Məhkəmə qərarları › İş №2-1(102)-2268/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2268/2022

06.12.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2268/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, Bakı şəhəri Binəqədi rayon Prokurorluğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati xəta barəsində inzibati araşdırmanın aparılmaması; müvafiq protokolun tərtib edilməməsi; müvafiq qərarın qəbul edilməməsinin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, Bakı şəhəri Binəqədi rayon Prokurorluğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “inzibati xəta barəsində inzibati araşdırmanın aparılmaması və müvafiq protokolun tərtib edilməməsinin, müvafiq qərarın qəbul edilməməsinin qanunsuz hesab edilməsi və həmin vəzifələrin yerinə yetirilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2382/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin 28 dekabr 2006-cı il tarixli, 340 saylı qərarı ilə iddiaçıya prokurorluq işçisi kimi ömürlük pensiya təyin edildi. 2. 2006-cı ilin dekabr ayında iddiaçıya xidmət illərinə görə 589,23 manat pensiya təyin edilmiş, sonradan onun pensiyasının məbləği pensiya orqanı tərəfindən artırılaraq xx.xx.2014-cü ildən 1463,86 manat, xx.xx.2018-ci ildən 1598,5 manat müəyyən edilmiş, daha sonra isə 2018-ci ilin avqust ayında pensiyasının məbləği 2024,50 manat müəyyən edilərək həmin pensiyanın 3 il əvvəldən - xx.xx.2015-ci dən iddiaçıya ödənilməsi barədə cavabdeh (DSMF-nin Nərimanov rayon şöbəsi) tərəfindən sərəncam qəbul edilmişdir.

3. İddiaçı həm in pensiya məbləğinin xx.xx.2006-cı ildən başlayaraq ödənilməsi vəzifəsinin DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə iddia qaldırmış, həmin iddia üzrə Bakı Apellyasiya Məhkəməsi 29 dekabr 2021-ci il tarixli qərar qəbul etmiş, iddiaçının iddiası qismən təmin edilmiş, iddiaçıya cavabdeh tərəfindən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9 və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmiş və qərar icraya yönəldilmişdir.

4. Göstərilən qərarın icrasının gecikdirilməsi ilə bağlı iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli sübutların təqdim edilməsinə dair qərardadı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icra edilməmiş, əmək pensiya məbləğinin yenidən hesablanması qaydası və məbləğdə olan dəyişikliklərin müvafiq tarixlərə uyğun qrafikdə göstərilməsi barədə arayış cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə müvafiq icra vərəqəsini Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Lakin qərardadın icrası yenə də tam qaydada həyata keçirilməmişdir. Bununla da pensiya orqanı AR İXM-nin 595.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin bununla əlaqədar inzibati xəta haqqında protokol tərtib edilməmiş, inzibati məsuliyyətə cəlb edilmə barədə tədbir görülməmişdir. Bundan əlavə, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına dair pensiya orqanı tərəfindən AR İXM-nin 594-1.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, qərardadı icra etməyən cavabdeh pensiya məbləğinin əsassız olaraq 400 manat həcmində azaldılması barədə qərar qəbul etmiş və bunun səbəbi barədə nə məhkəməyə nə ona izah verməmişdir. Bir çox müraciətlər olsa da, müraciətlərlə bağlı cavabdeh tərəfindən lazımı tədbirlər görülməmiş, cavab təqdim edilməmişdir. Bununla bağlı AR İXM-nin 594-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi üzrə icraat başlanılması üçün prokurorluğa şika yət verilsə də heç bir nəticə əldə edilməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3934/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim O.X.Həsənov) iddia mümkün sayılmamışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmiş, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası m əhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2382/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslanmışdır ki, cavabdeh-Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fil ialı Bakı İnzibati Məhkəmənin 28 sentyabr 2020-ci il tarixli qərardadını 1il 5 ay müddətdə icra etməmiş və Azərbaycan Respublikası İPM-nin 60-cı maddəsinin tələblərini ciddi pozaraq öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 595.1-ci maddəsində nəzərdə tutulan inzibatı xəta törətmişdir.

13. Bundan əlavə, cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı pensiya ilə əlaqədar iddiaçının ona rəsmi qaydada göndərdiyi müraciətlərini gizlətmiş, onları qeydiyyata almamış, onlara baxmamış və iddiaçıya müvafiq cavablar verməyərək, öz hərəkətləri ilə vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına dair Azərbaycan Respublikası İnzibati Xətalar haqqında Məcəlləsinin 594-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı da törətmişdir.

14. İn zibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məclisinin 54.2-ci maddəsinin tələblərinə əsasən “vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması” görə İXM-nin 594-1.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətalar üzrə icraatın başlanması haqqında Qərar prokuror tərəfindən qəbul edilir.

15. Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli, 1361 saylı Fərmanı ilə təsdiq edilmiş “rayon məhkəmələrinə baxdığı inzibati xətalar haqqında işlər üzrə protokolun tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 56-cı bəndinin tələblərinə əsasən “Məcəllənin 526 və 595.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin adından- yerli icra qurumlarının rəisləri, onların müavinləri, və icra məmurları tərəfindən tərtib edilməsi müəyyən olunmuşdur.

16. Hər iki cavabdehlər Qanunla birbaşa üzərlərinə qoyulan bu vəzifələrini yerinə yetirməkdən əsassız olaraq imtina etmiş və göstərilən həmin Qanun və Normanın tələblərini ciddi pozmuşlar. Ona görə də, cavabdeh- DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı barəsində İnzibati cərimə tətbiq edilməsindən ötrü, tərəfindən Binəqədi rayon məhkəməsinə 2 dəfə müraciət olunmuşdur.

17. Lakin, həmin məhkəmə müraciətlərə baxmamış və törədilmiş inzibati xəta haqqında inzibati orqanlar olan Binəqədi rayon prokurorluğu tərəfindən inzibati xəta haqqında “Qərarın” və Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən inzibati xəta barədə “Protokolun” tərtib edilmədiyin i, eləcə də, onların inzibati orqan olduqlarını və bu məsələnin qanunvericiliyin tələblərinə görə (İPM-nin 2-cİ maddəsinə əsasən) inzibati İcraat qaydasında baxılmasını göstərib, hər iki şikayət ərizələrini ona geri qaytarmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin möv cud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırma ğa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

20. İnzibati Prosessual Məcəllə: a) Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair id dialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlil lərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etm ələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bu mənada hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə)

27. İşin hallarına əsasən, iddiaçı AR İXM-nin 595.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini iddia etdiyi pensiya orqanı barəsində inzibati xətaya dair inzibati araşdırma aparılmasında, bununla bağlı müvafiq protok olun tərtib edilməsində maraqlıdır ki, bununla əlaqədar hərəkətsizliyin qanunsuz hesab edilməsini və araşdırmanın aparılması vəzifəsinin İcra şöbəsinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda, AR İXM-nin 594-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini iddia etdiyi pensiya orqanı barəsində inzibati xətaya dair inzibati araşdırma aparılmasında, bununla bağlı müvafiq qərarın qəbul edilməsində maraqlıdır ki, bununla əlaqədar hərəkətsizliyin qanunsuz hesab edilməsini və araşdırmanın aparılması vəzifəsinin İcra şöbəsinə həvalə edilməsini xahiş etmişdir.

28. Qeyd edilməlidir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2 -ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

29. Məhkəmələr tərəfindən qeyd olunan hüquqi mövqeyə uyğun araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının hazırkı müraciətinin cinayət prosessual və cinayət hüquqi ilə müqayisəsi iddianın hazırkı məhkəməyə aid olmadığının müəyyən edilməsi üçün zəruridir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlü k şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

31. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Beləliklə, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2382/2022 nömrəli, 18 iy ul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar