Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2269/2019 04.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: dövlət reyestrindən çıxarışa düzəliş. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Üçüncü şəxslər X7 və X8 qızının iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X22, X13, X14, X8, X15) “X3 adına verilmiş ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 168 m2 o lan fərdi yaşayış evinə dair tərtib edilmiş 05.16.2016-cı il tarixli texniki pasporta və RX seriyalı ******* nömrəli, 10.10.2017-ci il qeydiyyat tarixli çıxarışa düzəliş edilməsi və çıxarışda “hüquq sahiblərinin payı” və “daşınmaz əmlakın ümumi sahəsi” qarafasından, texniki pasportdan ümumi sahəsi 168 m2 olan A1 kimi qeyd edilmiş fərdi yaşayış evinə dair məlumatların silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-122/19 saylı 16 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxslər X13 və X8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ RX seriyalı ******* nömrəli, 10.10.2017- ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən A fərdi yaşayış evinin 8/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi X5, 0.0678 ha torpaq sahəsi X21, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi X16, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi X8, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi X9, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi X8, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi X10 məxsusdur. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin in 16 saylı Ərazi İdarəsinə müraciət edərək X3 adına verilmiş ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 168 m2 olan fərdi yaşayış evinə dair tərtib edilmiş 05.16.2016-cı il tarixli texniki pasporta və RX seriyalı ******* nömrəli, 10.10.2017-ci il qeydiyyat tarixli çıxarışa düzəliş edilməsi və çıxarışda “hüquq sahiblərinin payı” və “daşınmaz əmlakın ümumi sahəsi” qarafasından, texniki pasportdan ümumi sahəsi 168 m2 olan A1 kimi qeyd edilmiş fərdi yaşayış evinə dair məlumatların silinməsini xahiş etmişdir. Cavabdeh 01.06.2018-ci il tarixli **********43 saylı məktubla bildirmişdir ki, sənədlərə düzəliş edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməlidir. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mərhum X3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən verilmiş (çıxarışda və texniki pasportda A1 kimi qeyd edilmiş) ünvan 4 ünvanda yerləşən və ümumi sahəsi 168 m2 olan fərdi yaşayış evinə dair 05.16.2016-cı il tarixli texniki pasporta və RX seriyalı ******* nömrəli, qeydiyyat tarixi 10.10.2017-ci il olan çıxarışa düzəliş edilməsi və Cavabdeh idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, qeydiyyat tarixi 10.10.2017-ci il olan çıxarışda “hüquq sahiblərinin payı” qrafasından, “daşınmaz əmlakın ümumi sahəsi qrafasından” və 05.04.2016-cı il tarixdə tərtib edilmiş texniki pasportdan ünvan 4 ünvanda yerləşən və ümumi sahəsi 168 m2 olan (çıxarışda və texniki pasportda A1 kimi qeyd edilmiş) fərdi yaşayış evinə dair (texni ki göstəricilərin) məlumatların silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X4 adına (onun ölümündən sonra) tərtib edilmiş çıxarışda və texniki pasportda “A1” kimi qeyd edilmiş fərdi yaşayış evi 1991-ci il tarixdə o və qardaşı X17 tərəfindən inşa edilmişdir. Həmin fərdi yaşayış evinin döşəməsi və tavanı vurulmamış, yaşayış üçün tam hazır deyil, yarımçıq tikilidir. Yarımçıq tikiliyə dair çıxarış və texniki pasport tərtib olunması qanunsuzdur. Lakin DƏDRX-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinə mərhum X4 adına onun ölümündən sonra çıxarış və texniki pasport tərtib edilmişdir. X4 adına tərtib edilmiş texniki pasportda “A1” kimi qeyd edilmiş fərdi yaşayış evinin tikilmə tarixi 1967-ci il göstərilmişdir. Həmin çıxarışın DƏDRX-nin 16-saylı ərazi idarəsinin arxivində saxlanılan əvvəlki (1987-ci il tarixdə tərtib edilmiş) texniki pasportda "tikililərin adı" qrafasında isə həmin tikili fərdi yaşayış evi kimi deyil, tövlə kimi qeyd edilmişdir. Həmin həyətyanı torpaq sahəsində iki deyil, bir fərdi yaşayış evi mövcud olmuş və bir tövlə mövcud olmuşdur. Cavabdeh tərəfindən verilmiş RX seriyalı, 10/4554-saylı çıxarışda "hüquq sahiblərinin payı" qrafasında, "daşınmaz əmlakın ümumi sahəsi" qrafasında və 05 aprel 2016-cı il tarixdə tərtib edilmiş texniki pasportda 1967-ci il tarixdə tikilmiş tövlə, fərdi yaşayış evi kimi qeyd edilmişdir. 1988-ci il tarixdə artıq X6 ölmüşdür. Həmçinin ünvan 5 ünvanda yerləşən) 0,0678 ha torpaq sahəsində ikinci fərdi yaşayış evinin olm ası köhnə texniki pasportlarda öz əksini tapmır. Bununla da, cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışda "hüquq sahiblərinin payı" qrafasında "A1" kimi qevd edilmiş fərdi yaşayış evi mirasın kütləsinə aid deyil. “A1” kimi qeyd edilmiş fərdi yaşayış evi 1991-ci il tarixdə o və qardaşı Ehtiram tərəfindən mərhum X4 ölümündən sonra tövlə sökülməklə, tövlənin yerində inşa edilmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2018-ci il tarixli 2-1(84)-1167/2018 qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı “A1” fərdi yaşayış evi ilə bağlı qeydiyyatın əsassızlığını həmin evin əvvəllər mövcud olmaması və 1991-ci ildən sonrakı illərdə onunla X17 tərəfindən birgə inşa edilməsi ilə əlaqələndirir. Lakin “A1” fərdi yaşayış evinin sonrad an, yəni 1990-ci illərdə tikilməsi sübutlarla öz təsdiqini tapmır. Bunun əksi olaraq 1987-ci ilin avqust ayında X3 adına ünvan 6 ünvanında yerləşən “A” fərdi yaşayış evinə 2009, “B” yaşayış evinə isə 5156 inventar nömrəli texniki pasportlar tərtib edilmişdir ki, bununla da eyni ünvanda iddiaçının anası G.Q. məxsus iki fərdi yaşayış evinin mövcud olması öz təsdiqini tapır. X3 adına verilmiş 05.04.2016-cı il tarixli, 408-1/6579 nömrəli texniki pasportdan görünür ki, ümumi sahəsi 80,9 m2 olan A fərdi yaşayış evinin 1960-cı ildə, ümumi sahəsi 168 m2 olan A1 fərdi yaşayış evinin isə 1967-ci ildə inşa edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2018-ci il tarixli 2-1(84)-1167/2018 qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının 2-1(107)-122/19 saylı 16 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2019-cu il tarixli 2-1(84)-1167/2018 qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat haqqında RX seriyalı ******* nömrəli, 10.10.2017-ci il qeydiyyat tarixli çıxarışın, ünvan 4 ünvanda yerləşən və ümumi sahəsi 168 m2 olan “A1” literli fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyi cavabdhein üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını qanunvericiliklə sadalanan sənədlər olmadan həyata keçirməklə qanunvericiliklə üzərinə qoyu lmuş vəzifələri düzgün icra etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-122/19 saylı 16 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxslər X13 və Heydərova Bənövşə Əli qızı kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Göyçay rayon Bələdiyyəsi tikilinin birinin 1967ci ildə, digərinin isə 1991-ci il tarixdə inşa edilməsini bildirsə də, qeyd olunan halı hansı formada müəyyən etməsinə dair sübutu (ekspert rəyi) məhkəməyə təqdim etməmişdir. Tikililərin hansı dövrdə tikilməli olmasına dair mötəbər sübut iş materiallarında mövcud deyildir. Halbuki, iddia ərizəsində göstərilən tikili miras qoyanın sağlığında da mövcud olmuş, əvvəlki illərə aid texniki pasportlarda həmin tikili göstərilmiş və “B” tikil isi kimi göstərilmişdir. Kassatorlar (üçüncü şəxslər X13 və Heydərova Bənövşə Əli qızı) İPM-nin 35.3, 37, 68, 69.4, 91, 92.0.3, 92.05, 92.0.6,96.5, 96.9-cu maddələrinə isitnad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-122/19 saylı 16 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X13 və X8 vəkilsiz təmsil olunduqlarından işə onların izahatı alınmadan baxılmışdır. ƏSASLAND İRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-122/19 saylı 16 aprel 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ünvan yerləşən 647 kv.m həyəti olan 31 kv.m tikili altında olmaqla 678 kv.m metr torpaq sahəsi 15.05.1953- cü il tarixli 06 nömrəli torpaq qeydinə əsasən X18 adına qeydə alınmışdır. X23 11.05.1983-cü il tarixdə, onun arvadı G.H.28.12.1988-ci il tarixdə vəfat etmişdir. 1975-ci ilin fevral tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda ünvan 1 ünvanda “A” və “B” tikililəri olmaqla “A” literli yaş ayış evinin 1965-ci il tarixdə tikilməklə sahəsinin 93 kv.m olduğu, həyətyanı tikili olan “B” tikilisinin sahəsinin isə 81,6 kv.m olduğu öz əksini tapmışdır. 1987-ci ilin avqust tarixli “yaşayış evinin texniki pasportu”nda ünvan 1 ünvanda yerləşən “A” literli yaşayış evinin ümumi sahəsi 87,9 kv.m (38,2 kv.m yaşayış, 49,7 kv.m köməkçi sahə), 1967-ci il tarixdə tikilməklə olan “B” literli həyətyanı tikilinin ümumi sahəsi 81,6 kv.m olmuşdur. Göyçay rayon Notariat Kontorunun verdiyi 29.12.1984-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Ünvan x nömrəli evdə yaşayan X18 11.05.1983-cü il tarixdə vəfat etdiyindən onun arvadı Q.G., X8, H.S., H.Ə., oğlu İddiaçı, oğlu H.E., H.F. vərəsləri vardır. Miras qalmış Ünvan x nömrəli 1965-ci il tarixdə çiy kərpicdən tikilmiş, 38,2 kv.m y aşayış, 54,8 kv.m qeyri-yaşayış sahəsi olan evin 2/1 hissəsi arvadına, qalan 2/1 hissəsi isə 7 nəfər övladlarına bərabər hissələrdə pay almalı olmaları şəhadətnamədə qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli ********** qeydiyyat nömrəli 10.10.2017-ci il tarixli Çıxarışa əsasən ünvan 2-də yerləşən 0,0678 ha torpaq sahəsi X18 mülkiyyətində, “A” literli fərdi yaşayış evi 8/14 hissə və “A1” literli fərdi yaşayış evi 1/7 hissə G.Q., “A” literli fərdi yaşayış evi 1/14 hissə və “A1” literli fərdi yaşayış evi 1/7 hissə olmaqla digər 7 nəfər vərəsəinin mülkiyyətində olması qeyd edilmişdir. Göründüyü kimi, mərhum G.Q. vəfat edən tarixdə mübahisəli ünvanda yerləşən ev və tikililələrə dair tərtib edilmiş 1987-ci ilin avqust tarixli Yaşayış evinin texniki pasportund a ünvan 1 ünvanda yerləşən “A” literli yaşayış evinin ümumi sahəsi 87,9 kv.m (38,2 kv.m yaşayış, 49,7 kv.m köməkçi sahə), 1967-ci il tarixdə tikilməklə olan “B” literli həyətyanı tikilinin ümumi sahəsi 81,6 kv.m olmuşdur. 05.04.2016-cı il tarixli 408-1/6579 nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən isə ünvan 4 ünvanda yerləşən torpaq sahəsi 0,0678 ha, 335,3 kv.m ümumi tikinti altı sahə mövcuddur. Həmin həyətdə yerləşən “A” literli tikilisinin 1960-cı ildə tikilməklə ümumi sahəsinin 80.9 kv.m, “A1” literli fərdi yaşayış evinin 1967-ci ildə tikilməklə ümumi sahəsi 168 kv. metrdir. Beləliklə, mərhum X6 vəfat edən tarixə mübahisəli olan əvvəllər “B” tikilisi olan həyətyanı tikilinin (tövlə) ümumi sahəsi 81,6 kv.m olmuş, 05.04.2016-cı il tarixli 408-1/6579 nömrəli fərdi yaşayış e vinin texniki pasportunda isə mübahisə predmeti olan əvvəllər “B” literli tikili, “A1” literli fərdi yaşayış evi olaraq qeyd edilmiş və ümumi sahəsinin 168 kv. olması qeyd edilmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həqiqətən iddiaçının qeyd etdiyi kimi, mərhum ata və ansı öldükdən sonra əvvəllər tövlə kimi qeyd edilən tikilinin yerində mübahisəli evin yenidən qurulması aparılmış və əvvəlki tikilinin sahəsi ilə sonradan inşa edilmiş tikilinin sahəsi arasında təxminən 100 kv.m fərq olmuşdur (artırılmışdır). Belə olan vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən qeyd edilən evi inşa edən miras əmlak üzrə mülkiyyətçiləri müəyyən etmədən, tikinti qanunvericiliyinin tələblərinə riayət etmədən həmin mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlak ın dövlət reyestrində qeydə alması qanunsuz olmuşdur. Belə ki, cavabdeh inzibati orqan mübahisəli ünvanda yerləşən torpaq sahəsinin və oradan inşa edilmiş “A” literli fərdi yaşayış evinin ilkin hüquq müəyyənedici sənədlərinin mövcud olmasını nəzərə almaqla yalnız həmin daşınmaz əmlakların dövlət reyestrində müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyatını aparmalı, “A1” literli fərdi yaşayış evinin yenidən qurulmasını nəzərə almaqla onun hansı vərəsə tərəfindən inşa edilməsini müəyyən etməli idi. Lakin cavabdeh qanunvericiliklə müəyyən edilmiş sənədlər olmadan tikilinin qeydiyyatını aparmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (201 3-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsaslardır. Lakin hazırkı mübahisə predmeti olan ünvanda tikilmiş və dövlət reyestrinə alınmış “A1” literli tikilinin 1991-ci il tarixdə inşasına başlanması nəzərə alınarsa həmin evin razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı mövcud deyildir. Həmçinin “A” literli fərdi yaşayış evinə münasibətdə qanun üzrə vərəsəlik hüququ haq qında şəhadətnamə mövcud olsa da, həmin mübahisəli “A1” literli evə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə də mövcud deyildir. Ona görə də cavabdeh inzibati orqan miras qoymuş şəxslər öldükdən sonra onların vərəsələri tərəfindən inşa edilmiş fərdi yaşayış evini inşa edən vərəsənin (vərəsələrin) hüquqlarının təmin edilməsi baxımından yuxarıda sadalanan sənədlər əsasında həmin daşınmaz əmlakın tikintisinin kim tərəfindən aparılması, sifarişçinin kim olması, kimin vəsaiti əsasında tikilməsini müvafiq sənədlər əsasında müəyyən etməklə hüquq sahibinin kim olmasını müəyyənləşdirməli idi. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya insta nsiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər X7 və X8 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-122/19 saylı 16 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2269/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2269/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver