Məhkəmə qərarları › İş №2-1(102)-2268/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2268/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2268/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; işin hallarının düzgün araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3-cü dərəcə əlillik təyin olunması” tələbinə dair iş üzrə Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2-1(103)-1599/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 225 nömrəli qərarından görünür ki, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü il tarixdə aldığı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ pəncənin dəlib-keçən güllə yaralanması. Sağ pəncənin İV barmağın proksimal falanqasının əsası nın açıq sınığı. Kəskin bronxit, xroniki tonzillit, dekompensasiya olunmuş forma” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

2. İddiaçıya xx.xx.2012-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə hər dəfə 1 il müddətinə olmaqla, xx.xx.2016-cı il tarixədək, həmin tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0174003AADAS nömrəli göndəriş tərtib edilmişdir.

4. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – Y36.4 “Hərbi əməl iyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, müharibə dövründə odlu silah (dəlib keçən güllə) keçən güllə yaralanmasından sonra sağ ayağın arxa və alt səthinin dartıcı ağrılı çapıq toxuması”, ağırlaşmaları - M84.0, G83.1, R26.8, L91.0, M51.1, M54.1, M62.5, S92.5, M19.1, R52.2, M24.5, yanaşı xəstəliklər - J45.0, F48.0, M51.4 və M41 kodlu xəstəliklər olmuşdur.

5. Həmin göndəriş TSEK-də xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

6. Bundan sonra isə iddiaçı barəsində Bakı Xəzər Tibb Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli göndəriş tərtib edilmişdir

7. Həmin göndərişə əsasən, iddiaçının əsas diaqnozu – S99.7 “Aşıq -baldır oynağının və ayağın çoxsaylı travmaları, müharibə dövründə sağ ayaq pəncəsinin dəlibkeçən güllə yaralanmasından sonrakı vəziyyət”, ağırlaşmaları – M21.1 “Bükücü deformasiya, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası. Sağ aşağı tərəfdə hərəkət və yerişin pozulması (İV barmağın proksimal falanqasından dəlib-keçən güllə yaralanmasından sonra qeyri-düzgün bitişməsi və dartıcı çapığa görə. Sağ ayaq əzələlərinin atrofiyası. Daimi ağrı sindromu”, L90.5 “Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, sağ ayağın və alt səthinin dartıcı hipertrofik ağrılı kelloid çapığı (dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət)”, M54.1 “Radikulopatiya, bel-oma nahiyəsinin radikulopatiyası”, S92.5 “Ayağın digər barmağının sınığı, sağ ayağın İV barmağının əsas falanqasının sınığı (dəlib-keçən güllə yaralanmasından sonra), M19.1 “Digər oynaqların posttravmatik artrozu, sağ daraqarxası və aşıq-baldır oynağının posttravmatik artrozu”, yanaşı xəstəliklər - M42 “Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu”, M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə vertebrogen beloma radikuliti”, G83.1 “Aşağı ətrafların monoplegiyası. Sağ aşağı ətrafın monoparezi”, M51.4 “Şmorle düyünləri (yırtıqları) L5-S1 fəqərəarası diskin 5-6 mml ölçüdə sol lateroforaminal yırtığı (L4-L5 fəqərəarası diskdə geniş əsaslı mərkəzi qabarma – protruziya), M41 “Skolioz, onurğanın yuxarı döş fəqərələri hissəsində İİ dərəcə skolioz (sağa əyrilik) bucaq 15 dərəcə” qeyd edilmişdir.

8. Həmin göndəriş TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldur ulması” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 2-ci dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3-cü dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunma sını xahiş etmişdir.

11. İddia tələbi hazırkı qərarın 1-5-ci bəndlərində qeyd olunan işin hallarına istinad edilməklə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçıya əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki əlilliyi 2011-ci ildə qiymətləndirilmişdir və 10 ildir ki, əlildir.

12. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinanın dəlilləri təşkil edir.

13. Birinci instansiya məhkəməsində icraat zamanı işin araşdırılan halları: 13.1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən verilmi ş xx.xx.2023-cü il tarixli T 705/2023 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli (Forma 88) göndərişində qeyd edilmiş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. Belə ki, xx.xx.2023cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silah yaralanmasından sonra sol pəncənin ön və alt səthlərində kobud dartıcı çapıq toxumaları, sağ ayağın İV barmağının əsas falanqasının əsasının qeyri-düzgün bitişmiş sınığı, pəncənin xırda bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə) baldır və pəncə əzələlərinin kə skin atrofiyası, sağ ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” (XBT kodu ilə Y36.4, L90.5 S92.5, M84.0 M19.1, M24.5, M62.5, M20.4, R52.2, R26.8) diaqnozu qoyulmuşdur. Qərardadın 2-ci bəndində iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar ekspert qarşısında qoyulmuş sualda göstərilən hallardan hər hansı biri onda müəyyən edilməmişdir. 13.2 Ekspert rəyində qeyd edilən “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2023cü il tarixli, ********** nömrəli arayış da məhkəməyə təqdim edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-8096/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Birinc i instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardadın 2-ci bəndində iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar ekspert qarşısında qoyulmuş sualda göstərilən hallardan hər hansı biri onda müəyyən edilməmişdir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıda travma ilə bağlı zədələnmə nəticəsində orqanizmin funksiyalarının pozulması faktı aşkar edilsə də, rəydən müəyyən olunur ki, bu pozulma “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən və şəxsə əlillik təyin edilməsi üçün zəruri olan kliniki funksional xüsusiyyətlərə malik olmamışdır. Belə olan halda, məhkəmə, cavabdehin qəbul etdiyi qərarda qeyd olunan halların ekspert rəyi ilə təsdiq olunmasını, yəni iddiaçıya əlilik təyin edilməsi üçün zəruri olan ağırlaşma və patofunk sional dəyişikliklərin aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.R.Səlimova) 05 aprel 2024cü il tarixli, 2-1(103)-1599/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

20. İddiaçı kassasiya şikayətində iddia ərizəsi və apellyasiya şikayətində sadaladığı dəlilləri təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin t ibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial eksp ertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (o n beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir....

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı il ə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur....

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd

3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tər əfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirl ər.... 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. Azərbaycan Respublikasının İnzibati Pros essual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıl dıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3-cü dərəcə əlillik təyin edilməsinə nail olmaqdan ibarətdir.

31. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı həm Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 eksperti tərəfindən əyani müayinə olunmuş və əyani müayinə zamanı onda əlilik təyin edilməsi üçün zəru ri olan ağırlaşma və patofunksional dəyişikliklər aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, hətta iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2021-cı il tarixə qədər 2-ci dərəcə əlil olması nəzərə alınsaydı və iddiaçı iddia tələbini dəqiqləşdirməyərək ona 10 ildən artıq müddətdə əlil olduğu üçün 2-ci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsini tələb etsəydi belə, qeyd edilən əsasla yenə iddia tələbi təmin oluna bilməzdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarının 4.2-ci bəndindən göründüyü kimi, iddiaçının 10 il 2-ci qrup əlil olması nəzərə alınaraq ona o halda müddətsiz əlillik təyin edilə bilərdi ki, o, növbəti qiymətləndirmədən keçsin və əlil olması təsdiqlənsin. Növbəti qiymətləndi rmə zamanı isə cavabdeh tərəfindən iddiaçıda olan xəstəliklərin, ümumiyyətlə əlillik təyinatına əsas vermədiyi müəyyən edilmiş və birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdehin imtinasının əsaslı olması öz təsdiqini tapmışdır. 32.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

33. Belə ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və travma alması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı və iddianın hüquqi əsası hazırda iddiaçıda mövcud olan xəstəliyin diaqnozunun əlillik təyinatına əsas verib-verməməsi ilə bağlıdır.

34. Bununla bağlı kollegiya qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyy ə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli T 705/2023 nömrəli ekspert rəyini əsas tutaraq iddianı rədd edərkən, işin aşağıda qeyd olunan hallarını nəzərə almamış, eləcə də ekspert rəyinin özünü düzgün qiymətləndirməmişdir.

35. Belə ki, işdən görünür ki, iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur.

36. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

37. Göründüyü kimi, cavabdeh orqan tərəfindən Q00057146LZB nömrəli göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilərkən onun əyani müayinəsi aparılmamış, yalnız tibbi sənədlərə əsasən göndərişin natamam doldurulması səbəbi ilə imtina cavabı verilmişdir.

38. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin bu halı nəzərə alınmamış, işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir.

39. Halbuki, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 18 və 22-ci bəndlərində göstərilmişdir ki, “.......... “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qe yd aparmaqla, bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndəriş natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir................... Bu baxımdan, məhkəmələr tərəfindən həmin qərarların mübahisələndirilməsinə dair iddialar üzrə işlərə baxarkən, ilk növbədə, göndərişdəki məlumatların natamamlığının və ya yanlışlığının nəyi ehtiva etdiyi aydınlaşdırılmalıdır. Əgər həqiqətən belə bir natamamlıq və ya yanlışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla diferensiasiyası aparılmalı, belə bir imkanın mövcudluğu halında, məhkəmə İnzib ati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə göndərişdə olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və şəxsə əlillik təyin edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir”.

40. Odur ki, yenidən araşdırma zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən icmal məktubunda qeyd edilənlər nəzərə alınaraq, Q00057146LZB nömrəli göndərişdə olan natamamlıq və ya yanlışlığın səbəbi araşdırılmalı, həqiqətən belə bir uyğunsuzluq olduğu təqdirdə, onun aradan qaldırılmasının təmin edilməsi və iddiaçının əyani müayinəsinin aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana müddət təyin edilməli, bund an sonra, cavabdeh tərəfindən həmin göndəriş əsasında iddiaçıya əlillik təyinindən imtina edilərsə, məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır. 41.Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə mahiyyəti üzrə baxarkən də işin aşağıda qeyd olunan xüsusatlarını diqqətdən qaçırmış, iş üzrə hərtərəfli araşdırma aparmadan birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyində qeyd olunanlara istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

42. Belə ki, ekspert rəyində Q00057146LZB nömrəli göndərişdə qeyd edilmiş diaqnoz və ağırlaşmaların iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğun olduğu, birinci instansiya məhkəməsinin qərardadının 2-ci bəndində ekspertiza qarşısında qoyulmuş iddiaçının ha zırkı sağlamlıq vəziyyəti ilə əlaqədar olan suallarda göstərilən hallardan hər hansı birinin onda müəyyən edilmədiyi göstərilmişdir.

43. Eləcə də, ekspertiza tədqiqatının gedişində iddiaçı Elmi -Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əyani müayinə olunmuş və ona “Odlu silah yaralanmasından sonra sol pəncənin ön və alt səthlərində kobud dartıcı çapıq toxumaları, sağ ayağın İV barmağının əsas falanqasının əsasının qeyri-düzgün bitişmiş sınığı, pəncənin xırda bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə) baldır və pəncə əzələlərinin kəskin atrofiyası, sağ ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” (XBT kodu ilə Y36.4, L90.5 S92.5, M84.0, M19.1, M24.5, M62.5, M20.4, R52.2, R26.8) diaqnozu qoyulmuşdur.

44. Beləliklə, həm ekspert rəyindən, həm də ixtisaslaşmış tibb müəssisəsinin arayışından göründüyü kimi, Q00057146LZB nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları hazırda da iddiaçıda aşkar edilir. Belə olan halda, apellyasiya məhkəməsi ekspert rəyində qeyd edilənləri natamam hesab etdiyi və ya onda şübhə doğurduğu halda iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edə bilərdi.

45. Bundan əlavə işdən görünür ki, iddiaçı 2012-ci ildən 2021-ci ilədək 9 illik müddət ərzində “Sağ pəncənin dəlib-keçən güllə yaralanmasından sonra 4 barmağının falanqasının qeyri-düzgün bitişmiş sınığı. Aşıq baldır oynaq kontrakturası və funksiyanın pozulması. Bronx astma i/a forma, o/a dərc., Ağ ciyər emfizeması TÇ2” diaqnozu ilə əlil olmuşdur. Qeyd olunan xəstəliklər hazırda da iddiaçıda da vam edir. 46. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

47. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəs i ondan ibarətdir ki, şəxs sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, cari xəstəliyi ona əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır.

48. Ali Məhkəmənin icmal məktubunun 47-ci və 48-ci bəndlərindəki göstərişlərə görə “.................. Əvvəlki əlilliyin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə məhkəmələr tərəfindən bəzi hallarda etimadın qorunması prinsipi əsas götürülməklə təkrar əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmiş, digər hallarda isə iddialar rədd olunmuşdur. Bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin təyin edilməsi üçün əsa s olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz”.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə mahiyyəti üzrə təkrar baxılarkən göndərişdə qeyd edilən xəstəliklər iddiaçıda aşkar edildiyi halda, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilib-edilmədiyi araşdırılmalı, bunun nəticəsində asılı ol araq iddiaçının etimadın qorunması hüququna malik olub-olmadığına qiymət verilməlidir.

50. Həmçinin, iddiaçının son dəqiqləşmiş tələbindən görünür ki, o, 3-cü dərəcə əlilliyin müddətsiz təyin olunmasını tələb edir.

51. İş materiallarında olan TSEK-nin müayinə aktlarından və elektron informasiya sistemindən çıxarışlardan görünür ki, iddiaçı 2012-2021-ci illərdə 2-ci dərəcə əlil olmuşdur. İddiaçı özü isə iddia ərizəsinin dəlillərində ona ilk dəfə 2011-ci ildə 2-ci dərəcə əlilliyin təyin edildiyini, bununla da 2021-ci ilədək həmin dərəcə üzrə 10 il müddətdir əlil olduğunu iddia edir.

52. İşə təkrar baxılarkən qeyd olunan hal da araşdırılmalı, 2011-2021-ci illər arasındakı dövrdə iddiaçının əlil olduğunu təsdiq edən sənədlər tələb edilməli, zərurət olduğu halda, işin araşdırılması zamanı müəyy ən edilən hallarından asılı olaraq iddiaçıya tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsinə yardım edilməlidir.

53. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, yuxarıda sadalanan sənədlərin, məlumatların və halların araşdırılması üçün iş təkrar həmin məhkəməyə göndərilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 21(103)-1599/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar