Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2268/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-in cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğvi; iddianın mümkünlük şərtlərinin araşdırılması tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxa l-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1729/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “X1 keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********349 nömrəli və “X1 həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4475 nömrəli qərarları əsasında "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edi lməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir.
2. X1 həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixdə Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 19.606,0 manat dəyərində malların alış sənədinin olmadığı və 1.460.727,16 manat dəyərində malların elektron qaimə-faktura verilmədən satışı faktları aşkar edilə rək, nəticələri xx.xx.2020-ci il tarixli DVX seriyalı 001516 nömrəli və 001542 nömrəli aktlarla rəsmiləşdirilmişdir.
3. Həmin aktlar əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5519 və **********5531 nömrəli Qərarlar qəbul olunaraq, vergi ödəyicisinə 1.960,6 və 146.072,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
4. Həmçinin xx.xx.2020-ci il tarixdə X1 həyata keçirilməsi zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 yerləşən obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 921.502,0 manat dəyərində malların elektron qaimə-faktura verilmədən satışı faktı aşkar edilərək, nəticəsi xx.xx.2020-ci il tarixli DVX seriyalı 001543 nömrəli aktla rəsmiləşdirilmişdir.
5. Həm in akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5529 nömrəli Qərar qəbul olunaraq, vergi ödəyicisinə 92.150,20 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
6. Qeyd olunan qərarlardan iddiaçı inzibati şikayət vermiş və DVX-nin İnzibati şikayətlərə baxılması Baş idarəsinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 9 aprel 2021-ci il tarixli **********088900 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, vergi orqanı tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. DVX-nin qərarından iddiaçı narazı qaldığı üçün yuxarı inzibati orqan olan AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş 13 avqust 2021-ci il tarixli 55 nömrəli qərarla iddiaçının şikayəti təmin edilməmiş, “İnzibati şikayətin təmin edilməməsi haqqında" 9 aprel 2021-ci il tarixli **********088900 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
9. İdd iaçı ərizəsində işin hallarını sadalamış və cavabdehin qərarlarının ləğvini şərtləndirən aşağıdakı səbəbləri qeyd etmişdir: 1.Operativ vergi nəzarətin keçirilməsi haqqında qərar əsaslandırılmamışdır Bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1, 50.2, 50.3-cü maddələrinin tələbləri pozulmuşdur.
2. Məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlil lərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddəni n tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilən normaların tələblərinə zidd olaraq, vergi orqanı operativ vergi nəzarət tədbirin materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarlar ümumiyyətlə əsaslandırılmamış, yalnız vergi nəzarət tədbirin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. 3.Vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözügedə n normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbiq edə bilər. Qeyd olunanlar həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestr çıxarışından da görünür ki, səyyar vergi yoxlamalardan fərqli olaraq “yoxlanılan dövr” qarşısında əvvəlki tarix dövrləri deyil, məhz “cari fəaliyyət” sözləri göstərilmişdir ki, bu da bir daha operativ vergi nəzarət tədbiri zamanı yalnız həmin anda keçirdiyi tədbir zamanı aşkar etdiyi pozuntuların rəsmiləşdirilməsini etiva edir. Lakin vergi orqanı qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddia çının fəaliyyət göstərdiyi təsərrüfat obyektlərində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, təxminən 12 aylıq dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə VM-nin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 12 aylıq dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. 4.Vergi orqanı qanunla üzərinə vergi qanunvericiliyinin pozulması faktını sübut etmək vəzifəsi qoyulsa da, həmin vəzifəni yerinə yetirə bilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Operativ vergi nəzarət tədbiri zamanı cəmiyyət əsassız və qanunsuz olaraq vergi orqanı tərəfindən riskli vergi ödəyicilərin sıyahısına salındığı üçün həmin siyahıdan çıxarılma əsası ilə cəmiyyətin rəhbərinə aldadaraq pərakəndə nəzarət-kassa aparatı vasitəsi ilə satdığı malları topdan satış qaydasında satdığına dair izahat yazdıraraq həmin izahatı pozuntunun sübut edilməsi üçün əsas kimi tutmuş, lakin həmin malları alan subyektləri, yəni vergi ödəyicilərini müəyyən etməmiş, həmin vergi ödəyicilərinə həqi qətən cəmiyyət tərəfindən topdan satış qaydasında malların satılması faktını sübuta yetirməmişdir. Yuxarı şikayət orqanı vergi orqanın üzərinə düşən vəzifəni iddiaçının üzərinə atmışdır. Bu hal da cavabdeh vergi orqanın vergi qanunvericiliyi ilə onun üzərinə qoyulmuş vergi qanunvericiliyinin pozulması faktının sübut etmək vəzifəsindən boyun qaçırmaq məqsədini güdür.
5. Operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilən aktların məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2020-ci ilin yanvar – dekabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 5106 çek üzrə 4 395 853,2 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlilmişdir. Qeyd edirik ki, "xxxx" MMC uzun mü ddətdir ki, vergi ödəyicisi olaraq ölkə ərazisinə müxtəlif çeşiddə divar kağızları (oboyları) idxal etməklə onların həm topdan, həm də ki pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. İddiaçının fəaliyyəti həm topdan satışla yanaşı, pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də vergi orqanların uçot baza məlumatlarında iddiaçının fəaliyyəti topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi qeydiyyata alınmışdır. Lakin yuxarı inzibati orqanlar öz qərarlarında bəzi çeklər üzərində daxil olan məbləğlərin fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi həddən artıq olmasını əsas gətirməklə həmin satışların topdan satış kimi satılması ehtimalları irəli sürmüşlər. Halbuki, Vergi Məcəlləsinə nəzər yetirildikdə görünür ki, “topdansatış” və “pərakəndə satış” anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Cavabdehin etirazları:
10. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, baza məlumatlarına əsasən MMC-nin 2020-ci ildə cəmi 27.269,3 manat ƏDV-li) dəyərində malı (divar kağızı və yapışqan) elektron qaimə-faktura ilə vergi ödəyiciləri X2 (VÖEN **********) və "xxxx" QSCyə (VÖEN **********) satdığı, mal satışının əksər hissəsini nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi, qeyd olunan dövr ərzində ümumilikdə 5106 çek üzrə 4.395.853,2 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: xx.xx.2020-ci il tarixli 11640,0 manatlıq 93 nömrəli çek üzrə vahidinin qiyməti 8 manat olmaqla 1455 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 6282,0 manatlıq 103 nömrəli çek üzrə vahidinin qiyməti 18 manat olmaqla 349 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 23976,0 manatlıq 111 nömrəli çek üzrə vahidinin qiyməti 27 manat olmaqla 888 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 4004,0 manatlıq 128 nömrəli çek üzrə vahidinin qiyməti 11 manat olmaqla 364 ədəd tesero markalı divar kağızı) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunduğu müəyyən olunmuşdur. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə- faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Belə ki, nəzarət tədbiri zamanı yol verilmiş nö qsanlar Cəmiyyətin rəhbəri tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı verdiyi izahatında da etiraf edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçı öz iddia ərizəsində vergi orqanının operativ vergi nəzarətin keçirilməsi haqqında qərarını əsaslandırmadığını, vergi orqanın X1 həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsi əsasları göstərilmədiyini qeyd etmişdir. Bildiririk ki, iddiaçı nın yuxarıda qeyd etdiyi mövqeyi tamamilə yanlış və əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 50.2 maddəsinə əsasən X1 həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1 -ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi risk li vergi ödəyicisi olduğu halda. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən (xx.xx.2020-ci il tarixli KY201545304 və KY201545304 nömrəli) Çıxarışında yoxlamanın hansı əsaslarla təyin edildiyi göstərilmişdir. (Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; Vergi Məcəlləsi, maddə 50.2.2)Həmçinin Vergi Məcəlləsinin 50.3 maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), X1 müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi vergi ö dəyicisinin məhkəməyə müraciət etməsi vergi borcunu ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Vergi orqanı Vergi Məcəlləsinin 50.2 maddəsinin tələblərini pozmamış, yoxlamanı vergi qanunvericiliyinə uyğun olaraq keçirmişdir. Həmçinin vergi ödəyicisi iddia ərizəsində Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-1(102)-510/2018 nömrəli, xx.xx.2018-ci il tarixli 2-1 (102)-1757/2018 nömrəli, xx.xx.2019-cu il tarixli 2- 1(102)-3327/2019 nömrəli və xx.xx.2020-ci il tarixli 2- 1(102)-1947/2020 nömrəli qərarlarını məhkəmənin diqqətinə çatdıraraq, həmin qərarların məzmununda vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmamasını göstərişdir. Bununla bağlı qeyd etmək istərdim ki, yuxarıd a qeyd olunan Ali Məhkəmənin müvafiq «qərarlarına diqqət yetirsək, mübahisə operativ vergi yoxlaması ilə bağlı olsa da mahiyyəti ilə fərqli işlərdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(112)-3278/2022 nömrəli qərarı ilə (hakim Nümayəndə2) iddia tələbi təmin edilmiş, İddiaçı barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar ləğv edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin “X1 həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********64349 saylı və “X1 həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilm əsi haqqında” xx.xx.2020-ci il tarixli **********4475 saylı qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. X1 həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir.
13. Vergi orqanı maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektlərində keçirdiyi operativ vergi nəzarət tədbirləri zamanı sonuncunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, təxminən 12 aylıq dövr ərzində n əzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə VM-nin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur.
14. Məhkəmə həmçinin hesab etmişdir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyicil əri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir.
15. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı operativ vergi nəzarət tədbirləri keçirildiyi təsərrüfat obyektlərində nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı müraciət etmiş və cavabdeh vergi orqanı həmin nəzarət-kassa aparatlarını qeydiyyata almışdır. Başqa sözlə desək, təsərrüfat obyektlərinə nəzarət-kassa aparatının quraşdırılması bir daha təsdiq edir ki, iddiaçıya operativ vergi nəzarət tədbirlərin keçirildiyi obyektlərdə cavabdeh vergi orqanı tərəfindən heç bir etiraz edilməmiş və razılıq verilmiş, bununla da iddia çının pərakəndə satış fəaliyyəti də qəbul edilmişdir.
16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1729/2023 nömrəli qərarı ilə (hakimlər P.Hüseynov – sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, öz mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 50.1, 50.2, 50.3, 50.4, 53.3, 58.13-cü maddələrinə və Azərbaycan Respublikası Prezid entinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-na istinad etmişdir
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi qəbul etdiyi qərarında “pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir” dəlil olaraq q eyd olunanlar ilə bağlı bildirilmişdir ki, məhkəmələrə təqdim edilmiş bütün prosessual sənədlərdə (İddia ərizəsinə etirazda, apellyasiya şikayətində) dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsini aşağıdakı şəkildə təsnif etmək olar. İlkin olaraq X1 keçirildiyi vaxtda vergi ödəyicisinin pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyekti olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin operativ vergi nəzarəti keçirilən dövrdə əsas fəaliyyət növü 5210101-“Malları n saxlanması və anbarlara yığılması” üzrə fəaliyyət olaraq qeyd edilmişdir. Həmçinin operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin təsərrüfat subyektlərinin (obyektlərinin) (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbar və ünvan 1 ünvanda yerləşən obyekt) əsas fəaliyyət növü 52101 kodu ilə -“Malların saxlanması və anbarlara yığılması” üzrə fəaliyyət olaraq qeyd edilmişdir.
21. Həmçinin bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 5.106.055,0 manat dövriyyə göstərilmiş və elektron qaimə-faktura əsasında 22.262,14 manat dəyərində mal satışı həyata keçirilmişdir. Həmçinin, iş materiallarında mövcud olan nəzarət-kassa aparatı barədə baza məlumatlarına əsasən 5.106 çek üzrə 4.395.853,2 manat nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 860,91 manat), seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: xx.xx.2020-ci il tarixli 11.640,0 manatlıq 93 nömrəli çek üzrə vahidinin qiyməti 8 manat olmaqla 1455 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 6.282,0 manatlıq 103 nömrəli çek üzrə vahidinin qiyməti 18 manat olmaqla 349 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 23.976,0 manatlıq 111 nömrəli çek üzrə vahidinin qiyməti 27 manat olmaqla 888 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 4.004,0 manatlıq 128 nömrəli çek üzrə vahidinin qiyməti 11 manat olmaqla 364 ədəd tesero markalı divar kağızı) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunduğu və qeyd olunan çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Həmçinin iş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 4.759 sayda çekin cəmi 173 şəxs arasında (1 şəxsə orta hesabla 27 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirmiş olsaq, görərik ki, nəzarət kassa aparatına ümumi dəyəri 149.863,02 manat olan 308 sayda, ümumi dəyəri 123.879,00 manat olan 215 sayda, ümumi dəyəri 82.847,00 manat olan 215 sayda, ümumi dəyəri 81.135,00 manat olan 95 sayda, ümumi dəyəri 61.120,30 manat olan 83 sayda, ümumi dəyə ri 42.755,00 manat olan 82 sayda, ümumi dəyəri 59.985,70 manat olan 79 sayda çek eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 3.590.766,02 manat məbləğində malın 4759 sayda çek ilə cəmi 173 nəfər şəxsə (cədvəldə FİN nömrələri qeyd olunub) pərakəndə qaydada satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır.
22. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Vergi Məcəlləsinin 42, 50.1, 50.2, 50.3, 56.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Q aydası”na istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1729/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə gö rə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
25. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkə mə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar q əbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı dey il, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
30. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərə findən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfind ən yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilmişdir. Hazırkı mübahisə üzrə iddia tələbi qərarların ləğvinə yönəlmişdir. Başqa sözlə, qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir.
33. Hazırkı qərarın 24-cü bəndində göstərilən normaların tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər.
34. İşin mübahisəsiz hallarından isə məlumdur ki, iddiaçı mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarlardan ilk öncə DVX-nin İnzibati şikayətlərə baxılması Baş idarəsinə şikayət vermiş, həmin idarənin 9 aprel 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilmə miş, sonradan iddiaçı AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və 13 avqust 2021-ci il tarixli qərarla həmin şikayət də təmin edilməmişdir. Bundan sonra iddiaçı 21 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
35. İddiaçı iddia ərizəsində AR İN Apellyasiya Şurası tərəfindən inzibati şikayətə baxılaraq yalnız 13 avqust 2021-ci il tarixdə qərar qəbul edildiyindən və həmin qərar 22 sentyabr 2021-ci il tarixdə elektron poçt vasitəsi ilə iddiaçıya göndərildiyindən iddia müddətini ötürülməməsini qeyd etsə də, lakin bu iş materialları ilə sübuta yetirilmir.
36. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia müddəti i lə bağlı göstərilən şərtə əməl olunub-olunmadığını araşdırmamışdır.
37. Halbuki, hazırkı qərarın 23-cü bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalı, bu zaman ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyinə qiymət verməlidir.
38. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, bununla da İPM-in 12.1, 35.1, 38.1-ci maddələrinin tələblərini pozmuş, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 23-cü bəndində göstərilən hüquqi mövqeyinə zidd qərar qəbul etmişdir.
39. Odur ki, cavabdehin kassasiya şikayəti qi smən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1729/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə iddia müddəti ilə bağlı mümkünlük şərtlərinə Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq qiymət verməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 21(103)-1729/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.