy a şikayətində iddia tələbində qeyd etdiyi işin hallarını təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını ətraflı araşdırmadan iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, üçüncü şəxsə hər hansı torpaq sahəsi ayrılmamış, həmçinin həmin sahədə tikili mövcud olmamışdır. Mübahisələndirilən sərəncamda qeyd edilən mövcud tikilinin yerləşdiyi torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsidir (H.Z.Tağıyev adına Neft-qaz Çıxarma İdarəsinin istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir) və yalnız təyinatı üzrə istifadə oluna bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Üçüncü şəxs iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək onun olunmamasını xahiş etmişdir
16. Cavabdeh kassas iya şikayətinə münasibət bildirərək məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 20 Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
23. Belə ki, iddiaçının mübahisələndirdiyi inzibati aktla - Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamı ilə üçüncü şəxsə Qala qəsəbəsi, Xəzər rayonu DYP İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir.
24. Hazırkı qərarın 18-ci bəndində qeyd olunan normanın məzmunundan görünür ki, rekonstruksiya yenidənqurma deməkdir. Başqa sözlə, rekonstruks iya işlərinin aparılması üçün ilk öncə, mövcud bir tikili olmalı (elə sərəncamın özündə də “mövcud tikili”dən bəhs olunur), daha sonra isə həmin mövcud tikili yenidən qurulmalıdır.
25. Hazırkı iş üzrə isə iddiaçı bildirir ki, sözügedən torpaq sahəsi (Xəzər rayonu DYP şöbəsinin yanında yerləşən torpaq sahəsi) cərimə meydançasının istifadəsində olmuş, cərimə meydançasının genişləndirilməsi məqsədilə Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamı ilə iddiaçıya icarəyə verilmiş, həmin torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır.
26. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd olunan dəlilləri ilə bağlı qeyd etmişdir ki, sərəncamda istifadə olunan “rekonstruksiya” sözü həm də əvvəlki tikilinin yerində yenisinin inşa edilməsini də nəzərdə tuta bilər. Həmin sərəncamdan göründüyü kimi, mübahisəli ərazidə olan tikilinin əvəzində avto-təmir məntəqəsi təyinatlı tikilinin yaradılması nəzərdə tutulmuşdur.
27. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi də etiraf edir ki, “rekonstruksiyası”nın həyata keçirilməsi üçün əvvəlki tikili olmalıdır. İddiaçının dəlili isə ümumiyyətlə tikilinin olmaması və üçüncü şəxs tərəfindən rekonstruksiya edilməməsi ilə bağlıdır. Belə olan halda isə məhkəmə işin hallarının obyektiv araşdırılması prinsipinə müvafiq olaraq, mübahisələndirilən sərəncamın qəbulundan əvvəl tikilinin olmasının mövcudluğu ilə bağlı (tikilinin təyinatı, nə vaxt və kim (hansısa qurum) tərəfindən inşa edilməsi, tikiliyə dair sənədlər) araşdırma aparmalı idi. Lakin məhkəmə bu istiqamətdə araşdırma aparmadan tikilinin mövcudluğu barədə nəticəyə gəlmişdir.
28. Halbuki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetər li olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
30. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını ətraflı araşdırmadan tikilinin mövcud olması nəticəsinə gəlmiş, bununla da obyektiv araşdırma prinsipini pozmuşdur. Halbuki, iddiaçının mübahisələndirdiyi əsas məsələ tikilinin mövcud olmaması səbəbindən Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamının faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt olmasıdır.
31. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
32. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməməklə qəbul olunduğundan ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tikilinin mövcudluğu ilə bağlı ətraflı araşdırmalı, araşdırmanın nəticəsindən asılı olaraq mübahisələndirilən sərəncamın etibarlılığına (faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt olub-olmamasına) “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından qiymət verilməlidir.
34. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 21(103)-1854/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.